Məhkəmə qərarları › İş №2(103)-5262/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5262/2022

04.10.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzildən çıxarılma - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5262/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 qarşı iclas potokolunun etibarsız hesab edilməsi, müqavilənin ləğvi, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi, yaşayış sahəsinə görə ödənilmiş artıq məbləğin alınması, mənəvi ziyanın tutulması tələbinə dair iddiası, Cavabdeh2 İddiaçı qarşı Cavabdeh1 ilə İddiaçı arasında 08 aprel 2010-cu il tarixdə bağlanmış müqavilənin ləğv olunması tələbinə dair qarşılıqlı iddiasına dair iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(010)-2741/2021 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İddiaçı Cavabdeh1 MTK ilə arasında bağlanmış Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 42048/49-cu məhəllədə tikilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən (bina tikilən zamanı 1-ci və 2-ci mərtəbələr qeyri-yaşayış sahələri olmuş, mənzillərin nömrələnməsi və mərtəbə sayı 3-cü mərtəbədən hesablamışdır), ümumi sahəsi 105,36 kv. m., 3 yaşayış otağından ibarət olan, 56 №-li mənzilə dair 08 aprel 2010cu il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı 35000 (otuz beş min) ABŞ dolları məbləğində ödəməklə, cavabdeh tərəfindən Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 42048/49- cu məhəllədə tikilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən (bina tikilən zamanı 1-ci və 2-ci mərtəbələr qeyri-yaşayış sahələri olmuş, mənzillərin nömrələnməsi və mərtəbə sayı 3-cü mərtəbədən hesablamışdır), ümumi sahəsi 105,36 kv.m.,3 yaşayış otağından ibarət olan, 56 №-li mənzilin payçı kimi həmin mənzilin sahibi olmuşdur. Mənzilin dəyərinin tam ödənilməsi barədə cavabdeh iddiaçıya 08 aprel 2010-cu il tarixli maliyyə arayışı vermişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(010)- 493/2017 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı, İddiaçı Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi, təmir işlərinin aparılması üçün maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49- cu məhəllədə tikilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105,36 kv. m., 3 yaşayış otağından ibarət olan, 56 №-li mənzilin İddiaçı verilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49- cu məhəllədə tikilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105,36 kv. m., 3 yaşayış otağından ibarət olan, 56 №-li mənzildə təmir işlərinin aparılmasına qoyulmuş maneələrin aradan qaldırılması vəzifəsini cavabdehin üzərinə qoyulması barədə tələbinə dair İddiaçı Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49-cu məhəllədə tikilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105,36 kv.m.,3 yaşayış otağından ibarət olan, 56 №-li mənzilin iddiaçıya təhvil verilməsi, mənzildə təmir işlərinin aparılmasına qoyulmuş maneələrin aradan qaldırılması vəzifəsini cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12715/2017 saylı iş üzrə 20 dekabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edlilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia tələbi təmin edilərək, cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının birinci blok, 12-ci mərtəbə, 56 saylı mənzilin iddiaçıya təhvil verilməsi və iddiaçının həmin mənzilə təmir işləri aparmasına qoyulmuş maneələrin aradan qaldırılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 (102)- 3381/2018 sayıl iş üzrə 15 may 2018-ci il tarixli qərarı ilə qeyd olunan mülki iş üzrə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 MTK-nın Suraxanı rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(010)- 49/2017 saylı qətnaməsindən qeyd olunan mülki iş üzrə Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia tələbi təmin edilərək, cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının birinci blok, 12-ci mərtəbə, 56 saylı mənzilin iddiaçıya təhvil verilməsi və iddiaçının həmin mənzildə təmir işlərinin aparılmasına qoyulmuş maneələrin aradan qaldırılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 may 2021-ci il tarixli, 3/H-3537/21 saylı qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 78/2020 saylı iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə təqdimat verilməsinə dair Cavabdeh2 müraciəti əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. Həmin qərardad onunla əsaslandırmışdır ki, ərizəçi mübahisələndirilən qətnamənin qəbul edildiyi iş üzrə tərəf və müvafiq olaraq həmin iş əsasında verilmiş icra sənədi üzrə borclu deyildir. Mövcud vəziyyətdə ərizəçinin tərəfi olmadığı iş üzrə qəbul edilmiş qətnamə və ya icra sənədi onu daşınmaz əmlakın dövlət reyestrində adına mülkiyyət hüququ qeydə alınmış əmlakdan çıxarılması üçün əsas ola bilməz. Bu baxımdan qəbul edilmiş məhkəmə aktlarınnın ərixəçinin maraqlarına toxunduğu müəyyən edilmişdir. Cavabdeh1 ilə Cavabdeh2 arasında Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 42048/49cu məhəllədə inşa edilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 105,36 kv. m., 3 yaşayış otağından ibarət olan, 56 №-li mənzilə dair 11 mart 2014-cü il tarixli müqaviləyə əsasən Cavabdeh2 40.000 (qırx min) manat məbləğində ödəməklə Cavabdeh1 MTK tərəfindən Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 42048/49- cu məhəllədə tikilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 105,36 kv. m., 3 yaşayış otağından ibarət olan, 56 №-li mənzilin payçı kimi həmin mənzilin sahibi olmuşdur. Mənzilin dəyərinin tam ödənilməsi barədə cavabdeh iddiaçıya 18 mart 2017-ci il tarixli maliyyə arayışı vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2 (102)-3106/2020 saylı qərarına əsasən qeyd olunan mülki iş üzrə iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı qarşı müqavilənin ləğv olunması tələbinə dair mülki iş üzrə iddiaçı Cavabdeh1 MTK-nın kassasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan görünür ki, Qubadlı Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Məmmədov,) iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2019-cu il qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi) E.Əhmədov və Z.Məmmədov) iddiaçı Cavabdeh1 MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, Qubadlı rayon məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018- ci il tarixli, 2 (102)-6607/2018 saylı qərarına əsasən qeyd olunan mülki iş iddiaçı Cavabdeh1 MTK-nın cavabeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddiaçı Cavabdeh1 MTK-nın kassasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan görünür ki, Qubadlı Rayon Məhkəməsinin 27 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Məmmədov,) iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi) E.Əhmədov və Z.Məmmədov) iddiaçı Cavabdeh1 MTKnın apellyasiya şikayəti qismən təmin edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı qarşa 08 aprel 2010-cu il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab olunması barədə iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli 2 (105)-808/2018 saylı qətnaməsindən görünür ki, 11 mart 2014-cü il tarixill Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, ŞTQ məhəllədə 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 105,36 kv m olan 56 nömrəli mənzil izolə olunmuş 3 otaqdan ibarət olmaqla pay kimi MTK tərəfindən payçıya verilmişdir. Müqaivlə üzrə mənzilin dəyəri bir kv. m sahəsi üçün 380 manat müəyyən edilmiş, cəmi 105, 36 kv m sahəsinin dəyər 40.000 manat təşkil edir. Müqavilə ilə müəyyən olunmuş mənzilin dəyəri ödənilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi tərəfindən verilmiş **********03 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 193, 56 saylı mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 193, M13, m1) "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışına, "Elita-R” MTK üzvlərinin ümumi iclasının 134№-li, xx.xx.2019-cu il tarixli protokolundan çıxarışına əsasən xx.xx.2020-ci il tarixində ilkin olaraq Gasanova Simanın adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən əmlaka dair Gasanova Simanın adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sözügedən mənzilin ümumi sahəsi hüquqmüəyyənedici sənədlər üzrə 105.36 kv.m kimi göstərilsə də, çıxarışda ümumi sahə 97.2 kv.m kimi göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********66 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, ev 193, 61 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 193, M14, m1; giriş 1, 14-cü mərtəbə) Cavabdeh1 MTK üzvlərinin ümumi iclasının xx.xx.2019cu il tarixli, 174№-li protokolundan çıxarışa, xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixində Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən əmlaka dair Cavabdeh2 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sözügedən mənzilin ümumi sahəsi hüquqmüəyyənedici sənədlər üzrə 105.36 kv.m, çıxarışda isə 97.2 kv.m kimi göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 qarşı iclas potokolunun etibarsız hesab edilməsi, müqavilənin ləğvi, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi, yaşayış sahəsinə görə ödənilmiş artıq məbləğin alınması mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onuna əsaslandırmışdır ki, Cavabdeh1 MTK ilə iddiaçının arasında bağlanmış 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən iddiaçı 35.000 (otuz beş min) ABŞ dolları məbləğində ödəməklə cavabdeh tərəfindən Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 42048/49-cu məhəllədə tikilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən (bina tikilən zamanı 1-ci və 2-ci mərtəbələr qeyri-yaşayış sahələri olmuş, mənzillərin nömrələnməsi və mərtəbə sayı 3-cü mərtəbədən hesablanmışdır), ümumi sahəsi 105,36 kv. m., 3 yaşayış otağından ibarət olan, 56 №-li mənzilin payçı kimi həmin mənzilin sahibi olmuşdur. Mənzilin dəyərinin tam ödənilməsi barədə cavabdeh iddiaçıya 08 aprel 2010-cu il tarixli maliyyə arayışı vermişdir. Binanın tikintisi baş çatmasına və artıq bir neçə payçının öz mənzillərini təmir edib həmin mənzillərə köçüb yaşamalarına baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirməmiş, mənzili iddiaçıya təhvil verməkdən boyun qaçırmış, mənzilin təmiri ilə bağlı görəcəyi işlərə süni maneələr yaratmışdır. Cavabdeh əsassız olaraq müqavilədən kənar iddiaçıdan əlavə ödəniş tələb etmişdir. Bu səbəbdən iddiaçı 10 noyabr 2016-cı il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə iddia ərizəsi verərək, Cavabdeh1 MTK ilə iddiaçının arasında bağlanmış 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49-cu məhəllədə tikilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105,36 kv. m., 3 yaşayış otağından ibarət olan, 56 №-li mənzilin iddiaçıya təhvil verilməsi, mənzildə təmir işlərinin aparılmasına qoyulmuş maneələrin aradan qaldırılması vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qətnamənin qəbul edilməsini xahiş etmiş, iddiası təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində müqavilənin etibarsız hesab olunması barədə işə baxılarkən, həmin işə üçüncü şəxs kimi Cavabdeh2 da qoşulmuşdur. Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəmələrində iştirak etdiyi hər iki işlə bağlı çıxarılmış qətnamələrlə razılaşmış, lakin bundan sonra həmin mənzilə dair mülkiyyət hüquqlarını qeydə aldırmış, adına reyestrdən çıxarış almışdır. Cavabdeh2, mənzilin problemli olduğunu bilirdi, hətta danışıq zamanı bildirmişdir ki, 2018-ci ildə o, mənzili 40.000 manata almışdır. 3 otaqlı, mənzili qeyd olunan dövrdə hazırda yerləşdiyi yerdə 40.000 manat alınması mümkünsüzdür. İddiaçı Cavabdeh1 MTK-ya qarşı Suraxanı rayon məhkəməsində iddia verəndə və həmin işə məhkəmədə baxılan zamanı (2016-2017-ci illər) mənzil təmirsiz olmuşdur, yəni həmin ərəfədə mənzil başqa bir şəxsə satılmamışdır. Vəkil sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi tərəfindən verilmiş **********03 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, məhəllə ev 193, mənzil 56 (yeni qaydada Yusif Eyvazov küçəsi 193, M 13, m.l) “Elita-R" MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışına, Cavabdeh1 MTK üzvlərinin ümumi iclasın 134 №-li, xx.xx.2019-cu il tarixli protokolundan çıxarışına əsasən xx.xx.2020-ci il tarixində ilkin olaraq Qasanova Simanın adına qeydiyyatdan keçmişdir. Bundan sonra iddiaçı mənzilə baxış keçirən zamanı müəyyən olunmuşdur ki, tikintisi başlayan zamanı birinci iki mərtəbələr qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuş sahələrdən, ikinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi, yaşayış sahəsinə çevirilərək, bir neçə yeni mənzillər əmələ gəlmiş, bu səbəbdən mənzil sıralamasında və mərtəbədə dəyişiklik olmuşdur. Bu səbəbdən müqavilə ilə Cavabdeh1 MTK-dan aldığı mənzilin yerləşdiyi mərtəbə 12 deyil 14 olmuş, mənzilin nömrəsi isə 56 deyil 61 olmuşdur. Faktiki olaraq mənzilin iddiaçıya məxsus olması Suraxanı rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(010)-49/2017 saylı qətnaməsi və Cavabdeh1 MTK ilə aralarında olan məhkəmə çəkişmələrinin yekun qərarları ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən sonradan Cavabdeh2 Hüüseyn oğlunun adına həmin mənzilə dair aparılmış bütün sənədləşdirilmə (Cavabdeh1 MTK-nın xx.xx.2019-cu il tarixli 174 №-li protokolu, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında mübahisəli mənzilə dair bağlanmış xx.xx.2014cü il tarixli müqavilə, Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətində qeydə alınmış mülkiyyət hüququnun, onun adına verilmiş xx.xx.2021-ci il tarixlə, ********** qeydiyyat nömrəli çıxarış ləğv olunmalı, həmin mənzilin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmasına tələb olunan protokoldan çıxarışın verilməsi vəzifəsi Cavabdeh1 MTK-nın üzərinə qoyulmalıdır. Bundan başqa, Cavabdeh1 MTK mənzilin sahəsinə görə iddiaçıdan alınmış artıq 8.16 kv. metr sahənin (müqaviləyə görə 105.36 kv.m.-Çıxarışıa görə faktiki ölçü 92.2 kv.m= 8.16 iv.m.) dəyəri- faktiki ödədiyi 35.000 ABŞ dolları nəzərə alınmaqla 8.16 kv.m X 1 kv.-nin dəyəri 332 ABŞ dolları = 2709 (iki min yeddi yüz doqquz) ABŞ dollarını iddiaçıya qaytarılmalıdır. Qeyd olunan dövrdən bu günə kimi iddiaçı cavabdeh” Cavabdeh1 MTK-nın qanunsuz hərəkətlərindən maddi və mənəvi cəhətdən ziyan çəkir. Əsasən mənəvi cəhətdən vurulmuş ziyandır ki, bunu heçnə ilə ifadə etmək olmur. Cavabdeh1 MTK-nın iddiaçıya məhkəmə çəkişmələrinə cəlb etmək, məhkəmələrdə iddiaçını süründürərək, bundan sonra da MTK-nın rəhbərliyi açıq şəkildə dələduzluq əməllərini davam etdirərək mənzili başqa şəxsin Cavabdeh2 mülkiyyətinə keçirilməsi üçün sənədləşdirmə aparmış, bunun nəticəsi olaraq yeni məhkəmə mübahisəsi yaratdığına görə hüquqularının bərpası üçün iddiaçıya maddi ziyan vurulmaqla yanaşı, əsəb gərginliyi keçirməyi keçirmişdir. Hesab edir ki, Cavabdeh1 MTK keçirdiyi stres və əsəbə görə iddiaçıya mənəvi ziyan kimi 50.000 manat ödəməlidir. Bununla əlaqədar Cavabdeh1 MTK ilə iddiaçının arasında bağlanmış 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49- cu məhəllədə tikilmiş göstərilmiş, 12-ci mərtəbədə yerləşdiyi qeyd olunan 56 saylı mənzilin hazırda yeni qaydalara görə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış yeni ünvanıda ünvan 1 giriş 1, 14-cü mərtəbədə yerləşən mənzil № 61-li mənzil olması və iddiaçıya məxsus olması; ünvan 3, giriş 1 14-cü mərtəbədə yerləşən 61 №-li mənzilə dair cavabdeh “Elita-R MTK-nın Cavabdeh2 adına mülkiyyət hüquqularının qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etdiyi MTK üzvlərinin ümumi iclasın 134 №-li, xx.xx.2019-cu il tarixli protokolun etibarsız hesab edilməsi; Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi; Cavabdeh2 adına ünvan 1 giriş 1, 14-cü mərtəbədə yerləşən 61 №-li mənzilə dair Daşınmaz Əmlakln Dövlət Reyestri Xidmətində qeydə alınmış mülkiyyət hüququnun və mülkiyyət hüququna dair verilmiş xx.xx.2021-ci il tarixli, **********5 qeydiyyat nömrəli Çıxarışın ləğv olunması; Cavabdeh2 və onun mübahisəli mənzildə yaşayan ailə üzvlərinin mənzildən çıxarılması; ünvan 1 giriş 1 14-cü mərtəbədə yerləşən 61 №-li mənzilə dair mülkiyyət hüquqularının qeydə alınması üçün MTK-nın ümumi yığıncağının iclas protokolundan çıxarışın və yeni ünvanla mənzilin dəyərinin tam ödəniliməsinə dair maliyyə arayışın verilməsi vəzifəsinin Cavabdeh1 MTKnın üzərinə qoyulması; Cavabdeh1 MTK 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən iddiaçıdan artıq aldığı 8.16 kv metr sahənin dəyərini, 2709 (iki min yeddi yüz doqquz) ABŞ dollarını, Cavabdeh1 MTKnın rəhbərliyinin mübahisəli mənzillə bağlı iddiaçıya qarşı etdiyi qanunsuz hərəkətləri nəticəsində vurulmuş 50.000 manat mənəvi ziyanın və məhkəmə xərci kimi ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası 53cü maddəsinə əsasən, iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, həmin hissədə Cavabdeh2 Daşınmaz Əmlakın Reyestri Xidmətinini mübahisəli mənzilə, yəni Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəis, 193, M14, m1, giriş 1, 14-cü mərtəbədə yerləşən 61 saylı mənzilə dair Daşınmaz Əmlakın reyestrindən qeydə alınmış mülkiyyət hüququnun və mülkiyyət hüququna dair verilmiş xx.xx.2021-ci il tarixli, **********5 saylı qeydiyyat çıxarışı etibarsız hesab edilməsi tələbi ilə əvəz olunmasını xahiş etmişdir. Qalan hissədə olan tələblər dəyişdirilməmiş qalır. Həmin tələblərdə yeni tələb də daxil olmaqla İddiaçı iddiasını tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı yenidən iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh1 MTK ilə iddiaçının arasında bağlanmış 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49- cu məhəllədə tikilmiş göstərilmiş, 12-ci mərtəbədə yerləşdiyi qeyd olunan 56 saylı mənzilin hazırda yeni qaydalara görə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış yeni ünvanda ünvan 1 giriş 1, 14-cü mərtəbədə yerləşən mənzil № 61 saylı mənzil olması və həmin mənzilin sahiblik hüququ ilə məxsus olması, iddia ərizəsində 4-cü tələbində Cavabdeh2 adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 193, M14, m1, giriş 1, 14-cü mərtəbədə yerləşən 61 saylı mənzilə Daşınmaz Əmlakın Dövət Reyestri Xidmətində qeydə alınmış mülkiyyət hüquna dair verilmiş xx.xx.2021-ci tarixli **********5 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunması kimi dəyişiklik edərək, bu tələblərə dair və iddia ərizəsində olan digər tələblər dəyişdirilmədən saxlanılmışdır. Həmin tələblərin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh2 İddiaçı, üçüncü şəxs “Elita-R" MTK ilə cavabdeh arasında 08 aprel 2010-cu il tarixdə bağlanmış müqavilənin ləğv olunması tələbinə dair qarşılıqlı idda ərizəsi ilə müraciət edərək, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddianın təmin edilməsi, cavabdeh İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 08 aprel 2020cu il tarixli müqavilənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi barədə xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı idddia onunla əsaslandırmışdır ki, 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən Cavabdeh1 MTK tərəfindən iddiaçıya Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49-cu məhəllədə tikilən çoxmənzilli binanın 1-ci blok, 12-ci mərtəbə, 56 saylı mənzilinə dair müqavilə bağlanmışdır. Müqavilə bağlandıqdan sonra işin faktiki hallarından görünür ki, tərəflər arasında digər başqa hər-hansı sənədləşmə işləri aparılmamışdır. Belə ki, müqavilənin bağlanmasından 11 ildən çox bir vaxt keçmiş, təkcə Cavabdeh2 qarşı deyil, eyni zamanda Cavabdeh1 MTK-ya qarşı həm daşınmaz əmlakla bağlı iddia müddətini, həm də ümumi iddia müddətini ötürmüşdür. Müqavilənin 08 aprel 2010-cu il tarixdə bağlanmasına baxmayaraq, hal-hazırkı vaxtadək, müqavilə bağlanmış mənzilin dəyərinin ödənilməsi barədə hazırkı tarixədək maliyyə arayışını almamış, bundan başqa həmin müqavilə bağlandıqdan sonra, 61 №-li mənzilə dair Cavabdeh1 MTK ilə aralarında müqavilə bağlanmamışdır. İndi isə yuxarıda göstərilən prosedurların həyata keçirilməsini cavabdehin məhkəmə vasitəsi ilə tələb etməsi qanunsuz və əsassızdır. Ümumiyyətlə isə hazırkı işin heç bir məhkəmə aidiyyatı mümkün deyildir. Tərəflər arasında mövcud məhkəmə mübahisələrinin olması da buna əyani sübutdur. Tərəfindən də hazırkı işin araşdırılması ilə bağlı Cavabdeh1 MTK-ya müraciət edilmiş və onlar özlərinin məktubu ilə rəsmi qaydada iddiaçıya bildirmişlər ki, müqavilə bağlanmışdır ki, Ramil, Teymur və cavabdeh İddiaçı tərəfindən tikintini armatur və materiallarla təmin etsinlər. Ancaq, onların heç biri bunu etməmiş, heç bir mal-material verməmişlər. Cavabdeh İddiaçı özü də bunu bu gün də sübuta yetirə bilmir, halbuki, sübut etmək yükü iddiaçının üzərinə düşür. Belə ki, hələ bundan öncə də iddiaçı və Cavabdeh1 MTK və İddiaçı arasında olan məhkəmə mübahisələrində də tərəflər kassa ödəniş sənədlərinin, müqavilənin etibarsız sayılması, mənzilin təhvil verilməsi, təmir üçün yaradılmış maneənin qadağan edilməsi üzrə tələblərə baxılmış, ancaq bu məhkəmə iclaslarında nə mal-materialların, nədə ki, mənzillə görə hər hansı bir ödənişin Emin tərəfindən ödənilməsi ilə bağlı sübut təqdim edilməmişdir. İstər cavabdeh Emin, istərsə də Cavabdeh1 MTK arasında gedən məhkəmə mübahisələri zamanı hər iki tərəf məlumatlı olmuşlar ki, iddiaçı tərəfindən mübahisələndirilən mənzil alınmış, burada təmir işləri aparılmış, hazırda ailəsi ilə birlikdə həmin yaşayış sahəsində yaşayır. İşin yuxanda göstərilən hallarına əsasən Emin tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya qarşı qaldırılmış iddia rədd edilməli, bundan başqa iş üzrə iddia müddəti də tətbiq edilməlidir. Hələ bundan öncə İddiaçı Cavabdeh1 MTK-ya qarşı “mənzilin təhvil verilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49-cu Məhəllədə tikilən çoxmənzilli binanın 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 105,36 kv/m 3 yaşayış otağından ibarət olan 56 saylı mənzilin ona təhvil verilməsi, mənzildə təmir işlərinin aparılmasına qoyulmuş maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(010)-493/2017 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49-cu məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının birinci blok, 12-ci mərtəbə, 56 saylı mənzilin İddiaçı verilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ- si, 4048/49-cu məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının birinci blok, 12-ci mərtəbə, 56 saylı mənzilində təmir işlərinin aparılmasına qoyulmuş maneələrin aradan qaldırılması vəzifəsi cavabdehin üzərinə qoyulması qət edilmişdir. Ərizəçi mübahisələndirilən qətnamənin qəbul edildiyi iş üzrə tərəf və müvafiq olaraq həmin iş əsasında verilmiş icra sənədi üzrə borclu deyildir. Mövcud vəziyyətdə ərizəçinin tərəfi olmadığı iş üzrə qəbul edilmiş qətnamə və ya icra sənədi onu daşınmaz əmlakın dövlət reyestrində adına mülkiyyət hüququ qeydə alınmış əmlakdan çıxarılması üçün əsas ola bilməz. Ali Məhkəmənin mövqeyindən də aydın olur ki, mübahisələndirlən 61 №-li mənzilin iddiaçıya heç bir aidiyyatı yoxdur və şəxsi mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. Mənzildə təmir işləri tərəfindən həyata keçirilməyə başlamış, 2020-ci ildə təmir başa çatdırıldıqdan sonra ailəsi ilə birlikdə burada köçüb birgə yaşamağa başlamışdır. Binanın 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi kateqoriyasına keçirildiryindən mənzillərin nömrələrində və küçənin adında dəyişiklik olduğu üçün Cavabdeh1 MTK ilə arlarında 20 avqust 2019-cu il tarixdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov 193 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 105.36 kv.m olan, 3 otaqlı, 61 nömrəli mənzilin (1 pay) alğı-satqısına dair 061003 Nömrəli müqavilə imzalanmışdır. Cavabdeh2 adına çıxarış verilmişdir. “Azəriqaz” İB ilə qazın alğı-satqısı barədə xx.xx.2019-cu il tarixdə, "xxxx" ASC Suraxanı rayon Su Kanal İdarəsi ilə su təchizatı və tulantı suların axıdılması barədə xx.xx.2019- cu il tarixdə cavabdehlə arasında müqavilələr bağlanmışdır. 2014-cü ildə manatın inflyasiyasından öncə tərəfindən mənzilin alğı-satqısına 40.000 manat, 2017-2020-ci illərdə isə mənzilin təmirinə və mebelinə tərəfindən 80.000 manat pul xərclənmişdir. Bununla əlaqədar qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddianın təmin edilməsi, cavabdeh İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 08 aprel 2020-cu il tarixli müqavilənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi barədə xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Azərbaycan Respublikasnını Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə Cavabdeh1 MTK aralasında bağlanmış 08 aprel 2020-cu il tarixli müqavilənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi barədə xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(010)- 2741/2021 saylı qətnaməsinə əsasən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1nə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşı iclas potokolunun etibarsız hesab edilməsi, müqavilənin ləğvi, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi, yaşayış sahəsinə görə ödənilmiş artıq məbləğin alınması, mənəvi ziyanın tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1nə qarşı Cavabdeh1 ilə İddiaçı arasında 08 aprel 2010-cu il tarixdə bağlanmış müqavilənin ləğv olunması tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49- cu məhəllədə tikilmiş göstərilmiş, 12-ci mərtəbədə yerləşdiyi qeyd olunan 56 saylı mənzilin hazırda yeni qaydalara görə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış yeni ünvanı ünvan 1 giriş 1, 14-cü mərtəbədə yerləşən 61 saylı mənzil hesab edilməsi, ünvan 1 giriş 1, 14-cü mərtəbədə yerləşən 61 saylı mənzilə dair ilkin iddia üzrə iddiaçı, qarşılqlı iddia üzrə cavabdeh İddiaçı sahiblik hüquqları tanınması, ünvan 3, giriş 1, 14-cü mərtəbədə yerləşən 61 №-li mənzilə dair Cavabdeh2 adına mülkiyyət hüquqlarının qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etdiyi MTK üzvlərinin ümumi iclasın 134 №-li, xx.xx.2019-cu il tarixli protokolu etibarsız hesab edilməsi, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə etibarsız hesab edilməsi, Cavabdeh2 adına ünvan 1 giriş 1, 14-cü mərtəbədə yerləşən 61 saylı mənzilə dair Daşınmaz Əmlakln Dövlət Reyestri Xidmətində qeydə alınmış mülkiyyət hüququnun və mülkiyyət hüququna dair verilmiş xx.xx.2021-ci il tarixli, **********5 qeydiyyat nömrəli Çıxarış etibarsız hesab edilməsi, ünvan 1 giriş 1, 14-cü mərtəbədə yerləşən 61 saylı mənzilindən Cavabdeh2 və onun mübahisəli mənzildə yaşayan ailə üzvləri mənzildən çıxarılması, ünvan 1 giriş 1 14cü mərtəbədə yerləşən 61 №-li mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün MTK-nın ümumi yığıncağının iclas protokolundan çıxarışın və yeni ünvanda mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışın verilməsi vəzifəsi Cavabdeh1 MTK-nın üzərinə qoyulması, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 11 mart 2014-cü il tarixli müqaviləyə əsasən ödənilmiş 40.000 manat pul vəsaiti Cavabdeh1 MTK-dan tutularaq Cavabdeh2 qaytarılması,Cavabdeh1 MTK 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən İddiaçı artıq aldığı 8.16 kv metr sahənin dəyəri olan 2709 (iki min yeddi yüz doqquz) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) ödənilməsi, vurulmuş 1.000 manat məbləğində mənəvi ziyan Cavabdeh1 MTK-dan tutularaq İddiaçı ödənilməsi, iddia qismən təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 23 (iyirmi üç) manat məbləğində pul Cavabdeh1 Mənzil – Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 112.1, 113.1, 113.2, 113.3, 117.1, MPMnin 82.3, 233.3- cü maddələrinə əsaslandıraraq, ilk iddia üzrə belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh1 MTK, Cavabdeh2 qarşı mənzilin təhvil verilməsi, təmir işlərini aparılması üçün maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-78/2020 saylı 30 sentyabr 2020-ci il tarixli qətnaməsi və həmin qətnamədə iddiaçının mənzilə görə müəyyənləşdirilmiş pul məbləğinin tam ödənilməsinə dair faktiki hallar, həmçinin cavabdeh tərəfindən mənzilin iddiaçıya təhvil verilməsi və iddiaçının mənzildə təmir işləri aparılmasına yaradılmış maneələrinin aradan qaldırılması vəzifəsinin mövcudluğu preyudisial əhəmiyyətinə malikdir. Bundan əlavə həmçinin iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı qarşı aralarında bağlanmış 08 aprel 2010-cu il tarixli müqavilənin ləğv olunması tələbinə dair qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2 (102)-3106/2020 saylı qərarının, iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018ci il tarixli, 2 (102)-6607/2018 saylı qərarının və qərarlarında mübahisə predmeti təşkil edən 08 aprel 2010-cu il tarixli müqavilə üzrə pulun 100 faiz miqdarında ödənilməsi, bununla yanaşı, müqavilə üzrə pulun tam ödənilməsinə dair Cavabdeh1 MTK tərəfindən arayışda verilməsi, ümumiyyətlə qeyd olunan müqavilənin ləğv edilməsi və yaxud etibarsız hesab edilməsi üçün əsasların mövcud olmaması və bununla da həmin müqavilənin qanuni və mötəbər olmasına dair müəyyən edilmiş faktiki hallar preyudisial əhəmiyyətinə malikdir. Həmin məhkəmə proseslərinə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh2 cəlb edilmiş, və məhkəmənin iclaslarında iştirak etmişdir. Birinci instansiya məhkəməsinin həmçinin Mülki Məcəlləsinin 421.1, 421.1-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarına əsasən qarşılıqlı iddia üzrə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır və Cavabdeh1 MTK-nın İddiaçı ilə aralarında bağlanmış 08 aprel 2010-cu il tarixli müqavilənin tərəfi olmadığı üçün onun ləğv edilməsini mübahisələndirmək subyektiv hüquqa malik deyildir. Göstərilənlərə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTK-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının birinci blok, 12ci mərtəbə, 56 saylı mənzil yeni qaydalara uyğun olaraq 61 saylı mənzil kimi qeydiyyatda dəyişiklik edilməsinə görə hazırda yeni qaydalara görə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış yeni ünvanında ünvan 3, giriş 1, 14-cü mərtəbədə yerləşən mənzil 61 saylı mənzil hesab olunmalı, İddiaçı həmin mənzilə dair sahiblik hüquqları tanınmalıdır. Cavabdeh İddiaçı ilə Cavabdeh1 MTK aralasında bağlanmış 08 aprel 2020cu il tarixli müqavilənin ləğv edilməsinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 354.1, 377.1-ci maddələrinə əsasən təkcə Cavabdeh2 qarşı deyil, eyni zamanda Cavabdeh1 MTK-ya qarşı həm daşınmaz əmlakla bağlı iddia müddətini, həm də ümumi iddia müddətini ötürülməsinə dair ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh2 tərəfindən verilmiş vəsatəti üzrə mövqeyinə əsasən müqavilənin qanuniliyi uzun müddət ərzində məhkəmə mübahisələrində araşdırılmış və bu barədə artıq yuxarıda qeyd edildiyi kimi qanuni qüvvəyə minmiş iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı qarşı aralarında bağlanmış 08 aprel 2010-cu il tarixli müqavilənin ləğv olunması tələbinə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2 (102)- 3106/2020 saylı qərarı, iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli, 2 (102)-6607/2018 saylı qərarı, eyni ilə İddiaçı Cavabdeh1 MTK, Cavabdeh2 qarşı mənzilin təhvil verilməsi, təmir işlərinin aparılması üçün maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-78/2020 saylı 30 sentyabr 2020-ci il tarixli qətnaməsi vardır. Məhkəmə aktlarından məlum olur ki, 2020-ci ilin sentyabr ayına qədər 08 aprel 2010-cu il tarixli müqavilənin qanuniliyi məhkəmələdər mübahisə predmeti olmuş, məhkəmələrdə həmin iddia ilə bağlı mülki işə baxılmış, bununla əlaqədar məhkəmə hesab etmişdir ki, bu halda iddia müddətinin axımının başlanması anı həmin məhkəmə aktlarının qanuni qüvvəyə mindiyi andan hesab olunmalıdır. Bu halda iddia müddəti tətbiq edilə bilməz Birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.4, 324.5, 337.1 , 337.4, 337.5, 339.5-ci maddələrinə, eləcə də “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarına əsasən gldiyi nəticələrdən həmçinin görnür ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 11 mart 2014-cü il tarixli müqaviləyə əsasən ödənilmiş 40.000 manat pul vəsaiti Cavabdeh1 MTK-dan tutularaq Cavabdeh2 qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin ilk mənəvi ziyanla bağlı Azərbaycan Respublikasının 21.1-ci maddəsinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab etmişdir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə gəldiyi nəticəsinə əsasən iddiaçı tərəf cavabdehin hərəkətlərindən ona dəymiş mənəvi ziyanın göstərdiyi məbləğlə bağlı sübutları məhkəməyə təqdim etməsə də, lakin uzun müddət, o cümlədən 10 ildən artıq müddət ərzində mübahsənin perdmeti olan mənzilə dair sahiblik hüquqlarının həyata keçirilməsindən məhrum olması ilə əlaqədar müəyyən iztirab, əsəbi gərginlik keçirtməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsinə dair müddəalarını, işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılqılğ idda üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 MTK-dan 1000 manat məbləğində mənəvi zərər tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsində icraat Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 11 mart 2014-cü ildə "xxxx" MTK ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzil üçüncü şəxsin, yəni vicdanlı sahib Cavabdeh2 mülkiyyətinə verilmişdir. Lakin məhkəmə tərəfindən MM-nin 452-ci maddəsinin tələbləri, həmçinin üçüncü şəxsin mənzil üçün çəkdiyi 80.000 manat məbləğində xərcini və kommunal xərclərini, həmçinin onun vicdanlı sahib olmasını nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər "xxxx" MTK öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, bu barədə məhkəməyə hər hansı məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin təmin olunmuş hissəsində (Cavabdeh2 aid hissədə) yoxlanılmasını təşkil edir. İddiaçı və Cavabdeh1 MTK şikayət vermədiklərindən onlara aid hissədə qətnamə yoxlanılmır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin movcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respulikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. 117.1-ci maddəsinə əsasən kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq pay haqqını tam ödəmədiyinə görə kooperativdən çıxarılmış və ya könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış mənzil-tikinti kooperativinin üzvünə kooperativin nizamnaməsində nəzərdə tutulmuş şərtlərlə və müddətdə onun payının məbləği (dəyəri) ödənilir. Belə ödəmənin müddəti mənzil-tikinti kooperativi üzvünün çıxarılması haqqında mənzil-tikinti kooperativinin qərar qəbul etdiyi gündən iki aydan çox ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qanunvericinin tələblərinə əsasən alğı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarında olan Cavabdeh1 MTK-nın direktoru İsmayılov C.H ilə İddiaçı arasında bağlanmış 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən, Cavabdeh1 MTK tərəfindən İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTK-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının birinci blok, 12-ci mərtəbə, 56 saylı mənzil satılmışdır. İddiaçı mənzilin qiymətini 100 faiz miqdarında, yəni 35.000 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh1 MTK-ya ödəmişdir. İşin faktiki hallarından həmçinin görünür ki, İddiaçı tərəfindən kooperativ üzvlüyündən çıxması ilə bağlı heç bir ərizə verilməmiş və qanunvericiliyin tələbinə zidd olaraq pay haqqı ona geri qaytarılmamışdır. Bundan əlavə ilkin iddia üzrə Cavabdeh1 MTK müqavilənin Vİİİ-ci bəndi ilə nəzərdə tutulan mənzili iddiaçıya təhvil verilməməsi və müqavilə öhdəliklərini yerinə yetirilməməsi ilə əlaqədar İddiaçı məhkəməyə mənzilin təhvil verilməsi, təmir işlərinin aparılması üçün maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə mübahisələrinin nəticəsi olaraq Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 MTK-nın Suraxanı rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(010)-49/2017 saylı qətnaməsindən verdiyi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia tələbi təmin edilərək, cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının birinci blok, 12-ci mərtəbə, 56 saylı mənzilin iddiaçıya təhvil verilməsi və iddiaçının həmin mənzildə təmir işləri aparmasına qoyulmuş maneələrin aradan qaldırılması qət edilmişdir. İşin materiallarından görünür ki, həmin müqavilənin ləğv edilməsi və yaxud da etibarsız hesab olunması ilkin iddia üzrə Cavabdeh1 MTK tərəfindən məhkəmə qaydasında mübahisələndirilsə belə, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında cavabdehin iddiaları təmin edilməmiş, Cavabdeh1 MTK-nın direktoru İsmayılov C.H ilə İddiaçı arasında bağlanmış 08 aprel 2010-cu il tarixli müqavilənin qanuniliyi təsdiq edilmişdir. Bundan əlavə, mülki işin materiallarından görünür ki, 11 mart 2014-cü il tarixill Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, ŞTQ məhəllədə 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 105,36 kv m olan 56 nömrəli mənzil izolə olunmuş 3 otaqdan ibarət olmaqla pay kimi MTK tərəfindən payçıya verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********66 saylı, xx.xx.2021-ci il tarixli sorğuya cavab olaraq müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, ev 193, 61 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 193, M14, m1; giriş 1, 14-cü mərtəbəsi) Cavabdeh1 MTK üzvlərinin ümumi iclasının xx.xx.2019-cu il tarixli, 174№-li protokolundan çıxarışa, xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixində Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. İlk iddia üzrə iddiaçı 08 aprel 2010-cu il tarixli müqaviləyə və qanuni qüvvəsini almış məhkəmə aktlarına istinad edərək ilk iddia tələbələrinin təmin olunmasını, qarşılıqlı iddiaçı isə mübahisələndirlən 61 №-li mənzilin ilk iddiaçıya heç bir aidiyyatı yoxdur və şəxsi mülkiyyət hüququ ilə özünə məxsus olmasını 18 mart 2017-cü il tarixli arayışa əsasən mənzil təmirə buraxılmasını, həmin tarixdən mənzildə təmir işləri tərəfindən həyata keçirilməyə başlamış, 2020-ci ildə təmir başa çatdırıldıqdan sonra ailəsi ilə birlikdə köçüb birgə yaşamağa başlamasını göstərərək ilk iddianın əsassız olmasını, cavabdeh İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 08 aprel 2020-cu il tarixli müqavilənin ləğv edilməsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilərinə qiymət veərək birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının MPM-nin 82.3 və 233-cü maddələrinə əsasən İddiaçı Cavabdeh1 MTK, Cavabdeh2 qarşı mənzilin təhvil verilməsi, təmir işlərinin aparılması üçün maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-78/2020 saylı 30 sentyabr 2020-ci il tarixli qətnaməsi və həmin qətnamədə iddiaçının mənzilə görə müəyyənləşdirilmiş pul məbləğinin tam ödənilməsinə dair faktiki hallar, həmçinin cavabdeh tərəfindən mənzilin iddiaçıya təhvil verilməsi və iddiaçının mənzildə təmir işləri aparılmasına yaradılmış maneələrinin aradan qaldırılması vəzifəsinin, iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı qarşı aralarında bağlanmış 08 aprel 2010-cu il tarixli müqavilənin ləğv olunması tələbinə üzrə qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2 (102)- 3106/2020 saylı qərarının, iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli, 2 (102)- 6607/2018 saylı qərarının və qərarlarında mübahisə predmeti təşkil edən 08 aprel 2010-cu il tarixli müqavilə üzrə pulun 100 faiz miqdarında ödənilməsi, bununla yanaşı, müqavilə üzrə pulun tam ödənilməsinə dair Cavabdeh1 MTK tərəfindən arayışda verilməsi, ümumiyyətlə qeyd olunan müqavilənin ləğv edilməsi və yaxud etibarsız hesab edilməsi üçün əsasların mövcud olmaması və bununla da həmin müqavilənin qanuni və mötəbər olmasına dair müəyyən edilmiş faktiki halların mövcudluğunun preyudisial əhəmiyyətinə malik olması nəticələri ilə razılaşır. Belə ki, göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Həmçinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin hazırki mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsinin tətbiq edilməsinə dair dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qanuni qüvvəsini almış məhkəmə aktlarına və işin araşdırılmış hallarına əsasən bu nəticəyə gəlmişdir ki, ilk İddiaçı müqavilə şərtlərinə uyğun olaraq pay haqqını tam ödədiyindən mübahisə predmeti olan mənzil üzərində istifadə və sahiblik hüquqları mövcud olmuş, lakin onun bu hüquqlarının mövcud olduğu bir vaxtda əsassız olaraq Cavabdeh1 MTK tərəfindən mübahisənin predmeti olan mənzil Cavabdeh2 satılmışdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 08 aprel 2010-cu il tarixli müqavilənin qanuniliyini təsdiq edən məhkəmə aktlarının qanuni qüvvəyə minəndən sonra, o cümlədən 05 yanvar 2021-ci il tarixdə mübahisə predmeti olan mənzil dair mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əldə etmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 çıxarış əldə etməzdən əvvəl İddiaçı ilə Cavabdeh1 MTK arasında olan məhkəmə çəkişmələrinin mövcudluğundan xəbəri olması, hətta cəlb edilərək məhkəmə iclaslarında iştirak etməsinə də birinci instansiya məhkəməsi işin faktiki araşdırılmış halları baxımından düzgün hüquqi qiymət vermişdir. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə aktlarının preyudisiallığı baxımından hazırki mübahisə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsinin tələbləri baxımından həll edilməsi üçün hüquqi əsaslar mövcud olmamışdır. Həmçinin, məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarınə əsasən hesab edir ki, Cavabdeh2 vicdanlı əldə edən kimi də qiymətləndirilə bilməz. Belə ki, onun adına çıxarış alınmışdan əvvəl mənzillə bağlı məhkəmə mübahisələrini bilmiş və özü də bü mübahisələrin iştirakçısı kimi cəlb edilməsi işin mübahisəsiz hallarındandır. Belə olan halda Mülki Məcəlləsinin 182 və 140-cı maddələrini də hazırki mübahisəyə tətbiq edilməsinə hüquqi əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 mənzilə mülkiyyət hüququnu və onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışın qanunuliyini mübahisələndirməkdə sözügedən mənzilə gözlənilən mülkiyyət hüququ olan İddiaçı haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyatorun Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinad etməklə İddiaçı ilə MTK arasında bağlanmış müqaviləyə əsasən onun mənzilə gözlənilən mülkiyyət hüququnun olmasını göstərməsi ilə razılaşır və eyni zamanda qeyd edir ki, bu halın olması onun apellyatora qarşı hazırki ilk iddianı qaldırmalı olmamasına əsas vermir. Belə ki, apellyatorun özünün istinad etdiyi normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, işin araşdırılmış və faktik halları baxımından mübahisəli mənzilin Cavabdeh2 sahiblik (mülkiyyət) hüququnun qanunsuz olmaqla sahibliyində olmasına və İddiaçı da cavabdehdən qaytarılmasını tələb etdiyi mənzilin sahibi (gözlənilən mülkiyyət hüququ olması nəzərə alınmaqla) olmasına birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət vermişdir. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin nəticələri hüquqi əsas olan mülkiyyət hüququ haqqında sənədin qanunsuz olaraq verildiyi üçün ləğv edilməsi ilə Cavabdeh2 Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29 və 43-cü maddələrinin tələbləri baxımından hüquqlarının pozulmasına deyil, əksinə İddiaçı gözlənilən mülkiyyət hüququ nəzərə alınmaqla qeyd edilən normalar baxımından sonuncunun hüquqlarının bərpa edilməsinə yönəlmişdir. Cavabdeh2 isə əksinə isə Cavabdeh1 MTK-nın İddiaçı ilə aralarında bağlanmış 08 aprel 2010-cu il tarixli müqavilənin tərəfi olmadığı üçün onun ləğv edilməsini mübahisələndirmək subyektiv hüquqa malik olmamamış və buna dair birinci instansiya məhkəməsinin nəticəsi ilə məhkəmə kollegiyası razılaşır. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinə əlavə etdiyi Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18 may 2021-ci il tarixli qərardadı ilə bağlı hesab edir ki, həmin qərardadın mövcudluğu hazırki iş üzrə ilk iddianın əsassız, qarşılıqlı iddianın isə əsaslı olmasını təsdiq etmir. Belə ki, qərardadın məzmunundan görünür ki, Cavabdeh2 müraciəti İddiaçı Cavabdeh1 MTK-ya qarşı olan iddiasının təmin edilməsi ilə bağlı qəbul edilmiş məhkəmə aktları ilə bağlı olmuş və o müraciətində qeyd edilən mülki işlərə baxılarkn onun hüquq və vəzifələrinə toxunan hüquqlarının pozulması ilə nəticələnin məhkəmə aktlarının qəbul edilməsini göstərmiş və həmçinin qeyd etmişdir ki, mübahisəli mənzilə dir xx.xx.2021-ci il tarixdə adına müvafiq Çıxarış da verilmişdir. Qərardadla Cavabdeh2 müraciəti əsassız olaraq ona görə təmin edilməmişdir ki, o, mübahisələndirilən qətnamənin qəbul edildiyi iş üzrə tərəf və müvafiq olaraq həmin iş əsasında verilmiş icra sənədi üzrə borclu olmamış, qəbul edilmiş qətnamə ilə ilə onun üzərinə hər hansı vəzifə qoyulmamışdır. Belə olan halda əriçinin tərəfi olmadığı isə iş üzrə qəbul edilmiş qətnamə və ya verilmiş icra sənədi onu daşınmaz əmlakın dövlət reyestrində adına mülkiyyət hüququ qeydə alınmış əmlakdan çıxarılması üçün əsas ola bilməz. Ali Məhkəmənin mövqeyindən də aydın olur ki, müraciətə cavab Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-78/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə bağlı olmuş və həmin qətnamə ilə cavabdeh MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının birinci blok, 12-ci mərtəbə, 56 saylı mənzilin iddiaçıya təhvil verilməsi və İddiaçı “həmin mənzildə təmir işlərinin aparılmasına qoyulmuş maneələrin aradan qaldırılması qət edilmişdir. Cavabdeh2 isə müraciətinə 61 saylı mənzilə dair çıxarışı əlavə etmiş və buna görə də qəbul edilmiş qərardadda onun tərəf olmadığı üçün və qəbul edilmiş qətnamə ilə ilə onun üzərinə hər hansı vəzifə qoyulmadığı düzgün qeyd edilmişdir. Lakin işin materiallarından görünür ki, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49- cu məhəllədə tikilmiş göstərilmiş, 12-ci mərtəbədə yerləşdiyi qeyd olunan 56 saylı mənzilin hazırda yeni qaydalara görə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış yeni ünvanı ünvan 1 giriş 1, 14-cü mərtəbədə yerləşən 61 saylı mənzil hesab edilmiş, hazırki iş üzrə Cavabdeh2 tərəf olduğundan qəbul edilmiş qətnamə ilə onun üzərinə müəyyən vəzifələr qoyulmuşdur. İş materiallarından görünür ki, qeyd edilən qərardad qəbul edilərkən İddiaçı hazırki iş üzrə ilk iddiası xx.xx.2021-ci il tarixdən birinci instansiya məhkəməsinin icraatında idi və Cavabdeh2 adına mənzil sənədləşdirilərkə nömrəsi 56 göstərilmişdir ( müqavilə, maliyyə arayışı və təmir üçün arayış) sonradan məhkəmə çəkişmələri gedən dövrdə MTK-nın verdiyi xx.xx.2019-cu il tarixli protokoldan çıxarış, maliyyə arayış həmin mənzilin nömrəsi 61 göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin iş materiallarında olan məktublarında sözügedən ünvandakı 56 saylı mənzilin Gazanova Simanın adına adına xx.xx.2020-ci il taridə qeydiyyata alınması qeyd edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18 may 2021-ci il tarixli qərardadında Cavabdeh2 mülkiyyətində olan 61 saylı mənzil nəzərə alınaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilən 56 saylı mənzillə bağlı qəbul edilmiş məhkəmə aktlarının onun maraqlarına toxunduğunun müəyyən edilməməsi göstərilmişdir. Apellyatorun mübahisəli mənzili 40000 manata alması, 80000 manata isə təmir etdirməsi, «Azəriqaz» İB, Azərsu» ASC ilə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xərcləri qarşılığının nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.2-ci maddəsinə əsasən İddiaçı xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən ona verilməli olan mənzil əvəzinə na dəyən zərərin əvəzini borcludan tələb edilməsinə dair dəlilinə məhkəmə kollegiyası qiymət verərək hesab edir ki, mübahisəli əmlak üzərinə apellyatorun üstünlük hüqüqunun olmadığı üçün bu dəlillər əsassızdır. Əksinə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 mübahisəli mənzildə faktiki olaraq təmir edərək yaşaması faktı işin mübahisəsiz halı olsa da, qətnamə qanuni qüvvəsini aldıqdan sonra mənzili boşaldıb təhvil verərkən mənzilin təmir xərclərinin əvəzinin tələb etməsi kimi hüquqlarının olması izah edilməlidir. Beləliklə də, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətini təmin etməsə də qeyd edir ki, birinci instansiya məhkəməsinin ilk iddianı qismən təmin edərkən iddia tələbinin sonuncu dəqiqləşdirilməsi üzrə Cavabdeh2 adına ünvan 1 giriş 1, 14-cü mərtəbədə yerləşən 61 saylı mənzilə dair Daşınmaz Əmlakln Dövlət Reyestri Xidmətində qeydə alınmış mülkiyyət hüququnun və mülkiyyət hüququna dair verilmiş xx.xx.2021-ci il tarixli, **********5 qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilməsi nəticəsinə gəlinməsi prosessual baxımdan bu pozuntu sayılır. Lakin əslində göstərilən nəticəyə gələrkən həmin çıxarışın ləğvi nəzərdə tutulduğundan məhkəmə kollegiyası hesab edir ki, bu pozuntu mahiyyəti üzrə düzgün olan qətnamənin qeyd edilən hissədə ləğvi üçün kifayət qədər əsas deyil. Belə ki, ilk iddia tələblərindən də görünür ki, ilk iddiaçı əvvəlcə Cavabdeh2 adına ünvan 1 giriş 1, 14-cü mərtəbədə yerləşən 61 №-li mənzilə dair Daşınmaz Əmlakln Dövlət Reyestri Xidmətində qeydə alınmış mülkiyyət hüququnun və mülkiyyət hüququna dair verilmiş xx.xx.2021-ci il tarixli, **********5 qeydiyyat nömrəli Çıxarışın ləğv olunmasını tələb etsə də, sonradan tələbin dəqiqləşdirilməsi ərizəsində bu sənədin etibarsız sayılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddiaçı tərəf də tələbin birinci instansiya məhkəməsində dəqiqləşdirilməsinə baxmayaraq sözügedən sənədin digər sənədlərdən fərqli olaraq ləğv edilməsinin nəzərdə tutduqlarını göstərmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir halda Cavabdeh2 adına ünvan 1 giriş 1, 14-cü mərtəbədə yerləşən 61 №-li mənzilə dair Daşınmaz Əmlakln Dövlət Reyestri Xidmətində qeydə alınmış mülkiyyət hüququnun və mülkiyyət hüququna dair verilmiş xx.xx.2021-ci il tarixli, **********5 qeydiyyat nömrəli Çıxarışın verilməsinə əsasən olan sənədlər etibarsız sayıldığından bu sözügedən Çıxarışın ləğv edilməsi üçün hüquqi əsasdır. Lakin məhkəmə prosesual qənaət prinsipi baxımından bununla bağlı yeni məhkəmə çəkişməsinin başlanmsının və süründürməçiliyin qarşısını almaq məqsədi ilə mahiyyətcə düzgün və əsaslı olan birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvini məqbul saymır və hesab edir ki, qətnamədə Cavabdeh2 adına ünvan 1 giriş 1, 14-cü mərtəbədə yerləşən 61 №-li mənzilə dair Daşınmaz Əmlakln Dövlət Reyestri Xidmətində qeydə alınmış mülkiyyət hüququnun və mülkiyyət hüququna dair verilmiş xx.xx.2021-ci il tarixli, **********5 qeydiyyat nömrəli Çıxarışın etibarsız sayılmasının göstərilməsinə baxmayaraq onun ləğv olunması nəzərdə tutuldğundan qətnamə bütünlükdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(010)- 2741/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar