Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5057/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2019-cu il tarixli 2(106)-1600/2019 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad rayon Məhkəməsinin (hakim V.Cəbrayılov) 2(073)-51/2019 nömrəli, 08.02.2019-cu il tarixli qərardadı ilə Cavabdeh1 mülki işin Bakı şəhəri Xətai rayon M əhkəməsinə göndərilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Cəlilabad rayon Məhkəməsinin (hakim V.Cəbrayılov) 2(073)-51/2019 nömrəli, 01.03.2019-cu il tarixli qərardadı ilə Cavabdeh1 Cəlilabad rayon Məhkəməsinin 2(073)-51/2019 nömrəli, 08.02.2019-cu il tarixli qərardadından şikayəti təmin edilməyərək, Cəlilabad rayon Məhkəməsinin 2(073)-51/2019 nömrəli, 08.02.2019cu il tarixli qərardadının ləğv edilməsindən imtina edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Soltanov, M.Cəfərov, İ.Əhmədov) 25.04.2019-cu il tarixli 2(106)-1600/2019 nömrəli qərardadı ilə Cavabdeh1 şikayəti təmin edilməyərək, Cəlilabad rayon Məhkəməsinin 2(073)51/2019 nömrəli, 08.02.2019-cu il tarixli qərardadının Cavabdeh1 şikayətinə münasibətdə dəyişdirilmədən s axlanması qərara alınmışdır. Cavabdeh1 iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2019-cu il tarixli 2(106)-1600/2019 nömrəli qərardadından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin (hakim M.Əhmədova) 07.06.2019cu il tarixli, 2(102)-5057/2019 saylı qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilərək, məhkəmə iclası 11.07.2019-cu il tarixə, saat 12:05-ə təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən,Apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edil məsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin İİİ fəsli “Məhkəmə aidiyyəti”nə həsr edilmişdir və həmin fəsildən aydın olur ki, məhkəmə aidiyyəti dedikdə, mübahisənin ümumi və ya inzibati iqtisadi məhkəməyə aid olması başa düşülür. Həmin Məcəllənin İV fəsli isə “Ərazi aidiyyəti”ndən bəhs edir və həmin fəsildən aydın olur ki, ərazi aidiyyəti dedikdə, birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi başa düşülür. Mülki prosessual qanunvericiliyin tələblərindən aydın olur ki, Cavabdeh1 mübahisələndirdiyi məhkəmə qərardadı ərazi aidiyyəti ilə bağlı qəbul edilmiş qərardaddır. Belə olan halda, göstərilən qərardaddan veri lmiş şikayətə kassasiya qaydasında baxılması mümkün deyildir. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.06.2019-cu il tarixli “işin icraata qəbul edilməsi” barədə qərardadı ləğv edilməli və iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdı r. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 404-409, 417-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.06.2019-cu il tarixli “işin icraata qəbul edilməsi” barədə qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılaraq Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5057/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5057/2019
11.07.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver