Məhkəmə qərarları › İş №2(102)-6112/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6112/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6112/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsı̇ ” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi ilə, İdd iaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(103)542/2021 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 30 yanvar 2014-cü il tarixli, 31-14 nömrəli kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 20 faiz olmaqla 100000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 30 yanvar 2014-cü il tarixli zaminlik müqaviləsi ilə sonuncu borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı ö hdəsinə götürmüşdür. Həmçinin kredit müqaviləsinin təminatı olaraq 30 yanvar 2014-cü il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh2 mülkiyyətində olan ünvan 1qəsəbəsi, ünvan 1, ümumi sahəsi 76,1 kv.m olan qeyri-yaşayış sahəsini və ünvan 1qəsəbəsi, ünvan 1 (30 saylı aptek), ümumi sahəsi 94,2 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. Hər iki ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh2 49780,60 manat əsas borcu, 6881 manat faiz borcu, 28488,40 manat cərimə borcu, 6575,19 manat müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu olmaqla, cəmi 91725,19 manat məbləğində borcu vardır. Məhkəmə-mühasibatlıq eksper tizasının 31 oktyabr 2019-cu il tarixli rəyinə əsasən Cavabdeh2 tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə 31 yanvar 2016-cı il tarixə banka ödənilməli olan əsas borcu 56909,27 manat, faiz borcu 11381,85 manat, cəmi 68291,12 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 31 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə 31 yanvar 2016-cı il tarixdən 24 sentyabr 2018-ci il tarixədək (maliyyə arayışında göstərilən tarixə) kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla, Cavabdeh2 İddiaçı ASC-yə olan borcu 24 sentyabr 2018-ci il tarixə əsas borc 56909,27 manat, faiz borcu üzrə 18922,33 manat məbləğində müəyyən edilmişdir. İş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 21 yanvar 2020-ci il tarixli rəyinə əsasən Cavabdeh2 tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə 30 yanvar 2016-cı il tarixə banka ödənilməli olan əsas borcu 49909,27 manat, faiz borcu 10876,85 manat məbləğində, 30 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh2 cərimə hesablanmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 30 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə 49780,60 manat əsas borc, 6881 manat faiz borcu, 28488,40 manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən 24 sentyabr 2018-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6575,19 manat borc, ümumilikdə 91725,19 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydiyyata alınması üçün ödənilmiş 60 manat rüsumun tutulması, tutmanın Cavabdeh2 məxsus ünvan 1qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,2 kv.m olan qeyri-yaşayış sahəsinə (30 saylı aptekə) və ünvan 1, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,1 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya yönəldilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kif ayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan kredit müqavilələri üzrə kredit vəsaitindən istifadə etsə də, öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə borcu yaranmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(006)-183/2020 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Səmədov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 əsas borc üzrə 49780,6 manat, faiz borcu üzrə 6881 manat, cərimə borcu üzrə 500 manat, habelə 30 manat ödənilmiş dövlət rüsumunun, 60 manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət r üsumunun əvəzi olmaqla, cəmi 57251,6 manat məbləğində pulun alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə verilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 məxsus ünvan 1qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,2 kv.m olan qeyri-yaşayış sahəsinə (30 saylı aptek) yönəldilməsi, ünvan 1qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,2 kv.m olan qeyri-yaşayış sahəsinin (30 saylı aptek) ilkin satış qiymətinin 127000 manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh2 qaytarılması, iddia tələbinin qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi MM-in 477.0.4-cü maddəsinə istinad edərək göstərmişdir ki, hazırki halda tərəflər arasında bağlanmı ş 30 yanvar 2014-cü il tarixli zaminlik müqaviləsində onun verilmə müddəti konkret təyin edildiyindən, həmin müddət qurtardıqda zaminlik müqaviləsinə xitam verilməlidir. Belə olan halda, iddia tələbi zamin Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Borcludan tutulmalı olan məbləğlə bağlı məhkəmə qeyd etmişdir ki, sonuncu ekspert rəyində cavabdehin banka 49909,27 manat əsas, 10876,85 manat faiz borcu qeyd olunduğu halda, iddia ərizəsində 49780,60 manat əsas və 6881 manat faiz borcu tələb edilir. Belə olan halda, iddia tələbindən kənara çıxmayaraq, Cavabdeh2 iddia ərizəsində göstərilən məbləğdə, yəni 49780,60 manat əsas və 6881 manat faiz borcu tutulmalıdır. Məhkəmə iddia tələbinin “müqavilənin bitdiyi tarixdən 24 sentyabr 2018-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaq la 6575,19 manat borc tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı həmin tələbinin əsaslı olmasını (həmin məbləğin necə hesablandığını) təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə hesab etmişdir ki, iddia dəbbə pulu hissəsində qismən təmin edilərək, dəbbə pulu 500 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd etmişdir ki, iş üzrə ipoteka predmetləri olan əmlakların qiymətlərinin müəyyən olunması məqsədilə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə istinad edərək hesab etmişdir ki, ipoteka predmetləri olan əmlaklardan birinin qiyməti borcun məbləğini tamamilə ödədiyindən, iddia tələbi “tutmanın ünvan 1, ünvan 1 ünvanında yerləşən üm umi sahəsi 76,1 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi” hissəsində təmin edilməməlidir. Bundan əlavə, ünvan 1qəsəbəsi, ünvan 2ünvanında yerləşən sahəsi 94,2 kv.m olan qeyri-yaşayış (aptek) sahəsinin ilkin satış qiyməti ekspert rəyində göstərildiyi kimi 120000 manat deyil, həmin əmlakın ipoteka müqaviləsində göstərilən dəyəri 127000 manat əsas götürülməlidir. İş üzrə iddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin ərizəsinə gəldikdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında 30 yanvar 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 30 yanvar 2016-cı il tarixdə bitmişdir. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia tələbi ilə 17 dekabr 2018-ci il tarixində məhkəməyə müraciət etmişdir. Beləliklə iddiaçı tərəfindən 3 i llik iddia müddəti ötürülməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(006)-183/2020 qətnaməsinin ləğv edilməsi, ipoteka predmetlərini yenidən qiymətləndirərək ilkin satış qiymətlərini müəyyənləşdirilməklə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(006)-183/2020 nömrəli qətnaməsini qismən, ‘'iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 əsas borc üzrə 49780,6 manat, faiz borcu üzrə 6881 manat, cərimə borcu üzrə 500 manat, habel ə 30 manat ödənilmiş dövlət rüsumunun, 60 manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 57251,6 manat məbləğində pul alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə verilməsi, tutma ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu. 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi. 25 ünvanında yerləşən ümumi sahəsi 94,2 kv.m olan qeyri-yaşayış sahəsinə (30 saylı aptek) yönəldilməsi, ünvan 1qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,2 kv.m olan qeyri-yaşayış sahəsinin (30 saylı aptek) ilkin satış qiyməti 127000 manat müəyyən edilməklə, açıq hərracda satılması” hissəsində ləğv olunması, iddiaçının iddia tələbinin tam rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(103)542/20 21 nömrəli qətnaməsi ilə (hakim A.V.Tanrıverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və İ.S.Şirinovdan ibarət tərkibdə) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(006)-183/2020 nömrəli qətnaməsinin ünvan 1qəsəbəsi, ünvan 2ünvanında yerləşən, ümumi sahəsi 94,2 kv.m. olan qeyri-yaşayış sahəsinin (30 saylı aptek) və ünvan 1qəsəbəsi, ünvan 2ünvanında yerləşən, ümumi sahəsi 76,1 kv.m. olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti hissəsində dəyişdirilməsi, ünvan 1qəsəbəsi, ünvan 2ünvanında yerləşən, ümumi sahəsi 94,2 kv.m. olan qeyri-yaşayış sahəsinin (30 saylı aptek) ilkin satış qiymətinin 68850 manat, ünvan 1qəsəbəsi, ünvan 2ünvanında yerləşən, ü mumi sahəsi 76,1 kv.m. olan qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin 55590 manat məbləğində müəyyən edilməsi, Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi cavabdehdən tutulmalı olan borcun məbləği və zaminliyə xitamla ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, ipoteka predmeti ilə bağlı hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman ipoteka predmetinin bazar dəyəri və likvid dəyərinin müəyyən edilməsi məqsədilə “X2 Mərkəzi” MMC mütəxəssis qismində cəlb edilmişdir. Həmin mütəxəssis rəyinə ipoteka predmeti olan ünvan 1qəsəbəsi, ünvan 2ünvanında yerlə şən, ümumi sahəsi 94,2 kv.m. olan qeyri-yaşayış sahəsinin (30 saylı aptek) bazar dəyəri 81000 manat, likvid dəyəri 68850 manat və ünvan 1qəsəbəsi, ünvan 2ünvanında yerləşən, ümumi sahəsi 76,1 kv.m. olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 65400 manat, likvid dəyəri isə 55590 manat müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı Ləğv prosesində olan İddiaçı ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(103)-542/2021 nömrəli qətnaməsinin cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin ca vabdehdən tutulmasının təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin olunması və ya işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmə əsassız olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdığı hüquqi mövqeyə zidd olaraq kredit müqaviləsinin qüvvədə olma müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmaqla faiz borcunun (əldə çıxmış faydanın) tutulması təmin etməmiş, cərimə borcunu əsassız olaraq qismən təmin etmişdir. Həmçinin Cavabdeh2 kassasiya şikay əti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(103)-542/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən ünvan 1qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,1 kv.m. olan qeyri-yaşayış sahəsinə tutma yönəldilmədiyi halda, apellyasiya instansiyası məhkəməsi həmin daşınmaz əmlakın ilkin satış qiymətini müəyyən etmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetlərin ilkin satış qiyməti onların dəyərindən aşağı müəyyən edilmişdir. Daha sonra, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş 28 sentyabr 2015-ci il tarixdə həyata keçirilmiş və həmin tarixdən hesablanmaqla iddia müddəti ötürülmüşdür. Lakin apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili X3 iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinə isə etiraz edərək rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər m əhkəmə iclasına gəlməmiş, vəkillərin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiya sı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassatorlar apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qarşılıqlı olaraq mübahisələndirdiklərindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqların ı həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzini n ödənilməsini tələb edə bilər. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi a dlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ip oteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi hallar ın müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.7-ci maddəsinə əsasən apellyasi ya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillər indən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlili göstərir ki, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdud laşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci b əndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materi allarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə həll olunarkən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən apellyasiya baxışının hədləri ilə bağlı prosessual hüquq normaları pozulmuşdur. Belə ki, y uxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, apellyasiya şikayəti verən iddiaçı həmin qətnaməni tələbin zaminə münasibətdə təmin edilməməsi, ipoteka ilə yüklü edilmiş ikinci əmlaka tutmanın yönəldilməsindən imtina edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində, cavabdeh isə iddianın təmin olunmuş hissəsində mübahisələndirmişlər. Yəni, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın kredit müqaviləsi üzrə borc məbləğinin təmin edilməyən hissəsində tərəflərlə mübahisələndirilməmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi qətnaməni tam yoxlamış, qətnaməni ipoteka predmetlərinin ilkin satış qiyməti hissəsində dəyişdirməklə, qalan hissələrdə dəyişdirilmədən saxlamışdır. “Apellyasiya və kas sasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli Qərardadının 56-cı bəndində qeyd olunmuşdur ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aktının baxış hədlərindən kənara çıxmaqla yoxlanıldığını müəyyən etdiyi halda, işi həmin hissədə yeni apellyasiya baxışına göndərmədən sadəcə qətnamənin həmin hissədə ləğv edilməsi haqqında qərar qəbul etməli və şikayət vermiş tərəfə prosessual qanunvericiliyə uyğun olaraq apellyasiya şikayəti vermək hüququnu izah etməlidir. Hazırda iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahis ələndirmədiyi, yəni borcun tutulmayan (kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonrakı dövr üçün illik 5% dərəcəsi ilə əldə çıxmış fayda və cərimənin təmin olunmayan hissələrdə) ləğv olunmasını xahiş etdiyindən, məhkəmə kollegiyası həmin dəlillərə əlavə hüquqi qiymət verilməsini zəruri bilmir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən borcun məbləği nəzərə alınaraq tutmanın ipoteka predmetlərindən yalnız birinə yönəldilməsini kifayət hesab etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin həmin mövqeyini apellyasiya qaydasında mübahisələndirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlilinə hüquqi qiymət verməmiş, hər iki əmlakı yenidən qiymətləndirmiş və qətnamədə dəyişiklik edərək, hər iki ipoteka pre dmetinin ilkin satış qiymətini müəyyən etmişdir. Halbuki, ipoteka predmetlərindən ünvan 1qəsəbəsi, ünvan 1, ümumi sahəsi 76,1 kv.m olan qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsinə dair məhkəmə qərarı mövcud deyildir. Bununla da, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 220.4, 392-ci maddələrinin tələblərini pozmuşdur. Daha sonra, iş materiallarından müəyyən olunur ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetlərinin bazar qiymətinin müəyyən edilməsi ilə bağlı "xxxx" MMC-nin 30 may 2019-cu il tarixli hesabatları, apellyasiya məhkəməsində həmin əmlakların likvid dəyəri barədə "xxxx" MMC-nin 21 yanvar 2021-ci il tarixli hesabatları, “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin 05 may 2021-ci il tarixli Arayışı alınmışdır. Apellyasiya instansiyası məhkəm əsi ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən edərkən, məhz sonuncu arayışı əsas götürmüşdür. Lakin apellyasiya instansiyası məhkəməsi işdə olan digər rəylərə (hesabatlara) hüquqi qiymət verməmiş, ipoteka predmetlərinin qiymətləri ilə bağlı ziddiyyətli sübutlar mövcud olduğu halda, məhz “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən təqdim olunmuş mütəxəssis arayışının mötəbər sübut qismində qiymətləndirməsini əsaslandırmamışdır. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə əsasən apellyasiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərl ə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli süb utu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə göstərilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(103)542/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelly asiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar