Məhkəmə qərarları › İş №2(102)-5079/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5079/2022

11.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5079/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənəvi zərərin ödənilməsi 11.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3259/2022 nömrəli, 10 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı q ərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 27 avqust 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X1 qarşı nikahın pozulması və uşaqların yanında qalması tələbinə dair iddiası təmin edilməklə, İddiaçı ilə X2 arasında xx.xx.2005-ci il tarixdə bağlanmış və Xəzər rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 128 № ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan xx.xx.2000-ci il təvəllüdlü X4 və xx.xx.2004-cü il təvəllüdlü X7 ataları İddiaçı yanında qalması qət edilmişdir.

2. Suraxanı RPİ-nin 31-ci PB-nin 21 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi aşkar olunmadığından cinayət işinin başlanması r ədd edilməsi, qərarın surəti məlumat üçün təhqiqata prossesual rəhbərliyi həyata keçirən prokurora və İddiaçı göndərilmiş, İddiaçı mənəvi ziyanla bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən keçmiş həyat yoldaşı ilə özünün birgə səmimi şəklini və iddiaçının şəklini qoyulmuş qadın profilinin şəklini yaydığına görə iddiaçıdan yazılı formada üzr istənilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərə görə 25000 manat məbləğində pulun cavadehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hal larına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, onunla X2 arasında bağlanmış nikah pozulmuş, o, yenidən ailə həyatı qurmuşdur. G.Balayevanın hazırda səmimi münasibətdə olduğu Cavabdeh keçmiş həyat yoldaşının facebook sosial şəbəkəsində açdığı "Seva Babayeva” adlı saxta profil vasitəsilə özünün üzü bağlı, keçmiş həyat yoldaşının isə üzü açıq olmaqla hər ikisinin birgə şəklini iddiaçıya, qardaşına, onun həyat yoldaşına və facebookda dostluğunda olan 153 nəfərə göndərmişdir. Bu hərəkəti ilə cavabdeh keçmiş həyat yoldaşının onunla səmimi münasibətlərinin olduğunu və qadının onunla birlikdə olduğunu hamıya nümayiş etdirib. Bundan başqa, cavabdeh iddiaçının şəklini qadın profilinə qoyaraq qohumlarına və tanışlarına göndərməklə onu yaymışdır. Cavabdehin şəkil göndərdikləri yaxın qohumla rı və tanışları iddiaçıya yazaraq həmin şəkillərin biabırçılıq olduğunu bildiriblər. Cavabdeh etdiyi qanunsuz hərəkətlərlə iddiaçının qohumlarının yanında nüfuzdan salmışdır. İddiaçının iki uşağı var, ailə başçısıdır. Keçmiş həyat yoldaşının cavabdehlə səmimi münasibətdə olduğunu bildirən şəkillərin qohumlarına və tanışlarına göndərilməsini, şəklinin qadın profilinə qoyulmasını özünə qarşı təhqir hesab edir.

5. Cavabdeh keçmiş həyat yoldaşının onunla səmimi münasibətdə olduğunu bildirən şəkilləri qohumlarına və tanışlarına göndərməklə və şəklini qadın profilinə qoyub onu yaymaqla iddiaçının şərəf və ləyaqətini alçaltmışdır. İddiaçınn keçmiş həyat yoldaşının başqa biri ilə səmimi münasibətini əks etdirən, özü də şəkli yayan şəkildə öz üzünün gizlədib qadının üzünü yayması, iddiaçının şəklin i qadın profilinə qoyub yayması heç bir əxlaq çərçivəsinə sığmayan hərəkətdir. Həmin şəkillərin yayılması iddiaçının şərəf və ləyaqətini ləkələyən, cəmiyyətdə iddiaçının barəsində mənfi fikirlər formalaşdırıb, iddiaçının gələcək həyatına və fəaliyyətinə mənfi yöndən təsir göstərib. Gülşən Balayevanın açdığı "Seva Babayeva” adlı saxta profilin parolu Cavabdeh olduğu üçün o, həmin profilin mesencer bölməsinə daxil olub, Gülşən Balayeva kimlərlə tanış olub yazışanda Cavabdeh həmin insanları yazıb təhqir edib, öz nömrəsi əvəzinə iddiaçının (050 - 281 - 37 - 87) nömrəni öz nömrəsi əvəzinə onlara vermişdir. Onlar da iddiaçıya zəng edib nalayiq küçə söyüşləri ilə iddiaçını və ailəni təhqir edib, şərəf və ləyaqətini alçaldıblar. İddiaçının barəsində yayılan məlumat əxlaqi prinsiplər baxımından y axın qohumları və tanışları arasında mənfi rəy yaradılmış, iddiaçı ağır sarsıntı keçirmişdir. Bununla yanaşı, cavabdeh facebookda mesaj bölümünə yazmaqla iddiaçını təhqir etmiş, "Kravatın altında yatmısan?,” "Partlayış olacaq”, "Sən hələ zaryatka yığ”, "Apardılar”, "Sən hələ yat” (təbii ki, kimin aparıldığı məlumdur), bu kimi alçaldıcı ifadələrlə iddiaçını təhqir etmiş və iddiaçıya hədə-qorxu gəlmişdir. Cavabdehin iddiaçının təhqir etməsi və hədələməsi iddiaçının əsəb sarsıntısı keçirməyinə səbəb olmuşdur. Çəkdiyi mənəvi sarsıntının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, pul kompensasiyası vasitəsi ilə iddiaçı təsəlli ala bilər ki, cavabdehlərin qanunsuz əməlləri cavabsız qalmayıb.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddi aya etirazla edərək bildirmişdir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı X10 dəfələrlə əsassız ittihamlarla Daxili İşlər Nazirliyinə müraciət etmiş, Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cavabdehə cinayət işinin açılmasını tələb etmiş, əməldə hərhansı cinayət tərkibi olmadığından, sosial şəbəkələrdə qarşı tərəfi təhqiredici hər hansı hərəkət olmadığından DİN Suraxanı RPİ-nin 31-ci PB tərəfindən "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 fevral 2021-ci il tarixli qərar qəbul edilmişdir. İddia ərizəsi iddiaçı Elvin Babayevin sabiq həyat yoldaşı Sevil Babayeva ilə münasibətlərindən doğan mübahisələr üzərində qurulub. İddiada iddiaçının sabiq həyat yoldaşı ilə 01 dekabr 1998-ci ildə nikaha girərək ailə qurmasından sonra X6 Xanmirzəyevlə olan səmimi münasibətlərinə toxunulmuşdur. Halbuki, iddiaya əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 27 avqust 2014-cü il tarixli, 2(003)- 2926/2014 saylı qətnaməsindən göründüyü kimi tərəflərin nikahı 7 il əvvəl pozulmuşdur. Qətnaməyə əsasən iddiaçının övladları xx.xx.2000-ci il təvəllüdlü X4 və xx.xx.2004-cü il təvəllüdlü X7 atası ilə birgə qalmışlar. Yəni iddiaçı uşaqları belə anasına verməmişdir. İddiadan belə çıxır ki, iddiaçı illər əvvəl boşandığı qadın barəsində hər-hansı mövzunu öz şərəfinin və ləyaqətinin ləkələnməsi hesab edir. Ümumişlək sözlərdən ibarət olan "Sən zaryatka yığ, Partlayış olacaq, Apardılar, Kravatın altında yatmısan, Sən hələ yat” cümlələrini özünə təhqir qəbul edir. Sosial Şəbəkədə Seva Babayeva profili ilə kiminsə onun şəklini profil şəkli kimi qoymasını qanun pozuntusu kimi qiymətləndirir. Nəzərə alınmalıdır ki, qeyd edilən təhqir mövzusu artıq hüquq mühafizə orqanları tərəfindən araşdırılmış və heç bir tərkib olmadığından cinayət təqibinə xitam verilmişdir. İddiaçı cavabdehin qanunsuz əməllərinin onun yüksək dərəcəli mənəvi sarsıntı və iztirab keçirməyinə, əsəbləşməyinə səbəb olduğunu göstərmişdir. "Cinayət işinin rədd edilməsi haqqında” qərarda iddiaçının cavabdehlə yazışmasında hər hansı qanunsuz əməlin olmadığı göstərilmişdir. Həmçinin yazılan cümlələrin tərkibinə baxılsa orada hər-hansı nalayiq ifadələrin olmadığı, söyüş işlədilmədiyi aşkar olar.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(010)355/2022 saylı qətnaməsi ilə (hakim Nərminə Rzayeva) iddia rədd edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarına əsasə n iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatların cavabdeh tərəfindən yayılması halı müəyyən edilməmişdir. Təqdim edilmiş fotoşəkillərdə iddiaçının “Seva Bayramova” adlı profillə şəxsi mesajlaşması əks olunmuş, həmin profilin kimə məxsus olması müəyyən edilməmiş, iddiaçının şərəf və ləyaqətini alçaldılması halları təsdiqini tapmamışdır.

9. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən edildiyi iddia edilən hərəkətlərin onun şərəf və ləyaqətini birbaşa alçaldan, ona hər hansı əzab və iztirab verə bilən hərəkətlərinə aid oluna biləcəyi göstərməmiş, buna dair hər hansı əsas və dəlil gətirməmişdir. Cavabdeh iddiaçının şərəf və ləyaqətinə toxunan məlumatları özündə əks etdirən ərizə ilə KİV-lərə deyil, hüquq-mühafizə orqanına müraciət etmişdir.

10. İddiaçı tərəfində n mənəvi zərərə məruz qalması, mənəvi sarsıntı və iztirab keçirməsini (yəni cavabdehin hərəkət və ya hərəkətsizliyinin iddiaçının maddi zərərə məruz qalması, onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasını, bunun nəticəsində onun maddi ziyana məruz qalmasını, sağlamlığının pozulmasını və fiziki əzab çəkməsini), bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olmasını təsbiq edən heç bir sübut təqdim edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23.1, 1097.1 və 1097.3-cü maddələrinə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbay can Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, sübutlara düzgün hüquqi qiymət verilməməsini s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3259/2022 nömrəli iş üzrə 10 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Fuad Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edimiş, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, Cavabdeh vurulmuş mənəvi zərərə görə 500 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan Suraxanı RPİ-nin 31-ci PB-nin 21 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından və tərəflərin izahatlarından görünür ki, həmin araşdırma zamanı Cavabdeh qeyri-rəsmi olaraq yaşamış olduğu İddiaçı keçmiş həyat yoldaşı X1 məxsus internet Facebook şəbəkəsində “Seva Balayeva” profilindən İddiaçı əsassız mesajlar yazmasını və s. göstərmişdir. Eyni zamanda, araşdırma zamanı X2 izahatında bəzi xüsusatları təsdiq edərək, Cavabdeh ilə tanışlığının olmasını, özünə məxsus internet Facebook şəbəkəsində “Seva Balayeva” adlı profilinin giriş şifrəsinin Cavabdeh məlum olmasını, ondan acıq almaq məqsədilə məhz sonuncu tərəfindən onun məlumatı olmadan keçmiş həyat yoldaşı İddiaçı müəyyən mesajlar və s. yazmasını bildirmişdir.

16. Bununla yanaşı cavabdeh iddia ərizəsinə etirazında da iddiaçıya onun keçmiş həyat yoldaşına məxsus Facebook şəbəkəsində “Seva Balayeva” adlı profildən müvafiq mesajları yazmasını, profil şəklini yerləşdirməsini və s. inkar etməmiş, sadəcə halların artıq hüquq mühafizə orq anlarında araşdırılmasını, əməlində heç bir tərkib olmamasını qeyd etmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, müvafiq mesaj mətnlərindən ("Kravatın altında yatmısan?,” "Partlayış olacaq”, "Sən hələ zaryatka yığ”, "Apardılar”, "Sən hələ yat”) görünür ki, onlar açıq-aşkar insan ləyaqətinin alçaldılmasına yönəlmişdir. Cavabdeh tərəf isə bunun əksini sübut edə bilməmişdir. İşdə olan sübutlarla (izahatlar, araşdırma materialları, şəkillər və s.) müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya qarşı sonuncunun ləyaqətinin alçaldılması istiqamətində yuxarıda qeyd edilən müvafiq hərəkətlər (ləyaqəti alçaldan sözlər, profil şəkli və s.) həyata keçirilmişdir.

18. Məhkəmə cavabdeh tərəfindən yazılmış sözlərin yalnız iddiaçıya göndərilməsi, yayılmaması ilə bağlı məsələyə də hüquqi qiymət verərək bildirm işdir ki, həm şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olsa da, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılmasının tələb edildiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da şəxsə bildirilməsi kifayət edir. Odur ki, hətta yayılma halı olmadan da ünvanlandığı şəxsin şəxsiyyətinə uyğun olmayan, açıq-aşkar alçaldıcı, nüfuzdan salan və s. bu kimi ifadələrin ona bildirilməsinin sübuta yetirilməsi, sonuncunun ləya qətinin alçaldılması əsası ilə keçirdiyi iztirab və sarsıntının əvəzi olaraq məhkəmə qaydasında mənəvi zərərin tutulmasını istisna etmir.

19. Baxılan işdə Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində iddiaçının mənəvi əzab və sarsıntı keçirməsi şübhəsizdir. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaçının mənəvi sarsıntı keçirməsi barədə dəlillərini əsaslı sayaraq hesab etmişdir ki, ona həqiqətən mənəvi ziyan dəymişdir.

20. Məhkəmə pozuntunun xarakterini və ağırlıq dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, cavabdehdən mənəvi ziyana görə 500 manat tutulmasını ağlabatan, ədalətli və qanuni saymışdır.

21. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi digər hissədə, yəni cavabdeh tərəfindən üzr istənilməsi hissədə təmin oluna bilməz. Belə ki, pozuntu halının mövcudluğunun tanınmasını və mənəvi zərərin müəyyən edilməsini iddiaçının pozulmuş hüquqlarının bərpası istiqamətində yetərli və ədalətlidir, əlavə olaraq üzr istənilməsi zəruri deyildir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23.1, 1097.1 və 1097.3-cü maddələrinə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandır ılmışdır ki,iddiaçının məruz qaldığı hüquqazidd əməl nəticəsində yaşadığı və saç ustası kimi işlədiyi Əmircan qəsəbəsində biabır olması, o cümlədən qızının ailəsində məhz bu hüquqazidd əməl nəticəsində problemlərin yarandığı, qızının ailəsi tərəfindən ona “Ananın şəkli facebook-da gəzir”, “Anan əxlaqsızdır” kimi tənələrin edilməsi, oğlu X5 idman sahəsində əldə etdiyi nailiyyətlərini davam etdirə bilməməsi və məşq etdiyi idman zalında yoldaşlarının hadisədən xəbərdar olması səbəbindən özünü rüsvay olmuş hiss edərək bir daha həmin zala getməyərək idman kariyerasında sonrakı uğurlara imza atmasına əngəl yaratması, bundan əlavə oğlunun səhhətində problemlərin, ürək ağrıları ilə müşahidə olunan birinci dərəcəli blokada ürək xəstəliyinin yaranması halı məhkəmə tərəfindən nəzərə alınmayaraq iddia çının məruz qaldığı mənəvi zərərin həcmi 500 manat müəyyən edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

26. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

27. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.

28. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərər çəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 30. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 31. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarı:

32. «İnsan Hüquqlarının və X3 Haqqında Konvens iya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirmə si dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və i ztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır» Mülki Prosessual Məcəllə

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş ü zrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yo l verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən yaınız iddia tələbinin rədd edilən hissəsi mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə - maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə - düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və y a dəyişdirilməsi üçün əsas yoxdur.

45. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarının nəzərə alaraq iddiaçıya dəymiş mənəvi ziyanın məbləğini 500 manat məbləğində müəyyən etmişdir. Kassatorun kassasiya şikayətində qeyd etdiyi hallar, yəni cavabdehin hərəktlərinin onun uşaqlarının həyat tərzinə təsiri hazırki iddia tələbinin faktiki əsasını təşkil etməmiş, qeyd olunan hallar məhkəmə araşdırmalarının predmeti olmamışdır. Ona görə də, həmin hallar mənəvi zərərin məbləğinin müəyyən edilməsi zamanı nəzərə alına bilməzdi.

46. Oğlunun səhhətində problemlərin, ürək ağrıları ilə müşahidə olunan birinci dərəcəli blokada ürək xəstəliyinin yaranması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qey d edir ki, əvvəla bu barədə iddiaçı birinci instansiya məhkəməsinə və ya apellyasiya instansiyası məhkəməsinə hər hansı bir sübut təqdim etməmişdir.

47. Digər tərəfdən sübut təqdim edildiyi halda belə həmin xəstəliyin məhz cavabdehin hərəkəti nəticəsində yaranması, xəstəliklə cavabdehin hərəktləri arasında səbəbli əlaqənin olması iddiaçı tərəfindən əsaslandırılmamışdır.

48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3259/2022 nömrəli, 10 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin rədd olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar