Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4981/2021 15.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4981/21 ( Açar sözlər: uşaqların himayəyə verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1499/2021 nömrəli iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında a çıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı 03 sentyabr 2002-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha girmiş, birgə nikahdan 4 uşaqları olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 20 fevral 2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqlar anaları Cavabdeh yanında saxlanılmış və uşaqlara görə cavabdehdən iddiaçının xeyrinə aliment tutulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli qətnaməsi ilə uşaqlar analarından alınaraq atalarına verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24.10.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellya siya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar baxan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2020ci il tarixli qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin fevral ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nikahlarının pozulması zamanı uşaqlar Cavabdeh yanında saxlanılsa da, sonuncunun onlarla qəddar rəftar etməsi səbəbindən uşaqların dördünün də 26 noyabr 2018-ci il tarixdə analarının yanından qaçaraq onun yanına gəlmələrinə, uşaqları qaytarmaq is tədikdə onların buna qəti etiraz edərək intihar edəcəklərini bildirmələrini və s. əsas göstərməklə uşaqların onun himayəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia verərək uşaqların İddiaçı təhriki əsasında onun yanına getmələrini, uşaqları ilə yaxşı münasibətdə olmasını, lakin atalarından çəkindikləri üçün onunla yaşamalarını və s. əsas göstərməklə uşaqların atalarından alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-57/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim: A.B.Sadıqov) iddia və qarşılıqlı iddia tələbləri qismən təmin edilərək uşaqlardan Səkinəxanım, İsmayıl və Səbinə İsmayılovaların ataları İddiaçı yanında qalmaları, Fəxriyyə İsmayılovanın isə atasından alınaraq anası Cavabdeh verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qızı Fəxriyyənin ona daha çox bağlı olmasına və onun anası ilə qalmaq istəməməsinə baxmayaraq məhkəmənin Fəxriyyənin anasının himayəsinə verilməsini, qətnamənin həmin hissədə işdə olan sübutlara və uşağın mənafeyinə uyğun olmamasını əsas göstərməklə ləğv edilməsi və qızı Fəxriyyənin onun himayəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1499/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) iddiaçı X1 apellyasiya şikayəti təmin edilərək Xaçmaz Rayon Məhkəməsinin 2(067) -57/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, ilkin iddianın tam təmin olunmasına və qarşılıqlı iddianın isə rədd olunmasına dair qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə qarşılıqlı iddiaçı Cavabdeh kassasiya şikayəti verərək onun uşaqları ilə qəddar rəftar etməsinə dair apellyasiya instansiyası məhkəməsinin nəticəsinin heç bir sübutla təsdiq olunmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasi ya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçı və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 52 Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Maddə 60.2 Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 60.3 Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan nara zılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Maddə 60.4 Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlid ir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılma lıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinə görə valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. (60.1) Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəs ində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. (60.2) Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər.(60.3) Göstərilən Məcəllənin 52-ci maddəsinə görə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati ara şdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valide ynlərin əsas vəzifələridir. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh uşaqlarına münasibətdə qanunla üzərinə qoyulmuş vəzifələrin icrasını təmin etməmiş, uşaqları ilə qəddar rəftar etmiş, uşaqlar həmin səbəbdən atalarının yanına getmiş və anaları ilə birgə yaşamaqdan qəti imtina edirlər. İşin həmin halları uşaqların göstərdikləri və davranışı əsasında m üəyyən olunduğundan məhkəmə kollegiyası işin həmin hallarına əsaslanaraq uşaqların atalarının himayəsinə verilməsi barədə nəticəyə gəlmişdir. Uşaqların atalarının himayəsinə verilməsi onların istəkləri və birlikdə olmaları baxımından onların mənafelərinə uyğun olduğundan kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə iş üzrə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun əsaslandırıldığından dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1499/2021 nömrəli iş üzrə 26 aprel 202 1-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4981/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4981/2021
15.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver