Məhkəmə qərarları › İş №2(102)-5085/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-5085/2022

06.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5085/2022 06.09.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlunun məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahından doğulan xx.xx.2015-ci il təvəllüdlü X1 cavabdehdən alınaraq onun himayəsinə verilməsi, xx.xx.2011-ci il təvəllüdlü X2 və X1 onun yanında və himayəsində saxlanmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi-vəkili vəsatət verərək, mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 2(008)3062/2022 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh tərəfindən şikayət verilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(103)-5718/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 2(008)3062/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilmiş və şikayətin geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi qəbu l etdiyi qərardadı onunla əsaslandırmışdır ki, qanunvericilikdə mülki iş üzrə icraata xitam verilməsi barədə vəsatətin təmin edilməməsi barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prossesual Məcəllənin 395-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından 1.bu Məcəllədə göstərilən hallarda və 2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Birinci insta nsiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Göründüyü kimi qanunvericilikdə mülki iş üzrə icraata xitam verilməsi barədə vəsatətin təmin edilməməsi barədə qərardad işin sonrakı hərəkətinə mane olmamaqla, həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Belə olan halda qeyd edilən qərardaddan verilən apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsi barədə qərardaddan da kassasiya şikayətinin verilməsi yolverilməzdir. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün p rosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Bununla yanaşı MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Şərh edilənlərə əsasən və MPM-nin 395, 404-1.1, 404-1.2, 408.1, 408.1.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(103)5718/2022 nömrəli qərardadınd an verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki iş ilə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar