Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5071/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və cavabdeh2na qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Şəki şəhər İcra Hakimiyyəti və Şəki “Yuxarı Baş” X12 Qoruğu cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: Tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və cavabdeh2na qarşı qeyriqanuni inşa edilmiş tikililərin sökülməsi və zəbt olunmuş ərazinin qaytarılması (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Şəki şəhər İcra Hakimiyyəti və Şəki “Yuxarı Baş” X12 Qoruğu cəlb edilməklə) tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-571/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər qonşu olmaqla iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 2nda, cavabdehlər Cavabdeh1 və cavabdeh2 isə Şəki şəhəri M.S.ünvan 3rləşən fərdi yaşayış evində yaşayırlar. Onların həyətlərini dəmirdən olan sərhəd hasarı ayırır.
2. İddiaçılar həyətyanı sahələri ayıran hasarın onların həyətinin bir hissəsinin zəbt olunması ilə çəkildiyini, cavabdehlər tərəfindən öz lərinin yaşadıqları həyətyanı sahədə sərhədd hasarına yaxın məsafədə tikilinin inşa edildiyini, cavabdehlərin yaşadıqları evin həyətinin yol tərəfə baxan hissəsində daş hasarın üzərində mişar daşından artırmaların aparıldığını, eyni zamanda onların həyətinə müdaxilə edilməklə cavabdehlər tərəfindən hamam tikilisinin inşa edildiyini göstərərək həmin tikililərin sökülməsini tələb edirlər.
3. Cavabdeh tərəf isə iddiaçıların sökülməsini tələb etdiyi tikililərin öz həyətlərində inşa edildiyini, iddiaçılara məxsus heç bir torpaq sahəsinin zəbt edilmədiyini, yaşadıqları həyətdə inşa edilmiş tikililərin saxlanılmasının iddiaçılara heç bir maneçilik törətmədiyini əsas gətirərək iddianı qəbul etməmişlər
4. DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 10 fevral 2012-ci il tarixdə verilmiş MA seriyalı **** *** nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,1156 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 216,8 kvadrat metr olan fərdi yaşayış evi və 74,2 kvadrat metr həyətdəki tikililərin sahəsi olan daşınmaz əmlak İddiaçı1 mülkiyyətindədir. 5. 13 iyun 1978-ci il tarixdə verilmiş torpaq qeydinə əsasən, Şəki şəhəri ünvan 3rləşən daşınmaz əmlakın 1/3 hissəsi X6, 1/3 hissəsi X3, 1/3 hissəsi isə X4 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunların pozulması ilə inşa etdikləri tikililərin özlərinin hesabına sökülməsi ilə zəbt etdikləri ərazini qaytarmaları və dövlət rüsumunu geri ödə mələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırmışdır ki, ünvan ünvanında yerləşən, cavabdehlərin yaşadıqları fərdi yaşayış evi onun yaşadığı, İddiaçı1 mülkiyyətində olan ünvan 2nda yerləşən fərdi yaşayış evi ilə çəpər qonşuluğu təşkil edir. Onların yaşadığı ünvan 2nda yerləşən fərdi yaşayış evinin 254 yaşı vardır. Cavabdehlərin yaşadıqları Şəki şəhəri M.S.ünvan 3rləşən fərdi yaşayış evi isə 1938-ci ildə inşa edilmişdir. Cavabdehlərdən Cavabdeh1 1970-ci illərdən, digər cavabdeh X7 isə 1980-cı illərdən Şəki şəhəri M.S.ünvan 3rləşən fərdi yaşayış evində yaşamaqdadırlar. ünvan 2nda yerləşən fərdi yaşayış evinin həyətini Şəki şəhəri M.S.ünvan 3rləşən evin həyətindən əvvəllər ağacdan düzəldilmiş hasar ayırsa da sonradan 1970-ci illərdə ağac hasarın yerində dəmir hasar quraşdırılmışdır. Həmçinin tarixini dəqiq bilmədiyi vaxtda hasara dəmir lövhə əlavə edilmişdir. Onların olmadıqları dövrdə, yəni 1993-2006-cı illər ərzində cavabdehlərin yaşadıqları ünvandan, həyətyanı sahədən sərhəd hasarına bitişik şəkildə tikili inşa edilmişdir. Cavabdehlərin həyətindəki hamam tikilisi də onların evdə olmadıqları dövrdə, yəni 1993-2006-cı illər aralığında cavabdehlər sərhəd hasarına bitişik şəkildə inşa edilmişdir. Həmçinin 2018-ci ildə cavabdehlər tərəfindən hazırda mübahisələndirdiyi cavabdehlərin evinin 2-ci mərtəbəsində olan hamamı inşa etməyə başlamışlar və yol istiqamətində inşa edilmiş daş hasarın üzərinə mişar daşından artırmalar etmişlər. Onlar cavabdehlərdən Cavabdeh1 2018-ci ildə inşa edilən hamamın onların həyətində olduğunu bildirsələr də bunun nəticəsi olmamış və bu səbəbdən də Şəki "Yuxarı Baş" X12 qoruğu”na, Şəki Səhər-Rayon Polis Şöbəsinə və Şəki Şəhər İcra Hakimiyyətinin Başçısına müraciətlər ünvanlamışlar. Həmin təşkilatların əməkdaşları tərəfindən yerində baxış keçirilmiş, iş üzrə cavabdehlərlə söhbətlər aparılmış, lakin bu da müsbət nəticəsini verməmişdir. Həmçinin cavabdehlərdən Cavabdeh1 ona söz vermişdir ki, həyətdəki sərhəd hasarının onların tərəfinə əyilən hissəsini düzəldəcəkdir. Yəni sərhəd hasarını onların ünvanının zəbt edilmiş hissəsindən kənarlaşdırılacağına söz versə də, cavabdeh bu vədinə əməl etməmişdir.
8. Cavabdeh cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh1 onun anasıdır. O, anadan olduğu 1987-ci ildən Şəki şəhəri M.S.ünvan 3rləşən fərdi yaşayış evində yaşasa da, anası XXX 53 ildir ki, həmin evdə yaşamaqdadır. Onun yaşadığı Şəki şəhəri M.S.ünvan 3rləşən fərdi yaşayış evi 1930-cu illərdən daha əvvəlki dövrdə inşa edilmişdir. İş üzrə iddiaçıların yaşadıqları ünvan 2nda yerləşən fərdi yaşayış evinin həyəti ilə onların yaşadıqları Şəki şəhəri M.S.ünvan 3rləşən fərdi yaşayış evinin həyətini ayıran dəmir hasar bundan təxminən 70 il əvvəl çəkilmişdir. Dəmir hasarın altında beton bünövrə də vardır. Həyətdə yerləşən sərhəd hasarına yaxın şəkildə quraşdırılmış hamam bundan təxminən 40 il əvvəl inşa edilmişdir. İddiaçıların mübahisələndirdikləri evin ikinci mərtəbəsində yerləşən hamam tikilisi isə 2017-ci ildə köhnə mətbəxin üzərində inşa edilmişdir. Belə ki, 2017-ci ildə hamam tiklisi inşa edilməm işdən əvvəl iddiaçılarla həyətlərini ayıran sərhəd hasarından 10-15 sm aralı şəkildə tumbalar quraşdırılmış və onların üzərində hamam inşa edilmişdir. 2017-ci ildə onlar hamam inşa etdirdikdə İddiaçı2 şikayəti ilə əraziyə Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki Səhər-Rayon Polis Şöbəsinin nümayəndələri gəlib baxış keçirmişlər. Həmin vaxt İddiaçı2 tikinti işlərinin davam etdirilməsinə etiraz etməmişdir. Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki Səhər-Rayon Polis Şöbəsinin nümayəndələrinin də etirazları olmadığından onlar hamam tikilisinin inşasını başa çatdırmışlar. Yol tərəfə baxan sərhəd hasarın üzərindəki mişar daşından olan artırmanı isə onlar 2020-ci ilin əvvəllərində inşa etdirmişlər. Bir sözlə onların apardıqları tikinti işləri öz həyətlərinin daxilində yerləşməklə iddiaçıların heç bir h üquqlarını pozmur.
9. Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2020-ci il tarixli, 413 nömrəli mütəxəssis rəyinə əsasən, ünvan 2nda yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 qonşuluğunda sərhəd hasarının yanında cavabdehlər Cavabdeh1 və X7 tərəfindən inşa edilən 0,8 m hündürlüyündə, 5,8 m uzunluğunda olan hasar tikilisi Şəhərsalma Məcəlləsinin 73.1-ci və 73.2-ci maddəsinə əsasən tikinti norma və qaydalarının tələblərinə uyğun inşa edilmişdir. Mübahisəıləndirilən tikililərin saxlanılması iddiaçılar İddiaçı1 və İddiaçı2 hüquqlarını həyata keçirtməsinə texniki cəhətdən heç bir maneçilik törətmir. ünvan 2nda yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan torpaq sahəsi qonşu torpaq sahəsini ayıran ortaq hasarın çəkilməsi nəticəsində iddiaçıların torpaq sahələrinin hər han sı bir hissəsi zəbt edilməmişdir.
10. X2 17 may 2021-ci il tarixli, 166 nömrəli mütəxəssis rəyinə əsasən, ünvan 2nda yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 qonşuluğunda sərhədd hasarının yanında cavabdehlər Cavabdeh1 və X7 tərəfindən inşa edilmiş tikinti-quraşdırma işlərinin, yəni Cavabdeh1 və X1 həmin ünvanda yaşadıqları evə bitişik hamam tikilisinin inşası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın və Şəhərsalma Məcəlləsinin 71-ci və 72-ci maddələrinin tələblərinə uyğun deyildir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 10/3726 nömrəli ekspert rəyinə əsasən, ünvan 2nda sərhəd hasarının yanında cavabdehlər tərəfindən inşa edilmiş tikilinin (saxlanc yeri) inşası zamanı Azərbaycan Respublikası Şəhərsalma Məcəlləsinin müvafiq bəndlərinə əsasən ara məsafəsinin saxlanılması zəruri deyildir. Lakin cavabeh tərəfindən inşa olunmuş hamam tikilisi Azərbaycan Respublikası Şəhərsalma Məcəlləsinin 72-ci maddəsinin tələblərinə uyğun deyildir. Qərardadın 2-ci sualının cavablandırılması ekspertin səllahiyyətləri xaricində olduğundan həmin sual üzrə tədqiqat aparılmamışdır. Şəki şəhəri M.S.ünvan 6 ünvanında yerləşən hasar tikilisinin inşası zamanı tikinti norma və qaydalarına riayət edildiyi müəyyən olunur. 02 avqust 2021-ci il tarixli ekspert vəsatətində qeyd olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq mütəxəssis rəyi mərkəzə təqdim edilmədiyindən qərardadın 4-cü sualının cavablandırılması mümkün olmamışdır.
12. Şəki Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tаrixli, 2(075)-8/2022 saylı qətnaməsi (hakim Elçin Mehdiyev) ilə iddia rədd edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ekspertiza tədqiqatı zamanı cavabeh tərəfindən inşa olunmuş hamam tikilisinin Azərbaycan Respublikası Şəhərsalma Məcəlləsinin 72-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilsə də, iddiaçıların sökülməsini tələb etdiyi digər tikililərin inşasında ekspert tərəfindən qanunvericiliyin tələblər inin pozulması, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin hər hansı bir hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsi halı müəyyən edilməmişdir. Eyni zamanda iddiaçılar iddia ərizəsində, həmçinin İddiaçı2 məhkəmə iclasında verdiyi izahatında digər tikililərlə yanaşı hamam tikilisinin də sökülməsini tələb etmələrinə baxmayaraq hamamın saxlanılmasının iddiaçılara yaşadıqları ünvanda öz hüquqlarını həyata keçirmələrinə maneçilik törətməsi halı da müəyyən edilməmişdir.
14. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, cavabdehlərin inşa etdiyi hamam tikilisi və yaxud da onun hər hansı bir hissəsi iddiaçıların mülkiyyətində olan həyətyanı torpaq sahəsində deyil, məhz cavabdehlərin istifadəsində olan torpaq sahəsində inşa edilmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdehlərin yaşadıqlar ı evin həyətində inşa etdirdikləri tikililər iddiaçların hüquqlarını hər hansı bir şəkildə pozmur.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 170.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı2 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən ekspertizanın rəyi ilə razılaşmadığından, 4.11.2020-ci il tarixində iş üzrə İddiaçı2, xx.xx.2021-ci il tarixində isə, iş üzrə İddiaçı1 tərəfindən məhkəməyə, rəyə hüquqi cəhətdən əsaslandırılmış etira z ünvanlanmış və qarşısında əvvəlki suallarla birgə, uyğun əlavə sualların da qoyulması ilə, təkrar ekspertizanın keçirilməsinə dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Qətnamənin işə aid sənədlərə dair hissəsində, qeyd edilir “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3726 saylı rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli ekspert vəsatətində qeyd olunan Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq mütəxəssis rəyi mərkəzə təqdim edilmədiyindən qərardadın 4-cü sualının cavablandırılması mümkün olmamışdır”. Rəydə qeyd edilən 4-cü sual, iki qonşu arasındakı çəpərin çəkilməsi ilə, hansısa tərəfin torpaq sahəsinin zəbt edilməsinin araşdırılmasına aid idi ki, onlar tərəfindən ƏMDX-dən, müvafiq mütəxəssis rəyinin alınması üç ün, qurumun 12 saylı Şəki Ərazi İdarəsinin Kadastr Xidmətinə etdikləri rəsmi sorğuya, qeyd edilən qurumdan rəsmi şəkildə - mütəxəssis rəyinin ancaq məhkəmənin sorğusu ilə verilə biləcəyi bildirilmiş və onlar tərəfindən həmin cavab məhkəməyə təqdim edilməklə və əlavə vəsatətlə, həmin quruma mütəxəssis rəyinin verilməsi üçün sorğu göndərilməsinə dair qərardad qəbul edilməsi üzrə etdiyi müraciət təmin edilməmişdir. Tərəflər arasında olan ortaq qonşu çəpərin çəkilməsi ilə, qonşulardan birinin digərinin torpaq sahəsini zəbt edib-etməməsi, məhkəmə tərəfindən tam araşdırılmamış, MEM xx.xx.2020-ci il tarixli, 413 saylı rəyini qeyd edilənlərlə əsaslandırılmaması və rəyə qarşı verilmiş etirazın təmin edilməməsi ilə, rəydə “torpaq sahəsinin zəbt edilməməsi” müddəasının hansı sənədə və yaxud hansı əsa sa söykəndiyi qeyd edilməmişdir. Həm də, işə əlavə edilmiş sənədlərdən görünür ki, ƏMDK yanında DƏKÜRX, MPM-nin 139.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq, yerində müayinənin vaxtı və yeri barədə məhkəmənin məktubunda məlumatın göstərilməməsi, qərardadın və daşınmaz əmlaka dair hüquq müəyyənedici və texniki sənədlərin rəsmi surətdə təqdim olunmaması səbəbindən, ortaq çəpərin çəkilməsi nəticəsində, tərəflərin birinin digərinə məxsus torpaq sahəsini zəbt edib-etməmələrinin araşdırılması üçün, tədqiqat obyektinə baxış keçirilməsinin mümkün olmamasına dair, xx.xx.2021-ci il tarixli məktubu ilə məhkəməni məlumatlandırmışdır. Bundan əlavə, eyni sualın cavablandırılması, MEM-nin keçirdiyi, xx.xx.2021-ci il tarixli ekspertizasında da, eyni səbəblər ucbatından mümkün olmamışdır ki, bu barədə MEM iş üzrə məhkəməyə sənədlərin təqdim edilməsinə dair əlavə vəsatətlə müraciət etmiş, vəsatətin təmin edilməməsi səbəbindən, qeyd edilən mübahisə ilə bağlı ekspertizanın keçirilməsindən imtina edilmişdir. Qeyd edilənlərlə yanaşı, işə əlavə edilmiş, MEM-nin xx.xx.2021-ci il tarixli, 166 saylı rəyi ilə təsdiq edilir ki, ünvan 7 ünvanında yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 qonşuluğunda sərhəd hasarının yanında, cavabdehlər inşa edilmiş tikinti-quraşdırma işlərinin, yəni cavabdehlərin həmin ünvanda yaşadıqları evə bitişik hamam tikilisinin inşası NK-nin xx.xx.2000-ci il tarixli 160 saylı Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər e dilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”-nın və Şəhərsalma Məcəlləsinin 71-ci və 72-ci maddələrinin tələblərinə uyğun deyildir”. Bütün qeyd edilənlərdən əlavə, AR İİN tabeliyində ƏMDXD-nin və yaxud həmin qurumun 12 saylı Şəki Əİ-nin, DƏKÜRX-nin mütəxəssislərinin cəlb edilməsi ilə, tərəflərə məxsus torpaq sahələrini bir-birindən ayıran ortaq çəpərin çəkilməsi nəticəsində, birinin digərinin torpaq sahəsini zəbt edib-etməməsinin araşdırılması məqsədi ilə, təkrar Məhkəmə Tikinti Texniki Ekspertizasının təyin edilməsinə dair qərar qəbul edilməsi ilə bağlı, onlar tərəfindən verilmiş vəsatətin, elektron qaydada deyil, kağız daşıyıcıda təqdim edilməsi əsas göstərilməklə geri qaytarılmasına dair qərardad qəbul edilmişdir.
18. İddiaçı1 eyni məzmunlu apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi ilə iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-571/2022 nömrəli iş üzrə 19 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Ayaz Mahmudov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, ekspertiza tədqiqatı zamanı cavabdeh tərəfindən inşa olunmuş hamam tikilisinin Azərbay can Respublikası Şəhərsalma Məcəlləsinin 72-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilsə də, iddiaçıların sökülməsini tələb etdiyi digər tikililərin inşasında ekspert tərəfindən qanunvericiliyin tələblərinin pozulması, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin hər hansı bir hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsi halı müəyyən edilməmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqata təqdim olunmuş materiallar əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçılar bununla bağlı sübutlar təqdim etməmişdir.
21. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 noyabr 2021-ci il tarixli rəyi ilə ünvan 2nda sərhəd hasarının tikilisi zaman ı tikinti norma və qaydalarına riayət edildiyi müəyyən olunur. Göründüyü kimi iddiaçıların vermiş olduğu apellyasiya şikayətlərinin dəlilləri işin faktiki hallarına uyğun olmamaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 152.4, 157.4, 170.1, 170.2, 171.1, 171.2, 172.2, 180.4, 560.1, 560.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 101.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.
24. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İşə baxılarkən mütəxəssis rəyinin ancaq məhkəmənin sorğusu ilə verilə biləcəyi bildirilmiş və tərəfimizdən həmin cavab məhkəməyə təqdim edilməklə və əlavə vəsatətlə, ƏMDX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Kadastr Xidmətinə, mütəxəssis rəyinin verilməsi üçün sorğu göndərilməsinə dair qərardad qəbul edilməsi üzrə etdikləri müraciət hər iki instansiya tərəfindən təmin edilməmişdir. İşin düzgün həlli üçün təyin edilməsi tələb edilən ekspertizanın təyin edilməsi rədd edilmiş və bununla da, məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxması mümkün olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
27. Maddə 152.4. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
29. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
30. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxu ların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
31. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
32. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
33. Maddə 172.2. Torpaq sahəsinin mül kiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər.
34. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
35. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
36. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə eti barsızdır. Mülki Prosessual Məcəllə
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 101.3. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəti cələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
45. Maddə 418.3. Prosessual hüquq normalarının p ozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətn amə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
49. Qeyd olunur ki, işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması hazırkı icraatın baxış predmeti ola bilməz. Kassasiya instansiyası məhkəməs i işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır.
50. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
51. İşdə bir neçə ekspertiza rəyləri var. Beləki, Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2020-ci il tarixli, 413 nömrəli mütəxəssis rəyinə əsasən, ünvan 8nında yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 qonşuluğunda sərhəd hasarının yanında cavabdehlər Cavabdeh1 və X7 tərəfindən inşa edilən 0,8 m hündürlüyündə, 5,8 m uzunluğunda olan hasar tikilisi Şəhərsalma Məcəlləsinin 73.1-ci və 73.2-ci maddəsinə əsasən tikinti norma və qaydalarının tələblərinə uyğun inşa edilmişdir. Mübahisələndirilən tikililərin saxlanılması iddiaçılar İddiaçı1 və İddiaçı2 hüquqlarını həyata keçirtməsinə texniki cəhətdən heç bir maneçilik törətmir. ünvan 8nında yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətin də olan torpaq sahəsi qonşu torpaq sahəsini ayıran ortaq hasarın çəkilməsi nəticəsində iddiaçıların torpaq sahələrinin hər hansı bir hissəsi zəbt edilməmişdir.
52. X2 17 may 2021-ci il tarixli, 166 nömrəli mütəxəssis rəyinə əsasən, ünvan 8nında yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 qonşuluğunda sərhəd hasarının yanında cavabdehlər Cavabdeh1 və X7 tərəfindən inşa edilmiş tikinti-quraşdırma işlərinin, yəni Cavabdeh1 və X1 həmin ünvanda yaşadıqları evə bitişik hamam tikilisinin inşası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçıl arla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın və Şəhərsalma Məcəlləsinin 71-ci və 72-ci maddələrinin tələblərinə uyğun deyildir.
53. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 10/3726 nömrəli ekspert rəyinə əsasən, ünvan 8nında sərhəd hasarının yanında cavabdehlər tərəfindən inşa edilmiş tikilinin (saxlanc yeri) inşası zamanı Azərbaycan Respublikası Şəhərsalma Məcəlləsinin müvafiq bəndlərinə əsasən ara məsafəsinin saxlanılması zəruri deyildir. Lakin cavabeh tərəfindən inşa olunmuş hamam tikilisi Azərbaycan Respublikası Şəhərsalma Məcəlləsinin 72-ci maddəsinin tələblərinə uyğun deyildir. Qərardadın 2-ci sualının cavablandırılması ekspertin səllahiyyətləri xaricində olduğundan həm in sual üzrə tədqiqat aparılmamışdır. Şəki şəhəri M.S.ünvan 6 ünvanında yerləşən hasar tikilisinin inşası zamanı tikinti norma və qaydalarına riayət edildiyi müəyyən olunur. 02 avqust 2021-ci il tarixli ekspert vəsatətində qeyd olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq mütəxəssis rəyi mərkəzə təqdim edilmədiyindən qərardadın 4-cü sualının cavablandırılması mümkün olmamışdır.
54. İddiaçı özü iddia ərizəsində etiraf edir ki, cavabdehlərdən Cavabdeh1 1970-ci illərdən, digər cavabdeh X7 isə 1980-cı illərdən Şəki şəhəri, M.S.ünvan 9 yerləşən fərdi yaşayış evində yaşamaqdadırlar. ünvan 8nında yerləşən fərdi yaşayış evinin həyətini Şəki şəhəri, M.S.ünvan 9 yerləşən evin həyətindən əvvəllər ağacdan düzəldilmiş hasar ayırsa da sonradan 1970-ci illərdə ağac hasarın yerində dəmir hasar quraşdırılmışdır. Onların olmadıqları dövrdə, yəni 1993-2006-cı illər ərzində cavabdehlərin yaşadıqları ünvandan, həyətyanı sahədən sərhəd hasarına bitişik şəkildə tikili inşa edilmişdir. Cavabdehlərin həyətindəki hamam tikilisi də onların evdə olmadıqları dövrdə, yəni 1993-2006-cı illər aralığında cavabdehlər sərhəd hasarına bitişik şəkildə inşa edilmişdir. Həmçinin 2018-ci ildə cavabdehlər tərəfindən hazırda mübahisələndirdiyi cavabdehlərin evinin 2-ci mərtəbəsində olan hamamı inşa etməyə başlamışlar və yol istiqamətində inşa edilmiş daş hasarın üzərinə mişar daşından artırmalar etmişlər.
55. Göründüyü kimi iddiaçılar hələ özlərinin deməsinə görə 1970-ci ildə inşa edilmiş hasarın sökülməsini tələb edir, cavabdehlərin öz həyətində inşa et diyi tikililərin sökülməsini tələb edirlər.
56. Yuxarıda qeyd olunan ekspertizha rəyləri ilə müəyyən edilmişdir ki, ünvan 8nında sərhəd hasarının yanında cavabdehlər tərəfindən inşa edilmiş tikilinin (saxlanc yeri) inşası zamanı Azərbaycan Respublikası Şəhərsalma Məcəlləsinin müvafiq bəndlərinə əsasən ara məsafəsinin saxlanılması zəruri deyildir. Eyni zamanda tərəflərə məxsus torpaq sahəsini ayıran sərhəddə 50 ildən artıq müddət əvvəl (iddiaçıların deməsinə görə, cavabdehlər hasarın daha artıq müddət əvvəl inşa edildiyini bildirirlər) hasar inşa edilərkən iddiaçılara məxsus torpaq sahəsinin zəbt edilməsi məsələsinin irəli sürülməsi əsaslandırılmamışdır.
57. Bundan başqa, cavabdehlərin inşa etdiyi yeganə tikili-hamamın inşası ilə bağlı lazımi icazə alınmadığı ekspertiza rəylərində təsdiq ol unmuşdur. Lakin, həmin tikilinin iddiaçıların hansı hüquqlarını pozması əsaslandırılmayıb. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, həmin tikili onların mənafeyinə zidd deyil, hüquqlarını pozmur. Qətnamədən belə qənaət hasil olur ki, qeyd olunan tikili müvafiq icazə alınmadan inşa edilmişdirsə, onun sökülməsini həmin tikilinin inşasına icazə verən orqan (müvafiq icra hakimiyyəti orqanı) tələb edə bilər.
58. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun mə hkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (37-38&).
59. İş üzrə təkrar ekspertiza təyin olunması ilə bağlı kollegiya qeyd edir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (MPM-nin 103.1 maddəsi). Təkrar ekspertizanın keçirilməsinin əsasları prosessual qanunveriiliklə müəyyən edilir. Beləki, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-nin 102.2. maddəsi)
60. İşdə qeyd olunan normadakı əsasdardan hər-hansı biri olmadığı üçün iş üzrə təkrar ekspertiza keçirilməsinə zərurət olmamışdır. 6
1. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçı tərəf ona məxsus olan torpaq sahəsinin zəbt olunmasını israr edirsə, ilk növbədə özünə məxsus olan torpaq sahəsinin kordinatlarını məhkəməyə təqdim etməli (çünki deməsinə görə onların yaşadığı ünvan 8nında yerləşən fərdi yaşayış evinin 254 yaşı vardır) və həmin kordinatlar əsasında əlavə sübutlar tələb etmədən torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyənləşdirmək ekspert üçün çətinlik törətməməlidir. Tələb olunan torpaq sahəsinin iddiaçılara aid olması halını ilk növbədə iddiaçılar sübut etməlidir. Bu hal öz təsdiqini tapdıqdan sonra həmin torpaq sahəsinin cavabdehlər və yaxud qeyriləri tərəfindən zəbt olunub-olunmaması məsələsi həll edilə bilər.
62. Nəzərə almaq lazımdır ki, işə baxılan vaxt qüvvədə olan prosessal qanunvericiliyin tələb lərinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə verilməlidir (MPM-in 76-cı maddəsi).
63. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi sübutetmə yükü ilə bağlı vəzifəni tərəflər arasında düzgün bölüşqdürmüş və onların təqdim etdiyi işdə olan sübutlara MPM-in 88-ci maddəsinə əsasən düzgün qiymət vermişdir. 64. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçıların kassasiya şikayətləri təmin edilməsin. Həmin iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-571/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiy