Məhkəmə qərarları › İş №2(102)-505/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-505/2021

09.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-505/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-505/21 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və qaytarılması, iddia müddətinin axımı) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yakuboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, vavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin et ibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “avtomobilin və qeydiyyat şəhadətnaməsinin qaytarılması” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5072/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) İş üzrə birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respubliyası DİN-nin Baş DYP İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 2004-cü il istehsallı, WDF********* *2370 ban nömrəli, vaqon 7+1 yer tipli «Mercedes Benz VİTO CDİ» markalı ** EU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin Cavabdeh adına alqı-satqı edilməsi üzrə əqdin etibarsız hesab olunmaqla, verilmiş xx.xx.2017-ci il tarixli AC №955944 saylı qeydiyyat şəhadətnaməsi üzrə qeydin ləğv edilməsi və tərəflərin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Almaniya Respublikasının 2004-cü il istehsallı, WDF**********2370 ban nömrəli, vaqon 7+1 yer tipli «Mercedes Benz VİTO CDİ» markalı ** EU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi İddiaçı tərəfindən alınaraq Azərbaycan Respublikasına gətirilib. Avtomobil xx.xx.2013-cü il tarixdə AB №963689 qeydiyyat şəhadətnaməsinə əsasən ** EU *** dövlət qeydiyyat nişanı ilə iddiaçının adına ilə rəsmiləşib.

3. Nəqliyyat vasitəsi daim İddiaçı istifadəsində olaraq müəyyən müddət satılmadığından dayanacaqda saxlanılmışdır. İddiaçı daim xaricdə olduğundan qardaşı Səməd Salman Müzəffər oğlunun adına xx.xx.2014-cü il tarixdə Baş etibarnamə vermişdir.

4. Etibarnamənin iyirmi il müddətinə verilmiş və Bakı şəhəri 1 saylı Notariat Kontorunda 7e-15/13857 reyestr qeydi ilə təsdiqlənmişdir. Nəqliyyat vasitəsindən iddiaçı qardaşı ilə bərabər istifadə etmişlər. Avtomobil hazırda da iddiaçının sərəncamındadır.

5. Bu yaxınlarda müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan sözügedən nəqliyyat vasitəsi cavabdeh tərəfindən öz adına sənədləşdirilərək yeni qeydiyyat şəhadətnaməsi alınmış və faktiki özgəninkiləşdirilmişdir. Avtomobil xx.xx.2017-ci il tarixdə AC №955944 saylı q eydiyyat şəhadətnaməsinə əsasən ** EU *** qeydiyyat nişanı ilə Cavabdeh adına keçirilmişdir.

6. Halbuki iddiaçının həmin şəxsə maşın satmaq fikri olmamış və ona borcu yoxdur. Cavabdeh özünə bəlli olan səbəblərdən belə bir hərəkət etmiş və qanunsuz olaraq iddiaçının əmlakını öz adına salaraq faktiki özgəninkiləşdirmişdir.

7. Cavabdeh iddiaçının qardaşının verdiyi etibarnamədən öz şəxsi məqsədləri üçün istfiadə edərək nəqliyyat vasitəsini öz adına keçirmişdir.

8. Cavabdeh təmsilçi olaraq özü barəsində əqd bağlaya bilməzdi.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 359 və 362.1-ci maddələrinə istinad etmişdir.

10. Cavabdeh qarşılıqlı iddia verərək, mülkiyyətində olan “Mercedes Benz VİTO CDİ” minik markalı ** EU *** dövlət nömrə nişanlı avtomobilin və qeydiyyat şəhadətnaməsinin İ ddiaçı alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiaçı “Mercedes Benz VİTO CDİ” markalı avtomobili cavabdehin qardaşı Səməd Salman Müzəffər oğlundan xx.xx.2017-ci il tarixdə etibarnamə ilə 15000 manata almış, xx.xx.2017-ci il tarixdə isə AC № 955944 saylı qeydiyyat şəhadətnaməsi ** EU *** qeydiyyan nişanı alaraq adına rəsmiləşdirmişdir.

12. Etibarnaməni başqa adamın adına alıb, sonra isə AR DİN Baş Dövlət Yol Polisi İdarəsində alqı-satqı yolu ilə sənəd alınmışdır. Sənəd alınan zaman avtomobilin 500 manat məbləğindən çox cərimə borcu olduğu aşkar olunmuş və borcu qarşılıqlı iddiaçı ödəmişdir.

13. Bu barədə cavabdehin qardaşına bildirmək istəmiş, lakin onu tapa bilməmişdir. Bir müddətdən sonra c avabdehin qardaşını tapmış, avtomobilin vuruğu olduğu üçün qaytarmaq istəmiş, cavabdehin qardaşı o pulu olmadığını bəhanə gətirərək maşını geri almamış, ancaq satılmasına köməklik edəcəyini bildirmişdir.

14. Qarşılıqlı iddiaçı ilə cavabdehin qardaşı Səməd Salman Müzəffər oğlu arasında razılaşma olub ki, sonuncu avtomobili satana qədər ayda 300 manata kirayəyə götürür. Bu məqsədlə qarşılıqlı iddiaçı avtomobili də, onun sənədlərini də cavabdehin qardaşına verib. Hazırda avtomobil bu səbəbdən cavabdehin istifadəsindədir, qaytarmır.

15. Birinci instansiya məhkəməsi X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edib.

16. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahatında göstərmişdir ki, ilk iddia üzrə cavabdehin oğludur. O, ancaq Səməd Salman Müzəf fər oğlunu görmüşdür, avtomobili adına keçirən zaman bir yerdə olmuşlar, pulu Səmədə atası Cavabdeh vermiş, onun özü atası ilə aralarındakı alqı-satqı zamanı atasına pul verməmişdir.

17. Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 2(008)-1510/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, 2004-cü il istehsallı, WDF**********2370 ban nömrəli, vaqon 7+1 yer tipli «Mercedes Benz VİTO CDİ» markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin AR DİN BDYPİ QİŞ-də Cavabdeh ilə X2 arasında bağlanmış «nəqliyyat vasitəsinin alqı-satqısı» haqqında xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına verilmiş nəqliyyat vasitəsinin xx.xx.2017-ci il tarixli AC № 955944 saylı qeydiyyat şəhadətnam əsinin ləğv edilməsi və Cavabdeh İddiaçı qarşı «avtomobilin və qeydiyyat şəhadətnaməsinin qaytarılması» tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. (hakim Adilə Paşayeva)

18. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, “Mercedes Benz VİTO CDİ minik” markalı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə ** EU *** dövlət qeydiyyat nişanı ilə İddiaçı adına qeydiyyata alınmış, avtomobilə dair İddiaçı xx.xx.2013-cü il tarixdə X5 xx.xx.2015-ci il tarixə kimi qüvvədə olan, Cavabdeh xx.xx.2018ci il tarixə kimi qüvvədə olan etibarnamə verilmişdir. Cavabdeh isə xx.xx.2017-ci il tarixdə öz oğluna – Aqşin Süleymanova xx.xx.2018-ci il tarixə kimi qüvvədə olan etibarnamə vermiş, xx.xx.2017-ci il tarixdə avtomobil Aqşin Süleymanovla (nümayəndə qismində) b ağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına rəsmiləşdirilmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixdə Aqşin Süleymanova xx.xx.2023-cü il tarixə kimi qüvvədə olan, xx.xx.2017-ci il tarixdə X5, xx.xx.2018-ci il tarixdə X3 etibarnamələr vermişdir.

19. Birinci instansiya məhkəməsi onu da müəyyən etmişdir ki, Cavabdehla onun oğlu Aqşin Süleymanov arasında alqı-satqı müqaviləsi bağlansa da, əslində, həmin alqısatqı müqaviləsi formal xarakter daşımış və müqavilənin bağlanmasında məqsəd mübahisəli avtomobili Cavabdeh öz adına keçirməsi olmuşdur ki, bu da faktiki olaraq, sonuncunun özü barəsində əqd bağlamağa bərabər tutulur.

20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, alqı-satqı müqaviləsinin görünüş üçün bağlanmaqla öz-özlüyündə əhəmiyyətsiz əqdir və Cavabdeh vicdanlı alıcı olması istisna edilir.

21. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlib ki, ilk iddia təmin edilməli, ilk iddia təmin edildiyi üçün də qarşılıqlı iddia rədd edilməlidir.

22. Məhkəmə mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.5, 359.3, 359.4, 567, Mülki Prosessual Məcəllənin 217-Ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

23. Cavabdeh apellyasiya şikayəti verilərək qətnamənin ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddianın edilməsini xahil etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan halları kifayət qədər araşdırmamış, maddi hüquq normalrını düzgün tətbiq etməmişdir.

25. Apellyasiya baxışı zamanı ilk iddia üzrə Cavabdeh göstərib ki, iddiaçı nın qardaşı Səməd Salman Müzəffər oğlu ondan aylıq 10 faizlə 10000 manat borc almış, bununla əlaqədar xx.xx.2017-ci il tarixdə aralarında kredit müqaviləsi bağlanmışdır. Borcunu ödəyə Səməd Salman Müzəffər oğlu bilmədiyi üçün “Mercedes Benz VİTO CDİ” minik markalı avtomobili ona satmışdır. Avtomobilin satılması Səməd Salmanın iradəsi ilə baş tutmuş, onun buna müvafiq səlahiyyəti olmuşdur.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12736/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(008)-1510/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elnur Həsənov (sədrlik edən, məruzəçi), Xumar Mərdanova, Fuad Babayev)

27. Apellyasiya məhkəməsi C avabdehla oğlu Aqşin Süleymanov arasında bağlanmış alqı-satqı müqaviləsinin formal xarakter daşıması və həmin müqavilənin bağlanmasında mübahisəsi gedən avtomobilin Cavabdeh adına keçirilməsi məqsədi güdüldüyü barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edib ki, mübahisəsi gedən avtomobil İddiaçı (ilkin iddiaçının) verdiyi etibarnamə əsasında hərəkət edən qardaşı Salman Səməd tərəfindən öz borcunun təminatı (girovu) qismində Cavabdeh verilmiş, sonuncu, ona verilən etibarnamədən istifadə edərək avtomobili adına qeydiyyata aldırmışdır. Başqa sözlə, ilkin iddiaçı (təmsil olunan) İddiaçı qardaşı Səməd Salmana həmin etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və yenə onun maraqlarından çıxış etmək səlahiyyəti vermiş, Salman Səməd isə iddiaçının maraqlarından deyil, öz maraqlarından hərəkət edərək avtomobili borcunun təminatı qismində Cavabdeh vermiş, sonuncu avtomobili öz adına rəsmiləşdirmiş, avtomobilin formal satışından hər hansı pul vəsaiti əldə olunmayaraq ilkin iddiaçıya (təmsil olunana) verilməmişdir; bu o deməkdir ki, qanunvericiliyin etibarnamə institutu ilə bağlı tələbləri pozulmuşdur.

28. Mübahisəsi gedən avtomobil xx.xx.2017-ci il tarixdə Cavabdeh adına qeydiyyata alındıqdan sonra Cavabdeh yenidən X5 etibarnamə vermişdir və işin müəyyən olunan halına görə hazırda həm avtomobil, həm avtomobilə dair sənədlər ilkin iddiaçıdadır.

29. Apellyasiya məhkəməsi hesab edib ki, bu xüsusat da avtomobilin Cavabdeh həqiqi niyyətlə satılmadığı, əsas məqsədin onun üzərində Salman Səmədin borcuna görə yüklülük yaratmaq olduğu qənaətin ə gəlmək üçün kifayət qədər əsas verir.

30. Apellyasiya məhkəməsi restitusiya məsələsinə də toxunaraq qeyd edib ki, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər; hazırkı işin hallarından isə mübahisələndirilən alqı-satqı müqaviləsinin formal bağlandığı, müqavilə bağlanarkən alıcının (Cavabdeh) hər hansı pul vəsaiti ödəmədiyi müəyyən edilmişdir.

31. Apellyasiya məhkəməsi əlavə olaraq Mülki Məcəllənin 337.5 və 340.1-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

32. Cavabdeh Məhəmməd oğlu kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini, işin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsas landırılmışdı ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1203/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılmışdır.

35. Kassasiya instansiyası qeyd edib ki, mübahisəli avtomaşının alqı-satqısı ilə bağlı xx xxxx 2017-ci il tarixli müqavilə Cavabdeh ilə X2 arasında deyil, İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. Birinci instansiyası məhkəməsinin etibarsız hesab etdiyi müqavilə mülki işin materiallarında mövcud deyildir. Birinci instansiyas ı məhkəməsinin qətnaməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanıldığına görə apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutların araşdırılması və iddia tələbinin təminində səhvə yol vermişdir.

36. Kassasiya instansiyası qeyd edib ki, cavabdeh tərəfindən X5 mübahisəli avtomaşınla bağlı etibarnamə xx.xx.2017-ci il tarixdə verilmişdir. Beləliklə iddiaçı həmin tarixdən məhkəməyə müraciət edərək avtomaşının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edə bilərdi. Lakin iddiaçı bu cür tələblə məhkəməyə bir il dörd ay sonra müraciət etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə müəyyən edilmiş kəsici müddəti ötürmüşdür. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

37. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103 )-5072/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1510/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv olunması” barədə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, «Mercedes Benz VİTO CDİ minik» markalı ** EU *** dövlət nömrə nişanlı avtomobil və ona dair AC seriyalı 955944 nömrəli avtomobilin qeydiyyat şəhadətnaməsinin İddiaçı alınaraq Cavabdeh qaytarılması qət edilmişdir. (hakimlər Şeyda (sədrlik edən, məruzəçi), Məmməd Məmmədov, Afaq Nuriyeva)

38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəsi gedən avtomobil İddiaçı (ilkin iddiaçının) verdiyi etibarnamə əsasında hərəkət edən qardaşı Səməd Salman tərəfindən öz borcunun təminatı (girovu) qismində Cavabdeh verilmiş, sonuncu, ona verilən etibarnamədən istifadə edərək avtomobili adına qeydiyyata aldırmışdır. Başqa sözlə, ilkin iddiaçı (təmsil olunan), qardaşı Səməd Salmana həmin etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və onun maraqlarından çıxış etmək səlahiyyəti vermiş, Səməd Salman onun maraqlarından deyil, öz maraqlarından hərəkət edərək avtomobili borcunun təminatı qismində Cavabdeh vermiş, sonuncu avtomobili öz adına rəsmiləşdirmiş, avtomobilin formal satışından hər hansı pul vəsaiti əldə olunmayaraq ilkin iddiaçıya (təmsil olunana) verilməmişdir; bu o deməkdir ki, qa nunvericiliyin etibarnamə institutu ilə bağlı tələbləri pozulmuşdur.

39. Bununla belə, apellyasiya instansiyasının mövqeyinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət kəsicidir, müddət keçdikdən sonra maraqlı şəxs müvafiq hüququnu itirir. Belə halda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq olu nmalıdır.

40. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddia müddətləri həmişə məhkəməyə müraciət etməklə bağlı olan müddətlər olduqları halda, kəsici müddətlərin məhkəməyə müraciət etməklə bağlı olması həmişə zəruri deyildir. Əqdi mübahisələndirə bilmək üçün məhkəmədə iddia qaldırmaq məcburiyyəti və zərurəti yoxdur, hüququ pozulmuş şəxs tərəfindən əqdin mübahisələndirildiyinə dair iradə ifadəsinin hər hansı bir şəkildə qarşı tərəfə bildirilməsi kifayətdir.

41. Nəzərə alınmalıdır ki, qanunun mənasına görə, müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır.

42. Apellyasiya instansiyası müddətlə bağlı müəyyən edib ki, ilk iddia üzrə iddiaçı mübahisəsi gedən avtomobilə dair Səməd Salman Müzəffər oğlunun adına xx.xx.2013-cü ildə baş etibarnamə vermişdir. O, qardaşına baş etibarnamə verməklə ehtimal etməli idi ki, qardaşı tərəfindən avtomobilə dair sərəncam hüquqları digər şəxsə verilə bilər. Belə ki, ilk İddiaçı qardaşı Səməd Salmana avtomobili idarə etmək üçün deyil, avtomobilə dair sərəncam vermək hüququnu ehtiva edən baş etibarnamə vermişdir. Beləliklə, hazırki iddia üzrə müddətin axımı baş etibarnamənin verildiyi xx.xx.2013-cü il tarixdə başlamışdır. Həmçinin iddiaçı əqdin mübahisələndirməsinə dair iradə ifadəsinin hər hansı şəkildə qarşı tərəfə bildirməmişdir; bu isə o deməkdir ki, iddiaçı əqdin etibarsızlığı ilə bağlı kəsici müddətə əməl etməmişdir.

43. Qarşılıqlı iddia üzrə apelyasiya məhkəməsi qeyd edib ki, “Mercedes Benz VİTO CDİ minik” markalı ** EU *** dövlət nömrə nişanlı avto mobil hazırda Cavabdeh mülkiyyətindədir, lakin avtomobil və ona dair sənədlər İddiaçıdır. Bu isə o deməkdir ki, İddiaçı avtomobilə sahiblik hüququ qanunsuz olduğundan avtomobil və ona dair sənədlər Cavabdeh qaytarılmalıdır.

44. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 152.1, 157.2, 324, 337.1, 339, 347.1, 359.3, 354.1 və 354.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

45. İlk iddiaçı X4 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

46. Kassasiya şikayəti onunla əsaslnadırılıb ki, mübahisəyə müddətin tətbiq edilməsi düz olmamışd ır.

47. Avtomobil hazırda da ilk iddiaçının istifadəsində olduğunudan avtomobilin satılmasından xəbəri olmamışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri

48. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

49. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.

50. Cavabdeh vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.

51. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmam asına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsas dır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara v ə hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

53. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

55. Belə ki, apelyasiya məhkəməsi ilk iddianı rədd edərkən iddiaçının əqdi mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddəti ötürməsinə istinad etmiş və qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçı mübahisəsi gedən avtomobilə dair Səməd Salman Müzəffər oğlunun adına xx.xx.2013-cü ildə baş etibarnamə etibarnamə verməklə ehtimal etməli idi ki, qardaşı tərəfindən av tomobilə dair sərəncam hüquqları digər şəxsə verilə bilər və bu baxımdan iddiaçıya münasibətdə iddia müddətinin axımı baş etibarnamənin verildiyi xx.xx.2013-cü il tarixdə başlanıb.

56. Məhkəmə kollegiyası bununla razılaşmır. Çünki apellyasiya məhkəməsi bir tərəfdən müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günün nəzərə alınmasını qeyd edir, digər tərəfdən də iddiaçının qardaşına xx.xx.2013-cü ildə baş etibarnamə verməklə, onun həmin tarixdən avtomobil barədə əqd bağlanmasını ehtimal etməli olmasını göstərib müddətin axımını baş etibarnamənin verildiyi xx.xx.2013-cü il tarixdən başlanmasını qeyd etməklə ziddiyyətli nəticəyə gəlmişdir.

57. Məhkəmə kollegiyası da qeyd edir ki, müddətin axımı təkcə təqvim vaxtından deyil, şəxs in öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan da hesablana bilər. Belə bir hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da əks olunub. (məs., “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci il tarixli Qərar)

58. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının qardaşına baş etibarnamə verdiyi xx.xx.2013-cü il tarixinin müddətin axımının başlanğıcı kimi qiymətləndirilməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticəni müddətin axımının başlanması ilə bağlı yuxarıda qeyd edilən qayda və prinsiplərə uyğun hesab etmir.

59. Apellyasiya məhkəməsi nəzərə alma yıb ki, iddiaçı xx.xx.2013-cü ildə verdiyi etibarnaməni deyil, həmin etibarnamə əsasında xx xxxx 2017-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsini mübahisələndirir. Belə olan halda, alqı-satqı müqaviləsini mübahisələndirmək üçün müddətin axımının etibarnamənin verildiyi vaxtdan, başqa sözlə müqavilənin bağlanmasından təxminən 4 il əvvəldən hesablanması qanunvericiliyin müddətin axımının hesablanması ilə bağlı müəyyən etdiyi qaydalara uyğun olmamışdır.

60. Həmçinin iddiaçının məhz etibarnaməni verdiyi tarixdən avtomobil barədə əqd bağlanmasını ehtimal etməli olması və bu əsasla da müddətin məhz etibarnamənin verildiyi vaxtdan hesablanmalı olması barədə dəlil də düz deyil. Çünki iddiaçı verdiyi etibarnamə əsasında avtomobil barəsində hər hansı əqd bağlanmasını ehtimal etsə də, bu, mütləq q aydada qəbul edilməməlidir. Etibarnamə almış şəxs etibarnamənin qüvvədə olduğu müddət ərzində verilən səlahiyyətlərdən istifadə etməyə də bilər. Buna görə də bütün hallarda müddətin axımı etibarnamə əsasında bağlanan əqdin tarixi əsas götürülməklə maraqlı şəxsin həmin əqdin bağlanmasından hansı vaxtdan xəbər tutması və xəbər tutmalı olması vaxtından hesablanmalıdır.

61. Apellyasiya məhkəməsi isə iddiaçının mübahisələndirdiyi əqddən nə vaxt xəbər tutmasını müəyyən etməmişdir.

62. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ilk iddianı müddətin ötürülməsi əsası ilə rədd edərkən apellyasiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.

63. İlk iddianın qeyd edilən əsasla rədd edilən hissəsində məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmad ığı üçün qarşılıqlı iddianın təmin edilməsi hissəsində də (qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldıran hal olduğu üçün) apellyasiya məhkəməsinin mövqeyini əsassız sayır.

64. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, ilk iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin hazırki qətnaməsi ləğv edilməli, yeni apellyasiya baxışına qaytarılmalıdır.

65. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, iddiaçıya münasibətdə müddətin axımı anını müəyyən etməli, tərəflər arasındakı hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

66. Yuxarı da göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5072/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar