Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5090/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh İmranlı Cavabdeh vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər İmranlı Cavabdeh və X4 qarşı qızıl-zinət və cehiz əmlak əşyalarının geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2986/2020 saylı, 13 mart 2020-ci il tarixli qətnaməsindən cavabdeh İmranlı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5032/2019 saylı, 04 dekabr 2019cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim R.B.Cavadzadə) iddia qismən təmin edilərək, cavabdeh İmranlı Cavabdeh onda saxlanılan iddiaçıya məxsus qonaq otağına aid olan əşyalar: 1 stol, 6 stul, dairəvi divan, 1 ədəd qorka, 3 cürə bogema fujeri, bagema meyvə qabı, digər meyvə qabı, 24 ədəd xrustal stəkan, 24 ədəd nəlbəki, 12 ədəd kiçik mürəbbə qabı, 6 ədəd Madonna serviz, 12 ədəd obednıy serviz, 12 ədəd armudu stəkan, 12 ədəd nəlbəki, 2 ədəd bogema qənd qabı, 1 ədəd qaşıq çamadanı, 1 ədəd bogema güldan, 1 ədəd xrustal güldan, 1 ədəd xalça, 1 ədəd kamod, 1 ədəd güldan, 2 ədəd meyvə qabı, 1 ədəd televizor «LG» və ətra fında 2 ədəd suvenir, 1 ədəd pərdə və 1 ədəd tül, 1 ədəd çilçıraq, 1 ədəd radiator plitka, 1 ədəd şəkil (rəsm əsəri), 1 ədəd süfrə, 2 ədəd gül qabı, divan üstü; Yataq otağına aid olan əşyalar: 1 ədəd şifoner, 2 ədəd tumboçka, 1 ədəd çarpayı, 1 ədəd trimo (güzgülü), 1 ədəd pərdə və 1 ədəd tül, 1 ədəd çilçıraq, 2 ədəd xalça, 1 ədəd ortopedik matras, 1 ədəd döşək, 2 ədəd yorğan, 2 ədəd balış (tüklü), 4 ədəd sintifon, 2 ədəd yay örtükləri, 1 ədəd qış örtüyü, 3 «tac» pastel, 2 ədəd altın başak pastel, 6 ədəd süfrə, çoxlu çay dəsmalları, 12 ədəd əl dəsmalları, 9 hamam dəsmalı, uşaq çarpayısı və içlikləri (matras, döşəkçələr), uşaq yemək stolu, 1 ədəd tozsoran «Henri», 1 ədəd ev telefonu, iynə sap dəsti, geyim əşyaları, uşaq paltarları və zibil qabı plasmas; Mətbəxə aid olan əşyalar: mətbəx mebel i, 1 ədəd qaz plitəsi, 1 ədəd soyuducu (metal rəngli) «LG» markalı, 1 ədəd mikrovalnovka, 1 ədəd paltaryuyan maşın (metal rəngli) «SAMSUNG» markalı, 1 ədəd aspirator, 1 ədəd qaz peçi (metal rəngli), 1 ədəd mətbəx jalüzü, 1 ədəd xalça, 1 ədəd sok çəkən maşın, 1 ədəd mətbəx kombaynı +(blendr) «KEVONO» markalı, 1 ədəd tok çayniki-samovar, 1 ədəd çaynik «TEFAL», dəm çayniki çaydan (dəmir), mətbəxdə istifadə olunan plastik qablar, 1 ədəd dəmir aşsüzən qazan dəsti (emallı), qazan dəsti (Karaca), 4 ədəd tava, 3 ədəd podnus dəsti (iç-içə), 12 ədəd qab dərin göy rəngli, 12 ədəd qab-duz (göy rəngli), 12 ədəd çəngəl (nerjoveyka), 12 ədəd çay qaşığı (nerjoveyka), 12 ədəd xörək qaşığı (nerjoveyka), 6 ədəd bıçaq (nerjoveyka), 1 dəst bıçaqlar (Karaca), 1 dəst çömçə və kartof əzən, 3 ədəd kompot dolçası və 6 ədəd stəkanı (ayrı-ayrılıqda), 1 dəst paltar qurutmaq üçün asılqan, 1 ədəd ütü, 1 ədəd ütüaltı çay dəsmallar, parça salfetkalar, 2 ədəd mürəbbə qabı, 2 ədəd qənd qabı, 1 zal üçün palaz, 1 ədəd suşılka, ayaqqabı yığmaq üçün plastmas qab, 1 ədəd soğan, kartof üçün 3 mərtəbə qab, 2 dəst stəkan, 6 ədəd nəlbəki, 6 ədəd duz qabı, 4 ədəd ləpə qabı, 1 ədəd 3 mərtəbə qab, 2 ədəd böyük Madonna qabı, 1 ədəd dəmir termos, 2 ədəd çörək qabı, rulon salfetka qabı, köhnə cehizlik 2 ədəd göy rəngli giləmeyvə qabı; Hamam otağına aid olan əşyalar: 4-lük dəst hamam ləvazimatı, 2 ədəd ayaqaltı, 1 ədəd plastmas vanna, çox saylı paltar şpilkası, paltar asmaq üçün suşılka, paltar yığmaq üçün plastmas qabın alınaraq İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 30 faizinin iddiaçıya, 70 faizinin cavabdehə aid edilməklə, cavabdeh İmranlı Cavabdeh 21 (iyirmi bir) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2986/2020 saylı, 13 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C.Kazımov), İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5032/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməsinin qismən, qızıl-zinət əşyalarına aid hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qızıl-zinət əşyalarına münasibətdə təmin edilməsi, boyunbağı kulon- 585 əyar, 9-10 qram, 720 manat məbləğində, onluq klon- 875 əyar, 8.6 qram 800 manat, 1 ədəd boyunbağı- 583 əyar, 10 qram 650 manat, sırğa brilyant -583 əyar, 0,80 karat, 9-10 qram 1400 manat, tək qaş brilyant üzük- 750 əyar, 0,30 karat, 5-6 qram 550 manat, alyans üzük-585 əyar, 150 manat boyunbağı və qolbaq- 585 əyar, 19-21 qram 1700 manat “Versace” sırğa- 585 əyar, 7-8 qram 600 manat, “Versace” halqa qolbaq-585 əyar, 10-11 qram 850 manat olmaqla, cəmi 7420 (yeddi min dörd yüz iyirmi) manatın cavabdeh İmranlı Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmiş, qətnamə onun apelyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2986/2020 saylı, 21 may 2020-ci il tarixli qərardadı ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və A.V.Tanrıverdiyev), Bakı Apellyasiya Məhkəməsinin Müki Kollegiyasının 13 mart 2020-ci il tarixli, 2(103)-2986/2020 saylı qətnaməsində olan yanlışlığın aradan qaldırılması, qətnamənin giriş hissəsində “İddiaçı X1, Cavabdehin nümayəndəsi və vəkili X2” əvəzinə “İddiaçı və onun nümayəndəsi Nümayəndə” kimi, qətnamənin “təsviri hissəsində birinci abzas, birinci cümlədə “cavabdeh” sözünün “cavabdehlər” kimi oxunması, İmanlı Cavabdeh sonra “cavabdeh X3” adının əlavə edilməsi, qətnamənin “qət etdi” hissəsində ikinci abzasın birinci cümləsində “iddia tələbi qızıl-zinət əşyalarına münasibətdə təmin edilsin” sözündən sonra “həmin qızıl-zinət əşyaları,onlar olmadıqda isə dəyəri, yəni” sözlərinin əlavə edilməsi qərara alınmışdır. İşin halları: İddiaçı cavabdeh İmranlı Cavabdeh qarşı qızıl-zinət və cehiz əmlak əşyalarının geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı nümayəndəsi (atası) Nümayəndə iddia ərizəsinə əlavə təqdim edərək, X3 cavabdeh kimi işə cəlb olunmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh İmranlı Cavabdeh ilə 14 oktyabr 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Toy olduqdan sonra, ona məxsus cehiz əmlak əşyaları Bakı şəhəri, Yaşamal rayonu, Şərifzadə küçəsi, ev 12 mənzil 170-ə yerləşdirilmişdir. Qısa müddət qeyd olunan mənzildə yaşadıqdan sonra, cavabdeh İmranlı Cavabdeh ilə Bakı şəhəri,Yasamal rayonu, **, ev **, mənzil 22-yə köçüb yaşamağa başlamışlar. Cavabdeh İmranlı Cavabdeh ilə birgə nikahdan 29.09.2017ci il tarixdə Niluf ər adlı bir qızları anadan olmuşdur. Cavabdeh İmranlı Cavabdeh ilə bir müddət mehriban yaşadıqdan sonra, cavabdehin ona qarşı münasibəti günü-gündən pisləşməyə başlamış, cavabdeh onunla əsassız və səbəbsiz mübahisə etməyə başlamışdır. Cavabdeh onunla daim mübahisələr etmiş, təhqir etmiş, onu dözülməz vəziyyətə gətirmişdir. Cavabdeh İmranlı Cavabdeh 21 oktyabr 2019-cu il tarixdə iddiaçını bir azyaşlı uşağı ilə birlikdə iddiaçının valideynlərinin yanına aparmış, bundan sonra cavabdeh ona ayrılmaq istədiyini bildirmişdir. Müəyyən müddət keçdikdən sonra, iddiaçıya məlum olmuşdur ki, cavabdeh İmranlı Cavabdeh ona qarşı nikahın pozulması tələbinə dair iddia tələbi irəli sürmüşdür. Binəqədi Rayon Məhkəməsinin 08.02.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, birgə nika hdan olan uşağın anasının himayəsində saxlanması, uşağın saxlanması və ana üçün müvafiq aliment tutulması qət edilmişdir. İddiaçının qızıl-zinət əşyalarını qaynanası saxlamış, iddiaçı yalnız xeyir işlərdə qaynanasından götürüb istifadə etmişdir. Bu günə kimi cavabdehin evində iddiaçıya məxsus olan qızıl- zinət və cehiz əmlak əşyaları qalmışdır. İddiaçı hesab edir ki, ona məxsus olan qızıl-zinət və cehiz əmlak əşyaları cavabdeh İmranlı Cavabdeh alınmalı və ona geri qaytarılmalıdır. Cavabdehlərin evində qalan qaytarılmamış qızıl-zinət və cehiz əmlak əşyaları aşağıdakılardan ibarətdir: Qonaq otağına aid olan əşyalar: 1 stol, 6 stul, divan dairəvi qorka, 1 ədəd 3 cürə bogema fujeri, bagema meyvə qabı, digər meyvə qabı, 24 ədəd xrustal stəkan, 24 ədəd nəlbəki, 12 ədəd kiçik mürəbbə qabı, 6 ədəd Madonna serviz, 12 ədəd obednıy serviz, 12 ədəd armudu stəkan, 12 ədəd nəlbəki, 2 ədəd bogema qənd qabı, 1 ədəd qaşıq çamadanı, 1 ədəd bogema güldan, 1 ədəd xrustal güldan, 1 ədəd xalça, 1 ədəd kamod, 1 ədəd güldan, 2 ədəd meyvə qabı, 1 ədəd televizor «LG» və ətrafında 2 ədəd suvenir, 1 ədəd pərdə və 1 ədəd tül,1 ədəd çilçıraq, 1 ədəd radiator plitka, 1 ədəd şəkil (rəsm əsəri), 1 ədəd süfrə, 2 ədəd gül qabı, divan üstü. Yataq otağına aid olan əşyalar: 1 ədəd şifoner, 2 ədəd tumboçka, 1 ədəd çarpayı, 1 ədəd trimo (güzgülü), 1 ədəd pərdə və 1 ədəd tül, 1 ədəd çılçıraq, 2 ədəd xalça, 1 ədəd ortopedik matras, 1 ədəd döşək, 2 ədəd yorğan, 2 ədəd balış (tüklü), 4 ədəd sintifon, 2 ədəd yay örtükləri, 1 ədəd qış örtüyü, 3 “tac” pastel, 2 ədəd altın başak pastel, 6 ədəd süfrə, çoxlu çay dəsmalları, 12 ədəd əl dəsmalları, 9 hamam dəsmalı, uşaq çarpayısı və içlikləri (matras, döşəkçələr) uşaq yemək stolu, 1 ədəd tozsoran “Henri”, 1 ədəd ev tetefonu, iynə sap dəsti, geyim əşyaları, uşaq paltarları və zibil qabı plastmas. Mətbəxə aid olan əşyalar: Mətbəx mebeli, 1 ədəd qaz plitəsi, 1 ədəd soyuducu (metal rəngli) “LG” markalı, 1 ədəd mikrovalnovka, 1 ədəd paltaryuyan maşın (metal rəngli) “SAMSUNG” markalı, 1 ədəd aspirator, 1 ədəd qaz peçi (metal rəngli), 1 ədəd mətbəx jalüzü, 1 ədəd xalça, 1 ədəd sokçəkən maşın, 1 ədəd mətbəx kombaynı +(blendr) “KEVONO” markalı, 1 ədəd tok çayniki-samovar, 1 ədəd çaynik “TEFAL”, dəm çayniki çaydan (dəmir), mətbəxdə istifadə olunan plastik qablar, 1 ədəd dəmir aşsüzən qazan dəsti (emallı), qazan dəsti (Karaca), 4 ədəd tava, 4 ədəd podnus dəsti (iç-içə), 12 ədəd qab dərin göy rəngli, 12 ədəd qab-duz (göy rəngli), 12 ədəd çəngəl (nerjoveyka), 12 ədəd çay qaşığı (nerjoveyka), 12 ədəd xörək qaşığı (nerjoveyka), 6 ədəd bıçaq (nerjoveyka), 1 dəst bıçaqlar (Karaca), 1 dəst çömçə və kartof əzən, 3 ədəd kompot dolçası və 6 ədəd stəkanı (ayrı-ayrılıqda), 1 dəst paltar qurutmaq üçün asılqan, 1 ədəd ütü, 1 ədəd ütüaltı, çay dəsmalları, parça salfetkalar, 2 ədəd mürəbbə qabı, 2 ədəd qənd qabı, 1 ədəd zal üçün palaz, 1 ədəd suşılka, ayaqqabı yığmaq üçün plastmas qab, 1 ədəd soğan, kartof üçün 3 mərtəbə qab, 2 dəst stəkan, 6 ədəd nəlbəki, 6 ədəd duz qabı, 4 ədəd ləpə qabı, 2 ədəd 3 mərtəbə qab, 2 ədəd böyük Madonna qabı, 1 ədəd dəmir termos, 2 ədəd çörək qabı, rulon salfetka qabı, köhnə cehizlik 2 ədəd göy rəngli giləmeyvə qabı. Hamam otağına aid olan əşyalar: 4-lük dəst hamam ləvazimatı, 2 ədəd ayaqaltı, 1 ədəd plastmas vanna, çox saylı paltar şpilkası, paltar asmaq üçün suşılka, paltar yığmaq üçün plastmas qab. Qızıllar: Valideynləri tərəfindən iddiaçıya verilmiş 1 ədəd sep üstündə klon, 10-luq imperial ortalıq klon, iddiaçının nənəsi tərəfindən 1 ədəd qızıl sep, sırğa brilyant, hədiyyə gətirilən tək qaş brilyant üzük, alyans üzük, boyunbağı və qolbaq dəst, nişan vaxtı hədiyyə verilmiş versace sırğa və halqa qolbaq. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh İmranlı Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasın ın qətnaməsinin qızıl-zinət əşyalarına münasibətdə təmin edilməsi ilə bağlı hissədə ləğv edilib həmin hissədə iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh İmranlı Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, hazırkı mülki iş üzrə qəbul edilmiş qətnamənin giriş hissəsində tərəflər kimi hazırkı mülki işə aidiyyatı olmayan şəxslərin adları qeyd olunmuş, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassı z məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh İmranlı Cavabdeh vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdehlər İmranlı Cavabdeh və X5 üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdeh İmranlı Cav abdeh vəkili Vəkil izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdeh İmranlı Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hə r bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini qızıl-zinət əşyalarına aid hissədə təmin edilməməsi barədə nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçı həmin qızılın əşyalarının cavabdehdə olmasına dair heç bir sübut təqdim etməmişdir, eyni zamanda icra məmuru 06.11.2019-cu il tarixdə tərtib etdiyi aktda həmin qızıl-zinət əşyaları qeyd edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmamışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin icra məmurunun 06.11.2019-cu il tarixdə tərtib etdiyi aktda həmin qızıl-zinət əşyalarını qeyd etməməsi dəlili ilə razılaşmayaraq göstərmişdir ki, qızıl-zinət əşyalarının cehiz əşyaları ilə birlikdə hər kəsin görə biləcəyi bir yerdə olmaması təbii bir haldır. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qızıl-zinət əşyalarına aid hissədə iddia tələbini rədd edərkən həmin əşyaların aktda qeyd edilməməsinə istinad etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. -34.2-ci maddəsinə görə zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. -32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -157.1-ci maddəsinə əsasən mülkiyyətçınin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. -225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. -225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən cəlb edilmiş mütəxəssis tərəfindən qızıl-zinət əşyalarının dəyəri hesablanmış, mütəxəssis N.Əliyev tərəfindən təqdim olunmuş 13 mart 2019-cu il tarixli rəydən məlum olur ki, qızılların dəyəri: 1.Boyunbağı kulon, 585 əyar, 9-10 qram, 720-800 manat; 2.Onluq klon, 875 əyar, 8.6 qram, 800-850 manat; 3.Bir ədəd boyunbağı, 583 əyar, 10 qram, 650-700 manat; 4.Sırğa brilyant, 583 əyar, 0,80 karat, 9-10 qram, 1400-1500 manat; 5.Tək qaş brilyant üzük, 750 əyar, 0,30 karat, 5-6 qram, 550-600 manat;
6. Alyans üzük, 585 əyar, 150-180 manat;
7. Boyunbağ ı və qolbaq, 585 əyar, 19-21 qram, 1700-1800 manat; 8. “Versace” sırğa, 585 əyar, 7-8 qram, 600-650 manat; 9. “Verace” halqa qolbaq, 585 əyar, 10-11 qram, 850-900 manat olmaqla, cəmi 74207980 (yeddi min dörd yüz iyirmi – yeddi min doqquz yüz səksən) manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi qızıl-zinət əşyalarına münasibətdə ekspertin müəyyən etdiyi qiymətləndirmənin aşağı həddinə müvafiq olaraq təmin edilməməli, həmin qızıl-zinət əşyaları, onlar olmadıqda isə dəyəriyəni, boyunbağı kulon, 585 əyar, 9-10 qram 720 manat, onluq klon, 875 əyar, 8.6 qram 800 manat, 1 ədəd boyunbağı, 583 əyar, 10 qram 650 manat, sırğa brilyant, 583 əyar, 0,80 karat, 9-10 qram 1400 manat, tək qaş brilyant üzük, 750 əyar, 0,30 karat, 5-6 qram 550 manat, alyans üzük, 585 ə yar 150 manat, boyunbağı və qolbaq, 585 əyar, 19-21 qram 1700 manat, “Versace” sırğa, 585 əyar, 7-8 qram 600 manat, “Verace” halqa qolbaq, 585 əyar, 10-11 qram 850 manat olmaqla, cəmi 7420 (yeddi min dörd yüz iyirmi manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının apelyasiya şikayətində qeyd etdiyi cehiz əmlak, yəni bir ədəd podnos və bir ədəd üç mərtəbəli qaba aid hissədə isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin əşyaların cavabdehdə olmasına dair əsaslı sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin əşyalara, bir ədəd podnos və bir ədəd üç mərtəbəli qaba aid hissədə təmin edilməməli, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya kollegiyası qeyd ed ir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır.Kassasiya şikayətində göstərilən qətnamədə yol verilmiş yalnışlıq isə apelyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunmuş 21 may 2020-ci il tarixli qərardadı ilə aradan qaldırılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə f aktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Belə ki, iddiaçı qızılzinət əşyaları tələbinə dair hissədə apelyasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki, “...cavabdeh İmranlı Cavabdeh 21 oktyabr 2018-ci il tarixdə məni bir azyaşlı uşağımla birlikdə götürərək, valideynlərimgilə qonaq gətirmiş, bir neçə gün orada qaldıqdan sonra, cavabdeh İmranlı Cavabdeh bildirmişdim ki, gəlib məni evə aparsın, lakin cavabdeh İmranlı Cavabdeh mənə bildimişdir ki, o, məndən ayrılmaq istəyir və gəlib məni evə aparan deyil. Müəyyən müddət keçdikdən sonra, mənə məlum oldu ki, İmranlı Cavabdeh mənə qarşı nikahın pozulması tələbinə dair iddia irəli sürüb. Mən hətta evdən gedərkən təkcə bir geyimlə g əlmişəm, uşağın geyim əşyalarından da bir-iki dəyişik geyimlərindən götürmüşdüm, çünki mütləq geri qayıdacağımı bilirdim. Bundan başqa, qızıl-zinət əşyalarından başqa, uşağın doğum şəhadətnaməsi, diplomum və sair sənədlərim cavabdehin evində qalmışdır...”.Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, qızıl-zinət əşyalarının iddiaçının özü tərəfindən aparılması iş materiallarına əsasən təsdiq olunmur. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olun madan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İmranlı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2986/2020 saylı, 13 mart 2020-ci il tarixli qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.