Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5069/2019 27.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, üçüncü şəxs X8 nümayəndəsi X11, onun və digər üçüncü şəxs X15 vəkili Məmmədov Vüqar Rəfail oğlunun iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 11 mart 2019-cu il tarixli qətnaməsindən üçüncü şəxslər X8, X15 və onların vəkili Məmmədov Vüqar Rəfail oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Qax Rayon Məhkəməsinin 27 dekabr 2 018-ci il tаrixli, 2(024)-723/2018 saylı qətnаməsi ilə (hakim M.Qarayev) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Qax rayon Dövlət Notariat Kontoru, üçüncü şəxslər X12 və X15 qarşı Qax rayon Dövlət Notariat Kontorunda bağlanmış 03.11.2003-cü il tarixli, 4Ə-120 və 03.11.2003-cü il tarixli, 4Ə-121 reyestr nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, 07.07.2006-cı il tarixli, ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: sədrlik edən Ə.T.Məcidov, məruzəçi M.A.Əsədli və İ.F.Quliyev) iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Qax Rayon Məhkəməsinin 27 dekabr 2018-ci i l tаrixli, 2(024)-723/2018 saylı qətnaməsinin ləğv edilməsi və mülki iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Qax rayon Dövlət Notariat Kontoru, üçüncü şəxslər X12 və X15 qarşı Qax rayon Dövlət Notariat Kontorunda bağlanmış 03.11.2003-cü il tarixli, 4Ə-120 və 03.11.2003-cü il tarixli, 4Ə-121 reyestr nömrəli alqı-satqı müqavilələri etibarsız hesab edilməsi və 07.07.2006-cı il tarixli, ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayon Dövlət Notariat X1 ilə X15 arasında bağlanmış 03.11.2003-cü il tarixli 4Ə-120 reyestr nömrəli və X4 ilə X12 arasında bağlanmış 03.11.2003-cü il tarixli 4Ə-121 reyestr nömrəli alqı-sa tqı müqaviləsinin etibarsız hesab edilməsini və 07.07.2006-cı il tarixli ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Üçüncü şəxslər X12, X15 və onların vəkili Məmmədov Vüqar Rəfail oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin 11 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yeni apel yasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxslərin vəkili V.Məmmədov kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini Şəki Apellyasiya Məhkəməsinin 11 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi, üçüncü şəxs X8 nümayəndəsi X13 vəkilin çıxışı ilə razı olduğunu bildirdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin 11 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Ailə Məcəlləsinin 51, 55, Mülki Məcəlləsinin 6.2, 36.2, 329.1, 337.1, 337.2, 337.3, 337.4-cü maddələrinə istinadən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, Dövlət tərəfindən Aqrar İslahatla əlaqədar verilmiş torpaq sahələri üzərində olan mülkiyyət hüquqları pozulmuş və aidiyyəti orqan, yəni Qax rayon İcra Haki miyyəti yanında “Yaş bərpası, qəyyumluq və himayəçilik” komissiyasının onların mülkiyyətində olan torpaq sahəsinin alqı-satqısı zamanı hüquqlarının müdafiəsini həyata keçirməsi təmin edilməmiş, həmin komissiyanın müvafiq rəyi alınmamışdır. Həmin torpaq sahəsində alqı-satqıdan əvvəl İddiaçı1 və İddiaçı2 da payı olmuş, torpaq sahəsi satılarkən onların hüquqları pozulmuşdur. Beləliklə də, alqı satqı müqaviləsi imzalanan vaxt iddiaçıların hüquqları pozulduğundan həmin müqavilələr etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinməmişdir. Belə ki, apellyasiya instans iyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Qax rayon Aqrar İslahat Komissiyasının 1198-ci il 28 iyun tarixli 07 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, anaları X2 və X6 JN-155 nömrəli Dölət Aktı əsasında verilmiş 2.33 ha torpaq sahəsini, həmin torpaq sahəsinə sonradan X5 ölümü ilə əlaqədar verilmiş yeni JN-155 nömrəli Dövlət Aktına əsasən onların qanuni mülkiyyətləri olan torpaq sahəsini 2003-cü il 03 noyabr tarixdə 4Ə-120 nömrəli alqı-satqı müqaviləsi əsasında Turaclı kənd sakini X15 və 4Ə-121 nömrəli alqı-satqı müqaviləsi ilə Turaclı kənd sakini X8. Həmin vaxtı İddiaçı1 və İddiaçı2 yetkinlik yaşına çatmamış, birinin 14 və digərinin isə 11 yaşı olmuş, alqı-satqı müqaviləsi imzalanan zamanı “Qəyyumluq və himayəçilik” komissiyasının rəyi alınmamışdır. İşin materialla rından görünür ki, X15 ilə X8 3-cü şəxs kimi göstərilmiş və iddiaçılar onlarla bağlanmış 03.11.2003-cü il tarixli 4Ə-120 reyestr nömrəli və 03.11.2003-cü il tarixli 4Ə-121 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 07.07.2006-cı il tarixli ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın qanuniliyi mübahisələndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən nəticələrə gələrkən iş üzrə tərəflərin dairəsini düzgün müəyyən etməmişdir. Belə ki, Qax rayon Dövlət Notariat X1 ilə X15 arasında 03.11.2003-cü il tarixli 4Ə120 reyestr nömrəli və X4 ilə X8 arasında bağlanmış 03.11.2003-cü il tarixli 4Ə-121 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanması işin mübahisəsiz halı olsa da, həmin müqavilələrin etibarsız sayıl ması zamanı alıcı qismində olan şəxslərin qanuni maraqlarını və hüquqlarının pozulmasına diqqət yetirməmişdir. Bununla da Qax rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş 03.11.2003-cü il tarixli 4Ə-120 reyestr nömrəli alqı-satqı müqaviləsinin bir tərəfi olmuş Qazıyeva Tamara Köçəri qızının və Qax rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş 03.11.2003-cü il tarixli 4Ə-121 reyestr nömrəli alqı-satqı müqaviləsinin tərəfi olmuş X8 işə cavabdeh qismində cəlb edilməmələri onların hüquq və vəzifələrinin pozulmasına səbəb olan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu da MPM-nin 418.4.6-cı maddəsi baxımından apellyasiya instansiyası məhkəməsinin qətnaəmsinin şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi torpaq sahəsində alqı-satqıdan əvvəl İddiaçı1 və İddiaçı2 da payı olmasını göstərsə də, alqı-satqıların onların anaları X4 tərəfindən həyata keçirilməsinə və müqavilə tərəfi kimi də onun cavabdeh kimi cəlb edilməsinin zəruriliyini müzakirə etməmişdir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 torpaq sahəsi satılarkən hüquqlarının pozulmasını və beləliklə də, cavabdeh Qax rayon Dövlət Notariat Kontoru, üçüncü şəxslər X12 və X15 qarşı Qax rayon Dövlət Notariat Kontorunda bağlanmış 03.11.2003-cü il tarixli, 4Ə-120 və 03.11.2003-cü il tarixli, 4Ə-121 reyestr nömrəli alqı-satqı müqavilələri etibarsız hesab edilməsi nəticəsinə gələrkən nəzərə almamışdır ki, alqı-satqı müqavilələrinin predmetini Qax ra yon Aqrar İslahat Komissiyasının 1198-ci il 28 iyun tarixli 07 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, anaları X2 və X6 JN-155 nömrəli Dölət Aktı əsasında verilmiş 2.33 ha torpaq sahəsi olmuşdur ki, iddiaçılar da yalnız həmin alqı-satqı müqavilələrində özlərinə məxsus torpaq sahəsinin satqısını mübahisələndirə bilərdilər. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi alqı-satqı müqavilələrini bütöv ləğv etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəsinin əsası kimi Mülk Məcəllənin 6.2, 36.2, 329.1, 337.1, 337.2, 337.3, 337.4-cü maddələrinə istinad etsə də, həmin Məcəllənin 337.5-ci maddəsinin tələblərinə diqqət yetirməyərək alıcıların ödədiyi pulun qaytarılmasına münasibət bildirməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu məcəllədə ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmaqdında (o cümlədən alınanlar əmlakdan istifadədə, götürülmüş və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbayçan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüqu qlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. (6.10 bəndi) Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən alqı-satqı müqavilələri bağlanarkən İddiaçı1 və İddiaçı2 yetkinlik yaşına çatmayaraq birinin 14 və digərinin isə 11 yaşı olsa da, apellyasiya instans iyası məhkəməsi hazırki mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 55.4-cü və Mülki Məcəlləsinin 36.2-ci maddələrinə istinad etmişdir. Mülki Məcəlləsinin 55.4-cü maddəsinə əsasən uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur. Ailə Məcəlləsinin 36.2-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. Bununla ələqədar apellyasiya instansiyası məhkəməsinin “Qəyyumluq və himayəçilik” komissiyasının rəyi alınmamasına istinad edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 55.4-cü və Mülki Məcəlləsinin 36.2-ci maddələrinə istinad etməsinə baxmayaraq məhkəmə kollegiyası hesab edir ki, bu halda Mülki Məcəlləsinin 55.5-ci maddəsinin məzmununa diqqət yetirilməmişdir. Həmin normaya əsasən isə uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi alqı-satqı müqavilələri bağlanarkən İddiaçı1 və İddiaçı2 yetkinlik yaşına çatmayaraq birinin 14 və digərinin isə 11 yaşı olsa da analarının himayəsində olmalarına, alqı-satqı müqaviləsi imzalanan zamanı “Qəyyumluq və himayəçilik” komissiyasının rəyi alınmamasına məcburi olmamasına diqqət yetirməmiş, ailə və mülki qanunvericiliyin bununla bağlı normalarının tətbiqini lazımi qaydada əsaslandırmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 sa ylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin Qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127- ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların apellyasiya şikayətlərində göstərilənlərə qeyd edilən Plenum qərarının tələbləri baxımından müfəssəl hüquqi qiymət verməyərək işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, iddiaçıların iddia tələbinin əsası kimi, üçüncü şəxslərin isə iddiaya olan etirazının əsas kimi istinad etdikləri hallara və sübutlara lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən əqdlərin 2003-cü ildə bağlanan vaxt İdd iaçı1 14 və İddiaçı2 isə 11 yaşı olduğu halda, 2018-ci ildə onların müvafiq olaraq 28 və 25 yaşları olmalarının və hazırki iş üzrə əqdin etibarsızlığı ilə bağlı iddia qaldırdıqlarından bu mübahisəyə Mülki Məcəllənin 354-cü maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməsinin zəruriliyini də müzakirə etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bild iyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddət tamamilə fərqli anlayışlardır. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Kollegiya qeyd edir ki, MM-nin 354.2-ci maddəsi qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər. Həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmələr qarşısında duran ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməsi qəbul olunmuş qərarların tam şəkildə qanun tələblərinə uyğun olmasını nəzərdə tutur. Məhkəmənin qərarı demokratik ədalət mühakiməsinin ən vacib aktıdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyas iya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, ən əsası isə araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımında n düzgün qiymət verməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X8 və X15 kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 11 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5069/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5069/2019
27.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver