Məhkəmə qərarları › İş №2(103)-2377/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2377/2022

17.02.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzildən çıxarılma - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2377/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “iclas potokolunun etibarsız hesab edilməsi, müqavilənin ləğvi, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi, yaşayış sahəsinə görə ödənilmiş artıq məbləğin alınması, mənəvi ziyanın tutulması” tələbinə dair ilkin iddiası, Cavabdeh2 İddiaçı qarşı “Cavabdeh1 ilə İddiaçı arasında 08 aprel 2010-cu il tarixdə bağlanmış müqavilənin ləğv olunması” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2741/2021 saylı, 12 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 qarşı iclas potokolunun etibarsız hesab edilməsi, müqavilənin ləğvi, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi, yaşayış sahəsinə görə ödənilmiş artıq məbləğin alınması mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası 53cü maddəsinə əsasən, iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, həmin hissədə Cavabdeh2 Daşınmaz Əmlakın Reyestri Xidmətinini mübahisəli mənzilə, yəni Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəis, 193, M14, m1, giriş 1, 14-cü mərtəbədə yerləşən 61 saylı mənzilə dair Daşınmaz Əmlakın reyestrindən qeydə alınmış mülkiyyət hüququnun və mülkiyyət hüququna dair verilmiş 05.01.2021-ci il tarixli, **********5 saylı qeydiyyat çıxarışı etibarsız hesab edilməsi tələbi ilə əvəz olunmasını xahiş etmişdir. Qalan hissədə olan tələblər dəyişdirilməmiş qalmaqla, həmin tələblərdə yeni tələb də daxil olmaqla İddiaçı iddiasını tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 İddiaçı, üçüncü şəxs “Elita-R" MTK ilə cavabdeh arasında 08 aprel 2010cu il tarixdə bağlanmış müqavilənin ləğv olunması tələbinə dair qarşılıqlı idda ərizəsi ilə müraciət edərək, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddianın təmin edilməsi, cavabdeh İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 08 aprel 2020-cu il tarixli müqavilənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi barədə xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2741/2021 saylı, 12 iyul 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1nə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşı iclas potokolunun etibarsız hesab edilməsi, müqavilənin ləğvi, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi, yaşayış sahəsinə görə ödənilmiş artıq məbləğin alınması, mənəvi ziyanın tələbinə dair ilkin iddiasının qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1nə qarşı Cavabdeh1 ilə İddiaçı arasında 08 aprel 2010-cu il tarixdə bağlanmış müqavilənin ləğv olunması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəlarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişikliklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2741/2021 saylı, 12 iyul 2021-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti 18.11.2021-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəmənin elektron informasiya sisteminə daxil edilmişdir. Lakin apellyasiya şikayəti yeni qüvvəyə minmiş MPM-nin normalarının tələblərinə cavab vermir. Belə ki, oktyabrın 1-dən qüvvəyə minmiş MPM-nin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 366.1-ci və 366.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2741/2021 saylı, 12 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar