Məhkəmə qərarları › İş №2(102)-5033/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5033/2021

11.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5033/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Aslanbəyov Nizami Sulaydinoviçin cavabdehlər “Ə.Cavabdeh2 adına X6” ASC-yə, “Ə.Cavabdeh2 adına X6” ASC-nin Müşahidə Şurasının sədri Cavabdeh2, “Ə.Cavabdeh2 adına X6” ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 Əliyeviçə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5033/21 (Açar sözlər: hərəkətlərin və ümumi yığıncağın protokolunun qanunsuz hesab edilməsi, “Mühasibat balansı və onların əlavələri”nin, “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri”nin və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri”nin etibarsız sayılması, subyektiv hüququn olmaması ) Bakı şəhəri, 11 oktyabr 2021-ci il Azərbayca n Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrımova Çinarə Ədalət qızının katibliyi ilə, İddiaçı Aslanbəyov Nizami Sulaydinoviç cavabdehlər “Ə.Cavabdeh2 adına X6” ASC-nə, “Ə.Cavabdeh2 adına X6” ASC-nin Müşahidə Şurasının sədri Cavabdeh2, “Ə.Cavabdeh2 adına X6” ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 Əliyeviçə, Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinə qarşı “hərəkətlərin və ümumi yığıncağın protokolunun qanunsuz hesab edilməsi, “Mühasibat balansı və onların əlavələri”nin, “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri”nin və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri”nin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(10)-666/2021 nömrəli, 13 aprel 2021 il tarixli qətnaməsindən iddiaçı Aslanbəyov Nizami Sulaydinoviçin verdiyi kassasiya şikayətlərinə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Aslanbəyov Nizami Sulaydinoviç cavabdehlər “Ə.Cavabdeh2 adına X6” ASC-yə, “Ə.Cavabdeh2 adına X6” ASC-nin Müşahidə Şurasının sədri Cavabdeh2, “Ə.Cavabdeh2 adına X6” ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 Əliyeviçə və Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, - “Ə.Cavabdeh2 adına X6” ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 Əliyeviçin və Müşahidə Şurasının sədri Cavabdeh2 hərəkətlərinin qanunsuz hesab edilməsi; - Ə.Cavabdeh2 adına X6” ASC-nin səhmdarlarının 13.10.2018-ci il tarixli ümumi yığıncağının protokolunun qanunsuz hesab edilməsi; - “Ə.Cavabdeh2 adına X6 ASC-nin 2017-ci il üzrə tərtib olunmuş “Mühasibat balansı və onların əlavələri”nin, “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri”nin və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri”nin etibarsız sayılması və məlumatın Azərbaycan Respublikasının Maliyyə bazarlarına Nəzarət Palatasına və Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinə verilməsi; - Azərbaycan Respublikası Vergilər Nazirliynin 13 saylı Ərazi Vergilər İdarəsinin sənədləri verməkdən imtinasının qanunsuz hesab edilməsi; - Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinin üzərinə “Ə.Cavabdeh2 adına X6” ASC-nin qeydiyyat qovluğunda olan sənədlərin, dövlət reyestrindən çıxarışın, həmçinin 2015-2018-ci illər üzrə vergi bəyannamələrinin, vergi orqanı tərəfindən “Ə.Cavabdeh2 adına X6” ASC-də aparılmış vergi yoxlamaları barədə məlumatların; “Ə.Cavabdeh2 adına X6” ASC tərəfindən vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri, habelə vergi ödənişləri üzrə borclar haqqında və vergi yoxlamalarının nəticəsi ilə əlaqədar tərtib olunmuş yoxlama aktlarının; “Ə.Cavabdeh2 adına X6” ASC-in fəaliyyət göstərdiyi dövrdə törəmə və müştərək müəssisələr yaradılıb yaradılmaması barədə məlumatların və “Ə.Cavabdeh2 adına X6” ASC tərəfindən törəmə və müştərək müəssisələr yaradılmışdırsa, o nların fəaliyyəti ilə bağlı qeydiyyat qovluğunda olan sənədlərin və dövlət reyestrindən çıxarışın, habelə 20142018-ci illər üzrə vergi bəyannamələrinin təsdiq olunmuş surətinin ona təqdim edilməsi öhdəliyinin qoyulmas barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı cavabdeh “ASC-nin 336 səhminin sahibidir. 3. “Ə.A. Ansuxski adına X6” ASC-nin idarəetmə orqanlarının (cəmiyyətin müşahidə şurasının, təftiş komissiyasının və cəmiyyətin icra orqanının) üzvləri tərəfindən öz vəzifə borcunun yerinə yetirlməməsi və onların qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları və qanuni maraqları kobud şəkildə pozulmuşdur. Belə ki, 26 may 2004-cü il tarixdə "xxxx" ASC-nin səhmdarlarının birinci ümumi yığıncağı keçirilmişdir. 26 may 2004cü il tarixli İc las Protokolundan görünür ki, səhmdarların ümumi yığıncacının qərarı ilə cəmiyyətin yeni redaksiyasında Nizamnaməsi təsdiq edilmiş və cəmiyyətin rəsmi adı “Ə.A. Ansuxski adına X6” Açıq Səhmdar Cəmiyyəti adına dəyişdirilmişdir.

4. Həmçinin həmin iclasın qərarı ilə Müşahidə şurasının sədri Cavabdeh2, İdarə Heyətinin sədri Cavabdeh3, Maliyyə Təftiş Komissiyasının sədri Azad Balayev və üzvləri Fizuli Varanosov, Həqiqət Süleymanova seçilmişlər. İddiaçının səhmdarı olduğu “Ə.Cavabdeh2 adına X6” ASC-nin nizamnaməsi 22.09.2004-cü ildə 0904-B1-192 nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

5. Cəmiyyətin Nizamnaməsinə əsasən cəmiyyətin nizamnamə kapitalı ********** (bir milyard dörd yüz doqquz milyon yeddi yüz doxsan min) AZM və ya 140979 ədəd adi səhmdir. ASC-nin Nizamnaməsinin 7.20-ci bəndində göstərilir ki, səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir: cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəət və zərərin bölüşdürülməsi, həmçinin, törəmə müəssisələr, filiallar və nümayəndəliklərin təsis edilməsi, müştərək müəssisələr yaradılması haqqında qərarın qəbul edilməsi. 21.02.2015ci il tarixdə Cəmiyyətin idarə heyətinin sədri Cavabdeh3 tərəfindən səhmdarlara göndərilmiş bildirişdən görünür ki, 30 mart 2005-ci il tarixində saat 11:00-a təyin edilmiş səhmdarların ümumi yığıncağının gündəliyində ikinci məsələ kimi “Cəmiyyətin iştirakı ilə müştərək müəssisəsnin yaradılması” məsələsi qoyulmuşdur. 6. 13.07.2006-cı il tarixində Cəmiyyətin idarə X7 Ansuxski tərəfindən səhmdarlara göndərilmiş 09.06.2006-cı il tarixli bildirişdən görünür ki, 24 iyul 2006-cı il tarixində saat 15-ə təyin edilmiş səhmdarların ümumi yığıncağının gündəliyində üçüncü məsələ kimi "xxxx", dördüncü məsələ kimi BalaCans MMC törəmə şirkətinin yaradılması məsələləri qoyulmuşdur.

7. Cəmiyyətin nizamnaməsinin 7.24-cü bəndində göstərilir ki, Səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar 15 təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir. Cəmiyyətin Nizamnaməsinin 7.20.8-ci bəndində göstərilir ki, səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə həmçinin, cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan hissəsinə xüsusi əhəmiyyətli əqdlərin bağlanması barədə qərarların qəbul edilm əsi aiddir. Ümumi Yığıncağın bu barədə qərarı 15 təqvim günü müddətində səhmdarlara yazılı bildiriş göndərilməlidir. X8 sədri Cavabdeh3 30 mart 2005-ci il tarixində səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş “Cəmiyyətin iştirakı ilə müştərək müəssisənin yaradılması”, həmçinin 24 iyul 2006cı il tarixində səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarı, "xxxx" MMC törəmə şirkətininin yaradılması” və "xxxx" barədə məlumatları iddiaçıya verməmişdir.

8. Beləliklə, İdarə Heyətininin sədri Cavabdeh3 tərəfindən Mülki Məcəlləsinin 99.3 və 107-5-3-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozmuşdur. “Ə.Cavabdeh2 adına X6” Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərdiyi zaman heç vaxt mənfəətlə işləməmişdir. Bununla da iddiaçı Mülki Məcəllənin 106-1.3.7-ci maddəsində nəzərdə tutulmuş səhmdar cəmiyyətin xalis mənfəətindən dividend almaq hüququndan mərhum olmuşdur. Müəssisənin «zərərlə işləməsinin” səbəblərini araşdırmaq və onun maliyyə təsərrüfat fəaliyyəti haqqında tam və düzgün məlumat almaq məqsədi ilə iddiaçı cəmiyyətin rəhbərliyinə dəfələrlə yazıb, Cəmiyyətə aid bir sıra sənədlərin surətlərini tələb edib. Lakin idarə X7 Ansuxski iddiaçıya cəmiyyətin maliyyə təsərrüfat fəalliyyəti haqqında heç bir məlumat verməmişdir.

9. Cəmiyyətin rəhbərliyi iddiaçının Cəmiyyətin maliyyə təsərrüfat fəaliyyəti haqqında məlumat almaq hüququnu pozduğuna görə iddiaçı Balakən Rayon Məhkəməsinə müraciət etmişdir.

10. Balakən Rayon Məhkəməsinin 2(019)-828/2015 saylı, 13.08.2015-ci il tarixli qətnaməsi ilə iddiaçının pozulmuş hüquqları bərpa edilərək “Ə.Cavabdeh2 adına X6” ASC-ni n maliyyə-təsərrüfat fəaliyyəti haqqında sənədlərin təsdiqlənmiş surətlərinin iddiaçıya təqdim edilməsi “Ə.Cavabdeh2 adına X6”nun rəhbərliynə həvalə edilmişdir.

11. Balakən Rayon Məhkəməsinin 13.08.2015-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minəndən sonra icra vərəqəsi 08.02.2016-cı il tarixində Balakən rayon İcra və Probasiya şöbəsinə daxil olmuşdur. “Ə.Cavabdeh2 adına X6” ASC-nin İdarə X7 Ansuxski üzərinə qoyulmuş öhdəliklərin icrasından üç ilə yaxın qərəzli olaraq yayındığına görə, icra məmuru borclunun qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib etmiş və iş 05.04.2018-ci il tarxində Balakən Rayon Məhkəməsinə göndərmişdir.

12. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-183/2018 saylı, 14.09.2018-ci il tarixli qəra rı ilə “Ə.Cavabdeh2 adına X6” ASC İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib üç min manat məbləğində cərimə edilmişdir. Lakin İdarə X7 Ansuxski Balakən Rayon Məhkəməsinin 13.08.2015-ci il tarixli qətnaməsini icra etmək əvəzinə, 13.09.2018-ci il tarixdə iddiaçıya göndərdiyi bildirişdə göstərmişdir ki,13.10.2018-ci il tarixdə saat 18-də səhmdarların ümumi yığıncağı keçiriləcəkdir və iclasın gündəliyində “Cəmiyyətin ləğv edilməsi” məsələsi qoyulmuşdur.

13. Bununla əlaqədar 29.09.2018-ci il tarixdə iddiaçı Cəmiyyətin rəhbərliyinə ərizə ilə müraciət edərək bildirmişdir ki, səhmdarların ümumi yığıncağının çağrılması zamanı MM-nin 107-1.4-cü maddəsinin tələblərinə riayət olunmamışdır. Belə ki, MM-nin 107.1.4cü maddəsində göstərilir ki, səhmdarları n ümumi yığıncağının çağrılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməlidir. Habelə səhmdarlara və nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir.

14. Cəmiyyətin rəhbərliyinin hal-hazırda səhmdarların ümumi yığıncağının gündəliyinə Cəmiyyətin ləğv edilməsi məsələsini qoyması qanuna ziddir. Cəmiyyətin ləğv edilməsi ilə bağlı qərarın qəbul edilməsi üçün cəmiyyətin rəhbərliyi mühasibat uçotu subyektinin maliyyə vəziyyəti haqqında əhəmiyyətli hesab olunan informasiyanı səhmdarlara təqdim etməlidlir.

15. Şəki Apellyasiya Məhkəməsinin 14.09.2018-ci il tarixli qərarından göründüyü kimi, cəmiyyətin rəhbərliyi ASC-nin maliyyə təsərrüfat fəaliyyəti haqqında sənədləri (məlumatı) iddiaçıya tam təqdim etməmişdir. Balakən R ayon Məhkəməsininin 13.08.2015ci il tarixli qətnaməsinin icra sənədinin icrası ilə bağlı icra məmurunun apardığı tədbirlərdən sonra cəmiyyətin vəzifəli şəxslərinin öz vəzifələrini yerinə yetirməmələri məlum olmuşdur. 31.07.2017-ci il tarixli məktubunda İdarə X7 Ansuxski Balakən rayon icra və probasiya şöbəsinə bildirmişdir ki, 2011-2015-ci illərdə maliyyə-təftiş komissiyasının və auditorun aktları: 2010-2014-cü illərdə müəssisə balansları və onların Əlavələri” tərtib edilməmiş, 2011-2015-ci illər üzrə Müşahidə şurasının islasları keçirilməmiş, 2009-2014-cü illərdə “aktivlərin və öhdəliklərin, mal-materialların inventarizasiyası” aparılmamış və 20112015-ci illər üzrə ASC tərəfindən əqdlər üzrə heç bir müqavilə bağlanmamışdır. Beləliklə idarə X7 Ansuxski tərəfindən MM-nin 107.6-cı maddəsində və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-17 nömrəli 16 iyul 2013-cü il tarixli əmri ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda nəzərdə tutulmuş tələblər pozulmuşdur.

16. Digər tərəfdən səhmdarın ümumi yığıncağında idarə Heyətinin sədri Cavabdeh3 Cəmiyyət tərəfindən yaradılmış "xxxx" MMC törəmə və müştərək müəssisələrin fəaliyyəti ilə bağlı hesabatları, habelə cəmiyyətin 2.000.000 manatdan çox kreditor borclarının necə yarandığı barədə səhmdarlara hesabat təqdim etmir. Həmçinin, cəmiyyətin aktivlərinin bü günkü bazar dəyəri bilinmir. Cəmiyyətin rəhbərliyi tərəfindən ASC-nin aktivlərinin qiymətləndirilməsinin aparılmasına böyük ehtiyac yaranmışdır. 29.09.2018-ci il tarixli ərizəsində iddiaçı cəmiyyətin rəhbərliyinə təklif etmişdir ki, 13.10.2018-ci il tarixinə təyin etdiyi səhmdarların ümumi yığıncağını MM-nin 107-1.4-cü maddəsinə riayət edilməklə başqa tarixə keçirsin, iclasın gündəliyinə qoyulmuş “Cəmiyyətin ləğv edilməsi” məsələsini gündəlikdən çıxarsın, əlavə isə cəmiyyət tərəfindən yaradılmış "xxxx" MMC törəmə və müştərək müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabatları”, “Cəmiyyətin kreditor və debitor borcları haqqında hesabatları”nın verilməsi, “Cəmiyyətin aktivlərinin qiymətləndlirilməsinin aparılması” barədə məsələləri iclasın gündəliyinə daxil etsinlər.

17. Lakin İdarə X7 Ansuxski 23.10.2018-ci il tarixli cavab məktubunda növbəti dəfə bildirmişdir ki, 2016, 2017, 2018-ci illər üzrə maliyyə-təftiş komissiyasının və auditorun aktları yoxdur. 2015, 2016, 2017-ci və 2018-cii illər üzrə Müşa hidə Şurasının protokolları yoxdur. 2015, 2016, 2017 və 2018-ci illər üzrə “aktivlərinin və öhdəliklərinin, mal- materiallarının inventarizasiyası” aktları və əsas vəsaitlərin ləğv aktları yoxdur, 2016-2017 və 2018-ci illər üzrə “Ə. Cavabdeh2 adına X6n müqavilələr və icarə müqavilələri barədə məlumatlar yoxdur; 2014, 2015, 2016, 2017 və 2018-ci illər üzrə vergi orqanı tərəfindən “Ə.Cavabdeh2” adına X6” ASC-də aparılmış səyyar vergi yoxlamalarının nəticəsi ilə əlaqədar tərtib edilmiş yoxlama aktları yoxdur.

18. Bunlar göstərir ki, İdarə X7 Ansuxskinin hərəkətləri qanunsuzdur.

19. Müşahidə şurasının sədri Cavabdeh2 də hərəkətləri qanunsuzdur. Müşahidə şurasının sədri Cavabdeh2 nəinki cəmiyyətin ümumi rəhbərliyi və cəmiyyətin fəaliyyəti üzərində nəzarəti həyata keçirməmiş, hətta Müşahidə şu rasının iclasları keçirilməmiş və müşahidə Şurasının protokollarını tərtib etməmişdir. Digər tərəfdən idarə X7 Ansuxski tərəfindən təqdim edilmiş 13.10.2018-ci il tarixli “Ə.Cavabdeh2 adına X6” ASC-nin səhmdarlarının ümumi yığıncağının protokollarından görünür ki, 13.10.2018-ci il tarixində səhmdarların ümumi yığıncağı keçirilmişdir. 20. “Ə.Cavabdeh2 adına X6” ASC-nin 13.10.2018-ci il tarixli səhmdarlarının ümumi yığıncağının protokolu qanuna zidldir. Çünki Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ********** №li,10.05.2018-ci il tarixli məktubunda bildirir ki, iddiaçının müraciətinə əsasən aparılmış araşdırma zamanı aşkar olunmuşdur ki, “Ə.Cavabdeh2 adına X6” ASC tərəfindən 27.05.2017-ci il tarixinə səhmdarların ümumi yığıncağının çağrılması barədə yazılı bildiriş id diaçıya qanunvericiliklə nəzərdə tutulmuş müddətə göndərilməmişdir. Bununla əlaqədar olaraq həmin səhmdar cəmiyyətinə Palata tərəfindən icrası məcburi göstəriş verilmiş və səhmdarların növbəti ümumi yığıncaqlarının qanunvericiliklə müəyyən edilmiş qaydada təşkilinin təmin edilməsi tələb edilmişdir.

21. Cəmiyyətin İdarə X7 Ansuxski növbəti səhmdarların ümumi yığıncağının 13.10.2018-ci il tarixinə çağrılmasını təşkil edərkən növbəti dəfə qərəzli olaraq MM-nin 107-1.4-cü maddəsinin tələblərinə riayət etməmişdir. Həmin fakt Palata tərəfindən ********** №li, 31.10.2018-ci il tarixli məktubu ilə təsdiq edilmişdir. Bundan əlavə cəmiyyətin rəhbərliyi MM-nin 106-1.3.4-cü maddəsinə əsasən cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyinə dəyişikliklərin edilməsi və gündəliyə yeni müzakirə möv zularının əlavə olunması barədə iddiaçının verdiyi təkliflərə baxmamışdır. Bu da, İdarə X7 Ansuxski tərəfindən iddiaçının MM-nin 106-1.3.4-cü maddəsində nəzərdə tutulmuş hüququnun pozulmasıdır.

22. Səhmdarların 13.10.2018-ci il tarixli ümumi yığıncağının protokolundan görünür ki, birinci məsələ ilə, yəni “Ə.Cavabdeh2 adlına X6” ASC-nin 2017-ci ilin maliyyə hesabatı və balansının təsdiqi ilə bağlı səhmdarların ümumi yığıncağı qərar verməmişdir. Digər tərəfdən, həmin məsələ ilə bağlı protokolda qeyd edilən maliyyə göstəricisi, yəni cəmiyyətin daşınmaz əmlakın icarəyə verilməsindən əldə olunan gəlir-3.677.90 manat məbləğində olduğu üçün etibarsız sayılmalıdır. İdarə Heyətiinin sədri Cavabdeh3 23.10.2018-ci il tarixli məktubunda qeyd edir ki, Cəmiyyətin heç bir icarə müqaviləsi yoxdur. Bundan əlavə, səhmdarların 13.10.2018-ci il tarixli ümumi yığıncağının protokolundan görünür ki, ikinci məsələ ilə, yəni «A.Cavabdeh2 adlına X6” ASC-nin maliyyə təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı ilə bağlı iclası qərar vermişdir ki, təftiş komissiyasının hesabatı ümumi yığıncaqda təqdim edilmədiyi üçün hesabat qəbul edilmədi.

23. Cəmiyyətin Nizamnaməsinin 10.2-ci bəndində göstərilir ki, Təftiş Komissiyası Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayır, illik hesabatlar və balanslar əsasında rəy tərtib edir. Təftiş Komissiyasının rəyi olmadan səhmdarların ümumi yığıncağı illik balansı təsdiq edilə bilməz, buna görə də hesab edir ki, “Ə.Cavabdeh2 adına X6 ASC-nin 2017-ci il üzrə tərtib edilmiş “Mühasibat balansı və onların əlavələri”; habelə 2017-ci il üzrə tərtib edil miş “Mənfəət vergisinin bəyənnamaləri və onların Əlavələri” və “Əmlak Vergisinin bəyənnamələri və onların Əlavələri” etibarsızdır. Səhmdarların 13.10.2018-ci il tarixli ümumi yığıncağının protokolundan görünür ki, üçüncü məsələ ilə, yəni İdarəetmə və nəzarət orqanlarının seçilməsi ilə bağlı iclasın qərarları ilə bu şəxslər vəzifələrə təyin olunmuşlar. Cəmiyyətin idarə Heyətinin sədri – Fizuli Varansov, Müşahidə Şurasının sədri – Cavabdeh2, şuranın üzvləri – M.Dibirov və Cavabdeh3.

24. İdarə heyətinin sədri vəzifəsinə Fizuli Varansovun təyin olunması MM-nin 10711.3-cü maddəsində nəzərdə tutulmuş tələbə ziddir. X10 Cəmiyyətin təftiş komissiyasının üzvüdür. Buna görə də o təftiş komissiyasının üzvü olduğuna görə, cəmiyyətin idarə heyətinin sədri təyin edilə bilməz. Digər tərəfdən, Cavabdeh3 İdarə Heyətinin sədri vəzifəsindən getməmişdən əvvəl Cəmiyyətin aktivlərinin və öhdəliklərinin inventarizasiyası aparılmalı idi. Sonra isə Fizuli Varansova Cəmiyyətin bütün aktivləri, kapitalı, gəlir və xərcləri barədə məlumatlar verilməli idi. Habelə maliyyə, vergi və digər hesabatlar, həmçinin baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri təhvil-təslim edilməli idi. Lakin cəmiyyətdə idarə X7 Ansuxski həmin sənədləri tərtib etməmişdir.

25. Cəmiyyətin idarə X7 Ansuxski Balakən Rayon Məhkəməsininin 2(019)828/2015 saylı,13.08.2015-ci il tarixli qətnaməsi ilə üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş vəzifəsindən gedə bilməz. İdarə X7 Ansuxski auditor aktlarının: aktivlərin və öhdəliklərin inventarizasiya aktlarının “Ə.Cavabdeh2 adına X6” ASC tərəfindən digər təşkila tlarla bağlanmış əqdlərin, kontraktların və icarə müqavilələrinin olmamasının səbəbi kimi cəmiyyətin 2009-2018-ci illər ərzində heç bir fəaliyyətinin olmadığını göstərmişdir.

26. Cəmiyyətin idarə etmə orqanlarının hərəkətləri nəticəsində Cəmiyyətə külli miqdarda zərər vurulmuşdur və bu da son olaraq Cəmiyyətin müflişməsinə gətirəcəkdir ki, bu da iddiaçının hüquqlarına və qanuni maraqlarına ziyan vuracaqdır.

27. Cavabdeh “Ə.Cavabdeh2 adına X6» ASC-nin nümayəndəsi iddiaya etiraz edib. Etirazın dəlilləri: - İddiaçı ASC-nin səhmdarlarından biridir, 2,23 % pay sahibidir. İddiaçı indiyədək heç bir əsas və səbəb olmadan ASC-yə qarşı qərəzli mövqe nümayiş etdirərək ASC-dən dəfələrlə dövlətin müxtəlif qurumlarına və orqanlarına şikayət etmişdir; - ASC-nin müşahidə şurasının sədri Cavabdeh2, keçmiş İdarə X7 Ansuxskinin və ASC-nin hərəkətlərində və fəaliyyətində indiyədək heç bir qanun pozuntuları olmamışdır, sadəcə olaraq İddiaçı bu şəxslər və ASC-yə qarşı açıq-aydın qərəzli mövqe nümayiş etdirir; - ASC-nin səhmdarlarının növbəti iclasının keçirilməsi 13.10. 2018-ci il tarixinə təyin edilmişdir. İclasın keçirilməsi ilə bağlı səhmdarlara 13.08.2018-ci il tarixində xəbərnaməli poçt göndərişi vasitəsilə bildirişlər göndərilmiş, eyni zamanda “Vergilər” qəzetinin 29.08.2018-ci il tarixli, 32(444) saylı xüsusi buraxılışında elan dərc edilmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən 04.10.2018-ci il tarxində ASC-yə iclasın təxirə salınması ilə bağlı, eyni zamanda iclasın gündəliyinə qoyulan “ASC-nin ləğv edilməsi” məsələsinin gündəlikdən çıxarılması barədə müraciəti daxil olmuşdur. Müraciətə baxılmış ASC-nin iclasının təxirə salınması mümkün hesab edilməməsi barədə iddiaçıya rəsmi qaydada məlumat verilmişdir. 13.10.2018-ci il tarixində əməkdaşların iclası keçirilmiş, ASC-nin ləğv edilməsi məsələli səsverməyə qoyulmuş, səsvermənin nəticəsinə görə ASC-nin ləğvi barədə müsbət qərar qəbul olunmamışdır; - iddiaçı müəyyən sənədlərin ona verilməməsini bəhanə gətirərək (hansı ki, onun tərəfindən qəbul edilən sənədlər ona dəfələrlə göndərilmişdir) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayət etmişdir. Maliyyə Bazarlarına Nəzarət Palatası həmin şikayətin surətini ASC-yə göndərmişdir. ASC tərəfindən həmin şikayətə baxılmış, şikayət ərzində qeyd olunan sənədlər təkrarən 23.10.2018-ci il tarxində iddiaçıya göndərilmişdir. Eyni zamanda bu barədə 23.10.2018-ci il tarixli Maliyyə Bazarlarına Nəzarət palatasına rəsmi qaydada cavab verilmişdir; - ASC-nin Səhmdarlarının iclası 13.10.2018-ci ildə keçirilmişdir. İclasda gündəliyə qoyulan məsələlər müzakirə olunmuş və bu barədə protokol tərtib edilərək həmin protokolun surətləri 23.10.2018-ci il tarixində həm Maliyyə Bazarlarına Nəzarət Palatasına, həm də iddiaçıya göndərilmişdir. İclasın gündəliyinə qoyulan məsələlərin birində ASC-nin idarə heyətinin sədrinin sədr vəzifəsindən öz xahişi ilə getməsi məsələsi olmuşdur. Bu məsələ səhmdarlar tərəfindən müzakirəyə çıxarılmış, səs çoxluğu ilə ASC-nin sədrinin vəzifəsindən öz xahişi ilə getməsi barədə qərar verilmişdir. Eyni zamanda səs çoxluğu ilə yeni sədr seçilmişdir. Hazırda ASC-ninin İdarə Heyətininin sədri vəzifəsini X5 həyata keçirir; - Azərbaycan Res publikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin 26.10.2018-ci il tarixli Dövlət Reyestrindən X1 ASC-nin qanuni təmsilçisi olmağı təsdiq olunmuşdur. ASC icarə müqaviləsinə əsasən özünə məxsus qeyri-yaşayış sahələrini "xxxx" MMC-yə icarəyə vermişdir. 2016-cı ilin sentyabr ayından icarə müqaviləsinə əsasən 1204.2 kv.m üçün hər ay üzrə 250 manat, 2017-ci ilin may ayından etibarən əlavə olaraq 1260.1 kv.m üçün 250 manat razılaşdırılmışdır. ASC-nin səhmdarlarının 13.10.2018-ci il tarixli iclas protokolunda göstərildiyi kimi ASC daşınmaz əmlakın icarəyə verilməsindən 3677.90 manat gəlir əldə etmişdir. Xərclər – əmək haqları 3720 manat, DSMF – 818,40 manat, torpaq vergisi – 1800 manat, əmlak vergisi – 19853.34 manat, Amortiziasiya ayrılmaları – 26908,20 manat, cəmi xərclər 35199,94 man at. Zərər 31522.04 AZN təşkil edib; - ASC hər il və eyni zamanda 2017-ci il üçün tərtib edilmiş mühasibat balansları, mənfəət vergisinin və əmlak vergisinin bəyannamələri haqda hesabatları Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər idarəsinə təqdim etmişdir. Burada da heç bir qanun pozuntusuna yol verilməmişdir. ASC uzun müddətdir ki, fəaliyyətini dayandırmışdır. Sadəcə olaraq müəyyən bir sahəni "xxxx" MMC icarəyə vermişdir. Özəlləşmə aparıldığı gündən indiyədək heç bir səhmdar gəlir və mənfəət əldə etməmişdir. ASC-nin normal fəaliyyəti üçün böyük həcmdə xərclər tələb olunur. Bu günədək ASC-nin ərazisinin qorunması və ərazidə olan daşınmaz obyektlərin saxlanması üçün çəkilən xərclər itkilər hesabına başa gəlir. Cəmiyyətin balansında olan əsas vəsaitlərin hamısı keçən əsrin 80-cı illərin də alınmış və inşa edilmişdir. Balansda olan nəqliyyat vasitələri, binalar, qurğular və avadanlıqlar öz amortizasiya müddətini bitirmişdir. Buna baxmayaraq həmin əsas vəsaitlər balansda qaldığı üçün onlara müvafiq vergilər hesablanır və vaxtlı-vaxtında ödənilir; - bundan başqa ASC fəaliyyət göstərmədiyi üçün İdarə heyətinin sədrindən başqa, heç bir işçi personalı yoxdur. Yuxarıda qeyd olunan səbəblərə görə ASC-də audit, təftiş, səyyar və s. yoxlamalar aparılmamış, yoxlamalar aparılmadığından aktlar tərtib edilməmiş, eyni zamanda ASC fəaliyyət göstərmədiyi üçün cəmiyyətin maliyyə təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı aparılmamışdır. Bu barədə dəfələrlə iddiaçıya rəsmi qaydada məlumatlar verilmiş, eyni zamanda arayışlar təqdim olunmuşdur.

28. İddiaçı ərizə verərək, Azər baycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi İdarəsinə qarşı iddiasından imtina etmişdir.

29. Balakən Rayon Məhkəməsinin 2(019)-254/2019 nömrəli, 18 mart 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi Vegilər İdarəsinə qarşı iddia tələbi üzrə icraata xitam verilmişdir.

30. Balakən Rayon Məhkəməsinin 2(019)-254/2019 saylı, 18 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh “Ə.Cavabdeh2 adına X6” ASCnin səhmdarlarının ümumi yığıncağının 13.10.2018-ci il tarixli protokolunun qanunsuz hesab edilməsi, “Ə.Cavabdeh2 adına X6” ASC-nin 2017-ci il üzrə tərtib olunmuş “Mühasibat balansı və onların əlavələri”, “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri” və “Əmlak vergisinin bəyannamələri və onlar ın əlavələri”nin etibarsız sayılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Hümbət Səlimov)

31. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı “Ə.Cavabdeh2 adına X6” ASC-nin 336 səhminin sahibidir. ASC-nin idarəetmə orqanları iddiaçıya cəmiyyətin maliyyə təsərrüfat fəalliyyəti haqqında heç bir məlumat vermədiyindən, cəmiyyətin maliyyə təsərrüfat-fəaliyyəti haqqında məlumat almaq hüququnu pozduğuna görə iddiaçı həmin sənədlərin ona verilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-828/2015 saylı, 13.08.2015-ci il tarixli qətnaməsi ilə ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti haqqında sənədlərin təsdiqlənmiş surətlərinin iddiaçıya təqdim edilməsi ASC-nin rəhbərliynə həvalə edilmişdir. Balakən Rayon Məhkəməsinin 13.0 8.2015-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minəndən sonra icra üçün Balakən rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, ASC-nin İdarə X7 Ansuxski üzərinə qoyulmuş öhdəliklərin icrasından üç ilə yaxın müddətdə yayındığına görə, icra məmuru tərəfindən borclunun qanunverciliklə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-183/2018 saylı, 14.09.2018-ci il tarixli qərarı ilə ASC İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib üç min manat məbləğində cərimə edilmişdir. ASC-in İdarə X7 Ansuxski 13.09.2018-ci il tarixdə iddiaçıya bildiriş göndərərək 13.10.2018-ci il tarixdə saat 18-00-da səhmdarların ümumi yığıncağının keçiriləcəyini bildirm işdir. 29.09.2018-ci il tarixdə iddiaçı Cəmiyyətin rəhbərliyinə ərizə ilə müraciət edərək bildirmişdir ki, səhmdarların ümumi yığıncağının çağrılması zamanı MM-nin 107-1.4-cü maddəsinin tələblərinə riayət olunmamış, ona qanunla müəyyən edilmiş müddətdə və qaydada məlumat verilməmişdir.

32. Birinci instansiya məhkəməsi işin hallarını, səhmdar cəmiyyəti ilə bağlı Mülki Məcəllənin müvafiq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin edilməlidir.

33. Məhkəmə mövqeyini Mülki Məcəllənin 99.1-99.3, 106-1.1-106-1.7, 107.1107.2, 107-1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

34. Cavabdeh “Ə.Cavabdeh2 adına X6” ASC-nin İdarə Heyəti apellyasiya şikayəti vermiş, qətnamənin iddia tələbi nin təmin edilən hissəsində ləğv, iddianın həmin hissədə də rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Apellyasiya şikayətinin dəlilləri: - Balakən Ravon Məhkəməsi qeyd olunan qətnaməni qəbul edərkən sübutlara düzgün hüquqi qiymət verməmiş, əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə qanunsuz, əsassız, birtərəfli və qeyri-obyektiv qətnamə qəbul etmişdir; - ASC-nin səhmdarlarının ümumi yığıncağının 13 oktyabr 2018-ci il tarixli protokolunun qanunsuz hesab edilməsi, Ə.Cavabdeh2 adına X6" ASC-nin 2017-ci il üçün tərtib olunmuş "Mühasibat balansı və onların əlavələri"nin, "Mənfəət vergisinin bəyannamələri və onlarm əlavələri"nin və "Əmlak vergisinin bəyannamələri və onların əlavələri"nin etibarsız sayılması üçün heç bir qanuni əsas olmamışdır; - İddiaç ı "Ə.Cavabdeh2 adına X6" ASC-nin səhmdarlarının ümumi yığıncağının 13 oktyabr 2018-ci il tarixli protokolunun onun hansı hüququn pozması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir; - ASC-nin 2017-ci il üçün tərtib olunmuş "Mühasibat balansı və onların əlavələri", "Mənfəət vergisinin bəyannamələri və onların əlavələri" və "Əmlak vergisinin bəyannamələri və onların əlavələri" aidiyyatı dövlət orqanlarına təqdim olunmuş və həmin sənədlərin qanunsuzluğu ilə bağlı da həmin dövlət orqanları ASC-yə irad bildirməmişdir; - iddiaçı özü də ASC-nin 2017-ci il üçün tərtib olunmuş "Mühasibat balansı və onların əlavələri", "Mənfəət vergisinin bəyannamələri və onların əlavələri" və "Əmlak vergisinin bəyannamələri və onların əlavələri"ndə hansı qeydlərin etibarsızlığa dəlalət etdiyini iddiasında əsaslandı rmamışdır; - birinci instansiya məhkəməsi isə bütün bunlara baxmayaraq, heç bir əsaslandırma aparmadan iddiaçının iddiasını qismən əsaslı hesab etmişdir.

36. İddiaçı də qətnamənin iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti vermişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.

37. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2069/2019 nömrəli, 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-254/2019 saylı 18 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və İnşallah Quliyev)

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşa raq, hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olduğundan, apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

39. Cavabdeh “Ə.Cavabdeh2 adına X6” ASC-nin İdarə Heyətinin kassasiya şikayəti verib, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

40. İddiaçı da kassasiya şikayəti verib, apellyasiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

41. Kassasiya şikayətləri apellyasiya şikayətlərinin dəlillərinə uyğun əsaslandırılmışdır.

42. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-7789/2019 nömr əli iş üzrə 09 dekabr 2019-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin 22 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

43. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi hər iki tərəfin apellyasiya şikayətlərinin iş üçün mühüm əhəmiyyət kəsb edən dəlillərinə hər hansı qiymət vermədən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsini olduğu kimi qərarında qeyd etməklə kifayətlənmişdir. ç) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

44. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-690/2020 nömrəli, 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə apellyasiy a şikayətləri təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-254/2019 saylı 18 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər İmamverdi Şükürov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Rəfail Əliyev)

45. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın “Ə.Cavabdeh2 adına X6” ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 Əliyeviçin və Müşahidə Şurasının sədri Cavabdeh2 hərəkətlərinin qanunsuz hesab edilməsi hissəsini təmin edilməməsi barədə qətnamə qəbul edərkən haqlı olmuşdur. Çünki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin öyrənilən işdən bəlli olur ki, iddiaçı «Ə.Cavabdeh2 adına X6» ASC-nin İdarə Heyətinin sədri Cav abdeh3 Əliyeviçin və Müşahidə Şurasının sədri Cavabdeh2 hansı hərəkətlərinin qanunsuz hesab edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən əgər söhbət burada «Ə.Cavabdeh2 adına X6» ASC-nin rəhbər vəzifəli şəxslərinin iddiaçının tələb etdiyi sənədlərinin verilməməsindən gedirsə, artıq bununla bağlı iddiaçı özü də etiraf edir ki, o müəssisənin “zərərlə işləməsinin” səbəblərini araşdırmaq və onun maliyyə-təsərrüfat fəaliyyəti haqqında tam və düzgün məlumat almaq məqsədi ilə cəmiyyətin rəhbərliyinə dəfələrlə yazıb, Cəmiyyətə aid olan bir sıra sənədlərin təsdiqlənmiş surətlərini tələb etmişdir. X9 sədri Cavabdeh3 ona cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti haqqında heç bir məlumat verməmişdir. Cəmiyyətin rəhbərliyi onun Cəmiyyətin maliyyə təsərrüfat faəliyyəti haqqında m əlumat almaq hüququnu pozduğuna görə iddiaçı Balakən Rayon Məhkəməsinə müraciət etmiş və Balakən Rayon Məhkəməsinin 2(019)-828/2015 saylı, 13.08.2015-ci il tarixli qətnaməsi ilə “Ə.Cavabdeh2 adına X6” ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti haqqında sənədlərin təsdiqlənmiş surətlərinin iddiaçıya təqdim edilməsi ASCnin rəhbərliynə həvalə edilmişdir. Eləcə də, iş materiallarının İ cildinin 47-48 və 56-cı səhifələrində olan və iddiaçıya ünvanlanmış 23 oktyabr 2018-ci il tarixli məktublara əsasən iddiaçının Cəmiyyətdən tələb etdiyi sənədlər (hansıkı bu sənədlər Cəmiyyətdə faktiki mövcuddur) sonuncuya göndərilmişdir.

46. Bundan əlavə, iddiaçı apellyasiya şikayətində Cəmiyyətin İdarə X7 Ansuxskinin götürdüyü 1.990.000 ABŞ dolları məbləğində kredit pullarının hara xərclədiyi barədə təsdiq edici sən ədləri təqdim etməməsini göstərmişdir. Halbuki, iddiaçı özü də etiraf edir ki, Cəmiyyətin İdarə Heyətinin sədri X4 Rayon Məhkəməsinə təqdim etdiyi 01.03.2019-cu il tarixli cavab məktubuna əsasən ASC-nin Azərbaycan Beynəlxalq Bankından götürdüyü 1.990.000 ABŞ dolları məbləğində kredit, ASC mənfəətlə işləmədiyi üçün faizi ilə birlikdə cəmiyyətin səhmdarlarından biri olan Cavabdeh2 Əli oğlu tərəfindən sonradan ona qaytarılması şərti ilə ödənilmişdir.

47. Həmçinin, ASC-nin fəaliyyət göstərdiyi zaman heç vaxt mənfəətlə işləməməsi barədə iddiaçının apellyasiya şikayətinin dəlillərinə münaibətdə apellyasiya məhkəməsi qeyd edib ki, iddiaçı hazırkı iddia ərizəsində səhmdar cəmiyyətin xalis mənfəətindən dividend almaq istəməsi barədə hər hansı bir tələb irəli sürməmmişdir. MPM-in 218.3-cü maddəsin ə görə isə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

48. Bu baxımdan da, apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayəti üzrə bvelə qənaətə gəlib ki, birinci instansiya məhkəməsi iddianın “Ə.Cavabdeh2 adına X6” ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 Əliyeviçin və Müşahidə Şurasının sədri Cavabdeh2 hərəkətlərinin qanunsuz hesab edilməsi hissəsinin təmin edilməməsi barədə qətnamə qəbul edərkən düzgün hüquqi nəticəyə gəlmişdir

49. Apellyasiya instansiyası cavabdehin də apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edib ki, İddiaçı ASC-nin 336 səhminin sahibidir. ASC-nin idarəetmə orqanları iddiaçıya cəmiyyətin maliyyə təsərrüfat fəalliyyəti haqqında heç bir məlumat vermədiyindən, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti haqqında məlumat almaq hüququ pozulduğuna görə iddiaçı həmin sənədlərin ona verilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-828/2015 saylı, 13.08.2015-ci il tarixli qətnaməsi ilə ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti haqqında sənədlərin təsdiqlənmiş surətlərinin iddiaçıya təqdim edilməsi ASC-nin rəhbərliynə həvalə edilmişdir. Balakən Rayon Məhkəməsinin 2(0119)-828/2015 saylı, 13.08.2015-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minəndən sonra icra üçün Balakən rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 üzərinə qoyulmuş öhdəliklərin icrasından üç ilə yaxın müddətdə yayındığına görə, icra məmuru tərəfindən borclunun qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol t ərtib edilmiş və Şəki Apellyasiya Məhkəməsinin 3(107)-183/2018 saylı, 14.09.2018-ci il tarixli qərarı ilə «Ə.Cavabdeh2 adına X6” ASC İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib üç min manat məbləğində cərimə edilmişdir.

50. Apellyasiya instansiyası qeyd etmişdir ki, “Ə.Cavabdeh2 adına X6” ASC-in İdarə Heyətinin sədri Cavabdeh3 13.09.2018-ci il tarixdə iddiaçıya bildiriş göndərərək 13.10.2018-ci il tarixdə saat 18-də səhmdarların ümumi yığıncağının keçiriləcəyi bildirilmişdir. 29.09.2018-ci il tarixdə iddiaçı Cəmiyyətin rəhbərliyinə ərizə ilə müraciət edərək səhmdarların ümumi yığıncağının çağrılması zamanı MM-in 107-1.4-cü maddəsinin tələblərinə riayət olunmamasını, ona qanunla müəyyən edilmiş müddətdə və qaydada məlumat verilməməsini bildirm işdir. Daha sonra iddiaçı ərizəsində cəmiyyətin rəhbərliyinə təklif etmişdir ki, 13.10.2018-ci il tarixinə təyin etdiyi səhmdarların ümumi yığıncağını MM-in 107-1.4-cü maddəsinə riayət edilməklə başqa tarixə keçirsin, iclasın gündəliyinə qoyulmuş “Cəmiyyətin ləğv edilməsi” məsələsini gündəlikdən çıxarsın, əlavə olaraq isə cəmiyyət tərəfindən yaradılmış "xxxx" MMC törəmə və müştərək müəssisələrinin maliyyə təsərrüfat fəaliyyəti ilə bağlı hesabatları”; Cəmiyyətin kreditor və debitor borcları haqqında hesabatları”nın verilməsi, “Cəmiyyətin aktivlərinin qiymətləndlirilməsinin aparılması” barədə məsələlər iclasın gündəliyinə daxil edilsin. Lakin zəruri sənədlər iddiaçıya göndərilməmiş və ümumi yığıncaq iddiaçının iştirakı olmadan keçirilmişdir.

51. Apellyasiya məhkəməsi birinci instansiya məhkə məsinin qətnamə qəbul edərkən əsas götürdüyü halları əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır.

52. Bununla bağlı apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, ASCin İdarə Heyətinin sədri Cavabdeh3 13.09.2018-ci il tarixdə iddiaçıya bildiriş göndərərək 13.10.2018-ci il tarixdə saat 18-də səhmdarların ümumi yığıncağının keçiriləcəyi bildirsə də, MM-in 107-1.4-cü maddəsinin tələbinə görə səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. Öz növbəsində iddiaçı 29.09.2018-ci iil tarixdə Cəmiyyətin rəhbərliyinə ərizə ilə müraciət edərək bildirmişdir ki, səhmdarların ümumi yığıncağının çağrılması zamanı MM-in 107-1.4-cü maddəsinin tələblərinə riayət olunmamış, ona qanunla müəyyən edilmiş müddətdə və qaydada məlumat verilməmişdir. Digər tərəfdən müəyyən edilmiş bu fakt həmçinin, işdə olan Azərbaycan Respublikası Maliyyə X2 ********** №li, 31.10.2018-ci il tarixli məktubu ilə bir daha təsdiq edilmişdir. Bundan əlavə təhlil olunan 13.10.2018-ci il tarixli səhmdarların ümumi yığıncağının protokolundan görünür ki, ASC-nin 2017-ci ilin maliyyə hesabatı və balansının təsdiqi ilə bağlı səhmdarların ümumi yığıncağı qərar verməmiş, həmçinin, sözügedən protokoldan görünür ki, ASC-nin maliyyə təsə rrüfat-fəaliyyəti barədə təftiş komissiyasının qəbul edilməyib. Halbuki, Cəmiyyətin Nizamnaməsinin 10.2-ci bəndində göstərilir ki, Təftiş Komissiyası Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayır, illik hesabatlar və balanslar əsasında rəy tərtib edir. Təftiş Komissiyasının rəyi olmadan səhmdarların ümumi yığıncağı illik balansı təsdiq edilə bilməz.

53. Qeyd edilənlərə əsasən apellyasiya məhkəməsi belə nəticəyə gəlib ki, birinci instansiya məhkəməsi “Ə.Cavabdeh2 adına X6” ASC-nin 2017-ci il üzrə tərtib edilmiş “Mühasibat balansı və onların əlavələri”; habelə 2017-ci il üzrə tərtib edilmiş “Mənfəət vergisinin bəyənnamələri və onların Əlavələri” və “Əmlak Vergisinin bəyənnamələri və onların Əlavələri”ni etibarsız hesab etməkdə haqlı olmuşdur.

54. Apellyasiya məhkəməsi də Mülki Məcəllən in 99.1-99.3, 106-1.1-106-1.7, 107.1107.2, 107-1-ci maddələrinə istinad etmişdir. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat 55. “Ə.Cavabdeh2 adına X6” ASC kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

56. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)5359/2020 nömrəli, 17 noyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

57. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarına əsasən “Ə.Cavabdeh2 adına X6” ASC -nin səhmdarlarının ümumi yığıncağının keçirilməsi ilə bağlı elan29.08.2018-ci il tarixində 32(444) saylı “Vergilər” qəzetində dərc edilmişdir. Həmin qəzetdə ümumi yığıncağın 13.10.2018-ci il tarixində saat 10:00-da keçiriləcəyi göstərilmişdir. Göründüyü kimi ümumi yığıncağın keçirilməsinə dair elan qəzetdə 45 gün əvvəl dərc edilmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1.4-cü maddəsinin tələblərinə uyğundur. Həmin maddəyə görə: “Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nomi nal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir”. Həmin maddənin tələbinə görə yalnız elanın 45 gün əvvəl kütləvi informasiya vasitələrində dərc edilməli olduğu təsbit olunmuşdur. Bu heç də səhmdarlara yazılı bildirişin 45 gün əvvəl çatdırılması kimi təfsir olunmamalıdır. Həmin maddədə səhmdarlara “bu barədə” yazılı bildirişin göndərilməsi qeyd olunmuşdur. Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması ilə əlaqədar müddətlər isə Mülki Məcəllənin 107-1.8-ci maddəsində təsbit olunmuşdur: 107-1.8. Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması haqqında tələbin (təşəbbüsün) daxil olduğu gündən etibarən icra orqanı aşağıdakıları yerinə yetirməlidir: 107-1.8.1. üç iş günü müddətində səhmdarların ümumi yığıncağının vaxtını və yerini təyin edib, qapal ı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla, bu barədə kütləvi informasiya vasitələrində elan verməlidir; 107-1.8.2. beş iş günü müddətində səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişləri səhmdarlara göndərməlidir; 107-1.8.3. otuz gündən tez, qırx beş gündən gec olmayaraq səhmdarların ümumi yığıncağının keçirilməsini təmin etməlidir. Həmin maddənin tələbindən göründüyü kimi səhmdarın növbədənkənar ümumi yığıncaqda iştirakının təmin olunması üçün azı 25 gün qalmış yazılı bildirişin göndərilməsi təsbit olunmuşdur. Buna görə səhmdar MM-nin 107-1.4 və 107-1.5-ci maddəsini tələbləri baxımından ümumi yığıncaqda iştirakının təmin olunması üçün ona kifayət edən məqsədəmüvafiq vaxtda qabaqcadan məlumatın verilməməsini mübahisələndir ə bilər. Lakin yuxarıda qeyd olunanlardan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi səhmdarların ümumi yığıncağının çağrılmasına 45 gün qalmış yığıncağın çağırılması haqqında “Vergilər” qəzetində məlumatın verilməsini ümumiyyətlə nəzərə almamış, Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin tələbləri baxımından iddia tələbinin ümumi yığıncağın 13.10.2018-ci il tarixli protokolunun qanunsuz hesab edilməsi hissəsinə tam düzgün hüquqi qiymət verməmişdir.

58. Ali Məhkəmə onu da qeyd edib ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin “Ə.Cavabdeh2 adına X6 ASC-nin 2017-ci il üzrə tərtib olunmuş “Mühasibat balansı və onların əlavələri” nin etibarsız hesab edilməsi hissəsinə də düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində düzgün ol araq qeyd etmişdir ki, Cəmiyyətin Nizamnaməsinin 10.2-ci bəndində göstərilir ki, Təftiş Komissiyası Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayır, illik hesabatlar və balanslar əsasında rəy tərtib edir. Təftiş Komissiyasının rəyi olmadan səhmdarların ümumi yığıncağı illik balansı təsdiq edilə bilməz. Lakin apelyasiya instansiyası məhkəməsi bununla əlaqədar ümumi yığıncağın 13 oktyabr 2018-ci il tarixli protokol qərarını tam düzgün nəzərə almamışdır. Həmin qərara əsasən: “ Təftiş komissiyasının hesabatı ümumi yığıncaqda təqdim edilmədiyi üçün hesabat qəbul edilmədi”. (1-ci cild, i/v 77).

59. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin 2017-ci ildə tərtib edilmiş “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri” və “Əmlak Vergisinin bəyannamələri və onl arın əlavələri” nin etibarsız hesab edilməsi hissəsi əsaslandırılmamış, iddia tələbinin həmin hissəsinin mübahisələndirilməsinə iddiaçının subyektiv hüququnun olub-olmamasına qiymət verilməmişdir. e) Apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

60. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-666/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(019)-254/2019 saylı qətnаməsi qismən – cavabdeh “Ə.Cavabdeh2 adına X6” ASC-nin səhmdarlarının ümumi yığıncağının 13.10.2018-ci il tarixli protokolunun qanunsuz hesab edilməsi, “Ə.Cavabdeh2 adına X6” ASC-nin 2017-ci il üzrə tərtib olunmuş “Mühasibat balansı və onların əlavələri”, “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri” və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri”nin etibarsız sayılması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə də təmin edilməmişdir. (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Gündüz Abbasov, Mirbahəddin Mirdamət)

61. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, “Ə.Cavabdeh2 adına X6” ASC-nin səhmdarlarının ümumi yığıncağının keçirilməsi ilə bağlı elan 29.08.2018-ci il tarixində 32(444) saylı “Vergilər” qəzetində dərc edilmişdir. Həmin qəzetdə ümumi yığıncağın 13.10.2018-ci il tarixində saat 10:00-da keçiriləcəyi göstərilmişdir. Göründüyü kimi, ümumi yığıncağın keçirilməsinə dair elan qəzetdə 45 gün əvvəl dərc edilmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1.4-cü maddəsinin tələblərinə uyğundur. Həmin maddədə göstərilmişdir ki, səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir”. Həmin maddənin tələbinə görə yalnız elanın 45 gün əvvəl kütləvi informasiya vasitələrində dərc edilməli olduğu təsbit olunmuşdur. Bu heç də səhmdarlara yazılı bildirişin 45 gün əvvəl çatdırılması kimi təfsir olunmamalıdır. Həmin maddəd ə səhmdarlara “bu barədə” yazılı bildirişin göndərilməsi qeyd olunmuşdur.

62. Apellyasiya məhkəməsinin mövqeyinə görə Mülki Məcəllənin 107-1-ci maddəsinin əsasən səhmdarın növbədənkənar ümumi yığıncaqda iştirakının təmin olunması üçün azı 25 gün qalmış yazılı bildiriş göndərilməlidir. Buna görə səhmdar MMnin 107-1.4 və 107-1.5-ci maddəsinin tələbləri baxımından ümumi yığıncaqda iştirakının təmin olunması üçün ona kifayət edən vaxtda qabaqcadan məlumatın verilməməsini mübahisələndirə bilər.

63. Apellyasiya məhkəməsi hesab etmişdir ki, səhmdarların ümumi yığıncağının çağrılmasına 45 gün qalmış yığıncağın çağırılması haqqında “Vergilər” qəzetində məlumatın verilməsini birinci instansiya məhkəməsi ümumiyyətlə nəzərə almamış, Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin tələbləri baxımınd an iddia tələbinin ümumi yığıncağın 13.10.2018-ci il tarixli protokolunun qanunsuz hesab edilməsi nəticəsinə gəlməkdə səhvə yol vermişdir.

64. Apellyasiya məhkəməsi onu da vurğulayıb ki, Səhmdar Cəmiyyətinin 13.10.2018-ci il tarixli səhmdarların ümumi yığıncağının protokoluna əsasən ikinci məsələ ilə, yəni «Ə.Cavabdeh2 adlına X6” ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı ilə bağlı iclası aşağıdakı qərarı vermişdir: Təftiş komissiyasının hesabatı ümumi yığıncaqda təqdim edilmədiyi üçün hesabat qəbul edilmədi. Cəmiyyətin Nizamnaməsinin 10.2-ci bəndində göstərilir ki, Təftiş Komissiyası Cəmiyyətin maliyyətəsərrüfat fəaliyyətini yoxlayır, illik hesabatlar və balanslar əsasında rəy tərtib edir. Təftiş Komissiyasının rəyi olmadan səhmdarların ümumi yığıncağı ill ik balansı təsdiq edilə bilməz.

65. Apellyasiya məhkəməsinə görə birinci instansiya məhkəməsi heç bir əsaslandırma aparmadan “Ə.Cavabdeh2 adına X6” ASC-nin 2017-ci il üzrə tərtib edilmiş «Mühasibat balansı və onların əlavələri»ni və “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri” və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri”ni etibarsız saymışdır. Lakin ümumi yığıncağın 13 oktyabr 2018-ci il tarixli protokolunda göstərilmişdir ki, “Təftiş komissiyasının hesabatı ümumi yığıncaqda təqdim edilmədiyi üçün hesabat qəbul edilmədi”.

66. Apellyasiya məhkəməsi iddia tələbinin 2017-ci ildə tərtib edilmiş “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri” və “Əmlak Vergisinin bəyannamələri və onların əlavələri”nin etibarsız hesab edilməsi hissəsi ilə bağlı Vergi Məcəlləsinin 1 4-1.2, 16.1.1.4, 16.2, 37.2, 57.1, 72.1, 72.2, 72.5 və 85.4-cü maddələrinə istinadən qeyd edib ki, Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada və müddətdə vergi hesabatını (vergi bəyannaməsini) vergi orqanına təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmçinin, vergi ödəyicisinin vergi orqanına dəqiqləşdirilmiş hesabat (bəyannamə) təqdim etmək hüququ var. Vergi ödəyisisinin qanunla müəyyən olunmuş qaydada və müddətdə vergi hesabatlarını (bəyannamələrini) təqdim etməməsi müəyyən sanksiyalara səbəb olur. Həmin sanksiyaların tətbiqi vergi orqnının səlahiyyətindədir. Vergi Məcəlləsində bəyannamənin etibarsız hesab edilməsi anlayışı nəzərdə tutulmamışdır.

67. Apellyasiya məıhkəməsi qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, iddia tələbinin həmin hissəsinin mübahisələnd irilməsinə iddiaçının subyektiv hüququ olmamışdır. Lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları ə) Kassasiya şikayətinin dəlilləri

68. İddiaçı (Vəkil2) kassasiya şikayəti vermiş və qətnamənin ləğv, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

69. Kasassiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə tamamilə yanlış qanun normalarına istinad etmişdir. f) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri

70. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. g) Məhkəmə icraatı iştirakçılarının izahatları

71. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, iş ü zrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 107-1.4. Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. Maddə 107-1.8. Səhmdarların növbədənkənar ümumi yığı ncağının çağırılması haqqında tələbin (təşəbbüsün) daxil olduğu gündən etibarən icra orqanı aşağıdakıları yerinə yetirməlidir: 107-1.8.1. üç iş günü müddətində səhmdarların ümumi yığıncağının vaxtını və yerini təyin edib, qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla, bu barədə kütləvi informasiya vasitələrində elan verməlidir; 107-1.8.2. beş iş günü müddətində səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişləri səhmdarlara göndərməlidir; 107-1.8.3. otuz gündən tez, qırx beş gündən gec olmayaraq səhmdarların ümumi yığıncağının keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 16.1.4. Vergi orqanlarına bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tut ulduğu hallarda isə auditor rəyi əlavə edilməklə, vergi hesabatını, habelə bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən hər bir şəxs üzrə transfer qiymətləri əsas götürülməklə ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətlərdə arayışı təqdim etmək vergi ödəycisinin vəzfəsidir. Maddə 16.2. Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir. Maddə 57.1. Bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddə 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Maddə 72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil ver ilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Maddə 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Eləcə də vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Maddə 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını h esablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət ver mir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

72. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

73. Hazırkı kas sasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməyən hissəsindən iddiaçı ikinci dəfə kassasiya şikayəti verməmişdir. Apellyasiya baxışının predmeti apellyaisya məhkəməsində iddianın yalnız təmin edilən hissəsi olmuşdur. Buna görə də qətnamənin tam yoxlanılması dedikdə, cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya baxışının predmeti olmuş iddianın təmin edilən hissəsi başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

74. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

75. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

76. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi hazırki kassasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərə k qanuni və əsaslı qətnamə qəbul etmişdir.

77. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi və cavabdehin apellyasiya şikayəti ilə bağlı hazırki qərarın 61-67-ci bəndlərinə əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir və bu səbəbdən həmin bəndlərdə əks edilənləri təkrar etməyə zərurət görmür. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi iddia tələbi və iddiaya etirazda göstərilən xüsusatları hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında şərh edilən göstərişləri nəzərə almaqla tam araşdırmış və bütün bunlardan çıxış edərək tələbə tətbiq edilməli olan maddi hüquq normaları baxımından düzgün hüquqi qiymət vermişdir.

78. Kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsinin hazırki qərarın 61-67-ci bəndlərinə əks edilən möv qeyi ilə təkzib edildiyi üçün onlara əlavə qiymət verilməsinə məhkəmə kollegiyası lüzum görmür.

79. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

80. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-666/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar