Məhkəmə qərarları › İş №2(102)-5022/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5022/2019

11.07.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5022/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator İddiaçı, vəkili X1, cavabdeh X3, vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(003)-2541/2018, hakim Ə.S.Qəhrəmanov ) İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-566/2019, hakimlər N.Ş.Cəfərov, V.T.Həsənov, Ş.A.Məmmədova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 24 may 2018-ci il tarixdə İddiaçı X2 23 mart 2018-ci il tarixdə 2.600 ABŞ dolları, 1.100 avro və 7.450 manat məbləğində borc verdiyinə, sonuncunun həmin məbləği 1 ay müddətində qaytarmalı olduğu halda qaytarmadığına istinad edərək X2 qarşı pul tələbinə da ir hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh 09.07.2018-ci il tarixdə yazılı etiraf verərək iddiaçının qızı ilə rəsmi nikaha girməklə ailə qurduğunu, münasibətlərinin korlandığı üçün ayrıldıqlarını, nikahın pozulması barədə məhkəmədə iddia qaldırdığını, iddiaçının qərəzli olaraq ona qarşı pul tələbi ilə bağlı iddia qaldırdığını göstərmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onuna əsaslandırılmışdır ki, tərəflər arasnda borc müqaviləsi şifahi formada bağlanılmışdır. Belə olduğu təqdirdə bu fakt ya şahidlərin ifadəsi ilə, ya səs və ya video yazı ilə, ya da işdə iştirak edən şəxslərin izahatları əsasında qiymətləndirilməklə süb uta yetirilə bilər. İddiaçının izahatı şahid ifadələri ilə eynilik təşkil edir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməs inin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını iddiaçının şifahi borc müqaviləsinə əsasən cavabdehə verdiyi borcun qaytarılması təşkil edir. İddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdılr ki, cavabdh iddiaçının keçmiş kürəkənidir. Cavabdeh bildirir ki, 2018-ci il mart ayının əvvəllərində iddiaçının qızı ilə münasibətləri pozulub, aprel ayının 10-da isə iddiaçının qızı evi tərk edib. İddiaçı iddia edir ki, 23.03.208-ci il tarixdə, yəni qızı ilə kürəkəni arasındakı münasibətlərin pozulduğu zaman cavabdehə 1 ay müddətində 2.600 ABŞ dolları, 1.100 avro və 7.450 manat məbləğində borc pul verib, lakin cavabdeh pulu geri qaytarmayıb. İddiaçı tə ləbini onunla əsaslandırmışdır ki, cavabdeh onun kürəkənidir, cavabdeh və qızı Nərmin 2017-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, tərəflərin uşaqları olmamış, nikahları məhkəmə qaydasında pozulmuşdur. Onların birgə nikah müddətində cavabdeh iddiaçıdan 15.000 manat məbləğində borc istəmiş, iddiaçı pulun nə üçün lazım olmasını soruşmamış və 2.600 ABŞ dolları, 1.100 avro və 7.450 manat məbləğində borc vermiş, cavabdeh isə həmin məbləği 1 ay müddətinə qaytaracağını bildirməsinə baxmayaraq həmin məbləğləri qaytarmaqdan imtina etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehə borc pul verməsi sübut edilmir. Belə ki, bu barədə heç bir yazılı sübut, videoyazı və ya audioyazı yoxdur, iddiaçı yalnız 2 şahidin ifadəsinə əsaslanır. Həmin şahidlər iddiaçının cava bdehə borc pul verdiyini təsdiq etsələr də, onların ifadələri natamam və ziddiyyətlidir. Şahidlərdən biri pulun verildiyini, lakin məbləğini bilmədiyini göstərmişdir. Eyni zamanda şahidlər pulun iddiaşı tərəfindən şəxsən cavabdehə təqdim edildiyini göstərsələr də, iddiaçı pulun onun tapşırığı ilə həyat yoldaşı tərəfindən cavabdehə verildiyini göstərmişdir. Bu halda həmin şahid ifadələri mötəbər sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Digər tərəfdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin borc müqaviləsinin formasını müəyyən edən 740-cı maddəsinin tələblərinə görə fiziki şəxslər arasında borc müqaviləsi predmetinin məbləği 3 min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, apellyasiya insta nsiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar