Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-507/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı1 vəkili Dünyamalılı İradə Şəms qızının, Cavabdeh ASC-nin vəkili Bədəlov Emil Nizami oğlunun, nümayəndəsi X2 oğlunun iştirakları ilə, Cavabdeh ASC-nin və vəkili Bədəlov Emil Nizami oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli, 2(103)-12424/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə bax araq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-364/2019 saylı, 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia tələbi qismən təmin edilərək, ipoteka saxlayan Cavabdeh ASC-nin Səbail filialı, ipoteka qoyan İddiaçı2 və kredit alan İddiaçı1 arasında bağlanmış 05 aprel 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka saxlayan Cavabdeh ASC-nin Səbail filialı, ipoteka qoyan İddiaçı2 və kredit alan İddiaçı1 arasında bağlanmış 22 aprel 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmeti olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* nömrəli, **********17-05301-083009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqınd a daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən İddiaçı2 (ipoteka qoyana) xüsusi mülkiyyət hüququ əsasında məxsus, ümumi sahəsi 105.6 kv.m. olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklülükdən azad edilməsi, ipoteka predmeti Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* nömrəli, **********17-05301-083026 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən İddiaçı2 (ipoteka qoyana) xüsusi mülkiyyət hüququ əsasında məxsus, ümümi sahəsi 39,2 kv.m. olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklülükdən azad edilməsi, İddiaçı1 05 aprel 2016-cı il tarixli, 2673 SBFFK nömrəli kredit müqaviləsi ü zrə borcunun olmaması barədə arayışın İddiaçı1 və Azərbaycan Respublikasının Mərkəzi Bankına verilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması, Cavabdeh ASC-dən 769 manat 23 qəpik məbləğində artıq ödənilmiş pulun tutularaq İddiaçı1 geri qaytarılması, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaitinin Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə köçürülməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli, 2(103)-12424/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi X.A.Cəmilova, İ.K.Xəlilov və İ.Ə.Kərimli) Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-364/2019 saylı 04 iyun 2019 -cu il tarixli qətnaməsi mübahisələndirilən- iddianın təmin olunduğu hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi, onun dəyişdirilməsi və iddia tələbi həcminin artırılması barədə ərizələrlə birinci instansiya məhkəməsinə müraciət edərək, ipoteka saxlayan Cavabdeh ASC-nin Səbail Filialı, ipoteka qoyan İddiaçı2 və kredit alan İddiaçı1 arasında bağlanmış 05 aprel 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə xitam verilməsi; ipoteka saxlayan Cavabdeh ASC-nin Səbail Filialı, ipoteka qoyan İddiaçı2 və kredit alan İddiaçı1 arasında bağlanmış 22 aprel 2016-cı il il tarixli sonrakı ipoteka müqaviləsinə xitam verilməsi; ipoteka predmeti olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət inin MA seriyalı, ******* nömrəli, **********17-05301-083009 reeystr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, İddiaçı2 (ipoteka qoyana) xüsusi mülkiyyət hüququ əsasında məxsus, ümumi sahəsi 105.6 kv.m. olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklülükdən azad edilməsi, ipotekanın predmeti Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* nömrəli, **********1705301- 083026 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, İddiaçı2 (ipoteka qoyana) xüsusi mülkiyyət hüququ əsasında məxsus, ümumi sahəsi 39,2 kv.m. olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklülükdən azad edilməsi, İddiaçı1 05 aprel 2016-cı il tarixli, 2673 SBFFK nömrəli kredit müqaviləsi üzrə borcunun olmaması barədə arayışın İddiaçı1 və Azərbaycan Respublikasının Mərkəzi Bankına verilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması, İddiaçı1 05 aprel 2016-cı il tarixli, 2673 SBFFK nömrəli kredit müqaviləsi üzrə Azərbaycan Respublikasının Mərkəzi X1 göstərilən borcunun silinməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması, Cavabdeh ASC-dən 769,23 manat məbləğində artıq ödənilmiş pulun tutularaq İddiaçı1 geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh ASC həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh ASC və vəkili Bədəlov Emil Nizami oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, ekspert tərəfindən verilmiş rəyə istinad etməkdə haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfin dən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh ASC-nin vəkili Bədəlov Emil Nizami oğlu və nümayəndəsi X2 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı1 vəkili Dünyamalılı İradə Şəms qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəb dən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı1 vəkili Dünyamalılı İradə Şəms qızının, Cavabdeh ASC-nin vəkili Bədəlov Emil Nizami oğlunun, nümayəndəsi X2 oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh ASC-nin kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkə məsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halların dan görünür ki, İddiaçı1 ilə Cavabdeh ASC arasında 05 aprel 2016-cı il tarixli, 2673 SBFFK nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən iddiaçıya 12 ay müddətinə, illik 16%-lə 100.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 4.2-ci maddəsinə görə bu müqavilə üzrə 1 il 360; 1 ay isə 30 təqvim günü hesablanır. İddiaçı1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtı-vaxtında yerinə yetirmiş, heç vaxt öhdəliyini icra etməkdən boyun qaçırmamışdır. İş materiallarında olan Cavabdeh ASC-nin 18 oktyabr 2018-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı1 ilə bank arasında bağlanmış 05 aprel 2016-cı il tarixli kredit müqaviləsi üzrə banka 05 aprel 2017-ci il tarixə 19999,88 manat məbləğində əsas borc, 4366,65 manat məbləğində faiz borcu, 05 a prel 2017-ci il tarixdən 18 oktyabr 2018-ci il tarixə illik 5 faiz dərəcəsi ilə əsas borca hesablanmış 1536,10 manat faiz borcu, ümumilikdə 25902,63 manat məbləğində kredit borcu var. 05 aprel və 22 aprel 2016-cı il tarixlərində “xxxx” ASC-nin Səbail filialı ilə İddiaçı2 arasında ipoteka müqavilələri bağlanmışdır. İşdə olan Cavabdeh tərəfindən İddiaçı1 ünvanlanan AB SBF 17- 03272 nömrəli, 08 dekabr 2017-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişdə göstərilir ki, guya İddiaçı1 bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, İddiaçı1 08.01.2018-ci il tarixinə banka olan borcu 69.999.67 manat məbləğində gecikmiş əsas borc, 2737.69 manat məbləğində faiz borcu, 2053,32 manat cərimə borcu, ümumilkdə 74790,68 manat təşkil edir. H əmin bildirişlərdə qeyd edilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada 05.04.2016-cı il tarixli, 2673 SBFFK nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə, tələbin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 06.01.2012-ci il tarixli, MA seriyalı, ********** və MA seriyalı, ********** çıxarışına əsasən Cavabdeh ASC-nin Səbail filialının xeyrinə ipotekaya qoyulmuş, İddiaçı2 xüsusi mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 13C nömrəli qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 13C, giriş 2 nömrəli qeyri-yaşayış sahələrinə yönəldilərək, həmin qeyri-yaşayış sahələrinin açıq hərracda satılması və satışdan əldə eidlən pul vəsaitinin yuxarıda göstərilən pul məbləğl ərinin təmin edilməsi üçün Cavabdeh ASC-yə ödənilməsi ilə bağlı müvafiq tədbirlər görüləcəkdir. Cavabdeh ASC tərəfindən göndərilən ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş 08 dekabr 2017-ci il tarixli olmasına baxmayaraq, bank öncəgörmə qabiliyyətindən istifadə edərək, İddiaçı1 08.01.2018-ci il tarixinə banka olan şişirdilmiş borcunu hesablayaraq kredit götürəndən əsassız olaraq tələb etmişdir. Halbuki, bəlkə də 08 dekabr 2017-ci il tarixdən 08.01.2018-ci il tarixədək olan müddət ərzində İddiaçı1 tərəfindən bütün borclar ödəniləcəkdir və 08.01.2018-ci il tarixə heç bir qalıq borc qalmayacaqdı. İş materiallarından görünür ki, İddiaçı1 Cavabdeh ASC tərəfindən göndərilən ipoteka predmetinə tutmanın yönəldilməsinə dair 08 dekabr 2017-ci il tarixli bildirişə cavab olaraq 22.01.2 018-ci il tarixli məktubla banka müraciət edərək bildirmişdir ki, həmin kredit müqaviləsi üzrə 55290 manat məbləğində ödəniş etmiş, 60710 manat məbləğində borcu qalmışdır. Bundan əlavə, müqavilə müddəti bitdiyi üçün 14080 manat məbləğində ödənişin faiz borcundan deyil, əsas borcundan silinməsini xahiş etmişdir. Göründüyü kimi, tərəflər arasında 05 aprel 2016-cı il tarixli, 2673 SBFFK nömrəli kredit müqaviləsi 12 ay müddətinə bağlanmış, yəni 05 aprel 2017-ci il tarixdə müqavilənin müddəti bitmişdir. Lakin bank qanunveriliyin tələblərini pozaraq 05 aprel 2017-ci ildən sonrakı müddətə də əsassız olaraq faizlər hesablamışdır. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya faizlər hesablanarkən qanunsuzluğa yol verilmiş, müqavilə müddəti bitdikdən sonra da faizlər he sablanmış, iddiaçının ödənişləri nəzərə alınmamış, nəticədə tələb olunan borc süni şəkildə artırılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən banka olan kredit borcu ödənilməklə yanaşı, bank tərəfindən kredit müqaviləsi üzrə nəzərdə tutulmuş borc məbləğindən də artıq ödənişlər qəbul edilmiş, bununla bərabər ipoteka predmetinə tutma yönəldilmişdir ki, bütün bunlar da tamamilə qanunsuz və əsassızdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 18 aprel 2019-cu il tarixli, 33010 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatlarında və 05 aprel 2016-cı il tarixli 2673 SBFFK saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, İddiaçı1 25 oktyabr 2018-ci il tarixə (sonuncu ödəniş tarixinə) banka 769,23 manat artıq ödənişi olmuşdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilərək, ipoteka müqavilələrinə xitam verilməsi, hər iki ipoteka predmetinin yüklülükdən azad edilməsi, İddiaçı1 borcunun olmaması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və cavabdehdən 769,23 manat artıq ödənilmiş pulun tutularaq İddiaçı1 geri qaytarılması qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən, mübahisələndirilən hissələrdə təmin etməklə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. «İpoteka haqqında» Azərbaycan Respublika sı Qanununun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Hazırki işdə 05 aprel 2016-cı il tarixli 2673 SBFFK saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla İddiaçı1 tərəfindən müqavilə öhdəliyinin icra olunduğu və 2 5 oktyabr 2018-ci il tarixə (sonuncu ödəniş tarixinə) banka 769,23 manat artıq ödənişinin mövcud olduğu ekspert rəyi ilə təsdiq olunduğundan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi kreditin təminatı olaraq bağlanmış ipoteka müqavilələrinə xitam verilməsi, hər iki ipoteka predmetinin yüklülükdən azad olunması və İddiaçı1 sözügedən kredit müqaviləsi üzrə Banka borcunun olmaması barədə müvafiq arayışın verilməsi vəzifəsinin bankın üzərinə qoyulması barədə düzgün nəticəyə gəlmişdir. Qətnamənin “iddiaçının Banka artıq ödədiyi 769,23 manat məbləğində pulun cavabdehdən tutularaq ona qaytarılması” barədə hissəsi ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin məbləğ əsassız varlanma ilə bağlı maddi hüquq normalarının təsiri altına düşdüyü üçün cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəlləyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (MM-nin 1091.1, 1091.2, 1092.1-ci maddəsi). Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Belə ki, ipoteka ilə təmin edilmiş öhdəliyin kredit götürən tərəfindən vaxtında icra edilməməsi iş materialları ilə təsdiq olunmur. Kredit müqaviləsinin müddəti başa çatan kimi bank tərəfindən vaxtında iddia qaldırılmasının səbəbləri əsaslandırılmamışdır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquq i qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli, 2(103)-12424/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(102)-507/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-507/2020
04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpo
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver