Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5092/2023 28.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair ilk, Cavabdeh3 İddiaçı qarşı cehiz əmlakların mənzildən çıxarılması tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: müddətin ötürülməsi əsası ilə kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülm ə tələbinə dair ilk, Cavabdeh3 İddiaçı qarşı cehiz əmlakların mənzildən çıxarılması tələbinə dair qarşılıqlı iddia tələbləri barədə iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(105)-1378/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiamı təmin etməklə, onun Abşeron rayonu Digah kəndində son vaxtlar yaşadığı və cehiz əşyalarının yerləşdiyi ikimərtəbəli özbaşına tikilmiş evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh3 qarşılıqlı iddia ərizə si ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, İddiaçı məxsus olan qonaq dəsti- şüşəli dolab-1 ədəd, yemək masası-1 ədəd, oturacaq-6 ədəd, divan-1 ədəd, kreslo-2 ədəd, şüşə balaca masa-1 ədəd, yataq dəsti-dolab-1 ədəd, çarpayı-1 ədəd, güzgülü kamod-1 ədəd, əşyalar-paıtaryuyan maşın-1 ədəd, tozsoran-1 ədəd, çıl-çıraq-1 ədəd, xalça-1 ədəd, yorğan döşək dəsti-1 ədəd, güldan-1 ədəd, qazan dəsti-1 ədəd olan cehiz əmlakının ilkin iddiaçının hesabına Abşeron rayonu, Digah qəsəbəsi, Ə. Vahid küçəsində, 2 mərtəbəli fərdi yaşayış evindən çıxarılması, qarşılıqlı iddianın verilməsi üçün tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə ıddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1211/2023 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) ilk iddianın təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, İddiaçı məxsus cehiz əşyaları: qonaq dəstişüşəli dolab -1 ədəd, yemək masası-1 ədəd, oturacaq-6 ədəd, divan-1 ədəd, kreslo-2 ədəd, şüşə balaca masa-1 ədəd, yataq dəsti-dolab-1 ədəd, çarpayı-1 ədəd, güzgülü kamod-1 ədəd, əşyalar- paltaryuyan maşın-1 ədəd, tozsoran-1 ədəd, çil-çıraq-1 ədəd, xalça-1 ədəd, yorğan döşək dəsti-1 ədəd, güldan-1 ədəd, qazan dəsti-1 ədəd olan cehiz əmlakının ilkin iddiaçının hesabına Abşeron rayonu, Digah qəsəbəsi, Ə.Vahid küçəsində 2 mərtəbəli fərdi yaşayış evindən çıxarılması qət edilmişdir
3. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(105)-1378/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1211/2023 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
5. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(105)-1378/2023 saylı qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və ilkin iddi a tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
6. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
7. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
8. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kolleg iyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
9. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
10. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
11. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
12. Maddə 408.1. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət t əmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
13. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
14. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.
16. Belə ki, MPM-nin 405.0.1-ci maddəsində apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddət, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müəyyən edilmişdir.
17. Həmin normanın tələbinə əsasən şikayət vermə müddətinin axımı qərardadın “rəsmi qaydada verildiyi” gündən başlandığına görə, müddətin axımını hesablamaq üçün məhkəmə aktının “rəsmi qaydada verilməsi” anlayışının nəyi ifadə etməsi müəyyən olunmalıdır. Bu anlayışın izahı MPM-nin 135.5-ci maddəsində verilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
18. Göründüyü kimi MPM-nin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddə lərində göstərilən hər hansı bir qaydada çatdırılan məhkəmə sənədləri, rəsmi qaydada verilmiş sayılır. Bu qaydaların birindən bəhs edən MPM-nin 135.8-ci maddəsində deyilir ki, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
19. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(105)-1378/2023 saylı qətnaməsi İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 elektron kabinetinə apellyasiya instansiyası məhkəməsi tərəfindən 28 sentyabr 2023-cü il tarixdə yerləşdirilmiş, lakin həmin qətnamədən verdiyi kasassiya şikayətini vəkil 8 dekabr 2023-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinin məhkəmə işlərinin elektron idarəetmə sisteminə yerləşdirmişdir. Yəni, kassasiya şikayətinin verilmə müddəti buraxılmışdır.
21. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
22. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şə xsin kassasiya şikayəti vermək hüququna malik olmasını, kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
23. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir.
24. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması, apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur.
25. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 408 və 411-c i maddələrini rəhbər tutaraq, Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(105)-1378/2023 saylı qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.