Məhkəmə qərarları › İş №2(102)-5052/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5052/2022

01.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5052/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:əmlak tələbi 01.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev ispəndiyar ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2(103)1783/2022 saylı qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh1 ayrıayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 01 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, X1 qızı ilə Cavabdeh2 arasında 11 mart 2020-ci il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından uşaqları olmayıb. Ailə qurduqdan sonra İddiaçı cavabdehlərin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 197/199-saylı evin 20 saylı mənzilinə gəlin köçüb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən dəyəri 3.332 manat olan yataq otağı üçün nəzərdə tutulan “Elegance” adlı ağ mebel dəstinin (şifoner, taxt,iki tumbo,trumo); dəyəri 289 manat olan “Samsung” markalı tozsoranın; dəyəri 229 manat olan “Tefal” markalı buxarlı ütünün; dəyəri 102 manat olan “Garment Steamer” markalı buxar lı ütünün; dəyəri 120 manat olan Türkiyə istehsalı “Elif” markalı duxovkanın (tokpeçi); dəyəri 267 manat olan “Tefal” markalı blender naborunun; dəyəri 69 manat olan mikserin (tort); dəyəri 379 manat olan “Moulinex HV” 10 markalı ətçəkən maşının; dəyəri 110 manat olan ütü stolunun (açıq mavi rəngində); dəyəri 110 manat olan Qızıl gül naxışlı nahar servizin (mətbəx); dəyəri 90 manat olan 12 ədəd xrustal böyük stəkanın; dəyəri 70 manat olan 12 ədəd xrustal armudu stəkanın; dəyəri 19 manat olan 6 ədəd göy rəngli fujer bakalın; dəyəri 16 manat olan 6 ədəd su bakalının; dəyəri 15 manat olan 6 ədəd kofe bakalının; dəyəri 30 manat olan 2 ədəd şüşə qənd qabının; dəyəri 98 manat olan 12 ədəd böyük nəlbəkinin (qızılı); dəyəri 70 manat olan 12 ədəd armudu nəlbəkinin (qızılı); dəyəri 35 manat olan 12 ədəd mürəbbə qabı nəlbəkinin (qızılı); dəyəri 7 manat olan 6 ədəd şüşə mürəbbə nəlbəkinin; dəyəri 400 manat olan 18 ədəd xörək qaşığı, 18 ədəd çəngəl, 18 ədəd bıçaq, 18 ədəd çay qaşığı, 4 ədəd aş qaşığı, 3 ədəd lapatka salat üçün, 6 ədəd mürəbbə qaşığı, 4 ədəd dolma qaşığı, 4 ədəd iti bıçaqlar, 3 ədəd plasmas, 1 ədəd taxta maşa, taxta qaşıqlar, çömçələr, limon vilkası, sarımsaqəzən, tort lapatka və bıçağı, bıçaq itiləyən, ət döyən, qənd doğrayan, göyərti taxtalarının; dəyəri 100 manat olan 4 ədəd balaca qazanın; dəyəri 95 manat olan 2 ədəd tavanın (içi ağ); dəyəri 45 manat olan 1 ədəd qazanın (içi ağ); dəyəri 18 manat olan 6 ədəd şüşə limon qabının; dəyəri 210 manat olan 2 ədəd ipək xalçanın (İran istehsalı); dəyəri 205 manat olan 3 ədəd süfrənin (tül); dəyəri 120 manat olan 4 ədəd hamam q ətvəsinin; dəyəri 50 manat olan əl-üz dəsmallarının; dəyəri 160 manat olan ağ atlas; dəyəri 210 manat olan “Blu marin” (şampan rəngində); dəyəri 250 olan qızılı dəst; dəyəri 180 manat olan qırmızı dəst; dəyəri 180 manat olan yasəməni rəng dəst; dəyəri 70 manat olan boz dəst; dəyəri 70 manat olan sarı yaşıllı dəst pastel dəstlərinin; dəyəri 280 manat olan ağ üstü mirvari dəst; dəyəri 140 manat olan 3D qəhvəyi güllü dəst; dəyəri 100 manat olan boz rəngində yun dəst; dəyəri 180 manat olan ağ (“Blu Marin”) dəst; dəyəri 100 manat olan Vilur (açıq qəhvəyi) yataq örtüklərinin; dəyəri 280 manat olan decor tül günlük pərdə dəstinin; dəyəri 170 manat olan 3 ədəd yastığın; dəyəri 60 manat olan 1 ədəd yorğanın; dəyəri 85 manat olan çaynikin (ana bala); dəyəri 15 manat olan 1 ədəd dəm çaynikinin; dəy əri 200 manat olan əl sumkasının (üstü mexli qara); dəyəri 80 manat olan qırmızı əl sumkasının; dəyəri 300 manat olan uzun qara rəngində toy libasının; dəyəri 1000 manat olan uzun qırmızı-qəhvəyi rəngində toy qiyafətinin; dəyəri 700 manat olan uzun ağ-boz qarışıq rəngində uzun toy qiyafətinin; dəyəri 75 manat olan 2 ədəd şüşə duxovka qabının; dəyəri 5 manat olan orta boy, dəyəri 6 manat olan 2 ədəd balaca, dəyəri 5 manat olan 1 ədəd yığılan tort bişirən qabların; dəyəri 50 manat olan çay dəsmallarının; dəyəri 6 manat olan 2 ədəd şüşə çərəz qabının; dəyəri 7 manat olan 1 ədəd şüşə tort qabının; dəyəri 5 manat olan 1 ədəd şüşə tort qabının; dəyəri 10 manat olan 1 ədəd blinçik tavasının; dəyəri 180 manat olan şamlı şüşə qazan tavanın; dəyəri 30 manat olan 4 ədəd domaşnikin; dəyəri 80 manat ol an 1 ədəd nabuk (boz yaşıl) çəkmənin; dəyəri 55 manat olan mətbəx üçün elektron tərəzinin (açıq yaşıl rəngində); dəyəri 250 manat olan 2 ədəd ləpə qabının; dəyəri 300 manat olan 2 ədəd iki mərtəbəli şirniyyat qabının; dəyəri 200 manat olan 2 ədəd ayaqlı şirniyyat qabının; dəyəri 150 manat olan 2 ədəd iç-içə 3 dənəli çərəz qabının; dəyəri 100 manat olan 1 ədəd meyvə qabının; cəmi 13024 manat dəyərində cehiz əmlaklarının və dəyəri 14000 manat olan “De Grisoqono” markalı İtalyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sepklonuyla, üzük, qolbaq) dəstinin, ümumilikdə 27.024 manat dəyərində cehiz əmlaklarının və qızıl-zinət əşyalarının alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qətna məsi ilə (hakim Toğrul Axundov) iddia qismən təmin edilərək, cavabdehlərdən ağ rəngli yataq mebel dəsti (şifoner, taxt, iki tumbo, trumo); 1 ədəd ütü stolu; 1 ədəd dəst pərdə (dekor, tül, günlük); 6 ədəd kofe stəkanı; 6 ədəd su bakalı; 3 ədəd yastıq, 1 ədəd sarı yaşıllı postel dəsti; 1 ədəd natamam qırmızı postel dəsti; 1 ədəd boz rəngli yun (billura oxşayan) odeal; 1 ədəd içi ağ qazan; 1 ədəd içi ağ tava; 3 ədəd kiçik şüşə qapaqlı qazan; 1 ədəd çaynik 1 ədəd dəmliklə birlikdə (anabala- 1 ədəd çaynik və 1 ədəd dəmlik); 3 ədəd tort bişirən qab (2 balaca, 1 böyük); 2 ədəd doğrama taxtası (plastmas və taxta); 2 ədəd bıçaq; 1 ədəd tort kəsən və lapatası; 2 ədəd kiçik şüşə çərəz qabı; 2 ədəd şüşə qənd qabı; 1 ədəd “Elif” markalı soba; 3 ədəd əl-üz dəsmalı və 5 ədəd çay dəsmalından ibarət cehiz əmlaklarının alınıb iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddia cavabdehlərin etiraf etdikləri həcmdə tutulmalıdır. Belə ki, Bakı şəhəri, Yasamal rayonu İcra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş 05 fevral 2021-ci il tarixli Aktda göstərilən mənzildə iddiaçıya məxsus iddia ərizəsində qeyd edilmiş və məhkəmə qərardadında göstərilmiş əmlaklar aşkar edilməyib. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə də tənqidi yanaşaraq, həmin ifadələri inandırıcı hesab etməyib. Məhkəmə iddia tələbinin dəyəri 14.000 manat olan “De Grisoqono” markalı İtalyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sepklonuyla, üzük, qolba q) dəstin cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması hissəsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərə məxsus mənzili ailə-məişət münaqişəsi zəminində evi ani olaraq tərk etmədiyindən, sonuncu qeyd olunan şəraitdə qızıl-zinyət əşyalarının götürmək imkanına malik olmuşdur, ona görə də qızəl-zinət əşyalarının cavabdehlərdə qalması ehtimal olunmur. Belə ki, məhkəmə iclasında tərəflərin etirafedici izahatları ilə müəyyən edilmişdir ki, tərəflərin aralarında olan münasibətlər pisləşdiyinə görə, iddiaçı cavabdehlərin evdə olmadığı vaxt öz valideynlərinə zəng edərək, onu gəlib götürmələrini xahiş edib və valideynləri ilə birlikdə onlara məxsus mənzilə geri qayıdı b. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin, Mülki Məcəllənin 152.1, 157.2, 191.3, 225.2-ci maddələrinin, Ailə Məcəlləsinin 34.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilib, həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.V.Tanrıverdiyev sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin, Mülki Məcəllənin 152.1, 157.2, 191.3, 225.2-ci maddələrinin və Ailə Məcəlləsinin 34.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülk i işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və İ.R.Xələfov) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilib və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlara (şahid ifadələrinə, icra məmurunun tərtib etdiyi akta və digər sübutlara) düzgün hüquqi qiymət verməyib, həmin sü butları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.2, 225.2, 666.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və V.N.Sadıqov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsi iddianın rədd olunması hissəsində qismən ləğv edilərək, həmin hissədə iddia qismən təmin edilib və cavabdehlərdən müştərək qaydada “De Grisoqono” markalı, İtalyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sepklonuyla, üzük, qolbaq) dəsti, “Samsung” markalı tozsoran, “Tefal” markalı buxarlı ütü və “Moulinexx HV” 10 markalı ətçəkən maşının alınıb iddiaçıya verilməsi, habelə “De Grisoqono” markalı, İtalyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sepklonuyla, üzük, qolbaq) dəstinin qiyməti 10 800 (on min səkkiz yüz) manat, “Samsung” markalı tozsoranın qiyməti 280 (iki yüz səksən) manat, “Tefal” markalı buxarlı ütünün qiyməti 180 (yüz səksən) manat, “Moulinexx HV” 10 markalı ətçəkən maşının qiyməti 340 (üç yüz qırx) manat müəyyənləşdirilsin və həmin əmlaklar qətnamə icra olunan vaxt mövcud olmazsa onların göstərilən dəyərlərinin cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya ödənilməsi, Qətnamə 3 ədəd yastığın, 2 ədəd doğrama taxtasının (plastmas və taxta), 2 ədəd bı çağın, 1 ədəd tort kəsənin və lapatasının cavabdehlərdən alınıb iddiaçıya verilməsi hissəsində dəyişdirilərək, 3 ədəd yastığın qiyməti 170 (yüz yetmiş) manat, 2 ədəd doğrama taxtasının (plastmas və taxta) qiyməti 10 (on) manat, 2 ədəd bıçağın qiyməti 16 (on altı) manat, 1 ədəd tort kəsən və lapatasının qiymətinin 8 (səkkiz) manat müəyyənləşdirilməsi və həmin əmlaklar qətnamə icra olunan vaxt mövcud olmazsa onların göstərilən dəyərlərinə uyğun pul məbləğlərinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi və qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddia tələblərini sübuta yetirmək üçün iddiaçı məhkəməyə, dəyəri 289 manat olan “Samsung” markalı tozsoranı n, dəyəri 3.332 manat olan yataq otağı üçün nəzərdə tutulan “Elegance” adlı ağ mebel dəstinin, dəyəri 229 manat olan “Tefal” markalı buxarlı ütünün və dəyəri 379 manat olan “Moulinexx HV” 10 markalı ətçəkən maşının onun nikaha girdiyi ərəfədə (yaxud nikahdan əvvəl) atası tərəfindən alındığını təsdiq edən sənədlər təqdim edib. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından hesab etmişdir ki, “De Grisoqono” markalı, İtalyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sepklonuyla, üzük, qolbaq) dəstin iddiaçıya hədiyyə edilmiş olduğunun, “Elegance” adlı ağ rəngli yataq mebel dəstinin (şifoner, taxt, iki tumbo, trumo); 1 ədəd ütü stolu; 1 ədəd dəst pərdə (dekor, tül, günlük); 6 ədəd kofe stəkanının; 6 ədəd su bakalının; 3 ədəd yastığın, 1 ədəd sarı yaşıllı postel dəstinin; 1 ədəd natamam qırmızı postel dəstinin; 1 ədəd boz rəngli yun (billura oxşayan) odealın; 1 ədəd içi ağ qazanın; 1 ədəd içi ağ tavanın; 3 ədəd kiçik şüşə qapaqlı qazanın; 1 ədəd çaynikin (1 ədəd dəmliklə birlikdə anabala-1 ədəd çaynik və 1 ədəd dəmlik); 3 ədəd tort bişirən qabın (2 balaca, 1 böyük); 2 ədəd doğrama taxtasının (plastmas və taxta); 2 ədəd bıçağın; 1 ədəd tort kəsənin və lapatasının; 2 ədəd kiçik şüşə çərəz qabının; 2 ədəd şüşə qənd qabının; 1 ədəd "Elif” markalı sobanın; 3 ədəd əl-üz dəsmalının və 5 ədəd çay dəsmalının iddiaçı tərəfindən cehiz kimi aparıldığının onun tərəfindən sübut edilməsinə ehtiyac yoxdur; çünkü bu fakt, yəni sözügedən qızıl-zinyət əşyasının iddiaçıya hədiyyə edildiyi, sadalanan əşyaların isə onun tərəfindən cehiz kimi gətiri ldiyi cavabdehlər tərəfindən etiraf olunub. Cavabdehlər, mövcudluğunu etiraf etdikləri qızıl-zinyət əşyalarının iddiaçı tərəfindən aparıldığını bildirsələr də, işdə mövcud olan sübutların məcmusu, habelə bilavasitə tərəflərin verdikləri izahatlar həmin əşyaların cavabdehlərin sahibliyində qaldığı qənaətinə gəlməyə əsas verir. Belə ki, əvvəla, yuxarıda qeyd olunduğu kimi, tərəflər həmin qızıl-zinyət əşyasının iddiaçıya hədiyyə edildiyini və onun cavabdehlərə məxsus mənzildə yaşamış olduğunu mübahisələndirmirlər; digər tərəfdən, işin iddiaçı tərəfin bildirdiyi və cavabdehlərin mübahisələndirmədikləri halına görə iddiaçı, 2020-ci ilin avqust ayında Cavabdeh2 (həyat yoldaşı) ilə arasında baş vermiş münaqişədən sonra yaşadığı mənzili (ər evini) tərk edib valideynlərinin evinə gedib. 13 sentyabr 2020-ci il tarixdə Cavabdeh2 onunla barışmaq niyyətini bildirərək onu yenidən öz evlərinə aparıb, 4 gün orada qaldıqdan sonra iddiaçı cavabdehlərlə birlikdə Nabrana istirahətə gedib və orada olarkən Cavabdeh2lə arasında münaqişə yarandığından sonuncu, onu atası evinə gətirib. Ümumi həyat təcrübəsinə əsasən, əri ilə yaranmış mübahisədən (münaqişədən) sonra evdən gedərkən, buna əvvəlcədən hazırlaşmadığı üçün iddiaçının qızıl-zinət əşyalarını özü ilə götürmədiyi daha inandırıcıdır və xüsusilə nəzərə alınmalıdır ki, həmin şəraitdə onun qızıl-zinət əşyalarını götürməsinə və özü ilə aparmasına ərinin (onun ailə üzvlərinin) maneçilik etmək imkanının yüksək olduğu ehtimalı daha qəbulediləndir. İddiaçı ilə Cavabdeh2 arasında “WhatsApp” proqramı üzərindən aparılmış yazışmaların məzmunu da belə nəti cəyə gəlməyə əsas verir ki, sözügedən qızıl-zinyət əşyaları iddiaçı tərəfindən aparılmayıb. Bu mənada “De Grisoqono” markalı, İtalyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sepklonuyla, üzük, qolbaq) dəstin iddiaçıya həqiqətən hədiyyə verilmiş olduğu və sonradan o, evdən getdiyi zaman onların cavabdehlərdə qaldığı biri digərini tamamlayan mötəbər dəlillərlə sübuta yetirilib. Bununla belə həmin qızıl-zinyət əşyalarının qiyməti ilə bağlı iddiaçının bildirdikləri öz təsdiqini tapmayıb, apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndiricinin rəyi əsasında müəyyən edilmişdir ki, sözügedən dəstin 17 mart 2022-ci il tarixinə bazar dəyəri 10.800 manat təşkil edir. Buna görə də həmin qızıl-zinyət əşyası, mövcud olmadığı halda isə onun dəyəri cavabdehlərdən alınıb iddia çıya qaytarılmalıdır. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair yuxarıda göstərilən yanaşma baxımından iddiaçı, iddia ərizəsində sadaladığı əşyalardan (mübahisələndirilən hissədə) yalnız dəyəri 289 manat (hazırda 280 manat) olan “Samsung” markalı tozsoranın, dəyəri 229 manat (hazırda 180 manat) olan “Tefal” markalı buxarlı ütünün və dəyəri 379 manat (hazırda 340 manat) olan “Moulinexx HV” 10 markalı ətçəkən maşının ona cehiz kimi verildiyini sübuta yetirə bilmiş, digər əşyaların mövcudluğu (cehiz kimi alındığı) ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməyib. Buna görə də “Samsung” markalı tozsoran, “Tefal” markalı buxarlı ütü və “Moulinexx HV” 10 markalı ətçəkən maşın istisna olmaqla qətnamənin mübahisələndirilən digər hissələri üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni sayır və hesab edir ki, bu nəticənin dəyişdirilməsi üçün hər hansı əsas mövcud deyil. “Samsung” markalı tozsoran, “Tefal” markalı buxarlı ütü və “Moulinexx HV” 10 markalı ətçəkən maşınla bağlı hissədə isə kollegiya iddia tələbinin təmin edilməli olduğu qənaətinə gəlir və bu qənaətə gələrkən onu da nəzərə alır ki, apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndirmə tədqiqatının həyata keçirilməsi üçün cavabdehlərin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti ev 197/199, 20 saylı mənzilə baxış keçirilməsinə cavabdehlər tərəfindən şərait yaradılmadığından, həmin əşyaların orada olub-olmaması ilə bağlı qeyri-müəyyənlik məhz cavabdehlərin ziyanına şərh olunmalıdır. Kollegiya həmçinin qeyd edir ki, iddiaçıya qaytarılmalı olan əşyaların qiymətlərini müəyyənləşdirməməklə birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələbinə əməl etməyib və gələcəkdə qətnamənin icrası zamanı problemlərin ortaya çıxmasına yol açıb. Belə ki, Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərməlidir. Bununla belə apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçıya qaytarılması qət olunmuş əşyalardan 3 ədəd yastıq, 2 ədəd doğrama taxtası (plastmas və taxta), 2 ədəd bıçaq, 1 ədəd tort kəsən və lapatası istisna olmaqla, digər əşyalar artıq ona qaytarılıb. Buna görə də yalnız sadalanan əşyalara qiymət qoyulmaması ilə ba ğlı hissədə qətnamənin dəyişdirilməsini, 3 ədəd yastığın qiymətinin 170 manat, 2 ədəd doğrama taxtasının (plastmas və taxta) qiymətinin 10 manat, 2 ədəd bıçağın qiymətinin 16 manat, 1 ədəd tort kəsən və lapatasının qiymətinin 8 manat müəyyənləşdirilməsini zəruri hesab edir. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 225.2, 666.1-ci maddələrinin, Ailə Məcəlləsinin 34.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri, işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunan hissələrdə tə min edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində iddia tələbi ilə bağlı qanunverici orqanın iş üzrə sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsini qeyd edərək, iddiaçının üzərinə düşən sübutetmə yükünün qaytarılması tələb olunan əmlakların iddia etdiyi sayda və qiymətdə, eləcə də onların özünün mülkiyyətdə olduğunu sübut etməlidir, cavabdeh isə əgər iddiaçı müvafiq halları sübuta yetirərsə o zaman əmlakların iddiaçının evdən aparıldığını sübut etməli olduğunu diqqətə çatdırıb. Hazırki iş üzrə tərəflər qızıl-zinət vəcehiz əşyalarının bir qisminin mübahisə olunan mənzildə olmasını mübahisələndirmirlər. Məhkəmə onun evdən gedərkən özü ilə əşyalarını götürməməsi halını qətna məsində qeyd etsə də, iddia tələbini qismən təmin etməklə, iddianı cehiz əşyalarının və onlar olmadıqda onlarının dəyərinin cavabdehlərdən geri alınması hissəsində təmin etməyib. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdehlər iddia tələbinin təmin olunmayan hissəsində qeyd olunan cehiz əşyalarının iddiaçının apardığını qeyd etsə də bunu sübut edə bilməyib. Məlumdur ki, bu kimi mübahisələrdə məhkəmə ədaləti tərəflərin izahatları, iş üzrə toplanmış sübutlar və məhkəmə təcrübəsi əsasında müəyyən edilmiş hallar əsasında aşkara çıxarır. Yəni, məhkəmə bu hallarda obyektiv həqiqəti müəyyən etməkdə çətinlik çəkir. Buna görə də bu kimi hallarda məhkəmə işə obyektiv məntiq əsasında hüquqi qiymət verməlidir. Hazırki işdə isə məhkəmənin bu işə hansı kontekstdən yanaşdığını anlamaq çətindir. Birinci i nstansiya məhkəməsi tərəfindən təmin olunan iddia tələbində göstərilən cehiz əşyalarının cavabdehin ünvanından təhvil-təslimi zamanı orada birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslər iştirak ediblər. Həmin şəxslər cehiz əşyalarının cavabdehin ünvanında arxa otaqda küncdə yığılmış vəziyyətdə görüblər. Belə ki, cehiz əşyalarının təhvil-təslimi zamanı cavabdehlər bilərəkdən iddia tələbinin təmin olunan hissədə cehiz əşyalarını mənzilin giriş qapısında yerləşdirmiş və digər otaqlara girişi həmin şəxslərə qadağan edib. Bu isə o anlama gəlir ki, cavabdehlər təhvil verdiyi əşyaları (özistədiyi formada və sayda təhvil vermişdir) özü evin giriş qapısına yığmaqla digər əşyaları qəsdən gizlədiblər. Bundan əlavə, məhkəmə adıçəkilmiş və məhkəməyə sübut qismində təqdim edilmiş “wh atsApp”-da olan yazışmalara qismən münasibət bildirib. Belə ki, iddia tələbinin təmin olunmuş hissəsində iddiaçıya məxsus bahalı paltarlar və digər qiymətli cehiz əşyaları öz əksini tapmayıb. Məhkəmə qızıl-zinət əşyalarından başqa yalnız qəbz təqdim edilən cehiz əşyalarını iddia tələbinin təmin edilən hissəsində qeyd edib. İddiaçının valideynlərı qızlarını ər evinə köçürərkən aldıqları cehiz əşyalarının əksəriyyətini Binə və Sədərək bazarında yerləşən mağazalardan alıblar. Hamıya məlumdur ki, həmin mağazalarda əşya alınan zaman hər hansı qəbz təqdim edilmir. Eyni zamanda, iddiaçının valideynlərinin tək övladlarını ər evinə köçürərkən özlərində qəbz saxlamaqları ümumi birgəyaşayış və əxlaq qaydalarına uyğunluq təşkil etmir. Cavabdehlər kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instans iyası məhkəməsinin qətnamənin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş ediblər. Cavabdehlər kassasiya şikayətini onunla əsaslandırıblar ki, onlar tərəfindən məhkəmə iclasında etirafedici izahatlar verməyiblər və məhkəmə iclas protokollarında bu barədə heç bir qeyd yoxdur. Bundan başqa qətnamədə “Watsap” yazışmasına sübut kimi istinad olunub. Halbuki, iddiaçı tərəfindən sözügedən “Watsap” yazışması birinci instansiya məhkəməsinə təqdim edilməyib. Məhkəmə tərəfindən sözügedən yazışmaların həqiqiliyi tədqiq edilməyib və onlar yazışmanın mövcudluğunu qəbul etməyib. İddiaçı yazışmanın həqiqiliyinə dair məhkəməyə heç bir sübut təqdim etməyib. Qətnamənin 48-ci abzasında apellyasiya baxışı zamanı təyin olun muş qiymətləndirmə tədqiqatının həyata keçirilməsi üçün onların yaşadığı Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 197/199-saylı evin 20 saylı mənzilinə baxış keçirilməsinə onlar tərəfindən şərait yaradılmadığına əsaslanaraq əşyaların orada olub-olmaması ilə bağlı qeyri-müəyyənlik məhz onların ziyanına şərh olunması qənaətinə gəlinib. Lakin, bu həqiqəti əks etdirmir, cavabdehlər bu məqsədlə müraciət olunmadığı kimi Bakı şəhəri, Yasamal rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş Aktdan da göründüyü kimi onların yaşadıqları ünvana baxış keçirilib və sözügedən əşyalar onların yaşadığı ünvanda mövcud deyil. Əşyaların qiymətləndirilməsi isə faktiki mövcudluğuna görə yox bazar qiymətlərinə görə aparılıb. Onların etirafı olmadığı halda, iddiaçını faktları sübut etmə vəzi fəsindən azad edib. Bundan başqa,cavabdehlər qətnamə ilə təmin olunan əşyalardan başqa heç bir əşyanı etiraf etməyiblər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməyib. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyin dən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə n ikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-ci maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin iş in faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi); Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəməl əri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayətində iddianın təmin olunmayan, cavabdehlərin kassasiya şikayətində isə iddianın təmin olunan hissələrində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında yalnız mübahisələnirilən hissələrdə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya in stansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Tərəflər ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu və iş üzrə düzgün olmayan qətnamə qəbul etdiklərində göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşıb qeyd etmişdir ki, iddiaçı, iddia ərizəsində göstərdiyi əşyal arı cehiz kimi əri Cavabdeh2 yaşadığı evə apardığını, həmçinin ona “De Grisoqono” markalı, İtalyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sep klonuyla, üzük, qolbaq) dəstin hədiyyə olunduğunu və cavabdehlərlə münasibətləri pozulduqdan sonra həmin əmlakların ona qaytarılmadığını iddia edir. Apellyasiya instansiyası məhkəməsi, cavabdehlərin kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazları ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçi si olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür: iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların iddia etdiyi ədəddə (miqdarda) və qiymətdə, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir; cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, əgər iddiaçı müvafiq halları sübuta yetirərsə, o zaman bu əmlakların iddiaçı tərəfindən evdən aparıldığını (yəni artıq özünün sahibliyində olmadığını) sübut etməlidir. İddia tələblərini sübuta yetirmək üçün iddiaçı məhkəməyə, dəyəri 289 manat olan “Samsung” markalı tozsoranın, dəyəri 3332 manat olan yataq otağı üçün nəzərdə tutulan “Elegance” adlı ağ mebel dəstinin, dəyəri 229 manat olan “Tefal” markalı buxarlı ütünün və dəyəri 379 manat olan “Moulinexx HV” 10 markalı ətçəkən maşının onun nikaha girdiyi ərəfədə (yaxud nikahdan əvvəl) atası tərəfindən alındığını təsdiq edən sənədlər təqdim edib. Bununla yanaşı nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “De Grisoqono” markalı, İtalyan is tehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sep klonuyla, üzük, qolbaq) dəstin iddiaçıya hədiyyə edilmiş olduğunun, “Elegance” adlı ağ rəngli yataq mebel dəstinin (şifoner, taxt, iki tumbo, trumo); 1 ədəd ütü stolu; 1 ədəd dəst pərdə (dekor, tül, günlük); 6 ədəd kofe stəkanının; 6 ədəd su bakalının; 3 ədəd yastığın, 1 ədəd sarı yaşıllı postel dəstinin; 1 ədəd natamam qırmızı postel dəstinin; 1 ədəd boz rəngli yun (billura oxşayan) odealın; 1 ədəd içi ağ qazanın; 1 ədəd içi ağ tavanın; 3 ədəd kiçik şüşə qapaqlı qazanın; 1 ədəd çaynikin (1 ədəd dəmliklə birlikdə - anabala-1 ədəd çaynik və 1 ədəd dəmlik); 3 ədəd tort bişirən qabın (2 balaca, 1 böyük); 2 ədəd doğrama taxtasının (plastmas və taxta); 2 ədəd bıçağın; 1 ədəd tort kəsənin və lapatasının; 2 ədəd kiçik şüşə çərəz qa bının; 2 ədəd şüşə qənd qabının; 1 ədəd "Elif” markalı sobanın; 3 ədəd əl-üz dəsmalının və 5 ədəd çay dəsmalının iddiaçı tərəfindən cehiz kimi aparıldığının onun tərəfindən sübut edilməsinə ehtiyac yoxdur; çünkü bu fakt, yəni sözügedən qızıl-zinyət əşyasının iddiaçıya hədiyyə edildiyi, sadalanan əşyaların isə onun tərəfindən cehiz kimi gətirildiyi cavabdehlər tərəfindən etiraf olunub. Cavabdehlər, mövcudluğunu etiraf etdikləri qızıl-zinyət əşyalarının iddiaçı tərəfindən aparıldığını bildirsələr də, apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, işdə mövcud olan sübutların məcmusu, habelə bilavasitə tərəflərin verdikləri izahatlar həmin əşyaların cavabdehlərin sahibliyində qaldığı qənaətinə gəlməyə əsas verir. Belə ki, əvvəla, yuxarıda qeyd olunduğu kimi, tərəflər həmin qızıl-zinyət əşyasının iddiaçıya hədiyyə edildiyini və onun cavabdehlərə məxsus mənzildə yaşamış olduğunu mübahisələndirmirlər; digər tərəfdən, işin iddiaçı tərəfin bildirdiyi və cavabdehlərin mübahisələndirmədikləri halına görə iddiaçı, 2020-ci ilin avqust ayında Cavabdeh2 (həyat yoldaşı) ilə arasında baş vermiş münaqişədən sonra yaşadığı mənzili (ər evini) tərk edib valideynlərinin evinə gedib, 13 sentyabr 2020-ci il tarixdə Cavabdeh2 onunla barışmaq niyyətini bildirərək onu yenidən öz evlərinə aparıb, 4 gün orada qaldıqdan sonra iddiaçı cavabdehlərlə birlikdə Nabrana istirahətə gedib və orada olarkən Cavabdeh2lə arasında münaqişə yarandığından sonuncu, onu atasının evinə gətirib. Apellyasiya instansiyası məhkəməsi, tərəflərin kassasiya şikayətləri ilə eyni məzmunlu olan kassasiya şikayətlərinin dəli llərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, ümumi həyat təcrübəsinə əsasən, əri ilə yaranmış mübahisədən (münaqişədən) sonra evdən gedərkən, buna əvvəlcədən hazırlaşmadığı üçün iddiaçının qızıl-zinət əşyalarını özü ilə götürmədiyi daha inandırıcıdır və xüsusilə nəzərə alınmalıdır ki, həmin şəraitdə onun qızıl-zinət əşyalarını götürməsinə və özü ilə aparmasına ərinin (onun ailə üzvlərinin) maneçilik etmək imkanının yüksək olduğu ehtimalı daha qəbulediləndir. İddiaçı ilə Cavabdeh2 arasında “WhatsApp” proqramı üzərindən aparılmış yazışmaların məzmunu da belə nəticəyə gəlməyə əsas verir ki, sözügedən qızıl-zinyət əşyaları iddiaçı tərəfindən aparılmayıb. Bu mənada apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, “De Grisoqono” markalı, İtalyan istehsalı olan 50 qram lıq, 750 problu ağ qızıl briliant (sırğa, sep klonuyla, üzük, qolbaq) dəstin iddiaçıya həqiqətən hədiyyə verilmiş olduğu və sonradan o, evdən getdiyi zaman onların cavabdehlərdə qaldığı biri digərini tamamlayan mötəbər dəlillərlə sübuta yetirilir. Bununla belə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, həmin qızıl-zinyət əşyalarının qiyməti ilə bağlı iddiaçının bildirdikləri öz təsdiqini tapmır və apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndiricinin rəyi əsasında müəyyən edilmişdir ki, sözügedən dəstin 17 mart 2022-ci il tarixə bazar dəyəri 10.800 manat təşkil edə bilər. Buna görə də kollegiyanın qənaətinə görə, həmin qızıl-zinyət əşyası, mövcud olmadığı halda isə onun dəyəri cavabdehlərdən alınıb iddiaçıya qaytarılmalıdır. Sübutetmə yükünün bölüşdürülməsi q aydasına dair yuxarıda göstərilən yanaşma baxımından kollegiya həmçinin hesab etmişdir ki, iddiaçı, iddia ərizəsində sadaladığı əşyalardan (mübahisələndirilən hissədə) yalnız dəyəri 289 manat (hazırda 280 manat) olan "Samsung” markalı tozsoranın, dəyəri 229 manat (hazırda 180 manat) olan "Tefal” markalı buxarlı ütünün və dəyəri 379 manat (hazırda 340 manat) olan “Moulinexx HV” 10 markalı ətçəkən maşının ona cehiz kimi verildiyini sübuta yetirə bilmiş, digər əşyaların mövcudluğu (cehiz kimi alındığı) ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməyib. Buna görə də apellyasiya instansiyası məhkəməsi, “Samsung” markalı tozsoran, “Tefal” markalı buxarlı ütü və “Moulinexx HV” 10 markalı ətçəkən maşın istisna olmaqla qətnamənin mübahisələndirilən digər hissələri üzrə birinci instansiya məhkəməsini n gəldiyi nəticəni qanuni sayır və hesab edir ki, bu nəticənin dəyişdirilməsi üçün hər hansı əsas mövcud deyildir. “Samsung” markalı tozsoran, "Tefal” markalı buxarlı ütü və “Moulinexx HV” 10 markalı ətçəkən maşınla bağlı hissədə isə kollegiya iddia tələbinin təmin edilməli olduğu qənaətinə gəlir və bu qənaətə gələrkən onu da nəzərə alır ki, apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndirmə tədqiqatının həyata keçirilməsi üçün cavabdehlərin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti ev 197/199, 20 saylı mənzilə baxış keçirilməsinə cavabdehlər tərəfindən şərait yaradılmadığından, həmin əşyaların orada olub-olmaması ilə bağlı qeyri-müəyyənlik məhz cavabdehlərin ziyanına şərh olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin haqlı olaraq qeyd etmişdir ki, iddiaçı ya qaytarılmalı olan əşyaların qiymətlərini müəyyənləşdirməməklə birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələbinəəməl etməmiş və gələcəkdə qətnamənin icrası zamanı problemlərin ortaya çıxmasına yol açmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini... qətnamənin nəticə hissəsində göstərməlidir. Bununla belə apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçıya qaytarılması qət olunmuş əşyalardan 3 ədəd yastıq, 2 ədəd doğrama taxtası (plastmas və taxta), 2 ədəd bıçaq, 1 ədəd tort kəsən və lapatası istisna olmaqla, digər əşyalar artıq ona qayta rılmışdır. Buna görə də kollegiya yalnız sadalanan əşyalara qiymət qoyulmaması ilə bağlı hissədə qətnamənin dəyişdirilməsini, 3 ədəd yastığın qiymətinin 170 manat, 2 ədəd doğrama taxtasının (plastmas və taxta) qiymətinin 10 manat, 2 ədəd bıçağın qiymətinin 16 manat, 1 ədəd tort kəsən və lapatasının qiymətinin 8 manat müəyyənləşdirilməsini zəruri hesab edir. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, tərəflərin kassasiya şikayətləri ilə eyni məzmunlu olan tələb və etirazlarına apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilm ədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2(103)-1783/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar