Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5059/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 Petrovnaya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin ləğv edilməsi) 01.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 Petrovnaya qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)11362/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 1 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin b inasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddaçı İddiaçı (bundan sonra - iddiaçı) ilə Cavabdeh1 Petrovna (bundan sonra cavabdeh) arasında 21 avqust 2007-ci il tarixdə nikah bağlanmışdır.
2. Həmin nikahdan 24 aprel 2006-cı il tarixdə Tamerlan, 21 noyabr 2009-cu il tarixdə Anna Mariya, 10 yanvar 2014-cü il tarixdə Elizabet və 15 iyun 2015-ci il tarixdə Ali adlı 4 uşaq doğulmuşdur.
3. Hüquqların dövlət qeydiyyatı haqqında 11 fevral 2014-cü il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 26 “a” saylı evin 3 otaqlı, ümumi sahəsi 174 kv.m olan 43-cü mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. 4. 6 dekabr 2018-ci il tarixli notarial qaydada bağlanmış bağışlama müqaviləsinə əsasən, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 26 “a” saylı evin 3 otaqlı, ümumi sahəsi 174 kv.m olan 43-cü mənzilin 2/3 hissəsini cavabdehə bağışlayıb.
5. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 6 fevral 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin iddiaçıya qarşı “nikahın pozulması, uşaqların yanında saxlanılması və aliment tələbinə dair” iddiası təmin edilərək, tərəflər arasındakı 21 avqust 2007-ci il tarixli nikahın pozulması, uşaqların anasının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 27 avqust 2018-ci ildən başlayaraq hər ay, hər uşağa görə 154 manat olmaqla, cəmi 616 manat, 1 yanvar 2019-cu ildən başlayaraq hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 640 manat sabit pul məbləğində alimentin tutulub cavabdehə verilməsi qət edilmişdi r. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 Petrovna və 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Kontoruna qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş və Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, bina № 26 “A”-da yerləşən 43 nömrəli mənzili 2/3 hissəsinin onun tərəfindən keçmiş arvadı - iş üzrə cavabdehə bağışlaması barədə aralarında bağlanmış və 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-2040 nömrə ilə qeydə alınmış xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsa slandırılmışdır ki, cavabdeh nikahın pozulması tələbi barədə iddia ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı nikahın pozulmasına razı olmadığı üçün həmin məhkəmə tərəfindən xx.xx.2018-ci il tarixdə barışıq üçün 3 ay vaxt verilmiş və işin baxılması həmin müddətə təxirə salınmışdır. Ailənin bərpası məqsədi ilə iddiaçı cavabdehə müraciət etdikdə cavabdeh bildirmişdir ki, əgər mənzilin 2/3 hissəsini ona bağışlayarsa “nikahın pozulması tələbi barədə” iddiadan imtina edərək barışacaq. İddiaçı da ailənin bərpasını arzulayaraq xx.xx.2018ci il tarixdə cavabdeh ilə birlikdə notariat kontoruna getmiş və mənzilin 2/3 hissəsinin cavabdehə bağışlanması barədə müqavilə bağlamışdır. Lakin cavabdeh öz vədinə əməl etməmiş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nikahın po zulması tələbi barədə iddiadan imtina etməmiş, nəticədə Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Göstərilənləri nəzərə alan iddiaçı Mülki Məcəllənin 673.1.2-ci maddəsinin tələblərinə əsaslanaraq bağışlamadan imtina edir və hesab edir ki, bağışlama müqaviləsi ləğv edilməlidir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3915/2019 nömrəli iş üzrə 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim S. Mustafayeva) iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin iddiaçıya qarşı nikahın pozulmasına dair iddiasına məhkəmədə baxılan dövrdə iddiaçı nikahın pozulmasına razı olmadığından cavabdehin razılığı ilə məhkəmə onlara xx.xx.2018-ci il tarixdə barışıq üçün 3 ay vax t vermişdir. Bu müddət ərzində iddiaçı əmlakın 2/3 hissəsini xx.xx.2018-ci il tarixli, 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində təsdiq edilmiş, reyestrdə 4Ə-2040 № ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında cavabdehə bağışlamışdır. Lakin cavabdeh öz vədinə əməl etməmiş və onun üzərinə qoyulmuş vəzifələri kobudcasına pozmuşdur. Belə ki, cavabdeh üzərinə nikahı pozmamaq, ailəsini bərpa etmək və uşaqlarına baxmaq barədə vəzifələr götürmüşdür.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 667, 670, 673-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-12958/2019 nömrəli iş üzrə 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Tofiq Səmədov və Elşən Kazımov) apellyasiya şikayətin qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilmişdir.
13. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı sonradan verdiyi ərizəsində iddianın həm əsasını, həm də predmetini dəyişdirdiyi üçün MPM-nin 53-cü maddəsinin tələbləri gözlənilməyib. Bu səbəbdən də sonradan verilən ərizə iddianın dəyişdirilməsi sayıla bilməz.
14. Birinci instansiya məhkəməsi isə ərizəni icraatına qə bul edərkən prosessual qaydalara əməl etməyib, sonradan verilmiş tələbə baxmaqla, həmçinin 24 may 2019 tarixli qərardadla icraata qəbul edilmiş “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” barədə tələbə baxmamaqla prosessual qanunverciliyin tələblərini pozub.
15. Məhkəmə araşdırmasının əsasını iddiaçının məhkəməyə təqdim etdiyi və prosessual qanunvericiliyin tələbinə əsasən icraata qəbul edilmiş “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” barədə tələb təşkil edir. Eyni zamanda mənzilə dair bağışlama müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından etibarsızdır. Çünki boşanma tələbi ilə məhkəməyə müraciət etdiyi və münasibətlərinin gərgin olduğu bir vaxtda iddiaçının cavabdehi zənginləşdirmək məqsədilə (motivasiyası ilə) mənzili ona bağışlaması ağl abatan görünmür.
16. Bundan əlavə, mənzil tərəflərin birgə nikahı dövründə əldə edildiyindən və mənzilə münasibətdə tərəflərin paylarının bərabərliyi prezumpsiyası qüvvədə sayıldığından, mənzilin 2/3 hissəsini cavabdehə bağışlamaqla əslində iddiaçı özünə aid olmayan əmlak üzərində sərəncam verib ki, bu da qanunun tələblərinə ziddir.
17. Həmçinin bağışlama müqaviləsi tərəflər arasında olan münasibəti pərdələmək məqsədilə bağlanmış yalan əqddir. Həmin əqdi bağlayarkən tərəflərin nəzərdə tutduğu razılaşma (cavabdeh nikahın pozulmasından imtina edir, bunun müqabilində iddiaçı mənzili ona bağışlayır) isə qanuna zidd olub. Bundan başqa, iddiaçı payını müəyyən etmədən mənzilin 2/3 hissəsini cavabdehə bağışlamaqla mülki qanunvericiliyin tələblərini pozub.
18. Apelyasiya instansiyası məhkəməsi hü quqi mövqeyini Mülki Məcəllənin 337.1, 340.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələblərinə istinadən əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat
19. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasına dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2641/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), İ.Dəmirov, V.Həsənov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir.
21. Məhkəmə hesab etmişdir ki, iddiaçı məhkəməyə əvvəl “bağışlama müqavi ləsinin etibarsız hesab edilməsi” barədə tələblə müraciət edib, sonradan isə yazılı ərizə verərək “bağışlama müqaviləsinin ləğv edilməsini” tələb etməklə iddiasını dəyişdirib. Yəni iddiaçı, sonradan verdiyi ərizəsində əslində iddianın əsasını deyil, predmetini dəyişdirib. Həm əvvəl, həm də sonradan verilmiş ərizədə iddianın əsasını “ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin yerinə yetirilməməsi” təşkil etmişdir.
22. Həmçinin, məhkəmə qeyd etmişdir ki, sözügedən bağışlama müqaviləsinin tərəflər arasında olan hər hansı münasibətləri pərdələmək məqsədi ilə bağlanması mülki iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi bağışlama müqaviləsinin yalan əqd olmaqla, əslində başqa əqdi pərdələmək, yəni cavabdehin nikahın pozulması tələbindən imtina etməsi və ailəsi ni qoruyub saxlaması şərti ilə iddiaçının mənzilin 2/3 hissəsini ona bağışlaması qənaətinə gəlsə də, gəldiyi nəticəni sadalanan maddələrin tələbləri baxımından kifayət qədər əsaslandırmayıb.
23. Belə ki, əvvəla işdən görünür ki, tərəflərin ər-arvad münasibətləri faktiki olaraq uzun müddətdir ki, pozulub və hətta “nikahın pozulması tələbinə dair” mülki işə baxılarkən məhkəmənin qərardadı ilə 6 noyabr 2018-ci il tarixdə tərəflərə barışıq üçün üç ay vaxt verilməklə işə baxılması təxirə salınsa da, cavabdeh bu müddət ərzində nəinki nikahın pozulması tələbindən imtina edib, əksinə nikahın pozulmasını israrla tələb etdiyindən Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 6 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilərək, onlar arasında bağlanmış nikah pozulub.
24. Məhkəmə kollegiyası da ha sonra bildirmişdir ki, iddiaçının mənzilin 2/3 hissəsini cavabdehə bağışlamaqla əslində özünə aid olmayan əmlak üzərində sərəncam verməsi, payını müəyyən etmədən mənzilin 2/3 hissəsini cavabdehə bağışlamaqla onun mülki qanunvericiliyin tələblərini pozması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni də əsaslı saymaq olmaz. Çünki Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələblərinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Apellyasiya instansiya məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(103)1021/2021 nömrəli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), R.Həsənov və Ş.Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin q ətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı mənzilin 2/3 hissəsini Cavabdeh1 şərtsiz bağışlamamışdır. İddiaçı hədiyyə verməkdə niyyəti Cavabdeh1 üzərinə gələcəkdə nikahı pozmamaq, ailəsini bərpa etmək və uşaqlarına baxmaq vəzifəsinin qoyulması olmuşdur.
27. Belə ki, bağışlama müqaviləsinin bağlanması onların arasındakı nikahın pozulması barədə məhkəmə mübahisəsi olan və barışıq üçün verilmiş müddətə düşür. Müqavilənin şərtlə bağlanması işin halları ilə müəyyən edilir. e) Kassasiya instansiya məhkəməsindəki ikinci icraat
28. Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmas ını xahiş etmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)4889/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev (sədrlik edən və məruzəçi), Z.Əliyev, A.Abbasov) cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(103)-1021/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
30. Kassasiya instansiya məhkəməsinin mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb.
31. Məhkəmə kollegiyası qeyd edir ki, “müqavilə şərti” üçün xarakterik hal, tərəflərin müqavilə bağlayark ən istək və niyyətlərinin açıqlanması, buna xidmət edən ikitərəfli və ya çoxtərəfli razılaşmanın nəticəsi kimi ortaya çıxmasıdır. Müqavilə bağlanarkən tərəfin açıqlanmamış niyyəti, digər tərəflə razılaşdırılmış olmur və müqavilə şərti üçün zəruri olan əlamətə (“razılaşma” əlamətinə) malik olmur. Buna görə də “iddiaçının üzərinə gələcəkdə nikahı pozmamaq, ailəsini bərpa etmək və uşaqlarına baxmaq vəzifəsini qoymaq niyyəti ilə müqavilə bağlaması” barədə dəlil, müqavilənin ləğvi üçün legitim əsas deyildir.
32. Məhkəmənin yalnız iddiaçının izahatına əsaslanmaqla onun göstərdiyi faktı müəyyən olunmuş hal kimi qəbul etmişdir. Lakin bu faktın müəyyən olunması zamanı təkcə iddiaçı tərəfin izahatları deyil, həm də cavabdehin izahatı nəzərə alınmalı, hər iki izahatda göstərilən məlumatlar işin digər halları ilə müqayisəli təhlil edilməklə nəticəyə gəlinməlidir. Çünki iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər.
33. Qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi müqavilənin şərtlə bağlandığı barədə nəticəyə gəlmişdir. Halbuki, apelyasiya instansiyası məhkəməsində işə yenidən baxılarkən bu nəticəyə gəlməyə əsas verən fərqli sübut təqdim olunmamış, yalnız iddiaçının izahatına istinad etməklə bu nəticəyə gəlinmişdir. İş materiallarında olan bağışla ma müqaviləsinin məzmunundan görünür ki, həmin müqavilə cavabdeh tərəfindən hər hansı şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Hüquq və vəzifələrin əmələ gəlməsi hər hansı halların olması ilə şərtləndirilməmişdir. Konkret olaraq bağışlanılan əmlak barəsində cavabdehin hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı hər-hansı məhdudiyyətin olması müəyyən edilməmişdir. f) Apellyasiya instansiya məhkəməsindəki üçüncü icraat
34. Apellyasiya instansiya məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(103)11362/2021 nömrəli (hakimlər N. Cəfərov (sədrlik edən), E.Mehdiyev, X.Sarıyev) qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçının cavabdehə qarşı “bağışlama müqa viləsinin ləğv edilməsi” barədə iddiasının təmin edilməməsi qət olunmuşdur.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın 4 əsası var, lakin həmin əsasların heç biri iddianın təmin edilməsinə səbəb ola bilməz.
36. Məhkəmə qeyd edir ki, iddianın 1-ci əsası ondan ibarətdir ki, bağışlama müqaviləsi aldatma nəticəsində bağlanıb. İddiaçı aldatmanı belə izah edir ki, müqavilənin bağlandığı ərəfədə cavabdeh ondan boşanmaq istəmişdir. Cavabdeh ona bildirmişdir ki, mənzilə dair bağışlama müqaviləsi bağlayacağı təqdirdə onunla barışıb bir ailə kimi yaşaya bilər. O, cavabdehə inanmış, ailənin qorunub saxlanması üçün bağışlama müqaviləsi bağlamış, lakin müqavilə bağlandıqdan sonra cavabdeh ondan boşanmışdır. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, birinci, aldatma sübut olunmur. Cavabdeh bildirir ki, iddiaçıya belə vəd verməyib, iddiaçı isə ona belə vədin verildiyini təsdiq edən sübut təqdim edə bilmir. İkinci, Mülki Məcəllənin 339.2-ci maddəsindən görünür ki, aldatma müqavilənin ləğv edilməsi deyil, etibarsız sayılması üçün əsasdır. Hazırkı işdə müqavilənin ləğvi tələb olunub.
37. İddianın 2-ci əsası ondan ibarətdir ki, cavabdeh bağışlama ilə bağlı öhdəliyi əsassız olaraq icra etməmişdir, yəni cavabdeh üzərinə öhdəlik götürmüşdür ki, bağışlamanın müqabilində ailə münasibətlərini davam etdirəcək, lakin bağışlamadan sonra boşanmışdır. Məhkəmə qeyd etmişdir ki, birinci, Mülki Məcəllənin 670.1-ci maddəsindən görünür ki, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Mülki Məcəllənin 673.1.3-cü maddəsində isə qeyd olunub ki, hədiyyə alan bağışlama ilə b ağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Lakin belə öhdəliklər bağışlama müqaviləsi bağlanarkən razılaşdırılmalı və müqavilənin məzmununda qeyd olunmalıdır. Tərəflər bağışlama müqaviləsi bağlayarkən onun məmununda ailə münasibətlərinin davam etdirilməsi ilə bağlı hər hansı şərt və ya öhdəlik qeyd etməyiblər. İkinci, Ailə Məcəlləsinin 2.3-cü maddəsində nikaha verilmiş anlayışdan görünür ki, nikah könüllü ittifaqdır. Könüllülük əlaməti o deməkdir ki, heç kəs üçün nikahda qalmaq öhdəliyi müəyyən edilə bilməz. Əgər kimsə üzərinə belə öhdəlik götürsə, onun hüquqi əhəmiyyəti yoxdur.
38. İddianın 3-cü əsası ondan ibarətdir ki, cavabdeh nikahı pozmaqla ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri iddiaçının barəsində pozub. Belə ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinə görə hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Lakin nikahda çıxmaq (nikahı pozmaq) cavabdehin hüquqdur, hüququn həyata keçirməsi pozuntu kimi qiymətləndirilə bilməz.
39. İddianın 4-cü əsası ondan ibarətdir ki, mənzil ər-arvadın ümumi mülkiyyətidir, odur ki, iddiaçı mənzilə dair cavabdehlə bağışlama müqaviləsi bağlaya bilməzdi. İddiaçı bunun hüquqi əsası kimi Mülki Məcəllənin 667.1-ci maddəsinin göstərişinə istinad edib. 667.1-ci maddəyə görə fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyə ti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Lakin hazırkı işdəki bağışlama müqaviləsi ər-arvadın öz arasında bağlanıb, ona görə də 667.1-ci maddənin göstərişi tətbiq edilə bilməz.
40. Yekunda məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını pozduğundan qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır.
41. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 339.2, 667.1, 670.1, 673.1.2, 673.1.3-ci, Ailə Məcəlləsinin 2.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
42. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir.
43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə evin 2/3 hissəsini şərtsiz bağışlamamışdır. İddiaçının hədiyyə verməkdə niyyəti cavabdehin gələcəkdə nikahı pozmamaq, ailəsini bərpa etmək və uşaqlarına baxmaq vəzifəsinin qoyulması olmuşdur. Təsadüfi deyildir ki, bağışlama müqaviləsinin bağlanması onların arasındakı nikahın pozulması barədə məhkəmə mübahisəsi olan və barışıq üçün verilmiş müddətə düşür. Beləliklə, müqavilənin şərtlə bağlanması işin halları ilə müəyyən edilir. İddiaçı cavabdehin nikahın ləğvindən imtina edəcəyi öhdəliyinə riayət edəcəyi və həmin mənzildə onunla birlikdə yaşayacağı gümanı ilə bağışlamanı həyata keçirmişdir. İddiaçı mənzili cavabdehə nikahı pozmamaq, ailəsini bərpa etmək və uşaqlarına baxmaq şərti ilə bağlamış, lakin cavabdeh a ralarında şifahi razılaşdırılmış həmin şərtə əməl etməmişdir. Həmçinin iddiaçı qeyd etmişdir ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş heç bir sübutu nəzərə almamışdır.
44. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.3, 666.1, 673.1.2, 673.4, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
46. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadıl mış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
47. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.
48. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.
49. Maddə 673.1.2. Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər.
50. Maddə 673.1.3. Hədiyyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə, hədiyyə ve rən bağışlamaqdan imtina edə bilər. Ailə Məcəlləsi
51. Maddə 2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqdır. Mülki Prosessual Məcəllə
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılı qlı münasibətinə uyğun əsaslandırılmalıdır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərind ən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki ha lları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kolleg iyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
65. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyiş dirilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11362/2021 nömrəli mülki iş üzrə 10 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.