Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5082/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" QSC-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(106)36/2021 n ömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 22 iyun 2005-ci il tarixli kredit xətti müqaviləsi ilə "xxxx" QSC tərəfindən Cavabdeh1 60 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmış, 13 yanvar 2010-cu il və 26 sentyabr 2014-cü il tarixli Sazişlərlə kredit xətti müqaviləsinin məbləği artırılaraq 500000 ABŞ dolları, müddəti isə 231 ay müəyyən edilmişdir. Həmin kredit xətti müqaviləsi çərçivəsində bağlanmış 30 sentyabr 2014-cü il tarixli, 04R000013838 saylı kredit razılaşması ilə "xxxx" QSC tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 % olmaqla 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəfl ərin imzaladıqları 03 aprel 2015-ci il, 18 yanvar 2016-cı il, 07 iyun 2016-cı il və 25 noyabr 2016-cı il tarixli Sazişlərlə 30 sentyabr 2014-cü il tarixli, 04R000013838 saylı kredit razılaşmasına dəyişiklik edilmiş, kreditin tam qaytarılma müddəti son nəticədə 04 oktyabr 2019-cu il tarixədək uzadılmışdır. Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün "xxxx" QSC-nin müvafiq olaraq Cavabdeh2 arasında bağlanmış 14 aprel 2010-cu il tarixli (həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi haqqında 29 sentyabr 2014-cü il tarixli Saziş nəzərə alınmaqla) və Cavabdeh3 arasında bağlanmış 30 sentyabr 2014-cü il tarixli zaminlik müqavilələri ilə sonuncular borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmü şlər. Həmçinin kredit xətti müqaviləsinin təminatı olaraq Cavabdeh2 16 aprel 2010-cu il tarixli 04M000000883 saylı İpoteka müqaviləsi ilə (həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi haqqında 29 sentyabr 2014-cü il tarixli Saziş nəzərə alınmaqla) mülkiyyətində olan ünvan 1 saylı evin ümumi sahəsi 68,27 kv.m, yaşayış sahəsı 46,01 kv.m, yardımçı sahəsi 22,26 kv.m olan 3 otaqlı 66 saylı mənzili "xxxx" QSC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh1 30 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə "xxxx" QSC-yə 14 noyabr 2017-ci il tarixə 18173,90 ABŞ dolları əsas borcu, 4743,27 ABŞ dolları faiz borcu və 9255,99 ABŞ dolları cərimə borcu olmaqla, c əmi 32173,16 ABŞ dolları borcu vardır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 11 sentyabr 2018-ci il tarixli rəyinə əsasən iş materiallarında olan ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" QSC-yə 14 noyabr 2017-ci il tarixə əsas borcu 18227,46 ABŞ dolları, faiz borcu 4874,82 ABŞ dolları, cərimə borcu 1406,47 ABŞ dolları, cəmi 24508,75 ABŞ dolları olması müəyyən edilmişdir. "xxxx" MMC-nin 18 iyun 2019-cu il tarixli hesabatına əsasən Cavabdeh2 mülkiyyətində olan, ünvan 1 saylı evin 3 otaqlı 66 saylı mənzilin bazar qiyməti 57000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə və sonradan i ddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 04R000013838 saylı kredit razılaşması üzrə 18173,90 ABŞ dolları məbləğində kredit borcu, 9054,52 ABŞ dolları məbləğində faiz borcu və 17008,51 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 44236,93 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldirmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alinması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 məxsus ünvan 1 saylı evin 66 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, cəmi 32173,16 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldirmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alinması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, Cavabdeh2 məxsus ünvan 1 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan tərəfindən kredit xətti və kredit razılaşmalarından irəli gələn öhdəliklər tam icra edilmədiyindən, onun iddiaçı qarşısında borcu yaranmışdır. Lerik Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(048)-09/2019 nömrəli qətnaməsi ilə (hakim A.Q.Kiçibəyov) iddia qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 18227,46 ABŞ dolları əsas borc, 4874,82 ABŞ dolları faiz borcu, 140,50 ABŞ dolları cərimə olmaqla, cəmi 23242,78 ABŞ dolları məbləğində borcun (ödəniş günü Azərbaycan manatına məzənnə ilə), 10 manat bildirişin qeydə alınması üçün dövlət rüsumunun, 20 manat xidmət haqqının və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1 saylı evin, 66 saylı mənzilinə yönəldilməsi, qeyd olunan əmlakın acıq hərracda satılaraq, satışdan əldə ediləcək vəsait hesabına borcun ödən ilməsi, həmin yaşayış evi satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, onun həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması və alıcıya təhvil verilməsi, Cavabdeh2 məxsus mənzilin ilkin satış qiymətinin 57000 manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Lerik Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(048)-09/2019 nömrəli qətnaməsinin borcun tutulması hissəsində ləğv edilməsi və əsas borcun azaldılması, faiz və cərimə borclarının silinməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2021-ci il t arixli, 2(106)-36/2021 nömrəli qətnaməsi ilə (hakim Q.B.Kərimovun sədrliyi və məruzəsi ilə, hakimlər Z.B.Babayevdan və N.F.Mirzəyevdən ibarət tərkibdə) cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətləri qismən təmin etmiş, Lerik Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(048)-09/2019 nömrəli qətnaməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən qismən, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 əsas borca görə 18227,46 ABŞ dolları, faiz borcuna görə 4874,82 ABŞ dolları, dəbbə borcuna görə 140,50 ABŞ dolları olmaqla, cəmi 23242,78 ABŞ dollarının tutulub "xxxx" QSC-yə ödənilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilməklə, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 əsas borca görə 18173,27 ABŞ dollarının (mil li manata məzənnə ilə), əsas borca görə hesablanmış 4874,82 ABŞ dolları faiz borcunun və 140,5 ABŞ dolları həcmində dəbbə borcu isə (milli manata məzənnə ilə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" QSC-yə ödənilməsi, iddia tələbinin Cavabdeh3 əsas borca hesablanmış faiz borcuna görə 4874,82 ABŞ dollarının və dəbbə borcuna görə 140,50 ABŞ dollarının tutulub, iddiaçı "xxxx" QSC-yə ödənilməsi hissəsində təmin edilməməsi, Lerik Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli qətnaməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətlərinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 iddiaçı "xxxx" QSC-dan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsas bor cun hər üç cavabdehdən müştərək qaydada tutulması hissəsində, həmçinin Cavabdeh3 əsas borca hesablanmış faiz və cərimə borcunun tutulması hissəsində səhvə yol vermişdir. Belə ki, iddia ərizəsindən və iddia ərizəsinə verilmiş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədən görünür ki, iddiaçı cavabdehlərdən əsas borca görə 18173,9 ABŞ dolları tələb etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi səhvə yol verərək məhkəmə mühasibatlıq ekspertizasının rəyini əsas götürərək əsas borca görə cavabdehlərdən 18227,46 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə qəbul etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə mahiyyəti üzrə baxılan zaman məhkəmə tərəfindən işin halları kifayət qədər ətraflı araşdırılmamış və nəticədə əsassız olaraq cavabdeh (zamin) Cava bdeh3 əsas borca hesablanmış faiz və cərimənin tutulması nəticəsinə gəlmişdir. Halbuki, 22 iyun 2005-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 1.,8333% olmaqla 24 ay müddətinə 30 sentyabr 2014-cü il tarixdə 30000 ABŞ dolları məbləğində kredit verilmiş və kredit müqaviləsi üzrə borcun qaytarılması günü 30 sentyabr 2016-cı il göstərilmişdir. İddiaçı 04 dekabr 2017-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın (faiz borcu və dəbbə pulu hissəsində) cavabdeh (zamin) Cavabdeh1 münasibətdə təmin olunması ilə bağlı qeyd etmişdir ki, qanunvericilikdə zaminliklə təmin olunmuş öhdəliyin yarandığı andan, yəni kredit müqaviləsinin imzalandığı andan əmələ gəlməsi nəzərdə tutulmuşdur. K redit və zaminlik müqavilələrinin işdəki surətlərindən görünür ki, əsas öhdəliyin icrası vaxtı 30 sentyabr 2017-cı il tarixdə çatmış, lakin kreditor olaraq iddiaçı 30 sentyabr 2017-ci il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zamin Cavabdeh3 qarşı iddia irəli sürməmişdir. İş materiallarında olan kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 13 yanvar 2010-cu il və 26 sentyabr 2014-cü il tarixli sazişlərdən görünür ki, həmin sazişlər yalnız əsas borclu Cavabdeh1 tərəfindən imzalanmış, cavabdeh (zamin) Cavabdeh3 razılığı alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 477.0.4-cü maddəsinə istinad edərək hesab etmişdir ki, iddia tələbi faiz və cərimə borcuna aid hissədə Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(106)-36/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Mülki məcəllənin 741-ci maddəsinin tələbləri pozularaq, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə faizlər ayda bir dəfə tutulmuş, nəticədə borc şişirdilmişdir. Həmçinin kredit müqaviləsinə əlavə və dəyişikliklər edilərkən zaminin razılığı alınmamışdır. Belə razılığın olma ması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməli və zaminliyə xitam verilməsi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və vəkilləri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul ol unan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nə iddiaçı tərəfindən, nə də ki, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 tərəfindən mübahisələndirilməmişdir. Kassasiya şikayətini yalnız Cavabdeh1 verdiyindən, hazırki k assasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin yalnız həmin cavabdehin tərəfindən mübahisələndirildiyi hissələri üzrə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında m üqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülk iyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1- ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaların a müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq kassatordan tutulan borc m əbləğini keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə uyğun olaraq müəyyən etmişdir. Belə ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlədən iddiaçı borcun düzgün hesablanmaması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu (ekspert tərəfindən əsassız olaraq silinmə ilə bağlı maliyyə sənədləri, alternativ ekspert rəyi və s.) təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, m əhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər mülki hüquq subyektlərinin bərabərliyi və iradə sərbəstliyi, müqavilələr azadlığı prinsiplərinə uyğun olaraq kredit müqaviləsini bağlamış və müqavilədə faizlərin ödənilməsi müddətlərini və qaydasını müəyyən etmişlər. Bu prinsiplərə uyğun olaraq faizlərin aylıq müəyyən edilməsi və ödəniş planlarında razılaşdırılmış tarixlərdə qaytarılması Mülki Məcəllənin 741-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin digər dəlili ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti v ermiş Cavabdeh3 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməmişdir. Hazırda kassatorun başqa cavabdehin mənafelərindən çıxış edərək, apellyasiya məhkəməsinin qətnaməsini, o cümlədən iddiaçı ilə həmin cavabdeh arasında bağlanmış zaminlik müqaviləsi üzrə sonuncunun öhdəliklərini mübahisələndirməyə subyektiv hüququ yoxdur. Bu səbəbdən, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(106)-36/2021 nömrəli qətnaməsi mübahisələndirilən, yəni 30 sentyabr 2014-cü il tarixli, 04R000013838 saylı kredit razılaşması üzrə borcun müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5082/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5082/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver