Məhkəmə qərarları › İş №2(102)-5075/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5075/2021

10.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5075/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə, maneçiliyə son qoyulması və s. tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı2, onun və digər İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq mə hkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 05 yanvar 1951-ci il tarixdə x oğlu ilə nikaha girmişdir. İddiaçı1 övladları ilə və onların ailə üzvləri ilə əri tərəfindən tikilmiş ünvan 1 ünvanında yaşamışdır. O, davamlı olaraq həmin ünvanda yaşamışdır.

2. İddiaçı1 bildirir ki, cavabdeh onu və digər övladı İddiaçı2 yaşadığı evdən məcburi çıxartmışdır. ünvan 1 ünvanı onun yeganə yaşayış yeridir. Uzun illərdi yaşadıqları və övladları ilə birlikdə qeydiyyatda olduqları evdən başqa yaşayış yeri yoxdur. Ona görə də, iddiaçılar evə köçürmə və digər tələblərlə məhkəməyə müraciət etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məh kəməsinə müraciət edərək, İddiaçı1 və İddiaçı2 pasport qeydiyyatında olmaqla yaşadığı, sahibliyində və istifadəsində olan x evə köçürülməyi Cavabdeh özbaşına hərəkətlərinə son qoyulması və cavabdeh tərəfindən zəbt olunmuş dəhlizin boşaldılaraq onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı1 1933-cü ildə İsmayıllı rayonunda Ağbulaq kəndində anadan olub. 88 yaşı var, xəstə, qoca köməksiz qadındır. 05 yanvar 1951-ci ildə İsmayıllı rayonunun Həftəsiyab kənd sakini 1926-cı ildə anadan olmuş, mərhum x oğlu ilə rəsmi nikaha girib ailə həyatı qurmuşdur. Bu nikahdan yeddi övladı 3 oğlan 4 qız anadan olmuşdur. 20 sentyabr 2005-ci ildə həyat yoldaşı x oğlu kəskin ürək çatışmamazlığından Bakı şəhərində dünyasını dəyişmişdir. Həm in vaxtdan iddiaçını xx xxxx 1967-ci ildə anadan olmuş hazırda da iddiaçı ilə yaşayan qızı x saxlayır və qayğısına qalır. İddiaçı göstərilən evdə 1951-ci ildən ailə üzvləri ilə yaşayır. 1972-ci ildən yaşadığı evə AR Kommunal Təsərrüfatı Nazirliyi X3 tərəfindən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid" pasport verilmişdir. İddiaçı 1987-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Çermet qəsəbəsi, (keçmiş 16 Zavaqzalnaya küçəsi) hazırkı x evdə 86,4 kv.metr olan 5 otaqdan ibarət əlavə mənzili tikmiş və pasportda qeydə aldırmışdır. Yeddi övladlarından yaşadığı həyətdə iddiaçı ilə oğlu x, x, x, qızları x, x və x yaşayırlar. Hər birinin ayrıca öz evləri vardır. İddiaçının qızı xla 3 otaqdan və bir dəhlizdən ibarət evdə yaşayır. Oğlu x da özünə məxsus İ ot aq evi də ona vermişdir. Oğlu x 3 otaqdan, ayrca mətbəx və sanuzeldən ibarət evdə özü, həyat yoldaşı, qızı və oğlu ilə yaşayır. Qızı yəni nəvəsi x karate ilə məşğul olur, iddiaçını döyüb işgəncələr verərək xəsarət yetirmişdir və bununla Nərimanov RPİ-nin 17-ci PB-də araşdırma olmuşdur. xın qızı xnin hərəkətləri cəzasız qaldığından onlar azğınlaşaraq iddiaçının evinin qapısını şrupla bağlayaraq 1 ilə yaxındır ki, iddiaçını və qızı xı evə buraxmırlar. Məcbur olaraq qorxudan evə gedə bilmir ki, iddiaçını öldürərlər. Polislər də deyir ki, məhkəməlikdir. Hazırda 88 yaşında, taqətdən düşmüş, özünü sərbəst dolandıra bilməyən, əsəb gərginliyindən əziyyət çəkən, köməksiz halda sərbəst heç bir hərəkət edə bilməyən ananı və onunla yaşayan, ona qulluq edən qızını X6 doğma qardaşı evinə buraxmadığı üçü n məcbur olub onun-bunun qapısında kirayə qalmağa məhkum olmuşlar. Məqsəd birdir. Belə ki, 1971-ci ildə anadan olmuş oğlu Cavabdeh ona zülümlər verərək iddiaçını öldürmək və otaqlarını ələ keçirmək...Bütün bu hadisələr iddiaçının əziyyətini çəkən xx xxxx 1967-ci ildə anadan olmuş qızı xın adına 07 noyabr 2018-ci il tarixində 9 saylı notariat kontorunda vəsiyyətnamə yazandan sonra başlamışdır. Rəhmətlik həyat yoldaşı xsağ ikən evin 1 otağını Cavabdeh ailəsi ilə birlikdə yaşamaq üçün vermişdir, onlar şərait yaratmışlar ki, o, həmin otağı söküb genişləndirmiş, təmir işləri aparmış, 3 otaq etmiş, evini həyət tərəfindən daş hasarla bölərək özünə ayrıca giriş qapısı açmışdır. Onun mənzillərin giriş-çıxış qapıları həm həyətə, həm də dəhlizə açılır. Onun dəhlizdən istifadə etməsinə zərurət yoxdur, çünki o dəhliz iddiaçınındır və köhnədən qapı olduğu üçün o bu fürsətdən istifadə edərək əşyalarını oraya yığmış və oradan iddiaçının otaqlarına soxularaq iddiaçıya təzyiq, işgəncələr verir. Baxmayaraq ki, onun yaşadığı mənzilə ayrıca həyətdən açılan qapısı vardır və həmin qapıdan istifadə edir. Lakin iddiaçının dəhlizinə olan əşyalarını-yorğan döşəyini və s. yığaraq açıq saxlayır ki, heç bir bacı-qardaşı, habelə yanına gəlmək istəyən digər qohum-qonşunu səs-küy salaraq söyüb təhqir etsin və yanına buraxmasın. Evinin elektrik sayğacını aparıb öz həyətində qoyub tez-tez söndürməklə iddiaçını qaranlıqda saxlayır. Bütün bunlarda məqsədi öz doğma anasını- iddiaçını stres vəziyyətinə gətirib öldürməkdir. O, bu vasitə ilə iddiaçıya təzyiqlər edir, döyür, söyür, təhqir edir. Dəfələrlə polisdə şikayətləri olmuşdur. Məhkəmə mübahisələri olmuşdur. İddiaçının otaqlarının qapısı hazırda anasına qarşı cəllad kəsilmiş Cavabdeh tərəfındən şruplanmışdır və evinə daxil ola bilmir, evə girişinə bu yolla oğlu x tərəfindən məhdudiyyət qoyulmuşdur. İddiaçı yaşlı adamdır, el içində onu hörmətsiz etmişdir. Evə getsə, döyəcəklər, söyüb təhqir edəcəklər, sürüyüb küçəyə atacaqlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda bütün pal-paltar, ev əşyaları evində qalmışdır, lakin öz evinə girə bilmir. Ona görə də otağı boşaldıb iddiaçıya təhvil verilməsə, evinə köçürülməsə iddiaçı küçələrdə ac-susuz qalıb ölmək təhlükəsi ilə üzləşəcək. Cavabdeh oğlu Cavabdeh bu özbaşına hərəkətlərinə son qoyulmalıdır. Mübahisəli fərdi yaşayış evi İddiaçı1 istifadəsindədir. Həyat yoldaşı tikib yaratmışdır.

5. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim V.Quliyev) 22 fevral 2021-ci il tarixli, 2 x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanda yerləşən mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı köçmək istədiyi evdə yaşayıb, lakin ondan məhrum edilib. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxma ma və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən (belə hüquq yoxdur) onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) 24 aprel 2021-ci il tarixli, x nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin x saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyas ı məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilən zaman məhkəmə qətnaməsi 01 oktyabr 2009-cu il tarixə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsini tətbiq etmiş, lakin həmin Məcəllənin 60 və 87-ci maddələrinin tələblərini nəzərə alınmamışdır. Apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldilsə də, Bakı Apellyasiya Məhkəməsi həmin hissəy ə ümumiyyətlə münasibət bildirməmiş, 01 oktyabr 2009-cu il tarixə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinin tətbiqi məsələsi diqqətə alınmamış, nəticədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinin tələbləri pozulmuşdur. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüququ itirilir. Ha zırki iş üzrə həm birinci, həm də apellyasiya instansiyası tərəfindən iddiaçıların həmin ünvanda yaşamaları və ya həmin ünvandan qeydiyyatda olub da faktiki başqa ünvanda yaşamaları müəyyən edilməmişdir və həmin hissə araşdırılmamışdır. Nəzərə almaq lazımdır ki, iddiaçılardan İddiaçı2 3 il müddətdən çoxdur ki, nikah münasibətlərinə daxil olmuşdur və həmin ünvanda yaşamır. Şəxsin nikah münasibətlərinə daxil olduğunu və həyat yoldaşı ilə başqa yerdə yaşadığını nəzərə alınsa, bu zaman İddiaçı2 başqa yaşayış yerinin olmamasına dair iddia tələbi əsassızdır. Lakin məhkəmə tərəfindən bu hissəyə ümumiyyətlə münasibət bildirilməmişdir və yalnız şəxsin qeydiyyatda olması əsas götürülərək onun başqa yaşayış yerinin olmaması halına istinad edilmişdir ki, bu hal məhkəmə tərəfindən qanunvericiliyin tələ blərinin pozulması ilə xarakterizə olunur. Ümumiyyətlə məhkəmə araşdırıması zamanı iddiaçıların başqa yaşayış yerinin olub- olmaması, cavabdehin mübahisəli yaşayış sahəsinə münasibətdə iddiaçılara hansı məhdudlaşdırıcı hərəkətlər etməsi, cavabdehin iddiaçılar həmin yaşayış sahəsindən məcburi çıxarılmasının nədə ehtiva olunması, iddiaçıların kirayədə qalmasını təsdiq edən hallar müəyyən edilməmiş və yalnız iddiaçıların izahatlarına istinad edilmişdir. Hazırki iş üzrə məhkəmə tərəfindən iddiaçıların yaşayış sahəsinə köçürülməsi qət edilsə də, həmin yaşayış sahəsinin mövcudluğu yalnız iş materiallarına əlavə edilmiş 1972-ci il tarixli Azərbaycan Respublikası Kommunal Təsərrüfat Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş “Şəxsin mülkiyyət hüququ ilə evlərin texniki inventari zasiya və qiymətləndirmə adlı Pasportla və Mənzil İstismar Sahəsi tərəfindən təqdim edilmiş arayışla müəyyən edilmişdir. Halbuki həmin yaşayış sahəsinin sənəd üzərində deyil, faktiki olaraq mövcudluğu araşdırılmalı, həmin yaşayış sahəsinin iddia tələbində göstərilən formada mövcud olması, yaşayış sahəsindən istifadənin hansı qaydada istifadə edilməsi müəyyən edilməli idi. Lakin nə birinci instansiya məhkəməsi tərəfindən, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən bunların heç biri araşdırılmamış, mübahisə predmeti olan yaşayış sahəsinin faktiki mövcudluğunun müəyyən edilməsi məqsədi ilə yaşayış sahəsinə baxış keçirilməmiş, habelə ekspertiza təyin edilməmişdir. Eyni zamanda iddiaçılar iddia ərizəsində “onun-bunun qapısında kirayədə qaldıqlarını bildirimiş, lakin kirayədə yaşamaları i lə bağlı əhəmiyyətli sayılan sübutları təqdim edə bilməmişlər. Göstərilən hallar həm birinci instansiya, həm də apellyasiya instansiyası tərəfindən araşdırılmamış, iddiaçıların qeydiyyatda olmaqlarına baxmayaraq yenidən həmin yaşayış sahəsinə köçürülmələri təmin edilmişdir ki, nəticədə cavabdehin hüquqları pozulmuşdur. Zəruridir ki, məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Lakin iddiaçılar məhkəmə iclasında cavabdehin onların hansı hüquqlarını pozmalarını sübuta yetirə bilməmişlər. Belə olan halda apellyasiya instansiyası qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə istinad et məklə cavabdehin “dinlənilmə hüququ”təmin edilmədən iddia tələbini qismən təmin etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit edilmiş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin pozulmasında və iş üzrə düzgün və ədalətli məhkəmə qətnaməsinin qəbul edilməməsi ilə nəticələnmişdir. Hazırki mülki işin materiallarından görünür ki, iddiaçıların köçürülməsini tələb etdikləri yaşayış sahəsinin mülkiyyətçisi, habelə icarədarı bəlli deyil. Belə olan halda iddiaçıların həmin yaşayış sahəsinə köçürülməsini tələb etmək səlahiyyətinə malik deyilər və bu yaşayış sahəsinə dair subyektiv hüquqa malik deyildirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin və icarədarının müəyyən edilmədən iddiaçıların həmin yaşayış sahəsinə köçürülməsinə dair məhkəmə qərarının qəbul edilməsi gələ cəkdə həmin yaşayış sahəsinə münasibətdə mülkiyyət hüququnun əldə edəcək şəxs(lər)ə münasibətdə qeyrimüəyyənliyin yaranmasına səbəb olacaqdır. Mövcud qeyri-müəyyənlik isə mülkiyyət hüququ əldə edəcək şəxsin mülkiyyət hüquqlarının pozulması ilə xarakterizə olunur ki, qüvvədə olan qanunvericiliklə bu hal yol verilməzdir. Mübahisəli mənzilə dair qərar qəbul edilən zaman məhkəmə tərəfindən İddiaçı1 tərəfindən Cavabdeh qarşı “özbaşına zəbt edilmiş otağın boşaldılması və giriş qapısının bağlanmasına dair” ayrıca iddia qaldırılsa da, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17.01.2020-ci il tarixli, x saylı qətnaməni (iddia rədd olunmuşdur), habelə iddiaçılar X4, X2, X7 və X5 Cavabdeh qarşı "mənzil bölgüsünün aparılması” tələbinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 03.09.2020-ci il ta rixli x-ci il tarixli qətnaməni (iddia rədd olunmuşdur) nəzərə almamışdır. Həmin qətnamələrdə iddiaçıların subyektiv hüquqa malik olmamaları, mübahisəli yaşayış sahəsinin özbaşına tikinti olması, iddiaçılardan İddiaçı1 faktiki həmin yaşayış sahəsində yaşaması və həmin yaşayış sahəsinin faktiki onun istifadəsində olması, hər bir tərəfin həmin yaşayış sahəsindən bərabər istifadə etməklə yaşaması, yaşayış sahəsinin tam şəraitsiz və rütubətli olması, mənzillərin giriş-çıxış qapılarının dəhlizə açılması və s. öz əksini tam olaraq tapmışdır. Nəticədə apellyasiya instansiyası tərəfindən iş üzrə qərar qəbul edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2 və 157.8-ci maddələrinə istinad etməsi, habelə iş üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq preyudisiallıq institutuna müraciət etm əməsi nəticəsində cavabdehin hüquqları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Şəhriyar Yusifbəyli kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

14. Məhkəmə iclasında iştirak edən İddiaçı2, onun və digər İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 6.1.1. Mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biridir.

16. Maddə 152.5. Mülkiyyətçi”qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla”müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb ed ə bilər.

19. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımd an apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

26. Nərimanov RPİ tərəfindən verilmiş 14.04.2005-ci il tarixli AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 1933-cü ildə İsmayıllı rayonu, Ağbulaq kəndində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. 27. 07.11.2018-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, ölən günədək iddiaçıya məxsus olan bütün daşınar və daşınmaz əmlakını x-də qeydiyyatda olan X8 vəsiyyət etdiyi qeyd edilmişdir. 1972-ci il tarixdə ünvan 3 ünvanında yerləşən evə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport verilm işdir.

28. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərüffatı Birliyinin 14.11.2016-cı il tarixli 049249 nömrəli arayışdan görünür ki, İddiaçı1 x nömrəli evdə yaşayır.

29. Bakı şəhəri Təcili və X9 Stansiyasının 21.09.2005-ci il tarixli sənədin surətindən görünür ki, iddiaçının mərhum həyat yoldaşı x 20.09.2005-ci il tarixdə saat 16:26-da çermet s\s ev 7 ünvanda həkimə qədər ölüm kişi cinsli meyid qeydə alınmışdır.

30. Nərimanov Rayon Məhkəməsinin 07 noyabr 2015-ci il tarixli x saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı1 qarşı “mirası payının müəyyən edilməsi, pay bölgüsünün naturada aparılması” tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir.

31. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı1 05 yanvar 1951- ci il tarixdə mərhum x oğlu ilə nikaha daxil olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Övladları ilə davamlı olaraq həmin ünvanda yaşamışdır. Cavabdeh tərəf onu və digər övladı İddiaçı2 yaşadığı evdən məcburi çıxartmışdır. ünvan 1 ünvanı onun yeganə yaşayış yeridir. Uzun illərdi yaşadıqları və övladları ilə birlikdə qeydiyyatda olduqları evdən başqa yaşayış yeri yoxdur.

32. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçıların da həmin bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçıların evə köçürülməsindən imtina edilməsi hamının qanun qarşısında b ərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçıların da cavabdehlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə, onun mübahisəli evə köçürülməsi barədə gəlinən qənaət əsaslı hesab edilməlidir.

33. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

34. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki hal ları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

35. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar