Məhkəmə qərarları › İş №2(103)-542/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-542/2021

11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-542/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-183/2020 02.03.2020-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASCin xeyrinə 2014-cü il 30 yanvar tarixli kredit müqaviləsi üzrə 49 780,60 manat əsas borc, 6881 manat faiz borcu, 28 488,40 manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən 24.09.2018-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6575,19 manat borc, ümumilikdə 91 725,19 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydiyyata alınması üçün ödənilmiş 60 manat rüsumun tutulması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,2 kv.m olan qeyri-yaşayış sahəsi (30 saylı aptek) və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,1 kv.m olan qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə yönəldilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il 30 yanvar tarixli 31-14AZN №-li kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-nin “Mərkəz” filialından illik 20%-lə 24 ay müddətinə 100 000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu,1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,2 kv.m olan qeyri-yaşayış sahəsi (30 saylı aptek) və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,1 kv.m olan qeyri-yaşayış sahəsi 2014-cü il 30 yanvar tarixli ipoteka müqavilələri ilə yüklü edilmiş, həmçinin Cavabdeh1 ilə 2014-cü il 30 yanvar tarixli zaminlik müqaviləsi bağlanmışdır, ipoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 30 yanvar tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 2.5-ci bəndinə əsasən bank ikiqat faizlə cərimə hesablayıb borcludan tələb edir. 2018-ci il sentyabrın 24-dək cavabdehlərin ləğv prosesində olan İddiaçı ASCyə 49780,60 manat əsas borc, 6 881 manat faiz borcu, 28 488,40 manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən 24.09.2018-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6 575,19 manat borc, ümumilikdə 91 725,19 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 27 dekabr tarixli 2- 1(103)- 3194/2017 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Göstərilənlərə əsasən Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 2014-cü il 30 yanvar tarixli kredit müqaviləsi üzrə 49 780,60 manat əsas borc, 6881 manat faiz borcu, 28 488,40 manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən 24.09.2018-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6575,19 manat borc, ümumilikdə 91 725,19 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydiyyata alınması üçün ödənilmiş 60 manat rüsumun tutulması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,2 kv.m olan qeyri-yaşayış sahəsi (30 saylı aptek) və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,1 kv.m olan qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə yönəldilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-183/2020 02.03.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 əsas borc üzrə 49780,6 manat, faiz borcu üzrə 6881 manat, cərimə borcu üzrə 500 manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, 60 (altmış) manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 57.251.6 manat məbləğində pulun alınaraq iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-yə verilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,2 kv.m olan qeyri-yaşayış sahəsinə (30 saylı aptek) yönəldilməsi, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,2 kv.m olan qeyri-yaşayış sahəsinin (30 saylı aptek) ilkin satış qiymətinin 127.000 manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh2na qaytarılması, iddia tələbinin qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməməsi, iİş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 295 manatın iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC və cavabdeh Cavabdeh2 birgə qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFTBİKCTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi, «xxxx» MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 600 manat məbləğində pulun iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC və cavabdeh Cavabdeh2 birgə qaydada tutularaq «xxxx» MMC-nin hesabına köçürülməsi qət edilmişdir (sədrlik edən: Rəşid Səmədov). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-183/2020 02.03.2020-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətləri və dəlilləri: İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə qətnaməsində qeyd edir ki, iddiaçı zaminə qarşı iddia tələblərini 1 il müddətində irəli sürməli idi, lakin iddia tələbi əsas öhdəliyin icra müddətinin başa çatdığı sonra irəli sürülmüşdür və bu arqumenti də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi ilə əsaslandırmışdır. Fləmin maddəyə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Tərəflər arasında bağlanılmış zaminlik müqaviləsinin müvafiq bəndinə əsasən müqavilə tərəflər öz öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Mülki Məcəllədə müqavilənin həm “müddəti”, həm də “qüvvədə olma müddəti” anlayışları fərqləndirilir. MM-nın 399.3-cü maddəsinə görə, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsinə əsasən müqavilə müddətinin bitməsi və əsas öhdəliyin icra anının başa çatmasından sonrakı bir il ərzində zaminə qarşı iddia qaldırılmaması zaminliyə xitam üçün əsas sayılmır. Eyni zamanda, digər ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən ümumi sahəsi 76.1 kv.m olan qeyri yaşayış sahəsinə tutma yönəltməməklə məhkəmə düzgün nəticəyə gəlməmişdir. Bununla cavabdehlərin məsuliyyətini yüngülləşdirməklə bankın mənafeyinə zərər vurmuşdur. Həmçinin qeyd etmək lazımdır ki, qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti də onun real dəyərindən xeyli yüksək qeyd edilmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdeh F.S.Ouliyev kredit müqaviləsi üzrə öhdəliyi tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidir. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, l-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,2 kv.m olan qeyri-yaşayış sahəsinə (30 saylı aptek) yönəldilməli, həmin əmlak açıq hərraca çıxarılaraq satılmalı, ilkin salış qiyməti 127.000 (bir yüz iyirmi yeddi min) manat məbləğində müəyyən edilməli, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ Cavabdeh2 qaytarılmalıdır. İşin faktiki hallarına əsasən, 2014-cü il 30 yanvar tarixli 31-14AZN №-li kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-nin “Mərkəz'' filialından illik 20%-lə 24 ay müddətinə 100 000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, l-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,2 kv.m olan qeyri yaşayış sahəsi (30 saylı aptek) və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,1 kv.m olan qeyri-yaşayış sahəsi 2014-cü il 30 yanvar tarixli ipoteka müqavilələri ilə yüklü edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi qətnaməsində digər mövqeyi ondan ibarət olmuşdur ki, "iş üzrə iddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin ərizəsinə gəldikdə isə qeyd olunmalıdır ki, tərəflər arasında 30.01.2014-cü i/ tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 30 yanvar 2016-cı il tarixdə bitmişdir. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia tələbi ilə 17 dekabr 2018-ci il tarixində məhkəməyə müraciət etmişdir. Beləliklə iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülməmişdir". 2014-cü il 30 yanvar tarixli 31-14AZN №-li kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-nin “Mərkəz” filialından illik 20%-lə 24 ay müddətinə 100.000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən, borc götürən hər ay mütəmadi olaraq həm əsas borcdan, həm də faizlərdən ödəniş etməli idi. İş materiallarından da göründüyü kimi, həmin kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən 2014-cü ilin fevral ayından başlayaraq hər ay kredit ödənişi edilmiş, sonuncu ödəniş 28.09.2015-ci il tarixdə həyata keçirilmişdir. Həmin müddətdən sonra heç bir ödəniş olunmamışdır. Bununla da "İddiaçı” ASC öz hüququnun pozulduğunu həmin vaxtdan, yəni 28.09.2015-ci il tarixdən bilirdi və ya bilməli idi. Lakin İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə yalnız 1 7.01.2019-cu il tarixdə, yəni 3 illik müqavilə tələbləri və vaxtaşırı icra edilməli olan öhdəliklər üzrə iddia müddətini 4 ay üzrsüz səbəbdən ötürməklə müraciət etmişdir. Beləliklə, hazırki iddia tələbi iddia müddətinin axımı başlandıqdan 3 ildən artıq müddət keçməsi səbəbindən, yəni iddia müddəti ötürüldüyündən tam rədd edilməlidir. Keçən müddət ərzində iddiaçı cavabdehlərə qarşı məhkəmədə iddia tələbi irəli sürməmiş və bununla da müddəti ötürmüşdür. İşə Nəsimi rayon Məhkəməsində baxılarkən iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə ilə müraciət edilsə də məhkəmə əsassız olaraq həmin ərizəni nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin tələbinə görə, Müqavilə tələbləri üzrə iddia müddəti üç il. daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsindən aydın olur ki. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizämlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddiaçı 28.09.2018-ci il tarixdən iddia müddətini ötürdüyündən hazırki sözügedən tələb üzrə mübahisəyə məhkəmə qaydasında baxıla bilməz. AR Konstitusiya Məhkəməsinin sözügedən Qərarında deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-cı il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. İddiaçının iddia ərizəsindən görünür ki, iddiaçı qanunvericiliyin tələblərinə əməl etməmiş, yaranmış mübahisənin həll edilməsini cavabdehdən vaxtında tələb etməmiş, bununla da qanunla müəyyən edilmiş iddia müddətini heç bir üzrlü səbəb olmadan ötürmüş və həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Bu isə iddia müddətinin ötürülməsini göstərir. İddia müddətinin ötürülməsi məhkəmə tərəfindən iddianın rədd edilməsi üçün əsas hesab edilə bilər. Hesab edirik ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilməli olduğu halda, məhkəmə tərəfindən əsassız və qanunsuz olaraq tətbiq edilməmişdir. Cavabdeh hesab edir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 183/2020 saylı, 02.03.2020-ci il tarixli qətnaməsi qismən, ‘'iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 əsas borc üzrə 49780.6 (qırx doqquz min yeddi yüz səksən manat, altmış qəpik) manat, faiz borcu üzrə 6881 (altı min səkkiz yüz səksən bir) manat, cərimə borcu üzrə 500 (beş yüz) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, 60 (altmış) manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 57.251.6 (əlli yeddi min iki yüz əlli bir manat, altmış qəpik) manat məbləğində pul alınaraq iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-yə verilməsi, Tutma ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu. 1-ci Zabrat qəsəbəsi. Babək küçəsi. 25 ünvanında yerləşən ümumi sahəsi 94.2 kv.m olan qeyri-yaşayış sahəsinə (30 saylı aptek) yönəldilməsi, Bakı şəhəri. Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi. 25 ünvanında yerləşən ümumi sahəsi 94,2 kv.m olan qeyri-yaşayış sahəsinin (30 saylı aptek) ilkin satış qiyməti 127.000 (bir yüz iyirmi min) manat müəyyən edilməklə.açıq hərracda satılması” hissəsində ləğv olunmalı, iddiaçının iddia tələbi tam rədd olunmalıdır. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan "İddiaçı" ASC ilə Cavabdeh2 arasında bağlanmış 30 yanvar 2014-cü il tarixli, 31-14saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 20 faiz olmaqla 100.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "İddiaçı" ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 30.01.2014-cü il tarixli, № ZM-2-31-14 AZN saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 borclu Cavabdeh2 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində kreditor zaminə qarşı iddia irəli sürülmədiyi halda xitam verilir. İş materiallarındakı ipoteka saxlayan "İddiaçı" ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 30 yanvar 2014-cü il tarixli, İP1 31-14saylı ipoteka müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1, ümumi sahəsi 76,1 kv.m olan qeyri-yaşayış sahəsi öhdəliklərin təminatı kimi "İddiaçı" KB ASC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 102.600 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarındakı ipoteka saxlayan "İddiaçı" ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 30 yanvar 2014-cü il tarixli, İP2 31-14saylı ipoteka müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 (30 saylı aptek), ümumi sahəsi 94,2 kv.m olan qeyri-yaşayış sahəsi öhdəliklərin təminatı kimi "İddiaçı" KB ASC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 127.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan "İddiaçı" ASC-nin Cavabdeh2 ünvanlanmış 20.10.2017-ci il tarixli «ipoteka predmetinə tutmanın yönəldilməsinə dair» bildirişdə qeyd olunmuşdur ki, borc öhdəliyi icra edilmədiyi halda ipoteka predmetinə qanunla müəyyən olunmuş qaydada tutma yönəldiləcəkdir. İş materiallarında olan "İddiaçı" ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanladığı 01.11.2017-ci il tarixli ərizəsindən görünür ki, bank Cavabdeh2 məxsus əmlakadair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. İşin materiallarındakı ləğv prosesində olan "İddiaçı" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh2 banka 49780,60 manat əsas borcu, 6881 manat faiz borcu, 28488,40 manat cərimə borcu, 6575,19 manat müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu olmaqla, cəmi 91725,19 manat məbləğində borcu vardır. İş materiallarında olan “xxxx” MMC-nin 30.05.2019-cu il tarixli, H/01- PLS saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 94,2 kv.m olan qeyri-yaşayış (aptek) sahəsinin bazar dəyəri 120.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 76,1 kv.m olan qeyri-yaşayış (yeməkxana) sahəsinin bazar dəyəri 95.000 manat təşkil edir. Ekspert tədqiqatının dəyəri 600 (altı yüz) manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11395 saylı, 31 oktyabr 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən borcalan Cavabdeh2 tərəfindən "İddiaçı" ASC-dən alınmış kredit vəsaiti üzrə 31.01.2016-cı il tarixə banka ödənilməli olan borcu, əsas borc üzrə 56.909,27 manat, faiz borcu üzrə 11.381,85 manat, cəmi 68.291,12 manat məbləğində olması müəyyən edilmiş, Cavabdeh2 ilə "İddiaçı" ASC arasında bağlanmış 31 yanvar 2014-cü il tarixli, 31-14 AZN saylı kredit müqaviləsi üzrə 31.01.2016cı il tarixdən 24.09.2018-ci il tarixədək (maliyyə arayışında göstərilən tarixə) kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh2 "İddiaçı" ASC-yə olan borcu 24.09.2018-ci il tarixə əsas borc üzrə 56.909,27 manat, faiz borcu üzrə 18.922,33 manat məbləğində olması müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31989 saylı, 21 yanvar 2020-ci il tarixli təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən borcalan Cavabdeh2 tərəfindən "İddiaçı" ASC-dən alınmış kredit vəsaiti üzrə 30.01.2016-cı il tarixə banka ödənilməli olan borcu əsas borc üzrə 49.909,27 manat, faiz borcu üzrə 10.876,85 manat məbləğində olması müəyyən edilmiş, iş materiallarında 30 yanvar 2014-cü il tarixli, 31-14 AZN saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh2 cərimə hesablanmamışdır. Ekspert tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat təşkil etmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan raşqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədəvəya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. Kollegiya iş materiallarına, apellyasiya şikayətlərinin dəlillərinə əsasən, qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutub, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı “xxxx” ASC tərəflər arasında olan müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək müqvilədə nəzərdə tutulmuş kredit məbləğini borcluya versə də, borclu Cavabdeh2 İddiaçı ASC ilə bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etməmiş, bununla da həm müqavilənin, həm də Mülki Məcəllənin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının 30.01.2014-cü il tarixli 31-14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 49780.6 manat, faiz borcuna görə 6881 manat, cərimə borcu üzrə 500 manat tələbini əsaslı hesab edərək təmin etmişdir. Kollegiya hesab edir ki, borc məbləği ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, ekspert rəyinə əsasən, 31.01.2016-cı il tarixə banka ödənilməli olan əsas borc üzrə 56.909,27 manat, faiz borcu üzrə 11.381,85 manat, cəmi 68.291,12 manat məbləğində olması müəyyən edilmiş, Cavabdeh2 ilə "İddiaçı" ASC arasında bağlanmış 31 yanvar 2014-cü il tarixli, 31-14 AZN saylı kredit müqaviləsi üzrə 31.01.2016-cı il tarixdən 24.09.2018-ci il tarixədək (maliyyə arayışında göstərilən tarixə) kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh2 "İddiaçı" ASC-yə olan borcu 24.09.2018-ci il tarixə əsas borc üzrə 56.909,27 manat, faiz borcu üzrə 18.922,33 manat məbləğində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31989 saylı, 21 yanvar 2020-ci il tarixli təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən borcalan Cavabdeh2 tərəfindən "İddiaçı" ASC-dən alınmış kredit vəsaiti üzrə 30.01.2016-cı il tarixə banka ödənilməli olan borcu əsas borc üzrə 49.909,27 manat, faiz borcu üzrə 10.876,85 manat məbləğində olması müəyyən edilmiş, iş materiallarında 30 yanvar 2014-cü il tarixli, 31-14 AZN saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh2 cərimə hesablanmamışdır. Qeyd edilənlərə əsasən, kollegiya qeyd edir ki, sonuncu ekspert rəyində cavabdehin banka 49.909,27 manat əsas, 10.876,85 manat faiz borcu qeyd olunduğu halda, iddia ərizəsində 49.780,60 manat əsas və 6881 manat faiz borcu tələb edilir. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbindən kənara çıxmayaraq, Cavabdeh2 iddia ərizəsində göstərilən məbləğdə, yəni 49.780,60 manat əsas və 6881 manat faiz borcunun tutulmasına dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə görə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya iddia tələbinin “müqavilənin bitdiyi tarixdən 24.09.2018-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6575,19 manat borc tutulması” hissəsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin edilməməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı həmin tələbinin əsaslı olmasını (həmin məbləğin necə hesablandığını) təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Kollegiya iddia tələbinin ipoteka predmeti ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, hazırki halda tərəflər arasında bağlanmış 30 yanvar 2014-cü il tarixli zaminlik müqaviləsində onun verilmə müddəti konkret təyin edildiyindən, həmin müddət qurtardıqda zaminlik müqaviləsinə xitam verilməlidir. Göründüyü kimi iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC cavabdehlərə qarşı kredit və zaminlik müqaviləsinin müddətinin bitdiyi 30.01.2016-cı il tarixdən bir il müddətində, yəni 30 yanvar 2017-ci ilə qədər məhkəmədə iddia qaldıra bilərdi, lakin iddiaçı müddəti ötürməklə, 17.12.2018-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, birinci instansiya məhkəməsi zaminliyiə xitam verməklə doğru nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kollegiya ipoteka predmeti ilə bağlı Mülki Məcəllənin müvafiq maddələrinə və “İpoteka haqqında” Qanuna istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması. Kollegiya ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin qiymətləndirilməsi məqsədilə qiymətləndirmə üzrə mütəxəssis cəlb etmiş və “xxxx” MMC tərəfindən ipoteka predmetlərinin bazar dəyəri müvafiq olaraq 120.000 manat və 95.000 manat müəyyən olunmuşdur. Kollegiya hesab edir ki, ipoteka predmeti ilə bağlı hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman ipoteka predmetinin bazar dəyəri və likvid dəyərinin müəyyən edilməsi məqsədilə “X2 Mərkəzi” MMC mütəxəssis qismində cəlb edilmişdir. Həmin mütəxəssis rəyinə əsasən, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 94.2 kv.m. olan qeyri-yaşayış sahəsinin (30 saylı aptek) bazar dəyəri 81.000 manat, likvid dəyəri 68.850 manat və Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 76.1 kv. m. olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 65.400 manat, likvid dəyəri isə 55.590 manat müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadına görə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Həmin qərardada görə, ...borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur.” Kollegiya sadalanan xüsusatlara əsasən hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti onun likvid qiymətinə əsasən müəyyən edilməlidir və hazırki iş üzrə ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 94.2 kv.m. olan qeyri-yaşayış sahəsinin (30 saylı aptek) ilkin satış qiyməti qiymətləndirmənin rəyində göstərilən likvid qiymət – 68.850 manat, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 76.1 kv. m. olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti isə qiymətləndirmənin rəyində göstərilən likvid qiymət – 55.590 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, kollegiya işin hallarını apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, sadalanan hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək ipoteka predmetlərinin ilkin satış qiyməti müvafiq olaraq 68.850 manat və 55.590 manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməlidir. Nəticə: Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətlərinin dəlillərini və işin hallarını nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 94.2 kv.m. olan qeyri-yaşayış sahəsinin (30 saylı aptek) ilkin satış qiymətinin 68.850 manat, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 76.1 kv. m. olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin isə 55.590 manat məbləğində müəyyən edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-183/2020 02.03.2020-ci il tarixli qətnaməsi Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 94.2 kv.m. olan qeyri-yaşayış sahəsinin (30 saylı aptek) və Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 76.1 kv. m. olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 94.2 kv.m. olan qeyri-yaşayış sahəsinin (30 saylı aptek) ilkin satış qiyməti 68.850 (altmış səkkiz min səkkiz yüz əlli) manat, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 76.1 kv. m. olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 55.590 (əlli beş min beş yüz doxsan) manat məbləğində müəyyən edilsin. Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Mütəxəssis rəyinin verilməsi üçün hesablanmış 200 (iki yüz) manat məbləğində pil vəsaiti Cavabdeh2 “X2 Mərkəzi” (icraçının VÖENİ: **********, hesablaşma hesabı: AZ75PAHA40060AZNHC********** Paşa Bank ASC, Kod: 505141, VÖEN: **********, S.W.İ.F.T BİK: PAHAAZ22, müxbir hesab: AZ82NABZ********************) MMC-nin xeyrinə tutulsun. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar