Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-499/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evinə köçürmə, yaşayış evindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikili olan yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2021-ci il tarixli, 2(103)4666/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraatda baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı 27 dekabr 2019-cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 2şınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının qeydiyyatda olmaqla aldığı ünvan 1 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi, həmin yaşayış evindən istifadəsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş e tmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsindəki 34V ünvanındakı fərdi yaşayış evinin satılmasını eşidərək, 2019-cu ilin dekabr ayının ortalarında həmin ünvana gəlmiş, özünü Cavabdeh1 kimi təqdim edən şəxs onları həmin evin həyətinə, sonra da evə dəvət edərək, evin ona məxsus olduğunu, həmin evi real alıcısı olduğu təqdirdə satacağını bildirmişdir. Fərdi yaşayış evinə baxdıqdan sonra bu evi Cavabdeh1 ona 48500 manata satacağı barədə şifahi olaraq razılaşmışlar. Razılığa əsasən Cavabdeh1 evin çıxarışının olmamasına baxmayaraq, evin sənədləşməsinin özü tərəfindən aparılacağını bildirməklə, onun qeydiyyatını həmin evin ünvanına saldıracağını, özünün isə qısa müddətdə (2-3 günə) həmin evin qeydiyyatından çıxacağını və evi ona ailəsi ilə köçüb yaşamaqlarından ötrü açarları ilə birgə təhvil verəcəyini demişdir. Bundan bir neçə gün sonra, 27 dekabr 2019-cu il tarixdə o, tanışları X3 və X1 ilə birgə alacaqları həmin ünvandakı evə gəlmiş, orada ev sahibi Cavabdeh1 onları qarşılayaraq evə dəvət etmiş və evdə “ASAN” Xidmət Mərkəzindən aldığı arayışları ona göstərərək onun artıq həmin evə qeydiyyata salındığını göstərmişdir. İddiaçı Cavabdeh1 inanaraq onunla razılaşdıqları 48500 manat pulu yuxarıda adlarını qeyd etdiyi şəxslərin yanında sayaraq Cavabdeh1 vermişdir. Həmin vaxt Cavabdeh1 demişdir ki, 2-3 gün ərzində o bu evdəki əşyalarını toplayıb başqa bir yerə aparacaq və özü də bu evin qeydiyyatından çıxıb gedəcəkdir. Lakin iddiaçı dəfələrlə sözügedən ünvana getməyinə, Aqili tapıb evin açarlarını ondan almaq istəməyinə və al dığı evə köçüb rahat yaşamaq istəməyinə baxmayaraq, Cavabdeh1 tapa bilməmiş, özlərini Cavabdeh1 dayıları kimi təqdim edən Cavabdeh2 və Cavabdeh3 adlı şəxslər isə həmin evdə yaşamamalarına, bu evin onlara heç bir aidiyyətinin olmamasına baxmayaraq, onun həmin yaşayış evinə köçməyinə imkan verməmiş, evin açarlarını da ona verməkdən imtina etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(005)541/2021 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia rədd edilmişdir. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı qeyd olunan tələblə iddia qaldırmağa subyektiv hüququnun olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, iddiaçının ünvan 1 ünvanına mülkiyyət hüququnun (o cümlədən istifadə hüququnun) yar anmadığı müəyyən edilir. Mübahisə predmeti olan ev özbaşına tikilidir və iddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarında həmin mübahisəli evin ona aid olmasını və onun tərəfindən Cavabdeh1 48500 manat məbləğində pul ödənilməklə əldə edildiyini bildirsə də, bununla əlaqədar məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(005)-541/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2021-ci il tarixli, 2(103)-4666/2021 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Kərimlinin sədrliyi və məruzəsi ilə, haki mlər A.Ə.İsgəndərovdan və E.C.Kazımovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(005)-541/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddianın təmin edilməsi, İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi və onun həmin yaşayış evindən istifadəsinə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi, iddiaçının sözü gedən ünvana köçüb yaşaması ilə qanuni mənafeyi olduğu, ona maneə olanların isə, qadağan edilmiş özbaşınalıq etdikləri nəticəsinə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı 27 dekabr 2019-cu il tarixində ünvan 4 ünvanına yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh1 mübahisəli yaşayış sahəsinə faktiki sahiblik etmiş və məhz onun (yəni faktiki sahib Cavabdeh1) sayəsində və iradəsi ilə İddiaçı həmin yaşayış sahəsinə daimi yaşamaq məqsədilə yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Bu isə öz növbəsində İddiaçı ünvan 1-yə olan sahibliyi məhz əvvəlki faktiki sahib olan Cavabdeh1 iradəsi ilə əldə etdiyini göstərir. Məhkəmə qeyd etmişdir ki, yaşayış yeri və olduğu yer üzrə qanunvericiliyə görə, şəxsin bir yerdən qeydiyyatdan çıxıb başqa bir yaşayış yerinə qeydiyyata düşə bilməsi üçün yeni yaşayış yerinə köçməsinə əsa s verən faktı təsdiq edən sənəd olmalıdır. Başqa sözlə yaşayış yerini dəyişdirmiş bir vətəndaşın yeni yaşayış yeri üzrə qeydiyyata alınması aktı özü-özlüyündə həmin vətəndaşın yeni yaşayış yerinə köçüb yaşamasının hüquqi əsası olduğunu göstərir. İddiaçının yaşayış yerini dəyişdirərək sözü gedən mübahisəli yaşayış sahəsinə yaşayış yeri üzrə daimi qeydiyyata düşməsinə dair inzibati akt qanunsuz hesab edilmədiyi və ya ləğv olunmadığı müddətdə qüvvədə və əsaslı hesab olunur. Bu səbəblə də, iddiaçının həmin yaşayış yerində yaşamasına müqavimət göstərərək fiziki maneə törədən şəxslərin bununla bağlı çox ciddi hüquqi əsasları olmalıdır. Əks halda iddiaçının mübahisəli mənzilə köçməsinə fiziki maneə törətmək aşkar şəkildə qadağan edilmiş özbaşınalıq hesab olunur. Mülki qanunvericiliyə görə, şəxs ö z qanuni mənafeyini yalnız saxlama (Mülki Məcəllənin 468-ci maddəsi), zəruri müdafiə (563-cü maddə), son zərurət (564-cü maddə), özünəyardım (565-ci maddə) və sahibliyin müdafiəsi (164-cü maddə) hallarında fiziki güc tətbiq etməklə müdafiə edə bilər. Halbuki hazırkı iddia icraatı üzrə məhkəmə işində cavabdehlər baxımından bu hallardan hər hansı birinin mövcudluğu ilə bağlı heç bir sübut və hətta etiraz mahiyyətində bir iddia irəli sürülməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd olunan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin evə ünvan verilmiş, habelə iddiaçı həmin evə pasport qeydiyyatına alınmışdır. Beləliklə, dövlət faktiki olaraq həmin fərdi yaşayış evinin mövcudluğunu tanımışdır. Məhkəmə hesab etmişdir ki, evin özbaşına t ikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, iddiaçının həmin evi qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun şəkildə əldə etməməsi onun həmin evə köçürülməsi və cavabdehlərin həmin evdən iddiaçının istifadəsinə maneçilik törətməsinin qadağan edilməsi barədə iddia tələbinin təmin edilməməsinə əsas vermir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2021-ci il tarixli, 2(103)-4666/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rı pozulmuşdur. Belə ki, iddia ərizəsində göstərilən hallar həqiqəti əks etdirməmiş, mübahisələndirilən ev Cavabdeh1 məxsus olmamış, həmin ev özbaşına tikili olmaqla, Cavabdeh1 valideynləri tərəfindən inşa olunmuş, cavabdehin anası rəhmətə gedəndən sonra iddiaçı evi 40000 manata almaq istədiyini bildirmişdir. Cavabdeh1 ağır maddi vəziyyətə düçar olmuş, bundan istifadə edən iddiaçı MİS rəisi ilə əlaqəyə girərək, mübahisəli evə yeni ünvan ayırmışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırki iddianı verməyə subyektiv hüququnun olmamasını, mübahisələndirilən evin özbaşına tikili olmasını, Cavabdeh1 həmin evi satmağa səlahiyyətli olmamasını nəzərə almamış, bununla da Mülki Məcəllənin 180.1 və 180.2-ci maddələrinin tələblərini pozmuşdur. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. İddiaçı kassasiya şikayətinə yazılı etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir Etiraz iddia ərizəsində göstərilən hallara və iş materiallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddia tələbi bölünməz olduğundan və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç k əs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətna mə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır. Kassasiya şikayətinin dəlilləri ilə məhkəmə kolleg iyası ilk olaraq qeyd edir ki, cavabdeh iddiaçının tələbinin sübut edilməməsini göstərsə də, bununla bağlı dəlillərini işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Halbuki o, Azərbaycan Respublikası MPM-in 135-ci maddəsinə uyğun olaraq məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Digər tərəfdən kassator hazırki şikayətində iddiaçının onun razılığı ilə mübahisəli evə qeydiyyata alınmasını təsdiq etməsə də, bu halı inkar da etməmişdir. Belə ki, kassasiya şikayətində iddiaçının cavabdehin ağır maddi vəziyyətindən istifadə edib, evə qeydiyyata alındığını göstərmişdir. Bununla kassator onun razılığı ilə iddiaçının evə pasport qeydiyyatına alınmasını etiraf etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisələndirilən evin özbaşın a tikili olduğu üçün cavabdehin ona sərəncam vermək səlahiyyətinin olub-olmaması mübahisə predmeti deyildir. Mübahisəli məsələ iddiaçının həmin evə yaşamaq hüququnun olmasıdır. Həmin məsələyə hüquqi qiymət verən apellyasiya məhkəməsi iddiaçının qeyd olunan evə köçüb yaşaması ilə qanuni mənafeyi olduğu, ona maneə olanların isə, qadağan edilmiş özbaşınalıq etmələrini müəyyən etmişdir. Məhkəmə kollegiyası izah edir ki, Ali Qanunun 43-cü maddəsi ümumi norma olmaqla, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkəti qadağan edir. Bu normanı mənzilə köçürülmə dair tələblərə tətbiq edərkən 3 halın aydınlaşdırılması zəruridir: 1) şəxs köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2) şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3) məhrum edilmə qanuni olmuşdurmu?. Apelly asiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsi özbaşına tikili olsa da, yaşayış sahəsi kimi istifadə olunur və iddiaçı həmin evə yaşamaq məqsədi ilə pasport qeydiyyatına alınmışdır. Cavabdehlərin isə buna maneə olunması üçün hər hansı hüquqi əsaslarının olması iş materialları ilə müəyyən olunmur. Belə ki, məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçını mübahisələndirilən evə köçürməklə, düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edi lərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2021-ci il tarixli, 2(103)-4666/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-499/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-499/2022
24.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver