Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-501/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 qarşı ilk, Cavabdeh2 İddiaçı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ İş № 2(102)-501/2023 (Açar sözlər: iclas potokolunun etibarsız hesab edilməsi, müqavilənin ləğvi, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi, yaşayış sahəsinə görə ödənilmiş artıq məbləğin alınması, mənəvi ziyanın tutulması, müqavilənin ləğv olunması) Bakı şəhəri 23 fevral 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehl ər Cavabdeh1nə, Cavabdeh2 qarşı iclas potokolunun etibarsız hesab edilməsi, müqavilənin ləğvi, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi, yaşayış sahəsinə görə ödənilmiş artıq məbləğin alınması, mənəvi ziyanın tutulması tələbinə dair iddiasına, Cavabdeh2 İddiaçı qarşı Cavabdeh1 ilə İddiaçı arasında 08 aprel 2010-cu il tarixdə bağlanmış müqavilənin ləğv olunması tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5262/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh1 MTK ilə arasında bağlanmış Suraxanı rayonu, Qaraçuxu r ŞTQ-si, 42048/49-cu məhəllədə tikilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən (bina tikilən zamanı 1-ci və 2-ci mərtəbələr qeyri-yaşayış sahələri olmuş, mənzillərin nömrələnməsi və mərtəbə sayı 3-cü mərtəbədən hesablamışdır), ümumi sahəsi 105,36 kv. m., 3 yaşayış otağından ibarət olan, 56 №-li mənzilə dair 08 aprel 2010-cu il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı 35000 (otuz beş min) ABŞ dolları məbləğində ödəməklə, cavabdeh tərəfindən Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 42048/49- cu məhəllədə tikilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən (bina tikilən zamanı 1-ci və 2-ci mərtəbələr qeyri-yaşayış sahələri olmuş, mənzillərin nömrələnməsi və mərtəbə sayı 3-cü mərtəbədən hesablamışdır), ümumi sahəsi 105,36 kv.m.,3 y aşayış otağından ibarət olan, 56 №-li mənzilin payçı kimi həmin mənzilin sahibi olmuşdur. Mənzilin dəyərinin tam ödənilməsi barədə cavabdeh iddiaçıya 08 aprel 2010-cu il tarixli maliyyə arayışı vermişdir.
2. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(010)493/2017 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 MTK-ya qarşı iddiası təmin edilmiş, Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49- cu məhəllədə tikilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105,36 kv. m., 3 yaşayış otağından ibarət olan, 56 №-li mənzilin İddiaçı verilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49cu məhəllədə tikilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən, üm umi sahəsi 105,36 kv. m., 3 yaşayış otağından ibarət olan, 56 №-li mənzildə təmir işlərinin aparılmasına qoyulmuş maneələrin aradan qaldırılması vəzifəsini cavabdehin üzərinə qoyulması qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12715/2017 saylı iş üzrə 20 dekabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edlilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia tələbi təmin edilərək, cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQsi 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının birinci blok, 12-ci mərtəbə, 56 saylı mənzilin iddiaçıya təhvil verilməsi və iddiaçının həmin mənzilə təmir işləri aparmasına qoyulmuş maneələrin aradan qaldırılması qət edilmişdir.
4. Azərbaycan Res publikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 (102)3381/2018 sayıl iş üzrə 15 may 2018-ci il tarixli qərarı ilə qeyd olunan mülki iş üzrə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 MTK-nın Suraxanı rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(010)49/2017 saylı qətnaməsindən qeyd olunan mülki iş üzrə Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia tələbi təmin edilərək, cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ -si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının birinci blok, 12-ci mərtəbə, 56 saylı mənzilin iddiaçıya təhvil verilməsi və iddiaçının həmin mənzildə təmir işlərinin aparılmasına qoyulmuş maneələrin aradan qaldırılması qət edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 may 2021-ci il tarixli, 3/H3537/21 saylı qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)78/2020 saylı iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə təqdimat verilməsinə dair Cavabdeh2 müraciətinin əsassız olduğu üçün təmin edilməməsi qərara alınmışdır. Həmin qərardad onunla əsaslandırmışdır ki, ərizəçi mübahisələndirilən qətnamənin qəbul edildiyi iş üzrə tərəf və müvafiq olaraq həmin iş əsasında verilmiş icra sənədi üzrə borclu deyild ir. Mövcud vəziyyətdə ərizəçinin tərəfi olmadığı iş üzrə qəbul edilmiş qətnamə və ya icra sənədi onu daşınmaz əmlakın dövlət reyestrində adına mülkiyyət hüququ qeydə alınmış əmlakdan çıxarılması üçün əsas ola bilməz. Bu baxımdan qəbul edilmiş məhkəmə aktı ərizəçinin maraqlarına toxunmur.
7. Cavabdeh1 ilə Cavabdeh2 arasında Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 42048/49- cu məhəllədə inşa edilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 105,36 kv. m., 3 yaşayış otağından ibarət olan, 56 №-li mənzilə dair 11 mart 2014-cü il tarixli müqaviləyə əsasən Cavabdeh2 40.000 (qırx min) manat məbləğində ödəməklə Cavabdeh1 MTK tərəfindən Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 42048/49- cu məhəllədə tikilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən ümu mi sahəsi 105,36 kv. m., 3 yaşayış otağından ibarət olan, 56 №-li mənzilin payçı kimi həmin mənzilin sahibi olmuşdur. Mənzilin dəyərinin tam ödənilməsi barədə cavabdeh iddiaçıya 18 mart 2017-ci il tarixli maliyyə arayışı vermişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018- ci il tarixli, 2 (102)-6607/2018 saylı qərarına əsasən qeyd olunan mülki iş iddiaçı Cavabdeh1 MTK-nın cavabeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddiaçı Cavabdeh1 MTK-nın kassasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan görünür ki, Qubadlı Rayon Məhkəməsinin 27 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Məmmədov,) iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il q ətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi) E.Əhmədov və Z.Məmmədov) iddiaçı Cavabdeh1 MTKnın apellyasiya şikayəti qismən təmin edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı qarşa 08 aprel 2010-cu il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab olunması barədə iddia tələbi rədd edilmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli 2 (105)-808/2018 saylı qətnaməsindən görünür ki, 11 mart 2014-cü il tarixill Elita-R MTK ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, ŞTQ məhəllədə 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 105,36 kv m olan 56 nömrəli mənzil izolə olunmu ş 3 otaqdan ibarət olmaqla pay kimi MTK tərəfindən payçıya verilmişdir. Müqavilə üzrə mənzilin dəyəri bir kv. m sahə üçün 380 manat müəyyən edilmiş, cəmi 105, 36 kv m sahəsinin dəyər 40.000 manat təşkil edir. Müqavilə ilə müəyyən olunmuş mənzilin dəyəri ödənilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2 (102)-3106/2020 saylı qərarına əsasən qeyd olunan mülki iş üzrə iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı qarşı müqavilənin ləğv olunması tələbinə dair mülki iş üzrə iddiaçı Cavabdeh1 MTK-nın kassasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan görünür ki, Qubadlı Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Məmmədov,) iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin Mülki Kollegi yasının 28 dekabr 2019-cu il qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi) E.Əhmədov və Z.Məmmədov) iddiaçı Cavabdeh1 MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, Qubadlı rayon məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi tərəfindən verilmiş **********03 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 193, 56 saylı mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 193, M13, m1) "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışına, "Elita-R” MTK üzvlərinin ümumi iclasının 134№-li, xx.xx.2019-cu il tarixli protokolundan çıxarışına əsasən xx.xx.2020-ci il tarixində ilkin olaraq Gasanova Simanın adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən əmlaka dair Gasanova Simanın adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sözügedən mənzilin ümumi sahəsi hüquqmüəyyənedici sənədlər üzrə 105.36 kv.m kimi göstərilsə də, çıxarışda ümumi sahə 97.2 kv.m kimi göstərilmişdir.
12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********66 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, ev 193, 61 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 193, M14, m1; giriş 1, 14-cü mərtə bə) Elita-R MTK üzvlərinin ümumi iclasının xx.xx.2019-cu il tarixli, 174№-li protokolundan çıxarışa, xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixində Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən əmlaka dair Cavabdeh2 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sözügedən mənzilin ümumi sahəsi hüquqmüəyyənedici sənədlər üzrə 105.36 kv.m, çıxarışda isə 97.2 kv.m kimi göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 MTK ilə iddiaçının arasında bağlanmış 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49- cu məhəllədə tikilmiş göstərilmiş, 12-ci mərtəbədə yerləşdiyi qeyd olunan 56 saylı mənzilin hazırda yeni qaydalara görə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış yeni ünvanda ünvan 1 giriş 1, 14-cü mərtəbədə yerləşən mənzil № 61-li mənzil olması və iddiaçıya məxsus olması; ünvan 3, giriş 1 14-cü mərtəbədə yerləşən 61 №-li mənzilə dair cavabdeh “Elita-R MTK-nın Cavabdeh2 adına mülkiyyət hüquqularının qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etdiyi MTK üzvlərinin ümumi iclasın 134 №-li, xx.xx.2019-cu il tarixli protokolun etibarsız hesab edilməsi; Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi; Cavabdeh2 adına ünvan 1 giriş 1, 14-cü mərtəbədə yerləşən 61 №-li mənzilə dair Daşınmaz Əml akln Dövlət Reyestri Xidmətində qeydə alınmış mülkiyyət hüququnun və mülkiyyət hüququna dair verilmiş xx.xx.2021-ci il tarixli, **********5 qeydiyyat nömrəli Çıxarışın ləğv olunması; Cavabdeh2 və onun mübahisəli mənzildə yaşayan ailə üzvlərinin mənzildən çıxarılması; ünvan 1 giriş 1 14-cü mərtəbədə yerləşən 61 №-li mənzilə dair mülkiyyət hüquqularının qeydə alınması üçün MTK-nın ümumi yığıncağının iclas protokolundan çıxarışın və yeni ünvanla mənzilin dəyərinin tam ödəniliməsinə dair maliyyə arayışın verilməsi vəzifəsinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması; Cavabdeh1 MTK 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən iddiaçıdan artıq aldığı 8.16 kv metr sahənin dəyərini, 2709 (iki min yeddi yüz doqquz) ABŞ dollarını, Cavabdeh1 MTKnın rəhbərliyinin mübahisəli mənzillə bağlı iddiaçıya qarşı etdiyi qanunsuz hərəkətləri nəticəsində vurulmuş 50.000 manat mənəvi ziyanın və məhkəmə xərci kimi ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK ilə iddiaçının arasında bağlanmış 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən iddiaçı 35.000 (otuz beş min) ABŞ dolları məbləğində ödəməklə cavabdeh tərəfindən Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 42048/49-cu məhəllədə tikilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən (bina tikilən zamanı 1-ci və 2-ci mərtəbələr qeyri-yaşayış sahələri olmuş, mənzillərin nömrələnməsi və mərtəbə sayı 3-cü mərtəbədən hesablanmışdır), ümumi sahəsi 105,36 kv. m., 3 yaşayış otağınd an ibarət olan, 56 №-li mənzilin payçı kimi həmin mənzilin sahibi olmuşdur. Mənzilin dəyərinin tam ödənilməsi barədə cavabdeh iddiaçıya 08 aprel 2010-cu il tarixli maliyyə arayışı vermişdir. Binanın tikintisi baş çatmasına və artıq bir neçə payçının öz mənzillərini təmir edib həmin mənzillərə köçüb yaşamalarına baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirməmiş, mənzili iddiaçıya təhvil verməkdən boyun qaçırmış, mənzilin təmiri ilə bağlı görəcəyi işlərə süni maneələr yaratmışdır. Cavabdeh əsassız olaraq müqavilədən kənar iddiaçıdan əlavə ödəniş tələb etmişdir. Bu səbəbdən iddiaçı 10 noyabr 2016-cı il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə iddia ərizəsi verərək, Cavabdeh1 MTK ilə iddiaçının arasında bağlanmış 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən cavabdeh tərəfi ndən Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49-cu məhəllədə tikilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105,36 kv. m., 3 yaşayış otağından ibarət olan, 56 №-li mənzilin iddiaçıya təhvil verilməsi, mənzildə təmir işlərinin aparılmasına qoyulmuş maneələrin aradan qaldırılması vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qətnamənin qəbul edilməsini xahiş etmiş, iddiası təmin edilmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsində müqavilənin etibarsız hesab olunması barədə işə baxılarkən, həmin işə üçüncü şəxs kimi Cavabdeh2 da qoşulmuşdur. Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəmələrində iştirak etdiyi hər iki işlə bağlı çıxarılmış qətnamələrlə razılaşmış, lakin bundan sonra həmin mənzilə dair mülkiyyət hüquqlarını qeydə aldırmış, adına reyestrdən çıxarış almışdır. Cavabdeh2, mənzilin problemli olduğunu bilirdi, hətta danışıq zamanı bildirmişdir ki, 2018-ci ildə o, mənzili 40.000 manata almışdır. 3 otaqlı, mənzili qeyd olunan dövrdə hazırda yerləşdiyi yerdə 40.000 manat alınması mümkünsüzdür. İddiaçı Cavabdeh1 MTK-ya qarşı Suraxanı rayon məhkəməsində iddia verəndə və həmin işə məhkəmədə baxılan zamanı (2016-2017-ci illər) mənzil təmirsiz olmuşdur, yəni həmin ərəfədə mənzil başqa bir şəxsə satılmamışdır. Vəkil sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi tərəfindən verilmiş **********03 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, məhəllə ev 193, mənzil 56 (yeni qaydada Yusif Eyvazov küçəsi 193, M 13, m.l) “Elita-R" MTK tərəfindən ve rilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışına, Cavabdeh1 MTK üzvlərinin ümumi iclasın 134 №-li, xx.xx.2019-cu il tarixli protokolundan çıxarışına əsasən xx.xx.2020-ci il tarixində ilkin olaraq Qasanova Simanın adına qeydiyyatdan keçmişdir. Bundan sonra iddiaçı mənzilə baxış keçirən zamanı müəyyən olunmuşdur ki, tikintisi başlayan zamanı birinci iki mərtəbələr qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuş sahələrdən, ikinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi, yaşayış sahəsinə çevirilərək, bir neçə yeni mənzillər əmələ gəlmiş, bu səbəbdən mənzil sıralamasında və mərtəbədə dəyişiklik olmuşdur. Bu səbəbdən müqavilə ilə Cavabdeh1 MTK-dan aldığı mənzilin yerləşdiyi mərtəbə 12 deyil 14 olmuş, mənzilin nömrəsi isə 56 deyil 61 olmuşdur.
16. Faktiki olaraq mənzilin iddiaçıya məxsus olması Sura xanı rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(010)-49/2017 saylı qətnaməsi və Cavabdeh1 MTK ilə aralarında olan məhkəmə çəkişmələrinin yekun qərarları ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən sonradan Cavabdeh2 Hüüseyn oğlunun adına həmin mənzilə dair aparılmış bütün sənədləşdirilmə (Cavabdeh1 MTK-nın xx.xx.2019-cu il tarixli 174 №-li protokolu, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında mübahisəli mənzilə dair bağlanmış xx.xx.2014cü il tarixli müqavilə, Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətində qeydə alınmış mülkiyyət hüququnun, onun adına verilmiş xx.xx.2021-ci il tarixlə, ********** qeydiyyat nömrəli çıxarış ləğv olunmalı, həmin mənzilin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmasına tələb olunan protokoldan çıxarışın verilməsi vəzifəsi cavabdeh "xxxx" MTK-n ın üzərinə qoyulmalıdır. Bundan başqa, Cavabdeh1 MTK mənzilin sahəsinə görə iddiaçıdan alınmış artıq 8.16 kv. metr sahənin (müqaviləyə görə 105.36 kv.m.-Çıxarışıa görə faktiki ölçü 92.2 kv.m= 8.16 iv.m.) dəyəri- faktiki ödədiyi 35.000 ABŞ dolları nəzərə alınmaqla 8.16 kv.m X 1 kv.-nin dəyəri 332 ABŞ dolları = 2709 (iki min yeddi yüz doqquz) ABŞ dollarını iddiaçıya qaytarılmalıdır.
17. Qeyd olunan dövrdən bu günə kimi iddiaçı cavabdeh” Cavabdeh1 MTK-nın qanunsuz hərəkətlərindən maddi və mənəvi cəhətdən ziyan çəkir. Əsasən mənəvi cəhətdən vurulmuş ziyandır ki, bunu heçnə ilə ifadə etmək olmur. Cavabdeh1 MTK-nın iddiaçıya məhkəmə çəkişmələrinə cəlb etmək, məhkəmələrdə iddiaçını süründürərək, bundan sonra da MTK-nın rəhbərliyi açıq şəkildə dələduzluq əməllərini davam etdirərək mənzili başqa şə xsin Cavabdeh2 mülkiyyətinə keçirilməsi üçün sənədləşdirmə aparmış, bunun nəticəsi olaraq yeni məhkəmə mübahisəsi yaratdığına görə hüquqularının bərpası üçün iddiaçıya maddi ziyan vurulmaqla yanaşı, əsəb gərginliyi keçirməyi keçirmişdir. Hesab edir ki, Cavabdeh1 MTK keçirdiyi stres və əsəbə görə iddiaçıya mənəvi ziyan kimi 50.000 manat ödəməlidir.
18. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası 53-cü maddəsinə əsasən, iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, mənzilə dair çıxarışın ləğv edilməsi tələbinin mülkiyyət hüququna dair verilmiş xx.xx.2021ci il tarixli, **********5 saylı qeydiyyat çıxarışının etibarsız hesab edilməsi tələbi ilə əvəz olunmasını xahiş etmişdir. Qalan hissədə olan tələblər dəyişdirilməmiş qalmışdır.
19. İddiaçı yenidən iddian ın dəqiqləşdirilməsinə dair ərizə verərək İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh1 MTK ilə iddiaçının arasında bağlanmış 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49- cu məhəllədə tikilmiş göstərilmiş, 12-ci mərtəbədə yerləşdiyi qeyd olunan 56 saylı mənzilin hazırda yeni qaydalara görə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış yeni ünvanda ünvan 1 giriş 1, 14-cü mərtəbədə yerləşən mənzil № 61 saylı mənzil olması və həmin mənzilin sahiblik hüququ ilə məxsus olması, iddia ərizəsində 4-cü tələbində Cavabdeh2 adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 193, M14, m1, giriş 1, 14-cü mərtəbədə yerləşən 61 saylı mənzilə Daşınmaz Əmlakın Dövət Reyestri Xidmətində qeydə alı nmış mülkiyyət hüquna dair verilmiş xx.xx.2021-ci tarixli **********5 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunması kimi dəyişiklik edərək, bu tələblərə dair və iddia ərizəsində olan digər tələblər dəyişdirilmədən saxlanılmışdır. Həmin tələblərin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Eyni zamanda Cavabdeh2 İddiaçı, üçüncü şəxs “Elita-R" MTK ilə cavabdeh arasında 08 aprel 2010-cu il tarixdə bağlanmış müqavilənin ləğv olunması tələbinə dair qarşılıqlı idda ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 08 aprel 2020-cu il tarixli müqavilənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi barədə xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Qarşılıqlı idddia onunla əsaslandırmışdır ki, 08 aprel 2010-cu il tarix li müqaviləyə əsasən Cavabdeh1 MTK tərəfindən iddiaçıya Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49-cu məhəllədə tikilən çoxmənzilli binanın 1-ci blok, 12-ci mərtəbə, 56 saylı mənzilinə dair müqavilə bağlanmışdır. Müqavilə bağlandıqdan sonra işin faktiki hallarından görünür ki, tərəflər arasında digər başqa hər-hansı sənədləşmə işləri aparılmamışdır. Belə ki, müqavilənin bağlanmasından 11 ildən çox bir vaxt keçmiş, təkcə Cavabdeh2 qarşı deyil, eyni zamanda Cavabdeh1 MTK-ya qarşı həm daşınmaz əmlakla bağlı iddia müddətini, həm də ümumi iddia müddətini ötürmüşdür. Müqavilənin 08 aprel 2010-cu il tarixdə bağlanmasına baxmayaraq, hal-hazırkı vaxtadək, müqavilə bağlanmış mənzilin dəyərinin ödənilməsi barədə hazırkı tarixədək maliyyə arayışını almamış, bundan başqa həmin müqavilə bağ landıqdan sonra, 61 №-li mənzilə dair Cavabdeh1 MTK ilə aralarında müqavilə bağlanmamışdır. İndi isə yuxarıda göstərilən prosedurların həyata keçirilməsini cavabdehin məhkəmə vasitəsi ilə tələb etməsi qanunsuz və əsassızdır. Ümumiyyətlə isə hazırkı işin heç bir məhkəmə aidiyyatı mümkün deyildir. Tərəflər arasında mövcud məhkəmə mübahisələrinin olması da buna əyani sübutdur. Tərəfindən də hazırkı işin araşdırılması ilə bağlı Cavabdeh1 MTK-ya müraciət edilmiş və onlar özlərinin məktubu ilə rəsmi qaydada iddiaçıya bildirmişlər ki, müqavilə bağlanmışdır ki, Ramil, Teymur və cavabdeh İddiaçı tərəfindən tikintini armatur və materiallarla təmin etsinlər. Ancaq, onların heç biri bunu etməmiş, heç bir mal-material verməmişlər. Cavabdeh İddiaçı özü də bunu bu gün də sübuta yetirə bilmir, halbuki, sü but etmək yükü iddiaçının üzərinə düşür. Belə ki, hələ bundan öncə də iddiaçı və Cavabdeh1 MTK və İddiaçı arasında olan məhkəmə mübahisələrində də tərəflər kassa ödəniş sənədlərinin, müqavilənin etibarsız sayılması, mənzilin təhvil verilməsi, təmir üçün yaradılmış maneənin qadağan edilməsi üzrə tələblərə baxılmış, ancaq bu məhkəmə iclaslarında nə mal-materialların, nə də ki, mənzillə görə hər hansı bir ödənişin Emin tərəfindən ödənilməsi ilə bağlı sübut təqdim edilməmişdir. İstər cavabdeh Emin, istərsə də Cavabdeh1 MTK arasında gedən məhkəmə mübahisələri zamanı hər iki tərəf məlumatlı olmuşlar ki, iddiaçı tərəfindən mübahisələndirilən mənzil alınmış, burada təmir işləri aparılmış, hazırda ailəsi ilə birlikdə həmin yaşayış sahəsində yaşayır. İşin yuxanda göstərilən hallarına əsasən Emin t ərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya qarşı qaldırılmış iddia rədd edilməli, bundan başqa iş üzrə iddia müddəti də tətbiq edilməlidir.
22. İddiaçının xeyrinə qəbul edilmiş Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(010)-493/2017 saylı qətnaməsinə gəldikdə isə Cavabdeh2 mübahisələndirilən qətnamənin qəbul edildiyi iş üzrə tərəf və müvafiq olaraq həmin iş əsasında verilmiş icra sənədi üzrə borclu deyildir. Mövcud vəziyyətdə onun tərəfi olmadığı iş üzrə qəbul edilmiş qətnamə və ya icra sənədi onu daşınmaz əmlakın dövlət reyestrində adına mülkiyyət hüququ qeydə alınmış əmlakdan çıxarılması üçün əsas ola bilməz. Ali Məhkəmənin mövqeyindən də aydın olur ki, mübahisələndirlən 61 №-li mənzilin iddiaçıya heç bir aidiyyatı yoxdur və şəxsi mülkiyyət hüququ ilə cavabde hə məxsusdur. Mənzildə təmir işləri tərəfindən həyata keçirilməyə başlamış, 2020-ci ildə təmir başa çatdırıldıqdan sonra ailəsi ilə birlikdə burada köçüb birgə yaşamağa başlamışdır. Binanın 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi kateqoriyasına keçirildiryindən mənzillərin nömrələrində və küçənin adında dəyişiklik olduğu üçün Cavabdeh1 MTK ilə arlarında 20 avqust 2019-cu il tarixdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov 193 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 105.36 kv.m olan, 3 otaqlı, 61 nömrəli mənzilin (1 pay) alğı-satqısına dair 061003 Nömrəli müqavilə imzalanmışdır. Cavabdeh2 adına çıxarış verilmişdir. “Azəriqaz” İB ilə qazın alğı-satqısı barədə xx.xx.2019-cu il tarixdə, "xxxx" ASC Suraxanı rayon Su Kanal İdarəsi ilə su təchizatı və tulantı suların axıdılması barədə xx.xx.2019- cu il tarixdə cavabdehlə arasında müqavilələr bağlanmışdır. 2014-cü ildə manatın inflyasiyasından öncə tərəfindən mənzilin alğı-satqısına 40.000 manat, 2017-2020-ci illərdə isə mənzilin təmirinə və mebelinə tərəfindən 80.000 manat pul xərclənmişdir. Bununla əlaqədar qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddianın təmin edilməsi, cavabdeh İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 08 aprel 2020cu il tarixli müqavilənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi barədə xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsinə dair ərizə verə rək, qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə Cavabdeh1 MTK aralasında bağlanmış 08 aprel 2020-cu il tarixli müqavilənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi barədə xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. İlkin iddiaçı iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək qeyd etmişdir ki, cavabdeh və üçüncü şəxs Cavabdeh1 MTK arasında 8 aprel 2010-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49-cu məhəllədə tikilən çoxmənzilli binanın 1-ci blok, 12-ci mərtəbə, 56 saylı mənzilinə dair müqavilə bağlanmışıdır. Müqavilənin bağlanmasından 11 ildən çox bir vaxt keçmiş, cavabdeh təkcə iddiaçıya qarşı deyil, eyni zamanda Cavabdeh1 MTK-ya qarşı həm daşınmaz əmlakla bağlı iddia irəli sür mək üçün iddia müddətini, həm də ümumi iddia müddətini ötürmüşdür. Odur ki, məhkəmədə irəli sürülmüş iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
25. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-2741/2021 nömrəli iş üzrə 12 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Nərminə Rzayeva) ilkin iddia qismən təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmiş, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49- cu məhəllədə tikilmiş göstərilmiş, 12-ci mərtəbədə yerləşdiyi qeyd olunan 56 saylı mənzilin hazırda yeni qaydalara görə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış yeni ünvanı ünvan 1 giriş 1, 14-cü mərtəbədə yerləşən 61 saylı mənzil hesab edilməsi, həmin mənzilə dair cavabdeh İddiaçı sahiblik hüquqlarının tanınması, həmin mənzilə dair Cavabdeh2 adına mülkiyyət hüquqlarının qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etdiyi MTK üzvlərinin ümumi iclasın 134 №-li, xx.xx.2019-cu il tarixli protokolu etibarsız hesab edilməsi, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 adına həmin mənzilə dair Daşınmaz Əmlakln Dövlət Reyestri Xidmətində qeydə alınmış mülkiyyət hüququnun və mülkiyyət hüququna dair verilmiş xx.xx.2021-ci il tarixli, **********5 qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilməsi, həmin mənzilindən Cavabdeh2 və onun mənzildə yaşayan ailə üzvlərinin çıxarılması, həmin mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün MTK-nın ümumi yığıncağının iclas protokolundan çıxarışın və yeni ünvanda mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışının iddiaçıya verilməsi vəzifəsinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 11 mart 2014-cü il tarixli müqaviləyə əsasən ödənilmiş 40.000 manat pul vəsaitinin Cavabdeh1 MTK-dan tutularaq Cavabdeh2 qaytarılması,Cavabdeh1 MTK-dan 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən İddiaçı artıq aldığı 8.16 kv metr sahənin dəyəri olan 2709 (iki min yeddi yüz doqquz) ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) tutlması, vurulmuş 1.000 manat məbləğində mənəvi ziyan Cavabdeh1 MTK dan tutularaq İddiaçı ödənilməsi, iddia qismən təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 23 (iyirmi üç) manat məbləğində pulun Cavabdeh1 Mənzil – Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
26. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Cavabdeh1 MTK, Cavabdeh2 qarşı mənzilin təhvil verilməsi, təmir işlərini aparılması üçün maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-78/2020 saylı 30 sentyabr 2020-ci il tarixli qətnaməsi və həmin qətnamədə iddiaçının mənzilə görə müəyyənləşdirilmiş pul məbləğinin tam ödənilməsinə dair faktiki hallar, həmçinin cavabdeh tərəfindən mənzilin iddiaçıya təhvil verilməsi və iddiaçının mənzildə təmir işləri aparılmasına yaradılmış maneələrinin aradan qaldırılması vəzifəsin in mövcudluğu preyudisial əhəmiyyətinə malikdir. Bundan əlavə, həmçinin iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı qarşı aralarında bağlanmış 08 aprel 2010-cu il tarixli müqavilənin ləğv olunması tələbinə dair qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2 (102)3106/2020 saylı qərarının, iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli, 2 (102)6607/2018 saylı qərarının və qərarlarında mübahisə predmeti təşkil edən 08 aprel 2010-cu il tarixli müqavilə üzrə pulun 100 faiz miqdarında ödənilməsi, bununla yanaşı, müqavilə üzrə pulun tam ödənilməsinə dair Cavabdeh1 MT K tərəfindən arayışda verilməsi, ümumiyyətlə qeyd olunan müqavilənin ləğv edilməsi və yaxud etibarsız hesab edilməsi üçün əsasların mövcud olmaması və bununla da həmin müqavilənin qanuni və mötəbər olmasına dair müəyyən edilmiş faktiki hallar preyudisial əhəmiyyətinə malikdir. Həmin məhkəmə proseslərinə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh2 cəlb edilmiş, və məhkəmənin iclaslarında iştirak etmişdir.
27. Birinci instansiya məhkəməsinin həmçinin Mülki Məcəlləsinin 421.1, 421.1-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarına əsasən qarşılıqlı iddia üzrə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır və Cavabdeh1 MTK-nın İddiaçı il ə aralarında bağlanmış 08 aprel 2010-cu il tarixli müqavilənin tərəfi olmadığı üçün onun ləğv edilməsini mübahisələndirmək subyektiv hüquqa malik deyildir.
28. Göstərilənlərə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTK-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının birinci blok, 12ci mərtəbə, 56 saylı mənzil yeni qaydalara uyğun olaraq 61 saylı mənzil kimi qeydiyyatda dəyişiklik edilməsinə görə hazırda yeni qaydalara görə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış yeni ünvanında ünvan 3, giriş 1, 14-cü mərtəbədə yerləşən mənzil 61 saylı mənzil hesab olunmalı, İddiaçı həmin mənzilə dair sahiblik hüquqları tanınmalıdır. Cavabdeh İddiaçı ilə Cavabdeh1 MTK aralarında bağlanmış 08 aprel 2020cu il tarixli müqavilənin ləğv edilməsinə dair qarşılıqlı iddiası t əmin edilməməlidir.
29. Birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 354.1, 377.1-ci maddələrinə əsasən təkcə Cavabdeh2 qarşı deyil, eyni zamanda Cavabdeh1 MTK-ya qarşı həm daşınmaz əmlakla bağlı iddia müddətini, həm də ümumi iddia müddətini ötürülməsinə dair ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh2 tərəfindən verilmiş vəsatəti üzrə mövqeyinə əsasən müqavilənin qanuniliyi uzun müddət ərzində məhkəmə mübahisələrində araşdırılmış və bu barədə artıq yuxarıda qeyd edildiyi kimi qanuni qüvvəyə minmiş iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı qarşı aralarında bağlanmış 08 aprel 2010-cu il tarixli müqavilənin ləğv olunması tələbinə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2 (102)3106/2020 saylı qərarı, iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli, 2 (102)-6607/2018 saylı qərarı, eyni ilə İddiaçı Cavabdeh1 MTK, Cavabdeh2 qarşı mənzilin təhvil verilməsi, təmir işlərinin aparılması üçün maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-78/2020 saylı 30 sentyabr 2020-ci il tarixli qətnaməsi vardır. Məhkəmə aktlarından məlum olur ki, 2020-ci ilin sentyabr ayına qədər 08 aprel 2010-cu il tarixli müqavilənin qanuniliyi məhkəmələdər mübahisə predmeti olmuş, məhkəmələrdə həmin iddia ilə bağlı mülki işə baxılmış, bununla əlaqədar məhkəmə hesab etmişdir ki, bu halda iddia müddətinin axımının başlanması anı həmin məhkəmə aktlarının qanuni qüvvəyə mindiyi andan hesab olunmalıdır. Bu halda iddia müddəti tətbiq edilə bilməz.
30. Birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.4, 324.5, 337.1, 337.4, 337.5, 339.5-ci maddələrinə, eləcə də “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarına əsasən gldiyi nəticələrdən həmçinin görnür ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 11 mart 2014-cü il tarixli müqaviləyə əsasən ödənilmiş 40.000 manat pul vəsaiti Elita-RMT K-dan tutularaq Cavabdeh2 qaytarılmalıdır.
31. İddianın cavabdeh Elita-RMTK 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı artıq aldığı 8,16 kv m sahənin dəyərini, 2709 (iki min yeddi yüz doqquz) ABŞ dollarını tutulması barədə tələbinə dair hissəsinə münasibət bildirərək, məhkəmə qeyd etmişdir ki, müqaviləyə əsasən Elita-R MTK üzərinə ümumi sahəsi 105,36 kv.m olan mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürsə də, öhdəliyi lazımınca icra etməmiş, ümumi sahəsi 97,2 kv.m təşkil edən mənzili iddiaçıya təhvil vermişdir. Tərəflər arasında mənzilin hər kv.m-nin dəyəri 332 ABŞ dolları (mənzilin dəyəri – 35000 ABŞ dolları: ümumi sahə - 105,36 kv.m) olmaqla razılaşdırılmışdır. Mənzilin öhdəliyə uyğun olaraq təhvil verilməli olan s ahəsi (105,36 kv.m) ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövət Reyestri tərəfindən Cavabdeh2 adına verilmiş 05 yanvar 2021-ci il tarixli çıxarışa əsasən müəyyən olunmuş sahəsinin (105,36 kv m) arasında olan fərqin 8,16 kv.m olması və hər kv.m-nin dəyərinin 332 ABŞ dolları olması nəzərə alınarsa, iddiaçıya vurulmuş zərərin məbləği (8,16 x 332) 2709 ABŞ dolları təşkil edir. Buna görə də məhkəmə hesab etmişdir ki, 2709 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh1 MTKdan tutularaq İddiaçı ödənilməlidir.
32. Birinci instansiya məhkəməsinin ilk mənəvi ziyanla bağlı Azərbaycan Respublikasının 21.1-ci maddəsinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab etmişdir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə gəldiyi nəticəsinə əsasən iddiaçı tərəf cavabdehin hərəkətlərindən ona dəymiş mənəvi ziyanın göstərdiyi məbləğlə bağlı sübutları məhkəməyə təqdim etməsə də, lakin uzun müddət, o cümlədən 10 ildən artıq müddət ərzində mübahsənin perdmeti olan mənzilə dair sahiblik hüquqlarının həyata keçirilməsindən məhrum olması ilə əlaqədar müəyyən iztirab, əsəbi gərginlik keçirtməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsinə dair müddəalarını, işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılqılğ idda üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 MTK-dan 1000 manat məbləğində mənəvi z ərər tutulmalıdır.
33. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Mənzil Məcəlləsinin 152.1, 112.1, 113.1, 113.2, 113.3, 117.1, Mülki Prosessual Məcəllənin 82.3, 233.3- cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
34. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 11 mart 2014-cü ildə "xxxx" MTK ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzil üçüncü şəxsin, yəni vicdanlı sahib Cavabdeh2 mülkiyyətinə verilmişdir. Lakin məhkəmə tərəfindən MM-nin 452-ci maddəsinin tələbləri, həmçinin üçüncü şəxsin mənzil üçün çəkdiyi 80.000 manat məbləğində xərcini və kommunal xərclərini, həmçinin onun vicdanlı sahib olmasını nəzərə almamışdır. Məhkəmə tərəfindən Mülki Məcəllənin 452, 182, 140, 146 və 157.2-ci maddəsinin tələbləri pozulmuşdur.
36. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5262/2022 nömrəli iş üzrə 4 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilərinə qiymət veərək birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının MPM- nin 82.3 və 233-cü maddələrinə əsasən İddiaçı Cavabdeh1 MTK, Cavabdeh2 qarşı mənzilin təhvil verilməsi, təmir işlərinin aparılması üçün maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-78/2020 saylı 30 sentyabr 2020-ci il tarixli qətnaməsi və həmin qətnamədə iddiaçının mənzilə görə müəyyənləşdirilmiş pul məbləğinin tam ödənilməsinə dair faktiki hallar, həmçinin cavabdeh tərəfindən mənzilin iddiaçıya təhvil verilməsi və iddiaçının mənzildə təmir işləri aparılmasına yaradılmış maneələrinin aradan qaldırılması vəzifəsinin, iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı qarşı aralarında bağlanmış 08 aprel 2010-cu il tarixli müqavilənin ləğv olunması tələbinə üzrə qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülk i Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2 (102)3106/2020 saylı qərarının, iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli, 2 (102)6607/2018 saylı qərarının və qərarlarında mübahisə predmeti təşkil edən 08 aprel 2010-cu il tarixli müqavilə üzrə pulun 100 faiz miqdarında ödənilməsi, bununla yanaşı, müqavilə üzrə pulun tam ödənilməsinə dair Cavabdeh1 MTK tərəfindən arayışda verilməsi, ümumiyyətlə qeyd olunan müqavilənin ləğv edilməsi və yaxud etibarsız hesab edilməsi üçün əsasların mövcud olmaması və bununla da həmin müqavilənin qanuni və mötəbər olmasına dair müəyyən edilmiş faktiki halların mövcudluğunun preyudisial əhəmiy yətinə malik olması nəticələri ilə razılaşır.
38. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin hazırki mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsinin tətbiq edilməsinə dair dəlillərinə qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qanuni qüvvəsini almış məhkəmə aktlarına və işin araşdırılmış hallarına əsasən bu nəticəyə gəlmişdir ki, ilk İddiaçı müqavilə şərtlərinə uyğun olaraq pay haqqını tam ödədiyindən mübahisə predmeti olan mənzil üzərində istifadə və sahiblik hüquqları mövcud olmuş, lakin onun bu hüquqlarının mövcud olduğu bir vaxtda əsassız olaraq Cavabdeh1 MTK tərəfindən mübahisənin predmeti olan mənzil Cavabdeh2 satılmışdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 08 aprel 2010-cu il tarixli müqavilənin qanuniliyini təsdiq edən məhkəmə aktlarının qanuni qüvvəyə minəndən sonra, o cümlədən 05 yanvar 2021-ci il tarixdə mübahisə predmeti olan mənzil dair mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əldə etmişdir.
39. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 çıxarış əldə etməzdən əvvəl İddiaçı ilə Cavabdeh1 MTK arasında olan məhkəmə çəkişmələrinin mövcudluğundan xəbəri olması, hətta cəlb edilərək məhkəmə iclaslarında iştirak etməsinə də birinci instansiya məhkəməsi işin faktiki araşdırılmış halları baxımından düzgün hüquqi qiymət vermişdir.
40. Qanuni qüvvəsini almış məhkəmə aktlarının preyudisiallığı baxımından hazırki mübahisə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsin in tələbləri baxımından həll edilməsi üçün hüquqi əsaslar mövcud olmamışdır. Həmçinin, məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarına əsasən hesab etmişdir ki, Cavabdeh2 vicdanlı əldə edən kimi də qiymətləndirilə bilməz. Belə ki, onun adına çıxarış alınmışdan əvvəl mənzillə bağlı məhkəmə mübahisələrini bilmiş və özü də bu mübahisələrin iştirakçısı kimi cəlb edilməsi işin mübahisəsiz hallarındandır. Belə olan halda Mülki Məcəlləsinin 182 və 140-cı maddələrini də hazırki mübahisəyə tətbiq edilməsinə hüquqi əsas yoxdur.
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 mənzilə mülkiyyət hüququnu və onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışın qanunuliyini mübahisələndirməkdə sözügedən mənzilə gözlənilən mü lkiyyət hüququ olan İddiaçı haqlı olmuşdur.
42. Məhkəmə kollegiyası apellyatorun Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinad etməklə İddiaçı ilə MTK arasında bağlanmış müqaviləyə əsasən onun mənzilə gözlənilən mülkiyyət hüququnun olmasını göstərməsi ilə razılaşaraq qeyd etmişdir ki, bu halın olması onun apellyatora qarşı hazırki iddiasını aradan qaldırmır, çünki, apellyatorun özünün istinad etdiyi həmin normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
43. Məhkəmə kollegiyası hesab etmişdir ki, işin araşdırılmış və faktik halları baxımından mübahisəli mənzilin Cavabdeh2 sahiblik (mülkiyyət) hüququnun qanunsuz olmaqla sahibliyində olmasına və İddiaçı da cavabdehdən qaytarılmasını tələb etdiyi mənzilin sahibi (gözlənilən mülkiyyət hüququ olması n əzərə alınmaqla) olmasına birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət vermişdir.
44. Kollegiya həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsinin nəticələri hüquqi əsas olan mülkiyyət hüququ haqqında sənədin qanunsuz olaraq verildiyi üçün ləğv edilməsi ilə Cavabdeh2 Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29 və 43-cü maddələrinin tələbləri baxımından hüquqlarının pozulmasına deyil, əksinə İddiaçı gözlənilən mülkiyyət hüququ nəzərə alınmaqla qeyd edilən normalar baxımından sonuncunun hüquqlarının bərpa edilməsinə yönəlmişdir. Cavabdeh2 isə əksinə isə Cavabdeh1 MTK-nın İddiaçı ilə aralarında bağlanmış 08 aprel 2010-cu il tarixli müqavilənin tərəfi olmadığı üçün onun ləğv edilməsini mübahisələndirmək subyektiv hüquqa malik olmamamış və buna dair birinci instansiya məhk əməsinin nəticəsi ilə məhkəmə kollegiyası razılaşmışdır.
45. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinə əlavə etdiyi Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18 may 2021-ci il tarixli qərardadı ilə bağlı hesab etmişdir ki, həmin qərardadın mövcudluğu hazırki iş üzrə ilk iddianın əsassız, qarşılıqlı iddianın isə əsaslı olmasına əsas vermir. Məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18 may 2021-ci il tarixli qərardadında Cavabdeh2 mülkiyyətində olan 61 saylı mənzil nəzərə alınaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilən 56 saylı mənzillə bağlı qəbul edilmiş məhkəmə aktlarının onun maraqlarına toxunduğu müəyyən edilməmişdir.
46. Apellyatorun mübahisəli mənzili 40000 manata alması, 80000 manata isə təmir etdirməsi, «Azəriqaz» İB, Azərsu» ASC ilə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xərcləri qarşılığının nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.2-ci maddəsinə əsasən İddiaçı xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən ona verilməli olan mənzil əvəzinə dəyən zərərin əvəzini borcludan tələb edilməsinə dair dəlilinə məhkəmə kollegiyası qiymət verərək hesab etmişdir ki, mübahisəli əmlak üzərinə apellyatorun üstünlük hüqüqunun olmadığı üçün bu dəlillər əsassızdır. Əksinə, məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 mübahisəli mənzildə faktiki olaraq təmir edərək yaşaması faktı işin mübahisəsiz halı olsa da, qətnamə qanuni qüvvəsini aldıqdan sonra mənzili boşaldıb təhvil verərkən mənzilin təmir xərclərinin əvəzinin tələb etməsi kimi hüquqlarının olması izah edilməlidi r.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətini təmin etməsə də qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin ilk iddianı qismən təmin edərkən iddia tələbinin sonuncu dəqiqləşdirilməsi üzrə Cavabdeh2 adına ünvan 1 giriş 1, 14-cü mərtəbədə yerləşən 61 saylı mənzilə dair Daşınmaz Əmlakln Dövlət Reyestri Xidmətində qeydə alınmış mülkiyyət hüququnun və mülkiyyət hüququna dair verilmiş xx.xx.2021-ci il tarixli, **********5 qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilməsi nəticəsinə gəlinməsi prosessual baxımdan pozuntu sayılır. Lakin əslində göstərilən nəticəyə gələrkən həmin çıxarışın ləğvi nəzərdə tutulduğundan məhkəmə kollegiyası hesab etmişdir ki, bu pozuntu mahiyyəti üzrə düzgün olan qətnamənin qeyd edilən hissədə ləğvi üçün kifayət qədər əsas deyil.
48. Məhkəmə gəldiyi nəticəni Mənzil Məcəlləsinin 152.1, 112.1, 113.1, 113.2, 113.3, 117.1, Mülki Məcəllənin 452, 182, 140, 146, 157.2, Mülki Prosessual Məcəllənin 82.3, 233.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
49. Cavabdeh2 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
50. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 həmin mənzili xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən almış və mənzilin dəyərini tam ödəmiş, bununla bağlı ona xx.xx.2014-cü il tarixli maliyyə arayışı verilmişdir. Cavabdeh2 mənzili alarkən mənzillə bağlı hər hansı məhkəmə mübahisəsi olmamış, mənzilin əvvəlcədən İddiaçı satılmasından xəbə rdar olmamışdır. İş materiallarından da göründüyü kimi Cavabdeh2 mənzili xx.xx.2014-ci ildə almış, İddiaçı isə məhkəmədə xx.xx.2016-cı il tarixdə iddia qaldırmışdır. Həmin müddət ərzində Cavabdeh2 artıq mənzili əldə etmişdir. Cavabdeh2 tərəfindən mənzilin əvəzinin tam şəkildə ödənilməklə alqı-satqı müqaviləsi əsasında alınması işin mübahisə olunmayan halıdır. AR Mənzil Məcəlləsinin 112.1-ci maddəsində də qeyd edilmişdir ki, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddənin məzmunundan və işin hallarından da görünür ki, Cavabdeh2 mübahisəli mənzilə dair mülkiyyət hüququnu xx.xx.2014-cü il tarixdən əldə etmişdir. Məhkəmə isə bu faktı nəzərə almayaraq yalnız şəxsin Çıxarış aldığı tarixə istinad edərək şəxsi vicdanlı alıcı kimi t anımamışdır.
51. İddiaçı ilə Cavabdeh1 MTK arasında 08 aprel 2010-cu il tarixdə həqiqətən də müqavilə bağlanmış olsa belə, əmlak yalnız tərəflərə məlum olan səbəbdən verilməmiş, iddiaçı isə 08 aprel 2010-cu il tarixdən 6 il ərzində bunu mübahisələndirməmiş, yalnız xx.xx.2016-cı il tarixdə məhkəməyə müraciət etmişdir. 11 mart 2014-cü ildə Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, mənzil üçüncü şəxsin, yəni Cavabdeh2 mülkiyyətinə verilmişdir. Məhkəmə Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbini nəzərə almayaraq ilkin iddia üzrə iddiaçının xeyrinə qətnamə qəbul edərək, qeyd edilən maddi hüquq normasını pozmuşdur. Üstəlik, Cavabdeh2 həmin mənzilə mülkiyyət hüququnu və mənzil üçün çəkdiyi 80000 manat məbləğində xərcini, 2019-cu ildən “Azəriqaz” İB, "xxxx" A SC ilə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xərcləri nəzərə almamışdır. AR MM-in 452.2-ci maddəsinə görə, kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin ödənilməsini tələb edə bilər. Maddənin məzmunundan görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən ona verilməli olan mənzili tələb etmək əvəzinə ona dəyən zərərin əvəzini borcludan tələb edə bilər. Mənzilin tələb edilməsi Cavabdeh2 qanunla müəyyən edilmiş mülkiyyət hüquqlarını pozur. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlər üzrə qəbul edilmiş qərarlarından görünən formalaşmış hüquqi mövqeyinə görə, əmlak əvvəlcə kimin faktiki sahibliyinə verilmişdirsə, mübahisəli əmlak üzərində onun üstün hüquqları müəyyən olunur.
52. İddiaçı məhkəməyə müraciət edənədək keçmiş 6 il ərzində həmin mənzilin başqa şəxsə satılmasını, mənzilin təmir edilməsini bilməməsi inandırıcı deyil. Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi bu fakta nəzər yetirməməklə qeyd edilən normanı tətbiq etməmişdir.
53. İddiaçı gözlənilən mülkiyyət hüquqlarının qorunması üçün Cavabdeh2 tam mülkiyyət hüququ ilə özünə məxsus olan vicdanlı şəkildə əldə etdiyi, yaşadığı, təmir etdirdiyi mənzilindən məhrum edilməsi Cavabdeh2 mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasıdır. Məhkəmə bu hüquqi nəticəyə gələrkən nəzərə almamışdır ki, bu mübahisədə Cavabdeh2 mənzilindən məhrum edilməsi onun mülkiyyət hüquqlarının pozulmasıdır. İddiaçı həmin mənzilin yalnız dəyərini ödəmiş, illərlə həmin mənzillə maraqlanmamış, yalnız 6 il sonra məhkəmədə iddia qaldırmışdır. Cavabdeh2 isə mənzilin dəyərini tam şəkildə ödəmiş,mənzili təmir etdirmiş, mülkiyyət hüquqlarını təsdiq edən Çıxarış almış və ailəsi ilə birlikdə mənzildə yaşayır. Belə olan halda İddiaçı zərərinin əvəzinin ödənilməsi ilkin iddia üzrə digər Cavabdeh1 MTK-nın üzərinə qoyulmaqla hər iki şəxsin hüquqları bərpa oluna bilərdi. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi isə mübahisəli mənzilə dair həqiqətən İddiaçıla Cavabdeh1 MTK arasında müqavilə bağlanmış olsa belə, mübahisəli mənzilə İddiaçı gözlənilən mülkiyyət hüququnu təmin edib Cavabdeh2 dövlət tərəfindən təminat verilən mülkiyyət hüququnu nəzərə almamaqla, AR Konstitusiyasının 13, 29 və 43-cü maddələrinin tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
54. İddiaçı kassasiya şikayətinə qarş ı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
55. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab e dilir.
56. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
57. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
58. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
59. Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
60. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir.
61. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.
62. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qan unvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
63. Maddə 117.1. Kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq pay haqqını tam ödəmədiyinə görə kooperativdən çıxarılmış və ya könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış mənzil-tikinti kooperativinin üzvünə kooperativin nizamnaməsində nəzərdə tutulmuş şərtlərlə və müddətdə onun payının məbləği (dəyəri) ödənilir. Belə ödəmənin müddəti mənzil-tikinti kooperativi üzvünün çıxarılması haqqında mənzil-tikinti kooperativinin qərar qəbul etdiyi gündən iki aydan çox ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad e tdiyi halları sübut etməlidir.
66. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
67. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
68. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
69. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
70. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi i şə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
71. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
72. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
73. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki halla rını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
74. Hazırkı kassasiya şikayətində qətnamə yalnız Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən, digər Cavabdeh1MTK ilk iddianın ona qarşı təmin edilən hissələrindən kassasiya şikayəti vermədiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın cavabdeh X1 qarşı təmin edilən hissəsində və qarşılıqlı iddianın təmin edilməməs i hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin yoxlanılan hissələrində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
76. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual nor malara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır və apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddia tələbini sübut edə bilməməsinə dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmuşdur.
77. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşaraq kassasiya şikayətinin dəlillərinin əlavə qiymətləndirilməsinə zərurət görmür.
78. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissələrdə, ilk iddianın cavabdeh X1 q arşı təmin edilən hissəsində və qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
79. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
80. Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
81. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5262/2022 nömrəli, 4 oktyabr 2022-ci il tarixli qətnaməsi ilk iddianın cavabdeh X1 qarşı təmin edilən hissəsində və qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın.
82. Qərar qəbul edildiyi andan qüvvəyə minir.