Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5007/2020 23.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)2226/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.C.Musayeva, iş № 2(006)-6294/2019) İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şirinov) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı xx xxxx 2004-cü il tarixdə həqiqi hərbi xidmətə çağırılmış və xidmət etdiyi dövrdə aldığı xəsarətlə əlaqədar hərbi xidmətə yararsız hesab edilərək xx xxxx 2005-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx xxx 2005-ci il tarixli arayışa əsasən İddiaçı 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı xx xxx 2005-ci il tarixdə 3.300.000 manat məbləğində sığorta ödənişi verilmişdir. 2019-cu ilin fevral ayında İddiaçı ona sığorta ödənişinin verilməsi barədə şirkətə müraciət etmiş, lakin ona 2005-ci ildə sığorta ödənişinin verilməsi əsas göstərilməklə müraciəti təmin olunmamışdır. 2019-cu ilin oktyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2005-ci ildə ona ödənilmiş 3.300.000 manatın sığorta ödənişi deyil, maddi yardım kimi ödənilməsini əsas göstərməklə şirkətdən sığorta ödənişinə görə onun xeyrinə 6.600 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək ona sığorta ödənişinin ver ilməsi barədə məhkəmənin nəticəsinin əsassız olmasını, qətnamənin maddi və prosessual hüquq normasının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin məhkəmə instansiyaları tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əmək qabiliyyətinin 60 faiz itirilməsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 4-cü maddəsinin tələbinə müvafiq olaraq xx xxx 2005ci il tarixdə 3.300.000 manat məbləğində sığorta ödənişi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926-cı maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığo rtaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.(926.1) Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. (926.2) Apelyasiya instansiyası məhkəməsinə görə iddiaçıya sığorta ödənişinin verilməsi ilə əlaqədar onunla olan sığorta müqaviləsinə xitam verildiyindən ona təkrar olaraq sığorta ödənişi verilə bilməz. Kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin dəlilləri onun ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətna məsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5007/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5007/2020
23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver