Məhkəmə qərarları › İş №2(102)-51/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-51/2022

19.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-51/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3719/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 yanvar 2022 -ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə ailənin ümumi vəsaiti hesabına əldə edilmiş "VAZ 21041” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının satışından əldə olunan vəsaitin ½ hissəsinin, yəni 4 150 manat məbləğində pul vəsaitinin və "Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomaşının satışından əldə olunan vəsaitin ½ hissəsinin, yəni 16 500 manat məbləğində pul vəsaitinin, ümumilikdə 20 650 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı Cavabdeh ilə 27.02.2015ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahdan 08 oktyabr 2015-ci il təvəllüdlü X4 və 11 avqust 2017-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5205/2019 saylı 17 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə X arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahında doğulmuş 08 oktyabr 2015-ci il təvəllüdlü X1 və 11 avqust 2017ci il təvəllüdlü X3 analarının yanında saxlanılması və Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi nə ünvanlanmış 28 avqust 2020-ci il tarixli 77037/220 nömrəli məktubdan və məktuba əlavə edilmiş alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh "VAZ 21041” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşına mülkiyyət hüququnu 08.09.2015-ci il tarixdə AC551225 nömrəli şəhadətnamə əsasında əldə etmiş, "Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomaşına isə mülkiyyət hüququnu 29.12.2018-ci il tarixdə əldə etmişdir. Cavabdeh "VAZ 21041” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını 27 sentyabr 2019-cu il tarixli Alqı-satqı müqaviləsinə əsasən 7 000 manata, "Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomaşını isə 30 iyul 2019-cu il tarixli Alqı-satqı müqaviləsinə əsasən 15 000 manata satmışdır. 5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.0 4.2021-ci il tarixli 14/0488 saylı qiymətləndirmə hesabatı ilə “VAZ 21041” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2019-cu il üçün bazar dəyəri 6700 manat, “Hyundai Azera” markalı, xxxx dövlət qeydiyyat nişanlı avtomobilin 2019-cu il üçün bazar dəyəri 26000 manat müəyyən edilmişdir

6. İddiaçı bildirir ki, cavabdehlə 27 fevral 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan iki azyaşlı uşaqları anadan olmuşdur. Cavabdehlə münasibətləri pisləşdiyi üçün nikahları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikah dövründə ailənin ümumi vəsaiti hesabına 2012-ci il buraxılışlı "VAZ 21041” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını və 2013-cü il tarixli "Hyundai Azera” markalı, **-NM-*** dövlət q eydiyyat nişanlı avtomaşın əldə edilmişdir. 2019-cu ilin iyul və sentyabr aylarında – cavabdehlə faktiki olaraq nikah münasibətlərinə xitam verildikdən sonra cavabdeh hər iki avtomaşını onun razılığı olmadan özgəninkiləşdirmişdir. Bununla da cavabdeh ona məxsus olan əmlak hüquqlarını mənimsəmək məqsədi güdmüşdür. Onda olan məlumata görə cavabdeh "Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomaşını 33 000 manata, "VAZ 21041” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını isə 8 300 manata satmışdır.

7. Cavabdeh bildirir ki, iddia əsassızdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim V.Quliyev) 23 sentyabr 2020ci il tarixli 2(005)- 1556/2020 saylı qətnaməsi ilə iddia tələbi qismə n təmin edilmiş, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş “VAZ 21041” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılmasından əldə edilmiş 7000 manat məbləğində pul vəsaitinin və “Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 15000 manat məbləğində pulun ½ hissəsi, yəni 11000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumundan 15 manat məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı 27 fevral 2015-ci il tarixində rəsmi nikaha daxil olmuş, 17.12.2019-cu il tarixdə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin qətnaməsilə aralarında olan nikah pozulmuşdu r. Həmin qətnamə əsasında o da müəyyən edilmişdir ki, tərəflər 2019-cu ilin iyul ayından birgı təsərrüfat aparmırlar. Cavabdeh "VAZ 21041” markalı, xxxx dövlət qeydiyyat nişanlı avtomaşına mülkiyyət hüququnu 08.09.2015-ci il tarixdə xxx nömrəli şəhadətnamə əsasında əldə etmiş, "Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomaşına isə mülkiyyət hüququnu 29.12.2018-ci il tarixdə əldə etmişdir. Cavabdeh "VAZ 21041” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını 27 sentyabr 2019-cu il tarixli Alqı-satqı müqaviləsinə əsasən 7 000 manata, "Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomaşını isə 30 iyul 2019-cu il tarixli Alqı-satqı müqaviləsinə əsasən 15 000 manata satmışdır. Hər iki avtomobil birgə nikah dövründə əldə edilmişdir. Bununla belə tərəfləri n birgə nikah dövründə olsa da, onların faktiki ayrıldığı vaxtdan, yəni iddiaçının Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 17.12.2019-cu il qətnaməsi qəbul edilərkən hazırki iş üzrə cavabdehin iddia etdiyi 2019-cu ilin iyul ayından sonra nəqliyyat vasitələri satılmışdır.

10. Qeyd olunanlara əsasən məhkəmə belə bir qənaətə gəlir ki, iddia tələbi qismən əsaslıdır, tərəflərin birgə nikahı dövründə əldə edilmiş avtomobillərin satışından əldə edilmiş pul vəsaitinin ½ hissəsi iddiaçıya ödənilməlidir. Lakin məhkəmə iddiaçının iddia tələbinin “ümumilikdə 20 650 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi” hissəsinin məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlarla ziddiyyət təşkil etdiyini qeyd edərək belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə, ümumilikdə 22000 manatın yarısı, yəni 11 000 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 33.1, 36.1, 36.3, 37.1, 37.2-ci, Mülki Məcəllənin 213.2, 213.5, 225.1-ci, Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3719/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov-sədrlik edən və məruzəçi, Q.Əsgərov və A.İmanov) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)1556/2020 saylı iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, “Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 26000 manat müəyyən edilməsi və Cavabdeh “Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısının, yəni 13000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, aparılmış tədqiqatın dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaitinin 150 manatının İddiaçı, 150 manatının isə Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

14. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, 2013-cü il buraxılışlı “Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsində göstərilən məbləğdə (15000 manata) qiymətləndirilməsi real və ağlabatan deyildir, belə ki, həmin məbləğ qeyd olunan avtomobilin real məbləğinə uyğun deyildir və qiymətləndirmə rəyi ilə müəyyən edilmiş avtomobilin satıldığı dövrə məbləği ilə alqı-satqı müqaviləsində göstərilən məbləğ arasında kəskin fərq olması da bu halı sübuta yetirir.

15. Tərəflər 2019-cu ilin iyul ayından birgə təsərrüfat aparmırlar və həmin avtomobil də 30 iyul 2019-cu il tarixdə satılmışdır, belə olan halda Kollegiya hesab etmişdir ki, cavabdeh həmin avtomobilin mümkün bölgüsünü nəzərə alaraq alqı-satqı müqaviləsində avtomobilin dəyərini bilərəkdən az göstərmişdir.

16. Digər avtomobilə aid hissədə isə Kollegiya qeyd edir ki, alqı-satqı müqaviləsi ilə avtomobil 7000 manata satılmış, qiymətləndirmə rəyi ilə isə 6700 manat müəyyən edilmişdir. Göründüyü kimi, məbləğlər arasında kəskin fərq yoxdur, həmin avtomobilin satışından əldə olunan məbləğin yarısının iddiaçının xeyrinə tutulması barədə məhkəmə düzgün nəticəyə gəlmişdir.

17. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi-vəkili 19.12.2018-ci il tarixli “X5 xX ilə Cavabdeh arasında bağlanılmış borc müqaviləsini təqdim edərək, göstərmişdir ki, cavabdeh bu müqavilə ilə 12000 manat borc pul götürərək, “Hyundai Azera” markalı avtomobili almış və borcu qaytara bilmədiyi üçün də avtomobili sataraq borcu ödəmişdir.

18. Kollegiya qeyd edilənləri əsaslı hesab etmir, belə ki, həmin müqaviləyə əsasən götürülmüş pulun mübahisəli avtomobilin alınmasına xərclənməsi, e yni zamanda avtomobilin satılaraq borcun qaytarılması işin hallarından müəyyən edilmir, cavabdeh isə bu halı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir, təqdim edilmiş borc müqaviləsi cavabdeh tərəfindən borcun alındığını göstərsə də, borcun alınması həmin pul ilə avtomobilin alınması nəticəsinə gəlməyə əsas vermir. Avtomobilin satılmasından əldə edilən pulun həmin borcun qaytarılmasına sərf edildiyi qənaətinə gəlmək üçün də hər hansı əsas müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə ye ni qərar qəbul olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.

21. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.04.2021-ci il tarixli 14/0488 saylı qiymətləndirmə hesabatı ilə “Hyundai Azera” markalı, 99-NM586 dövlət qeydiyyat nişanlı avtomobilin 2019-cu il üçün bazar dəyəri 26000 manat müəyyən edərkən həmin avtomobilə baxış keçirməmiş, avtomobilin satılan zaman hansı vəziyyətdə olmasını müəyyən etməmiş, sadəcə həmin buraxılış ili olan avtomobillərə münasibətdə nəzəri cəhətdən qiymətləndirmə aparmışdır.

22. Halbuki, “Hyundai Azera” markalı, xxxx dövlət qeydiyyat nişanlı avtomobil satılan zaman nasaz olmuş, mühərrikində yağ itkisi, şassisində isə deformasiya olduğuna görə qiyməti aşağı olmuşdur.

23. Bundan başqa iş materiallarına əlavə edilmiş 30 iyul 2019-cu il tarixli Alqı-satqı müqaviləsində “Hyundai Azera” markalı, xxxx dövlət qeydiyyat nişanlı avtomobil avtomobilin 15 000 manata satılması qeyd edilmiş və həmin müqavilə iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

24. Apelyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Cavabdeh və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər.

27. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri

28. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

29. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla ape lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı t am yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

34. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

35. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)

36. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiy ini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

38. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətlərinin d əlillərini araşdıraraq hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi “Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 26000 manat müəyyən edilməsi və Cavabdeh “Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısının, yəni 13000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

40. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya insansiyası məhkəməsinin qətnaməsi “Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 26000 manat müəyyən edilməs i və Cavabdeh “Hyundai Azera” markalı, **-NM*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısının, yəni 13000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. (30-31)

41. Apelyasiya instansiyası məhkəməsi qeyd edilən hissədə qəbul etdiyi qətnaməni onunla əsaslandımışdır ki, 2013-cü il buraxılışlı “Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsində göstərilən məbləğdə (15000 manata) qiymətləndirilməsi real və ağlabatan deyildir, belə ki, həmin məbləğ qeyd olunan avtomobilin real məbləğinə uyğun deyildir və qiymətləndirmə rəyi ilə müəyyən edilmiş avtomobilin satıldığı dövrə məbləği ilə alqı-satqı müqa viləsində göstərilən məbləğ arasında kəskin fərq olması da bu halı sübuta yetirir. Tərəflər 2019-cu ilin iyul ayından birgə təsərrüfat aparmırlar və həmin avtomobil də 30 iyul 2019-cu il tarixdə satılmışdır, belə olan halda Kollegiya hesab etmişdir ki, cavabdeh həmin avtomobilin mümkün bölgüsünü nəzərə alaraq alqı-satqı müqaviləsində avtomobilin dəyərini bilərəkdən az göstərmişdir.

42. Bununla bağlı kassatorun dəlili ondan ibarətdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.04.2021-ci il tarixli 14/0488 saylı qiymətləndirmə hesabatı ilə “Hyundai Azera” markalı, xxx dövlət qeydiyyat nişanlı avtomobilin 2019-cu il üçün bazar dəyəri 26000 manat müəyyən edərkən həmin avtomobilə baxış keçirməmiş, avtomobilin satılan zaman hansı vəziyyətdə olmasını müəyyən etməmiş, sadəcə həmin buraxılış il i olan avtomobillərə münasibətdə nəzəri cəhətdən qiymətləndirmə aparmışdır.

43. Halbuki, “Hyundai Azera” markalı, 99-NM586 dövlət qeydiyyat nişanlı avtomobil satılan zaman nasaz olmuş, mühərrikində yağ itkisi, şassisində isə deformasiya olduğuna görə qiyməti aşağı olmuşdur.

44. Bundan başqa iş materiallarına əlavə edilmiş 30 iyul 2019-cu il tarixli Alqı-satqı müqaviləsində “Hyundai Azera” markalı, xxx dövlət qeydiyyat nişanlı avtomobil avtomobilin 15 000 manata satılması qeyd edilmiş və həmin müqavilə iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

45. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün yuxarıda qeyd edilən halların araşdırılması hümüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi qed edilən halları araşdırmamış və həmin hallara hüquqi qiymət v erməmişdir.

46. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi cavabdehin qeyd edilən dəlillərini araşdırmalı, müvafiq araşdırmanın nəticəsini və eyni zamanda 30 iyul 2019-cu il tarixli Alqı-satqı müqaviləsini nəzərə almaqla hazırkı iş üzrə mübahisəyə hüquqi qiymət verməlidir.

47. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi “Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 26000 manat müəyyən edilməsi və Cavabdeh “Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısının, yəni 13000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və b u düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

48. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

49. Qətnamənin qalan hissələrinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qət naməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3719/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsi “Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 26000 manat müəyyən edilməsi və Cavabdeh “Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısının, yəni 13000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndəril sin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar