Məhkəmə qərarları › İş №2(102)-4985/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4985/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4985/2020 23.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)972/2020 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kasasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.T.Tağıyeva, iş № 2(006)-3373/2019) İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı əmanət üzrə kompensasiyanın ödənilməsi tələbinə dair iddiası təmin edilərək xx xxxxx 2013-cü il tar ixli bank əmanəti müqaviləsi üzrə qoyulmuş əmanətin kompensasiyası qismində Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə 21.158 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilib cavabdeh Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə 30.000 manat tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin halları: xx xxxxx 2013-cü il tarixdə “xxxx” ASC ilə İddiaçı arasında bank əmanəti müqaviləsi bağlanmış və İddiaçı tərəfindən həmin müqavilə yə əsasən üç il müddətinə 10.000 ABŞ dolları məbləğində əmanət qoyulmuş, əmanətin faiz dərəcəsi 11,5 faiz müəyyən olunmuşdur. Bundan sonra bank müflis elan olunmuş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunmuşdur. xx xxxxxx 2018-ci il tarixdə iddiaçının ləğv prossesində olan “xxxx” ASC-yə 21.158 ABŞ dolları məbləğində tələbi qeydə alınmışdır. xx xxxxxx 2018-ci il tarixdə iddiaçı kompensasiyanın ödənilməsi tələbi ilə cavabdehə müraciət etmiş, lakin xx xxxxxx 2018-ci il tarixli cavab məktubu ilə ona kompensasiya ödənilməsindən imtina olunmuşdur. 2019-cu ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kompensasiyanın ödənilməsindən imtinanın səbəbinin müddət bitdikdən sonra xx xxxxx 2016-cı il tarixdən əmanətə 4 faiz dərəcəsinin tətbiq olunması, xx xxxx 2016-cı il tarixdən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 3 faiz olması və əmanətin artıq sığortalanmayan əmanət olması ilə izah olunması, imtinanın “Əmanətlərin sığortalanması haqqında” Qanunun və Mülki Məcəllənin 948.3-cü maddəsinin müddəalarına uyğun olmamasını və s. əsas göstərməklə cavabdehdən onun xeyrinə 21.158 ABŞ dolarının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İş üzrə İddiaçı qətnamədən kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərərək qətnamənin ləğv edilib iddianın tam təmin olunması, həmçinin kassa siya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin cavabdeh əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Əmanət müqaviləsinin 5.2-ci maddəsinə əsasən xx xxxxx 2016-cı il tarixdə əmanət müqaviləsinin eyni müddətə (36 ay müddətinə) 4 faiz dərəcəsi ilə uzadılmasını, xx xxxx 2016-cı il tarixdən əmanətin qorunan əmanət olmamasını, məhkəmə kollegiyasının nəticəsinin “Əmanətlərin sığortalanması haqqında” Qanunun tələblərinə zidd olmasını, qətnamənin mübahisəli hüquq münasibətini tənzimləyən normaların tələblərinə uyğun olmamasını və s. əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının v ə cavabdehin vəkilləri verdikləri kassasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx xxxx 2009-cu il tarixli qərarı ilə qorunan əmanətlər üzrə ilik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, xx xxxxxx 2013-cü il tarixli qərarla 10 fa iz, xx xxxxxx 2015-ci il tarixli qərarla 12 faiz, xx xxxx 2016-cı il tarixli qərarla xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X1 xx xxxxxxxx 2016-cı il tarixli qərarı ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətinə tam sığortalanması müəyyən edilmişdir. İddiaçı ilə bağlanmış xx xxxxx 2013-cü il tarixli müqavilədə əmanətçiyə illik 11,5 faizin ödənilməsi nəzərdə tutulmuşdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə bağlanmış müqavilə üzrə faiz dərəcəsi X1 həmin tarix üçün müəyyən etdiyi illik faiz dərəcəsi həddindən azdır. Yəni iddiaçının əmanəti cəlb edildiyi günə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən müəyyən edilm iş qorunan əmanətlər üzrə illik faiz dərəcəsi həddində olan əmanət olduğuna görə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2-ci maddəsinə uyğun olaraq qorunan əmanətlərə aid edilir. İddiaçı “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 4.1-ci maddəsinə uyğun olaraq əmanət müqaviləsində müvafiq dəyişiklik edilməsi və faiz dərəcəsinin X2 tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə illik faiz dərəcəsi həddinə salınması üçün müraciət etməmişdir. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, iddiaçının “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 5.1-ci maddəsinə uyğun olaraq tam sığortalanmış əmanət üzrə 100 faiz həcmində kompensasiya deyil, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsində nəz ərdə tutulmuş kompensasiyanı almaq hüququ yaranmışdır. Həmin maddəyə görə, fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Fonddan 30.000 manat məbləğində kompensasiya tutularaq İddiaçı verilməlidir. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bak ı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar