Məhkəmə qərarları › İş №2(102)-5063/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5063/2021

07.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5063/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı1 Cavabdeh2 MMC-yə və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5063/21 (Açar sözlər: müqavilənin ləğv edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı1 və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(103)2770/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayəti üzrə işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçılar İddiaçı2 və İddiaçı1 (bundan sonra iddiaçılar) məhkəmədə cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 Mehbulla qızına (bundan sonra cavabdehlər) qarşı iddia qaldıraraq, İddiaçı2 ilə Cavabdeh2 MMC arasında 11.3.1 nömrəli obyektə görə imzalanmış 31 may 2012-ci il tarixli, 551 saylı və 15.2.102 nömrəli obyektə görə imzalanmış nömrəsiz və tarixsiz (07 fevral 2008-ci il) müqavilələrin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 68.720 manat, əldən çıxmış faydaya görə 120.000 manat, müqavilə üzrə və digər xərclər adı altında ödənilmiş 68.720 manat pulun illik 5 faiz olan (10 il x 3.436) 34.360,00 manat pulun tutulub İddiaçı2 ödənilməsi, habelə cavabdehlərdən müştərək qaydada işin aparılması ilə bağlı çəkilmiş xərclərə görə 50.000 manat, mənəvi zərərə görə 100.000 manat pulun tutulub İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim F.X.Mirzəyev) iddia qismən təmin edilərək, İddiaçı2 ilə Cavabdeh2 MMC arasında bağlanmış 31 may 2012-ci il tarixli, 551 saylı və 07 fevral 2008-ci il tarixli müqavilələrin ləğv edilməsi və cavabdehlərdən müştərək qaydada 3.000 manat pulun tutulub iddiaçılara ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçılar, “Binə” Ticarət X1 məxsus ticarət sahəsini öz aralarında olan razılaşmaya əsasən sonuncudan alıblar və bunun müqabilində Oqtay Əmrahova 18.000 manat pul ödəyiblər. Oqtay Əmrahov həmin məbləğdən 10.250 manatı bazara olan borcuna görə ödəyib, qalan 7.750 manatı isə özünə götürüb. Bundan başqa iddiaçılar, X2 vasitəsilə Ticarət Mərkəzindəki 113-1 saylı obyekti 31 may 2012-ci ildə icarəyə götürüblər və həmin obyekt üçün Ticarət Mərkəzinə 3.000 manat (qapı və açar pulu) pul ödəyiblər. Lakin, iddiaçıların sözügedən obyekt üçün Qəmbər Həsənova 38.000 manat pul ödəmələri və həmin məbləğin bilavasitə cavabdehlərə çatdırılması mülki iş materialları ilə təsdiq olunmur. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 77. 1, 217.4, 218.3-cü maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. İddiaçılar apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- iddianın təmin olunmayan hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş ediblər. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov sədrlik edən, məruzəçi, X.Ə.Sarıyev və E.Y.Şamayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılıb. İddiaçılar kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin qismən, iddianın təmin olunmayan hissəsində ləğv edilib, mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov sədrlik edən, məruzəçi, M.T.Əhmədova və Ə.M.Rüstəmov) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2020-ci i l tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, Z.Ə.Əliyev və R.Ə.Eyvazov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilib, cavabdehlərdən müştərək qaydada müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 68.720 manat, əldən çıxmış faydaya görə 103.787,50 manat pulun tutulub İddiaçı2 verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh2 MMC kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsin ə ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.R.Xələfov sədrlik edən, məruzəçi, G.A.Quliyev və V.T.Həsənov) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.A.Şirinov sədrlik edən, məruzəçi, A.N.İmanov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianın, cavabdeh tərəfin etiraf etdiyi 13.250 manat real zərər və əldən çıxmış faydaya dair hissəsinin hüquqi həlli obyektlərin təhvil verilib-verilməməsinin müəyyən edilməsindən asılıdır. Belə ki, cavabdehlər obyektlərin istifadəyə verildiklərini qeyd edirlər. İddiaçılar isə bunun əksini iddia edirlər. Bununla bağlı Cavabdeh2 MMC qanuni təmsilçisi Dilşad Əmirovanın izahatı ilə müəyyən olunur ki, İddiaçı2 adına rəsmiləşdirilən obyektlər iqtisadi böhranla əlaqədar fəaliyyətsiz qalıb. İddiaçı2 atası İddiaçı1 bir neçə dəfə Cəmiyyətə müraciət edərək pulunu geri tələb edib. Cəmiyyət tərəfindən dəfələrlə ona təklif olunub ki, icarə əsasında götürdüyü obyektlər əvəzləmə qaydasında ticarət fəaliyyətində olan sıralardakı e yni ölçülü obyektlərlə dəyişdirilsin, İddiaçı1 isə bununla razılaşmayıb. Göründüyü kimi iddiaçıların tələblərinin əksinə olaraq Cəmiyyət müqavilə öhdəliyini yerinə yetirərək obyektləri iddiaçılara təhvil verib və iddiaçılar isə bunun əksini sübut edə bilmirlər. İddiaçıların uzun müddət iddia qaldırmamaları və tərəflər arasında 2008-ci ildə müqavilə bağlandıqdan sonra, obyektlərin onların istifadəsinə təqdim etmədiyini iddia edən iddiaçılar eyni şəxslərlə 2012-ci ildə yenidən icarə müqaviləsi bağlamasını nəzərə aldıqda obyektlərin istifadəyə verilməməsi faktı inandırıcı görünmür. Bundan başqa, Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinin “Cinayət işin başlanmasının rədd edilməsi haqqında” 05 yanvar 2018-ci il tarixli qərarı ilə müəyyən olunur ki, İddiaçı1 cavabdehlər barədə verdiyi şikayət ə rizəsi əsasında araşdırma aparılıb və toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilib. Həmin qərarda qeyd edilib ki, araşdırma zamanı Cavabdeh1 izahatı alınıb və o, izahatında göstərib ki, Cavabdeh2 MMC təsisçisidir və Cəmiyyət “Binə” Ticarət Mərkəzində yerləşən ticarət obyektlərini ayrı-ayrı şəxslərə icarəyə və istifadəyə verilməklə fəaliyyət göstərir. “Binə” Ticarət Mərkəzində yerləşən 11.3.1-nömrəli sahəsi 50 kvadrat metr olan ticarət obyekti 2007-ci ildə Oqtay Əmrahova icarəyə verilib. 2008-ci ilin əvvəllərindən isə həmin obyekt İddiaçı2 istifadəsindədir. Sadəcə olaraq Ticarət Mərkəzində alış-veriş zəif olduğundan 15-ci sıra fəaliyyətsiz olub. Eyni zamanda araşdırma zamanı X4 izahatında bildirib ki, 1996-cı ildən Cavabdeh2 MMC-nin direktor u vəzifəsində işləyir. Cəmiyyət “Binə” Ticarət Mərkəzində olan obyektləri icarəyə verməklə fəaliyyət göstərir. “Binə” Ticarət Mərkəzində yerləşən 11.3.1-nömrəli sahəsi 50 kvadrat metr olan ticarət obyekti 31 may 2012-ci il tarixli, 551 saylı müqaviləyə əsasən İddiaçı2inin icarəsinə verilib. Həmçinin, 15.2.102-nömrəli sahəsi 34 kv.metr olan ticarət obyekti-anbar da İddiaçı2 istifadəsində olub. 06 dekabr 2007-ci il tarixli kassa mədaxil orderinə əsasən bu obyektlər üçün İddiaçı2 adından 13.250 manat pul ödənilib. Dünyada baş verən iqtisadi böhranla əlaqədar olaraq “Binə” Ticarət Mərkəzində də alver zəifləyib və İddiaçı2 adına rəsmiləşdirilmiş obyektlər fəaliyyətsiz qalıb. İddiaçı1 bir neçə dəfə Cavabdeh2 MMC müraciət edərək pulunu geri tələb edib. Cəmiyyət tərəfindən dəfələrlə ona təklif olu nub ki, icarə əsasında götürdüyü obyektlər əvəzləmə qaydasında ticarət fəaliyyətində olan sıralardakı eyni ölçülü obyektlərlə dəyişdirilsin, lakin İddiaçı1 bununla razılaşmayıb. 06 dekabr 2017-ci il tarixli, 004369 nömrəli kassa mədaxil orderinə əsasən Cəmiyyətə 13.250 manat ödəsə də, müraciətində heç bir əsası olmadan 68.720 manat pul tələb edir. Bu gün də İddiaçı1 eyni ölçülü başqa ticarət obyektlərinin təklif olunduğunu, sonuncunun bu təklifləri qəbul etmədiyini qeyd edib. Beləliklə cavabdehlər ticarət obyektlərinin istifadəyə verildiyini sübut etdiklərinə görə ondan real zərər və əldən çıxmış faydanın tutulması qanunsuz və əsassızdır. Müqavilədən kənar ödənişlərə və xərclərə gəldikdə isə, cavabdehlər bu məbləğlərin alınmasını bütün instansiyalarda qəbul etməyiblər. Belə olan halda bu p ulların ödənilməsini sübut etmə yükü iddiaçıların üzərinə düşür. İddiaçılar isə Cavabdeh2 MMC-nin bu pulları rəsmi olaraq almasını sübut edə bilmirlər. Buna dair inandırıcı və kifayətedici sübutlar təqdim edilməyib və mülki iş materiallarında mövcud deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçıların eyni zamanda illik 5 faiz və mənəvi zərərin tutulması tələbinin təmin edilməsi üçün də hüquqi əsas yoxdur və tələb etməkdə haqlı deyillər. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, iddiaçıların apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 77.1, 384.0.1, 385.2-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasi ya instansiyası məhkəməsində üçüncü icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçılar kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən iddianın təmin edilməyən hissəsində ləğv edilib, mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş ediblər. Kassasiya şikayəti belə əsaslandırılıb ki,apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh2 MMC etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı1 və vəkili Vəkil2 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı2, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 700.1-ci maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (ica rəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsində göstərilir ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqa viləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.5-ci maddəsində göstərilir ki, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etm əlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qaybaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehlərin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- iddianın təmin olunmaya n hissəsində mübahisələndirildiyindən, qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Əvvəla, apellyasiya instansiyası məhkəməsi, qətnamənin nəticə hissəsində yanlışlığa yol verib. Belə ki, qətnamənin giriş, təsviri və əsaslandırıcı hissələrində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxdığı halda, qətnamənin nəticə hissəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanıldığını qeyd edib. Kassasiya instansiyası məhkəməsi bu prosessual pozuntu ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 228.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, işdə iştirak edən şəxslərə xəbər verməklə, özü də öz təşəbbüsü ilə qətnamədə buraxılmış yanlışlığı düzəldə bilər. Digər tərəfdən, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbləri sözügedən müqavilələrin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 3.000 manat pulun tutulub iddiaçılara ödənilməsi hissəsində təmin edilməsinə baxmayaraq, cavabdehlər qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə apellyasiya şikayəti verməyiblər. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə tərəflər arasında bağlanmış icarə müqavilələri ləğv edildiyi və cavabdehlərdən iddiaçıların xeyrinə 3.000 manat pul tutulduğu halda, apellyasiya instansiyası məhkəməsi, cavabdehlərin sözügedən icarə müqavilələri üzrə ticarət obyektlərini iddiaçıların istifadəsinə verdiklərini sübuta yetirdikləri üçün real zərərin onlardan tutulmasının qanunsu z və əsassız olduğunu qeyd etməklə açıq-aşkar ziddiyyətli nəticəyə gəlib və müqavilələrin ləğv edilməsinə bilavasitə cavabdehlərin onları əhəmiyyətli dərəcədə pozmasının əsas verməsini nəzərə almayıb. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Eyni zamanda, Həmin Məcəllənin 424.5-ci maddəsində göstərilir ki, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Şərh olunan maddələrdə müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları kimi tərəflərin razılaşması, Mülki Məcəllədə və ya müqavilədə müəyyən edilmiş hallar nəzərdə tutulub. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə, yaxud müqavilədə nəzərdə tutulduğu hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Sözügedən maddələrdə müqavilənin əhəmiyyətli dərəcədə pozulmasının anlayışı da verilib. Pozuntu o zaman əhəmiyyətli sayılır ki, bunun digər tərəfə vurduğu zərər müqavilə bağlanarkən onun ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum ol ur. Şərh olunan maddələrin vacib müddəalarından biri də ondan ibarətdir ki, Mülki Məcəllədə və ya tərəflərin razılaşmasında başqa qayda nəzərdə tutulmadığı halda tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Qanunun bu müddəası hər şeydən əvvəl müqavilə intizamını möhkəmlətməyə və tərəflərin müqavilə münasibətlərinə daxil olarkən məsuliyyət hisslərinin artırılmasına yönəlib. Lakin, nəzərə alınmalıdır ki, bu norma müqavilə tərəflərdən heç birinin təqsiri olmadan dəyişdirildikdə və ya ləğv edildikdə tətbiq olunur. Müqavilənin dəyişdirilməsinə və ya ləğvinə tərəflərdən birinin onu əhəmiyyətli dərəcədə pozması əsas vermişsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğvi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Yəni, Mülki Məcəllənin 675, 676.0.1, 700.1, 704.2-ci maddələrinə əsasən, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə vermədikdə; kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmadıqda və sair hallarda kirayəçi müqavilənin ləğv edilməsi ilə yanaşı, ona dəyən zərərin əvəzinin ödənilməsini də tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan maddələrin tələblərini pozaraq, sözügedən icarə müqavilələrinin məhz iddiaçıların tələbinə əsasən ləğv edilməsini nəzərə almayıb və tərəflər arasında bağlanmış icarə müqavilələrinin şərtlərini Mülki Məcəllənin 404.1, 404.2-ci maddələrin tələbləri baxımından düzgün təfsir etməyib. Belə ki, tərəflər arasında sözügedən icarə müqavilələri bağlanarkən təbii ki, iddiaçıların məqsədi o, ol ub ki, ticarətlə məşğul olub qazanc əldə etsinlər. Hazırki halda iddiaçılar nəinki icarəyə götürdükləri obyektlərdən qazanc əldə edə biliblər, əksinə həmin obyektlərin icarəyə götürülməsi ilə bağlı qabaqcadan cavabdehlərə müqavilə üzrə və müqavilədən kənar ödədikləri vəsaitdən belə məhrum olublar. Apellyasiya instansiyası məhkəməsi, icarə müqavilələrinin şərtlərini təfsir edərkən, yalnız cavabdehlərin formal mülahizələrinə əsaslanıb və həmin icarə müqavilələri bağlananadək və ondan sonra tərəflərin iradə ifadələrinin həqiqi mənasını, o cümlədən bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almayıb. Belə ki, icarə müqavilələrinin ləğvinə bilavasitə cavabdehlərin onları əhəmiyyətli dərəcədə pozmasının əsas verməsi mülki iş materialları ilə istis na edilmir. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə, icarə müqavilələri üzrə və həmin müqavilədən kənar xərclər üçün ödənilmiş 68.720 manat pul tələbinə aid hissədə yenidən baxılarkən, ilk növbədə işin bütün müvafiq halları, o cümlədən müqaviləyə qədərki danışıqlar, yazışmalar, “Binə” Ticarət Mərkəzində icarəyə verənlə icarəçi arasında artıq uzun müddət formalaşmış və hamıya bəlli olan qarşılıqlı münasibətlərdə yaranmış praktika, işgüzar adətlər və tərəflərin sonrakı hərəkətləri (icarə müqavilələrinin bilavasitə iddiaçıların tələbi ilə ləğv edilməsi, cavabdehlərdən iddiaçıların xeyrinə 3.000 manat pulun tutulması və cavabdehlərin bununla razılaşıb qətnamədən apellyasiya şikayətləri verməmələri və sair) nəzərə alınmaqla, iddianın qeyd olunan hissədə əsaslılığına düzg ün hüquqi qiymət verilməlidir. Bundan başqa, İddiaçı2 ilə Cavabdeh2 MMC arasında 11.3.1 nömrəli obyektə görə imzalanmış 31 may 2012-ci il tarixli, 551 saylı və 15.2.102 nömrəli obyektə görə imzalanmış nömrəsiz və tarixsiz (07 fevral 2008-ci il) müqavilələrin şərtlərinə görə, icarə obyektini bu müqavilələrdə müəyyən olunmuş şərtlərlə və qaydada icarəçinin istifadəsinə və sahibliyinə vermək; icarə obyektini üçüncü şəxslərin hüquq və tələblərindən azad, istifadəyə tam yararlı vəziyyətdə icarəçiyə təhvil vermək; müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək bilavasitə icarəyə verənin vəzifəsi kimi nəzərdə tutulub. Apellyasiya instansiyası məhkəməsi, iddiaçıların öz tələblərinin əsası kimi istinad etdikləri halları məhkəmə iclasın da sübuta yetirə bilməmələri nəticəsinə gələrkən, sözügedən müqavilələr üzrə ticarət obyektlərinin icarə obyektini bu Müqavilələrdə müəyyən olunmuş şərtlərlə və qaydada iddiaçıların istifadəsinə və sahibliyinə vermək, icarə obyektlərini üçüncü şəxslərin hüquq və tələblərindən azad, istifadəyə tam yararlı vəziyyətdə iddiaçılara təhvil vermək, müqavilə ilə üzərilərinə götürdükləri vəzifələri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək vəzifəsinin bilavasitə cavabdehlərin üzərinə düşməsini nəzərə almayıb. Yəni obyektləri iddiaçılara təhvil vermələrini ilk növbədə cavabdehlər sübuta yetirməli idilər. Tərəflər arasında bağlanmış icarə müqavilələrinin 1.5-ci bəndin də göstərilir ki, icarə obyektlərinin “icarəçiyə” təhvil verilməsi hər iki tərəfin imzaladıqları təhvil-təs lim aktına əsasən həyata keçirilir. Cavabdehlər icarə obyektlərini iddiaçılara təhvil verdiklərini göstərib iddiaya etiraz etsələr də, müqavilələrin şərtlərinə uyğun olaraq hər iki tərəfin imzaladıqları təhvil-təslim aktlarını nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə təqdim etməyiblər. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, ticarət obyektlərinin təhvil-təslim verilməsi hər iki tərəfin imzaladıqları aktla təsdiq edilməli olduğundun, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, işin bu halı başqa sübutlarla, yəni cavabdehlərin formal mülahizələri ilə təsdiq oluna bilməz. Əksinə, iddiaçıların fərdi sahibkar kimi vergi ödəyicisi olmamaları, sığorta ödənişlərinə cəlb edilməmələri və sair işin halları cavabdehlərin etirazının əsassız olması nətic əsinə gəlməyə əsas verir. Digər tərəfdən, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin “Cinayət işin başlanmasının rədd edilməsi haqqında” 05 yanvar 2018-ci il tarixli qərarı ilə müəyyən olunur ki, İddiaçı1 cavabdehlər barədə verdiyi şikayət ərizəsi əsasında araşdırma aparılıb və toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilib. Həmin qərarda qeyd edilib ki, araşdırma zamanı Cavabdeh1 izahatı alınıb və o, izahatında göstərib ki, Cavabdeh2 MMC təsisçisidir və Cəmiyyət “Binə” Ticarət Mərkəzində yerləşən ticarət obyektlərini ayrı-ayrı şəxslərə icarəyə və istifadəyə verilməklə fəaliyyət göstərir. “Binə” Ticarət Mərkəzində yerləşən 11.3.1-nömrəli sahəsi 50 kvadrat metr olan ticarət obyekti 2007-ci ildə Oqtay Əmrahova icarəyə verilib. 2008-ci ilin əvvəll ərindən isə həmin obyekt İddiaçı2 istifadəsindədir. Sadəcə olaraq Ticarət Mərkəzində alış-veriş zəif olduğundan 15-ci sıra fəaliyyətsiz olub. Eyni zamanda araşdırma zamanı X4 izahatında bildirib ki, 1996-cı ildən Cavabdeh2 MMC-nin direktoru vəzifəsində işləyir. Cəmiyyət “Binə” Ticarət Mərkəzində olan obyektləri icarəyə verməklə fəaliyyət göstərir. “Binə” Ticarət Mərkəzində yerləşən 11.3.1-nömrəli sahəsi 50 kvadrat metr olan ticarət obyekti 31 may 2012-ci il tarixli, 551 saylı müqaviləyə əsasən İddiaçı2 icarəsinə verilib. Həmçinin, 15.2.102-nömrəli sahəsi 34 kv.metr olan ticarət obyekti-anbar da İddiaçı2 istifadəsində olub. 06 dekabr 2007-ci il tarixli kassa mədaxil orderinə əsasən bu obyektlər üçün İddiaçı2 adından 13.250 manat pul ödənilib. Dünyada baş verən iqtisadi böhranla əlaqədar ola raq “Binə” Ticarət Mərkəzində də alver zəifləyib və İddiaçı2 adına rəsmiləşdirilmiş obyektlər fəaliyyətsiz qalıb. İddiaçı1 bir neçə dəfə Cavabdeh2 MMC müraciət edərək pulunu geri tələb edib. Cəmiyyət tərəfindən dəfələrlə ona təklif olunub ki, icarə əsasında götürdüyü obyektlər əvəzləmə qaydasında ticarət fəaliyyətində olan sıralardakı eyni ölçülü obyektlərlə dəyişdirilsin, lakin İddiaçı1 bununla razılaşmayıb. 06 dekabr 2017-ci il tarixli, 004369 nömrəli kassa mədaxil orderinə əsasən Cəmiyyətə 13.250 manat ödəsə də, müraciətində heç bir əsası olmadan 68.720 manat pul tələb edir. Bu gün də İddiaçı1 eyni ölçülü başqa ticarət obyektlərinin təklif olunduğunu, sonuncunun bu təklifləri qəbul etmədiyini qeyd edib. Göründüyü kimi cavabdehlər istintaq orqanında verdikləri izahatlarında da ticarət ob yektlərini hər hansı aktla iddiaçılara təhvil verdiklərini təsdiq etməyiblər, əksinə izahatlarında ticarət obyektləri üçün 06 dekabr 2007-ci il tarixli kassa mədaxil orderinə əsasən İddiaçı2 adından 13.250 manat pul ödənildiyini etiraf ediblər. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla, o cümlədən cavabdehlərin istintaq orqanında verdikləri izahatları ilə yanaşı yoxlayıb, qiymətləndirmədən, iddiaçıların müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödədiklərini iddia etdikləri 68.720 manat pul vəsaitinin tərkibini dəqiqləşdirmədən, “açar” və “qapı” pulu anlayışlarına aydınlıq gətirmədən, İddiaçı2 müqavilə üzrə cavabdehlər ə yalnız 3.000 manat deyil, əlavə olaraq 06 dekabr 2007-c il tarixli kassa mədaxil orderinə əsasən 13.250 manat ödəniş etməsini və cavabdehlərin həmin məbləği etiraf etmələrini nəzərə almadan, “Binə” Ticarət Mərkəzində müqavilədən kənar qaydada ödənişlərin alınmasının hamıya məlum olan hal olmasına, iki ticarət obyektinə görə icarəçidən “açır”, “qapı” pulu adı altında bütövlükdə 3.000 manat pulun alınmasının açıq-aşkar inandırıcı, ağlabatan görünməməsinə əhəmiyyət vermədən, yalnız cavabdehlərin həqiqətdən uzaq mülahizələrinə əsaslanaraq, birinci instansiya məhkəməsinin qətnaməsini qeyd olunan hissədə də dəyişdirilmədən saxlamışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, qətnamə qeyd olunan hissədə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İddianın- əldən çıxmı ş faydaya görə 120.000 manat, müqavilə üzrə və digər xərclər adı altında ödənilmiş 68.720 manat pulun illik 5 faiz olan (10 il x 3.436) 34.360,00 manat pulun tutulub İddiaçı2 ödənilməsi, habelə cavabdehlərdən müştərək qaydada işin aparılması ilə bağlı çəkilmiş xərclərə görə 50.000 manat, mənəvi zərərə görə 100.000 manat pulun tutulub İddiaçı1 ödənilməsi hissələrinə münasibətdə isə kassasiya instansiyası məhkəməsi hesab edir ki, bu hissələrdə iddia tələblərini rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və məhkəmənin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, sözügedən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldi yi nəticə ilə razılaşır və kassasiya şikayəti üzrə əlavə araşdırma aparmağa lüzum görmür və belə qənaətə gəlir ki, qeyd olunun hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qisməncavabdehlərdən müştərək qaydada müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 68.720 manat pul tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və qalan mübahisələndirilən hissədə qətnamə kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(103)-2770/2021 saylı qətnaməsi qismən- cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 68.720 manat pu l tələbinin rədd edilməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın və qalan mübahisələndirilən hissədə qətnamə kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar