Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-51/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı ilkin iddiası və Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası barədə iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqının gecikdirilməsinə görə ödəncin tutulması, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqının gecikdirilməsinə görə ödəncin tutulması tələbinə dair ilkin iddiası və Cavabdeh İddiaçı qarşı əsassız ödənilmiş pulun qaytarılmasına dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Apellyas iya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3935/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Cavabdeh xx.xx.2013-cü il tarixdə "xxxx" ASC-nin yenidən təşkili nəticəsində yaradılmış, xx.xx.2016-cı il tarixdə adının dəyişdirilməsi nəticəsində "xxxx" MMC adlandırılmış, "xxxx" MMC-nin və "xxxx" MMC-nin qoşulması nəticəsində yenidən təşkil olunmaqla onların hüquqi varisi kimi qeydiyyata alınmışdır.
2. İddiaçı ilə Cavabdeh MMC (MMC) arasında 01 may 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı aylıq 2810.00 (iki min səkkiz yüz on) manat əmək haqqı müqabilində MMC-də əsas iş ye ri üzrə satış administrasiyası şöbəsinə şöbə rəisi vəzifəsinə işə qəbul olunmuş, 04 dekabr 2019-cu il tarixdə əmək haqqı artırılaraq 5646.00 (beş min altı yüz qırx altı) manat müəyyənləşdirilmiş, 23 noyabr 2020-ci il tarixdə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. 3. "xxxx" MMC işəgötürəni ilə "xxxx" Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış 02 iyun 2017-ci il tarixli kollektiv müqavilənin 3.1-ci və 3.4-cü bəndlərində nəzərdə tutulmuşdur ki, işçilərin gəlirlərinin formalaşdırılmasında razılaşdırılmış siyasətin həyata keçirilməsi məqsədi ilə işəgötürən əməyin ödənilməsi və əmək münasibətlərini tənzim edən aktlara əlavə olaraq, əmək haqqının ayda bir dəfədən gec olmamaq şərti ilə növbəti ayın 20-nə kimi ödəməyi, işin s əmərələliyinin və keyfiyyətinin qaldırılmasında maddi maraq yaradılması məqsədilə işçiləri həmkarlar ittifaqı komitəsi ilə razılaşdırmaqla mükafatlandırmaq, onlara maddi yardım göstərmək öhdəliyini götürür.
4. Cavabdeh MMC tərəfindən İddiaçı bank hesabına xx.xx.2019-cu il tarixdə 3500,01 manat, xx.xx.2019-cu il tarixində 3461,09 manat, xx.xx.2019-cu il tarixdə 3297,86 manat, xx.xx.2019-cu il tarixdə 3500,01 manat, xx.xx.2019-cu il tarixdə 3500,01 manat, xx.xx.2019-cu il tarixdə 1500 manat; xx.xx.2019- cu il tarixdə 3500,02 manat, xx.xx.2020ci il tarixdə 14872.58 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 5010,71 manat, xx.xx.2020-ci il tarixdə 5010,71 manat, xx.xx.2020-ci il tarixdə 5010,71 manat, xx.xx.2020-ci il tarixdə 5010,71 manat, xx.xx.2020ci il tarixdə 5010.71 manat, xx.xx.2020-ci il tarixdə 5010,71 manat, xx.xx.2020-ci il tarixdə 10 128,53 manat, xx.xx.2020-ci il tarixdə 5010,71 manat, xx.xx.2020-ci il tarixdə 4986,68 manat, xx.xx.2020-ci il tarixdə 4309,38 manat, xx.xx.2020-ci il tarixdə 5292,02 manat ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının gecikdirilməsinə görə hesablanmış ödəncin tutulması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənişin gecikdirilməsinə görə Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən hesablanmış 24,361.12 (iyirmi dörd min üç yüz altmış bir manat, 12 qəpik) manat məbləğində ödəncin cavabdeh "X8” MMC-dən tutularaq ona ödənilməsi barədə qəbul edil məsini məhkəmədən xahiş etmişdir.
6. İlkin iddiaçı tələbini onunla əsaslandırmışdır ki, işəgötürən Cavabdeh MMC onunla 01 may 2019-cu il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə əsasən cavabdeh onu Qazax rayonunda yerləşən X6 aylıq 2,810.00 (iki min səkkiz yüz on) manat əmək haqqı müqabilində əsas iş yeri üzrə satış administrasiyası şöbəsinə şöbə rəisi vəzifəsinə işə qəbul etmişdir. 04 dekabr 2019-cu il tarixdə tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinə əlavə bağlanmış və həmin əlavəyə əsasən əmək haqqı artırılaraq 5,646.00 (beş min altı yüz qırx altı) manat təşkil etmişdir. 23 noyabr 2020-ci il tarixdə isə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “a” bəndinə əsasən 356 K saylı Əmrlə əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi müddət ərzində xəbərdarlıqlarına baxmayaraq cavabdeh tərəfindən əmək haqqının ödənilməsində cavabdehin təqsiri üzündən dəfələrlə gecikmələr baş vermişdir. Bunun nəticəsində də həmin vəsaitlərdən zamanında faydalana bilməmişdir. Halbuki, həmin dövrlərdə cavabdehin hesabında kifayət qədər pul vəsaiti olmuşdur. Çünki, Cavabdeh kommersiya hüquqi şəxsdir, sement məhsullarının istehsalı və satışı ilə məşğul olur. Aylar üzrə gecikmiş əmək haqqları, gecikmə günləri və gecikməyə görə ƏM-nin 172- ci maddəsinə əsasən hesablanmış ödəncin məbləği ümumilikdə 24361,12 manat təşkil edir.
7. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı, ona əmək fəaliyyəti zamanı əsassız olaraq ödənilmiş 16629.96 (on altı min altı yüz iyirmi doqquz manat, 96 qəpik) manat məbləğində pulun tutularaq Cavabdeh MMC-yə ödənilməs i barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia tamamilə əsassız və ziddiyyətlidir, belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli ilkin əmək müqaviləsinə əsasən, İddiaçıya 2810 manat əmək haqqı təyin olmuşdur. Bundan sonra, iddiaçı ilə Cəmiyyət arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əlavəyə əsasən onun əmək haqqı 5646 manat (qanunvericiliklə müəyyən edilmiş ödənişlər xaric) məbləğində razılaşdırılmışdır. Beləliklə, iddiaçı xx.xx.2019-cu il tarixədək vergilər daxil olmaqla, cəmi 2810 manat məbləğində əmək haqqı almalı idi, lakin İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş çıxarışdan müəyyən olunur ki, cəmiyyət tərəfindən iddiaçının bank hesabına xx.xx.201 9-cu il tarixində 3500.01 manat; xx.xx.2019-cu il tarixində 3461.09 manat; xx.xx.2019-cu il tarixində 3297.86 manat; xx.xx.2019-cu il tarixində 3500.01 manat; xx.xx.2019-cu il tarixində 3500.01 manat; xx.xx.2019-cu il tarixində 1500 manat; xx.xx.2019-cu il tarixində 3500.02 manat; xx.xx.2020-ci il tarixində 14872.58 manat; xx.xx.2020-ci il tarixində 100 manat; xx.xx.2020ci il tarixində 50 manat; xx.xx.2020-ci il tarixində 5010.71 manat; xx.xx.2020-ci il tarixində 5010.71 manat; xx.xx.2020-ci il tarixində 5010.71 manat; xx.xx.2020-ci il tarixində 5010.71 manat; xx.xx.2020-ci il tarixində 5010.71 manat; xx.xx.2020-ci il tarixində 5010.71 manat; xx.xx.2020-ci il tarixində 10128.53 manat; xx.xx.2020-ci il tarixində 5010.71 manat; xx.xx.2020-ci il tarixində 4986.68 manat; xx.xx.2020-ci il tarix ində 4309.38 manat; xx.xx.2020-ci il tarixində 5292.02 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bu məbləğlər xx.xx.2019-cu il tarixədək və ondan sonrakı müddətdə İddiaçının bank hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş çıxarışdan iddiaçı üçün sual doğuran ödənişlərə dair araşdırma aparılmış və müəyyən edilmişdir ki, ödənişlərin heç bir hüquqi əsası olmamışdır. İddiaçının əmək haqqı (NET olaraq) 5010.71 manat təşkil etdiyi halda, ona xx.xx.2019-cu il tarixində əlavə olaraq 1500 manat, xx.xx.2020-ci il tarixində 9861.87 manat, xx.xx.2020ci il tarixində 100 manat, xx.xx.2020-ci il tarixində 50 manat, xx.xx.2020-ci il tarixində 5117.82 manat, ümumilikdə isə 16629.96 manat ödənilmişdir. Hesab edirlər ki, iddiaçıya ödənilmiş həmin pul vəsaiti ondan geri alınaraq Cəmiyyətə ödənilmə lidir. Bundan əlavə qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsində ilkin iddiaçı qarşılıqlı iddia tələbinə etiraz etmiş və rədd edilməsini xahiş etmiş, bunu Əmək Məcəlləsinin 175-ci maddəsilə əsaslandırmışdır. Həmçinin qarşılıqlı iddia ərizəsində göstərilən əlavə ödənişlərin şirkətin qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün işçilərə ödədiyi mükafat, 100 manat və 50 manatın isə bayramla əlaqədar ödənildiyini bildirmişdir.
10. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(005)-1666/2021 nömrəli qərardadına “X5” MMC-nin auditoru X7 tərəfindən aparılmış mühasibatlıq ekspertizasının rəyinə əsasən həmin auditor tərəfindən İddiaçı Əmək haqqı ödənişlərinin gecikdirilməsinə görə cavabdeh “X8" MMC-nin ödəməli olduğu önənc məbləği aşağıdakı cədvəldəki kimi yenidən hesablanaraq 14261,29 (on dörd min iki yüz altımış bir manat 29 qəpik) manat müəyyən edilmişdir.
11. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(005)-1666/2021 nömrəli qərardadına əsasən “X2” MMC-nin auditoru X1 tərəfindən aparılmış audit hesabatı rəyinə əsasən iddiaçı X3 ilə Cavabdeh MMC arasında bağlanmış 01 may 2019 tarixli əmək müqaviləsi (habelə xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əlavə) üzrə işəgötürən tərəfindən 2019-cu il dekabr - 2020-ci il oktyabr tarixləri üçün əmək haqqının gecikdirilməsi hallarına görə ödəncin məbləği 25195,89 (iyirmi beş min yüz doxsan beş manat səksən doqquz qəpik), ilkin iddia üzrə İddiaçı ilə cavabdeh “X10” MMC arasında bağlanmış 01 may 2019-cu tarixli əmək müqavi ləsinin (habelə xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əlavə) şərtləri nəzərə alınmaqla, cavabdeh təşkilat tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək müqavilədə nəzərdə tutulandan əlavə ödəmələrin məbləği 16659,98 (on altı min altı yüz əlli doqquz manat doxsan səkkiz qəpik) manat müəyyən edilmişdir.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-77/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (bundan sonra – birinci instansiya məhkəməsi) (hakim S.İ.Ədilova) ilkin iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 13043,14 (on üç min qırx üç manat 14 qəpik) manat məbləğində ödəncin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, ilkin iddia tələbi qalan hissədə və qarşılıqlı iddia təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı 01 may 2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMCdə müvafiq vəzifədə işləməyə başlamış, ona vergilər və digər ödənişlər daxil olmaqla 2810 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuş, 04 dekabr 2019-cu il tarixli əmək müqaviləsinə əlavəyə əsasən işçiyə hər ay vergilər daxil olmaqla, 5646 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. 23 noyabr 2020-ci il tarixdə İddiaçı öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilmişdir. İşin mübahisəli halları ondan ibarətdir ki, İddiaçı işlədiyi müddətdə əmək haqqısı 02 iyul 2017-ci il tarixli "xxxx" MMC-nin işəgötürəni ilə “ HGC Group” Həmkarlar Komitəsi arasında bağlanmış Kollektiv müqaviləsinə zidd olaraq gecikmələr ilə ödənilmişdir. Ə.Rzayev Əmək Məcəlləsinin 172-ci maddəsinə istinad edərək 243 61,12 manatın ödənilməsini mübahisələndirir, Cavabdeh MMC isə İddiaçı əmək fəaliyyəti zamanı əsassız olaraq ödənilmiş 16629.96 manatın ödənilməsini mübahisələndirir.
14. Birinci instansiya məhkəməsi ilkin iddianın qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Belə ki, mövcud qanunvericilyə görə işəgötürənlə işçi arasında əmək münasibətləri “Əmək müqaviləsi” və “Kollektiv müqavilə ilə nizamlanır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 137KJQ000400 saylı əmək müqaviləsinin əlavənin 4.2-ci bəndinə uyğun olaraq işçiyə əmək haqqının ödənilmə müddəti ayda bir dəfə razılaşdırılmışdır, bu halda konkret tarix göstərilməmişdir. xx.xx.2017-ci il tarixli Kollektiv müqavilənin 3.4-cü bəndinə əsasən “Əmək haqqının ayda bir dəfədən gec olmamaq şərti ilə növbəli ayın 20- nə kimi ödəməyi, işin s əmərələliyinin və keyfiyyətinin qaldırılmasında maddi maraq yaradılması məqsədi ilə işçiləri həmkarlar ittifaqı komitəsi ilə razılaşdırmaqla mükafatlandırmaq, onlara maddi yardım göstərmək" nəzərdə tutulmuşdur ki, iddiaçıya aylıq əmək haqqı ödənişlərinin gecikməsinə görə gecikmənin başlama günü olaraq növbəti ayın 20-si tarixi əsas götürülməlidir.
15. Məhkəmə iddia tələbinin 2019-cu ilin dekabr ayından 2020-ci ilin oktyabr ayınadək əmək haqqının vaxtında ödənilməməsi ilə bağlı pul vəsaitin tutulması ilə bağlı qeyd etmişdir ki, işçinin əmək haqqı hər ayın 20-nə kimi ödənilməmişdir. İşçi də 2021-ci ilin fevral ayının 11-i məhkəməyə müraciət etmişdir. İddia tələbi üzrə iddia müddəti 2019-cu ilin dekabr ayı üçün əmək haqqının ödənilməsinin son günü xx.xx.2020-ci il tarixi olduğundan, işçi öz h üquqlarının pozulmasını bilməli olduğu tarix həmin vaxtdan hesablandığından həmin ay üçün gecikdirilmiş əmək haqqı üzrə pul tələbinə dair hissədə iddia müddətini ötürmüşdür. Digər tarixlər üçün iddia müddəti ötürülmədiyindən ona vaxtında ödənilməmiş əmək haqqı üzrə pul vəsaiti 2020-ci ilin mart ayının 19-dan 2020-ci ilin noyabr ayının 24-dək olan 10 aylıq dövrü əhatə edir. Məhkəmə mötəbər sübut kimi qəbul etdiyi “X5” MMC-nin auditoru X7 tərəfindən aparılmış mühasibatlıq ekspertizasının rəyinə əsasən “X8" MMC-nin ödəməli olduğu ödənc məbləğini 13043,14 (on üç min qırx üç) manat 14 qəpik olduğu qənaətinə gəlmişdir. Bundan başqa ilkin iddia üzrə iddiaçı məhkəməyə ödəniş tapşırıqları təqdim edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əlavəyə ə sasən MMC-in Maliyyə Departamentinin direktor müavini İddiaçı pul vəsaitlərinin hərəkətini idarə etmək, xərclərin planlaşdırılmasını və nəzarətin həyata keçirilməsi, bank, xəzinə, ƏDV depozit hesabı vasitəsilə həyata keçirilən ödənişlərin mövcud qanunvericilik və Cəmiyyətin prosedur qaydaları üzrə icrasına birbaşa nəzarət etməsi, icra olunacaq ödənişlərin mütəmadi təqvim qrafiklərinin hazırlanması və həmin qrafiklər üzrə ödənişin icra olunması işinin təşkilinin həyata keçirilməsi, icra olunacaq ödənişlər barədə birbaşa rəhbərinə və Cəmiyyətin rəhbərinə vaxtaşırı məlumat və hesabatlar təqdim edilməsi işçinin öhdəlikləri olduğundan işçinin təqsiri ucbatından bu ödənişlər gecikmişdir. İddiaçı isə MMC-də yüksək məvacib alanların əmək haqqının rəhbərliyin göstərişi ilə gecikdirildiyini bildir mişdir. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırkı iş materiallarından göründüyü kimi iddiaçının əmək haqqının gecikmələrlə ödənilməsi iddiasına qarşı cavabdeh tərəfindən bu halı təkzib edən hər hansı mötəbər sübutlar mövcud deyil.
16. Məhkəmə bu hissədə hər iki arqumenti dəyərləndirib, qeyd etmişdir ki, işçi əmək müqaviləsi üzrə “icra olunacaq ödənişlərin mütəmadi təqvim qrafiklərinin hazırlanması və həmin qrafiklər üzrə ödənişin icra olunması işinin təşkilinin həyata keçirilməsi” öhdəliyi götürmüş, hə min işlərin icra funksiyası səlahiyyəti birbaşa İddiaçı olmamış, yəni gecikmələrin sonuncunun təqsiri ucbatından olduğu sübuta yetməmişdir.
17. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı ayrıca qeyd etmişdir ki, Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Bununla da məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı müvafiq tələblə məhkəməyə müraciət edən zaman qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir (dekabr 2019-cu il üçün əmək haqqı üzrə gecikdirilmiş pul tələb i istisna olmaqla), ona görə də yuxarıda qeyd edilən tarix üzrə tələbdən başqa digər tələblərə münasibətdə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi əsassızdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, bu nəticəyə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarının məcburi göstərişinə (fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar) riayət etmişdir.
18. Məhkəmə qarşılıql ı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin iddia tələbi ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı əmək fəaliyyəti zamanı əsassız olaraq ödənilmiş 16629.96 manat məbləğində pulun ödənilməsini əsas gətirilir.
19. Məhkəmə Əmək Məcəlləsinin 175.3-cü və 175.5-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, işəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz. Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək ha qqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz. Göründüyü kimi yuxarıda qeyd olunan maddənin imperativ göstərişinə əsasən MMC tərəfindən İddiaçı hesabına əlavə pul ödənilsə belə onu tələb edə bilməz.
20. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 13043,14 (on üç min qırx üç manat 14 qəpik) manat məbləğində əmək haqqı tutularaq İddiaçı ödənilməli, ilkin iddia tələbi qalan hissədə əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetmədiyindən təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “əsassız olaraq ödənilmiş pulun qaytarılması” tələbinə dair qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 24.1, 172.1, 172.3, 172.4, 172.5, 175.3, 175.5, 296.4, Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 88 və 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. İlkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın ləğv edilməsi hissəsində ləğv edsilməsini və ilkin iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamış, işin nəticəsinin işin hallarına uyğun olm amış, istinad etdiyi kollektiv müqavilənin saxtalaşdırılmış olmasını, habelə kollektiv müqavilə əsasında onun hüququnun əmək qanunvericiliyində təsbit olunandan daha artıq məhdudlaşdırılmasının yolverilməz olduğunu nəzərə almamışdır. Məhkəmə Əmək Məcəlləsinin 24.1-ci maddəsinə (bu Məcəllədə nəzərdə tutulan qaydada bağlanmış kollektiv müqavilənin və sazişin şərtləri tərəflər və bu şərtlərin aid edildiyi iş yerləri üçün məcburidir) və həmin Məcəllənin 172-ci maddəsinin müvafiq bəndlərinə istinad etməklə kifayətlənmiş, Məcəllənin 24.2-ci maddəsini isə nəzərə almamışdır. Halbuki, həmin normaya görə, bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan əmək, sosial və iqtisadi normalara nisbətən işçilərin vəziyyətini pisləşdirən kollektiv müqavilənin və sazişin şərtləri etibarsızdır. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2017-ci il tarixli Kollektiv müqavilənin 3.4-cü bəndində nəzərdə tutulmuşdur ki, işçilərin gəlirlərinin formalaşdırılmasında razılaşdırılmış siyasətin həyata keçirilməsi məqsədi ilə işəgötürən əməyin ödənilməsi və əmək münasibətlərini tənzim edən aktlara əlavə olaraq, əmək haqqının ayda bir dəfədən gec olmamaq şərti ilə növbəti ayın 20-nə kimi ödəməyi, işin səmərələliyinin və keyfiyyətinin qaldırılmasında maddi maraq yaradılması məqsədilə işçiləri həmkarlar ittifaqı komitəsi ilə razılaşdırmaqla mükafatlandırmaq, onlara maddi yardım göstərmək öhdəliyini götürür. Göründüyü kimi, Kollektiv müqavilədə Əmək Məcəlləsində nəzərdə tutulan əmək, sosial və iqtisadi normalara nisbətən işçilərin vəziyyətini pisləşdirən şərt - əmək haqqının növbəti ayın 20- nə k imi ödəmə öhdəliyi - müəyyən edilmişdir. Halbuki, Əmək Məcəlləsinin əmək haqqının verilməsi müddətlərinə dair 172-ci maddəsinin 1-ci hissəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Məcəllədə çox aydın olaraq əmək haqqı “ayda bir dəfədən az olmayan müddətdə verilməlidir” şəklində imperativ norma müəyyən edilmişdir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 2-ci hissəsində müəyyən edilmiş, “kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər” norması isə 172-ci maddəsinin 1-ci hissəsind ə müəyyən edilmiş “ayda bir dəfədən az olmayan müddətdə verilməlidir” normasını təkzib etmir, əksinə, “kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər” dedikdə kollektiv, yaxud əmək müqaviləsində həmin maddənin 1-ci hissəsində müəyyən edilmiş normaya nisbətən daha geniş hüquqların (əmək haqqının ayda bir dəfədən çox olan müddətdə verilməsi) müəyyən edilməsi nəzərdə tutulur. Əmək haqqının Kollektiv müqavilənin 3.4-cü bəndində nəzərdə tutulduğu kimi, “növbəti ayın 20-nə kimi ödənilməsi” şərti isə işəgötürənə (cavabdehə) əmək haqqını Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinə zidd olaraq ayda bir dəfədən az olan müddətdə verməsinə şərait yaradır. Başqa sözlə, Kollektiv müqavilə işəgötürənə cari ay üçün işçilərin əmək ha qqını həmin ay yox, növbəti ayın 20-ə kimi gecikdirmək hüququ verir. Bu isə faktiki olaraq işçilərin hüquqlarının məhdudlaşdırılmasıdır. Başqa sözlə, məhkəmə işçilərin vəziyyətini pisləşdirən kollektiv müqavilənin 3.4-cü bəndində nəzərdə tutulmuş etibarsız şərti əsas götürərək əsassız olaraq ilkin iddianın qismən əsaslı olduğu qənaətinə gəlmiş, bununla da qanunsuz qətnamə qəbul etmişdir.
24. İlkin iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin “2020-ci ilin mart ayının 19-dan 2020-ci ilin noyabr ayının 24-dək olan 10 aylıq dövrü ödəmənin həyata keçirild iyi günədək hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödənilməsi” hissəsinə münasibətdə işin taktiki halları üzrə və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir İaizi məbləğində ödənc verilməlidir. Qeyd edilən qanunvericilik normalarının təhlili onu deməyə əsas verir ki, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi zamanı hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi o zaman mümkündür ki, bu hal fərdi əmək mübahisəsi yaratmamış olsun. Bu hal f ərdi əmək mübahisəsi yaratmışsa, işçi işəgötürəndən əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsini deyil, onun qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin əvəzini tələb edə bilər. Digər tərəfdən, işin hallarından göründüyü kimi İddiaçı Cavabdeh MMC ilə əmək münasibətlərində olmuşdur və təqdim olunmuş sübutlara əsasən (əmək müqaviləsinə əlavə, vəzifə təlimatı) onun vəzifəsi - tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əlavəyə əsasən MMC-in Maliyyə Departamentinin direktor müavini olmuşdur. İddiaçı pul vəsaitlərinin hərəkətini idarə etmək, xərclərin planlaşdırılmasını və nəzarətin həyata keçirilməsi, bank, xəzinə, ƏDV depozit hesabı vasitəsilə həyata keçirilən ödənişlərin mövcud qanunvericilik və Cəmiyyətin prosedur qaydaları üzrə icrasına birbaşa nə zarət etməsi, icra olunacaq ödənişlərin mütəmadi təqvim qrafiklərinin hazırlanması və həmin qrafiklər üzrə ödənişin icra olunması işinin təşkilinin həyata keçirilməsi, icra olunacaq ödənişlər barədə birbaşa rəhbərinə və Cəmiyyətin rəhbərinə vaxtaşırı məlumat və hesabatlar təqdim edilməsi kimi olmuşdur. Təqdim olunmuş ödəniş tapşırıqlarının hamısını İddiaçı imzalamış və həmin ödəniş tapşırıqlarının hazırlama tarixi ilə ödənişin cavabdeh tərəfindən həyata keçirilməsi günləri eyni olmuşdur. Yuxarıda qeyd edilən hallar İddiaçı tərəfindən məhkəmə prosesində etiraf edilmiş, imzaların ona məxsus olması onun tərəfindən təsdiqlənmişdir, bu hallar işin mübahisəsinin hallarıdır. Başqa sözlə, Ə.Rzayevə öz vəzifə öhdəliklərini yerinə yetirib ödəniş qrafiki və ödəniş cədvəllərini hazırlayıb Cavabdeh MMC -nin rəhbərliyinə hansı gün təqdim etmişdirsə, həmin gündə ödəniş həyata keçirilmişdir, qeyd edilənlər bir daha sübut edir ki, ödənişlərin gecikməsində Cavabdeh MMC-nin təqsiri olmamışdır, əgər İddiaçı tərəfndən təqdim edilmiş ödəniş cədvəlləri vaxtıvaxtında təqdim edilmiş, lakin Cavabdeh MMC tərəfndən ödənişlər gecikmə ilə həyata keçirilmiş olsa, o zaman təqsir Cavabdeh MMC-nin üzərinə qoyula bilərdi. Məhkəmə normanın tətbiqində səhvə yol vermişdir, belə ki, qarşılıqlı iddianın təmin edilməməsini belə əsaslandırmışdır ki, “işəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu m üddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz. Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz. Göründüyü kimi yuxarıda qeyd olunan maddənin imperativ göstərişinə əsasən MMC tərəfindən İddiaçı hesabına əlavə pul ödənilsə belə onu tələb edə bilməz”. İstər işin hallarından, istərsə ekspert rəyindən müəyyən edilir ki, mübahisə əmək haqqından yox, müqavilə üzrə müəyyən edilməyən ödənişlərdən bəhs edir və Cavabdeh MMC tələbi əsası bilinməyən artıq ödəmələrin geriyə tələbindən irəli gəlir ki, bu tələbə Əmək Məcəlləsi ilə yox, mütləq şəkildə Mülki Məcəllənin 1091-ci maddəsi baxmından hüq uqi qiymət verilməlidir. Belə ki, artıq ödənilmiş məbləğlər tərəflərin arasında bağlanmış əmək müqaviləsindən irəli gəlmir və eyni zamanda həmin artıq ödəmələrin heç bir hüquqi əsası yoxdur, belə olan halda Mülki Məcəllənin 1091-ci maddəsi birbaşa təsiri altına düşür.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3935/22 nömrəli iş üzrə 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Məmmədov, (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və V.N.Sadıqov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 2(005)-77/2022 saylı iş üzrə 03 fevral 2022-ci il tarixli qətnaməsi Cavabdeh MMC-dən 13 043,14 (on üç min qırx üç manat 14 qəpik) manat məbləğində ödəncin tutularaq İddiaçı ödənilməsi” hissə sində dəyişdirililmiş, Cavabdeh MMC-dən İddiaçı xeyrinə əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 22 119,73 (iyirmi iki min yüz on doqquz manat 73 qəpik) manatın tutulması qət edilmiş, qətnamə “ekspertiza tədqiqatının dəyəri olan 1000 (bir min) manatın 410 manatının İddiaçı, 590 manatının Cavabdeh MMC-dən tutulması” hissəsində ləğv olunmuş və həmin hissədə yeni qətnamə çıxarılmış, ekspertiza (audit) tədqiqatının dəyəri olan 1000 (min) manatın Cavabdeh MMCdən tutulub “X5” MMC-nin hesabına (VÖEN **********, Bank: Unibank KB Q.Qarayev filialı, VÖEN: **********, Kod: 512145, MHAZ46NABZ********************, HHAZ17UBAZ**********0060AZN001, SWİFT Bik UBAZAZ22) keçirilməsi qət edilmiş, Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş və qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanı lmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi ilkin iddiaçının apellyasiya şikayətini qismən əsaslı saymış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi “iddiaçıya aylıq əmək haqqı ödənişlərinin gecikməsinə görə gecikmənin başlama günü olaraq növbəti ayın 20-si tarixi əsas götürülməlidir” qənaətinə gəldiyi zaman səhvə yol vermişdir. Belə ki, Əmək Məcəlləsinin 7.3-cü maddəsinin məzmununa görə, əmək müqaviləsinə işçilərin hüquqlarını kollektiv müqaviləyə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir – bu isə o deməkdir ki, əgər əmək müqaviləsində işçi üçün kollektiv müqaviləyə nisbətdə daha üstün hüquq müəyyənləşdirilmişdirsə, bu halda əmək müqaviləsinin müddəası tətbiq olunmalıdır. Bu kontekstdə nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019cu il tari xli əmək müqaviləsinə əlavənin 4.2-ci bəndinə uyğun olaraq işçiyə əmək haqqının ödənilmə müddəti ayda bir dəfə razılaşdırıldığı halda, kollektiv müqavilədə nəzərdə tutulmuş “əmək haqqının növbəti ayın 20-nə kimi ödənilməsi” şərti əmək müqaviləsində nəzərdə tutulmuş “ayda bir dəfə” öhdəliyinin pozulmasına səbəb olur. Çünki xx.xx.2019-cu il tarixdə bağlanılmış əmək müqaviləsi üzrə “ay” anlayışı növbəti ayın 1-də sona çatır. Digər tərəfdən, kollektiv müqavilənin 3.4-cü bəndində nəzərdə tutulmuş “Əmək haqqının ayda bir dəfədən gec olmamaq şərti ilə növbəti ayın 20-nə kimi ödənilməsi” şərti iki hissədən - “ayda bir dəfədən gec olmamaq şərti ilə” və “növbəti ayın 20-nə kimi” hissələrindən ibarətdir. Əmək müqaviləsinin xx.xx.2019-cu il tarixdə bağlanılması nəzərə alındığında isə, burada “növbəti ayın 20-nə kimi” müddəası, “ayda bir dəfədən gec olmamaq” şərti ilə ziddiyyət təşkil edir. Eyni zamanda cümlənin quruluşuna görə, “növbəti ayın 20-nə kimi” şərti “ayda bir dəfədən gec olmamaq şərti ilə” şərtinə tabe tutulmuşdur və ondan asılıdır. Başqa sözlə, “növbəti ayın 20-nə kimi” şərti o zaman doğru ola bilər ki, əmək haqqının ödənilməsi “ayda bir dəfədən gec” olmasın. Bu halda (əmək müqaviləsinin xx.xx.2019-cu il tarixdə bağlanılması nəzərə alındığında), əmək haqqının “ayda bir dəfədən gec olmamaq şərti ilə” ödənilməsi üçün onun növbəti ayın 1-ə kimi ödənilməsi lazımdır. Deməli, iddiaçıya aylıq əmək haqqının növbəti ayın 1- dən sonra ödənilməsi zamanı elə həmin kollektiv müqavilənin 3.4-cü bəndində nəzərdə tutulmuş “əmək haqqının ayda bir dəfədən gec olmamaq şərti ilə növbəti ayın 20 -nə kimi ödəmə” şərtinin 1-ci hissəsi (ayda bir dəfədən gec olmamaq şərti ilə) pozulmuş olur. Ona görə də, hətta kollektiv müqavilənin 3.4-cü bəndində nəzərdə tutulmuş “Əmək haqqının ayda bir dəfədən gec olmamaq şərti ilə növbəti ayın 20-nə kimi ödənilməsi” şərti etibarlı hesab edilmiş olsa belə, İddiaçı aylıq əmək haqqı ödənişlərinin gecikməsinə görə gecikmənin başlama günü olaraq növbəti ayın 20-si tarixinin əsas götürülməsi düzgün hesab oluna bilməz.
28. Kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir və İddiaçı aylıq əmək haqqı ödənişlərinin gecikdirilməsinə görə gecikmənin başlama günü olaraq növbəti ayın 1-i tarixi əsas götürülməlidir. Birinci instansiya məhkəməsinin t əyin etdiyi auditə əsasən verilmiş xx.xx.2021-ci il tarixli audit hesabatına görə, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 01 may 2019 tarixli əmək müqaviləsi (habelə xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əlavə) üzrə işəgötürən tərəfindən 2019-cu il dekabr - 2020-ci il oktyabr tarixləri üçün əmək haqqının gecikdirilməsi hallarına görə ödəncin məbləği 25 195,89 (iyirmi beş min yüz doxsan beş manat səksən doqquz qəpik) manat müəyyən edilmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə qanunla müəyyənləşdirilmiş iddia müddətini 2019-cu ilin dekabr ayının gecikdirilmiş əmək haqqına görə ödənc tələbinə münasibətdə ötürmüşdür və belə olan halda ona ödənilməli olan ödənc məbləği 22 119,73 manat təşkil edəcəkdir (iddia tələbinin 24 361,12 manat olduğu, 2019-cu ilin dekabr ayının əmək haqqının 46 gün gecikdirilməsinə görə 2241,39 manat hesablandığı nəzərə alınmaqla).
29. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinə iddia müddətinin tətbiq edilməməli olması barədə İddiaçı apellyasiya şikayətində irəli sürülən arqumenti “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə istinadən əsassız hesab etmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh MMC-nin nümayəndəsinin apellyasiya şikayəti ilə bağlı isə Əmək Məcəlləsinin 172.5-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, bu maddə həm mahiyyət etibarilə işçinin əmək haqqını vaxtında ala bilməməsinə görə məruz qaldığı itkilərin kompensasiyasını, həm də işəgötürənləri əmək haqlarının ödənilməsində gecikdirmələrdən çəkindirmək məqsədilə müəyyən olunmuş qanuni maliyyə sanksiyasını təşkil edir. Bu səbəblə, gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödənişin məhkəmə qaydasında tələb edilməsinin qanunvericiliyin tələbləri nəzərə alınmadan istənilən halda fərdi əmək mübahisəsi kimi qəbul edilməsi və qeyd olunan əsasla həmin tələblərin rədd olunması yolverilməzdir. Əks yanaşma əmək qanunvericiliyinin vəzifə və prinsiplərinə, o cümlədən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla bərabər həmin maddəni tətbiqi mümkünsüz olan əhəmiyyətsiz normaya çevirmiş olar və işçiləri gecikdirilən vaxta görə məruz qaldıqları itkinin kompensasiyasın ı qanunla tələb etmək hüququndan məhrum edərdi. Halbuki, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (maddə 3). Bu baxımdan əgər tərəflər arasında əmək haqqı borcunun yarandığı barədə mübahisə yoxdursa, yəni işəgötürən əmək haqqı borcunun yarandığını mübahisələndirmirsə, lakin ondan asılı olan üzürsüz səbəblərdən onun ödənilməsini gecikdirirsə və məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olursa həmin mübahisəyə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi tətbiq edilməli və hesablanmış ödənc işəgötürəndən tutulmalıdır. Lakin əgər əmək haqqı borcunun yarandığı tərəflər arasında mübahisəyə səbəb olursa, onda qeyd olunan ödənc tutula bilməz. Çünki həmin vəziyyətdə işəgötürən ümumiyyətlə əmək haqqı borcunun olmadığını iddia etdiyi üçün tələb olunan pulun verilmədiyi faktı özü-özlüyündə işəgötürənin təqsiri üzündən gecikdirilmə kimi qəbul oluna bilməz. Belə borcun olubolmadığı yalnız mübahisənin səlahiyyətli orqan və ya məhkəmə tərəfindən həlli nəticəsində müəyyən edilir. Məcəllənin 172-ci maddəsinin qeydindən də göründüyü kimi “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” ifadəsi ilə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmam ası, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Göründüyü kimi maddədə söhbət tərəflərin mövcudluğunu mübahisəsiz qaydada qəbul etdikləri əmək haqqının gecikdirilməsindən gedir.
31. İşin hallarından görünür ki, tərəflər arasında mübahisə məhz Cavabdeh MMC-nin İddiaçı ödəməli olduğu əmək haqqı borcunu gecikdirmiş olması iddiası əsasında yaranmış, MMC İddiaçı əmək haqlarının ödənildiyi tarixləri və dolayısıyla da əmək haqqı borcunun vaxtında ödənilmədiyini birinci instansiya məhkəməsindəki icraat dövründə mübahisələndirməmiş, onun həmin tələbinə iddia müddətinin tətbiq edilməli olduğunu bildirməklə, eyni zamanda İddiaçı artıq ödənişlərin həyata keçirildiyini və bu ödəmələrin geri qaytarılmalı olduğunu irəli sürmüşdür. Həmçinin qeyd olunmalıdır ki, İddiaçı əmək haqqının ödənilməsinin gecikdirilmiş olması məhkəmə mübahisəsi başlanmamışdan əvvəl onun təqdim etdiyi sənədlərdən də aydın görünmüş, məhkəmə isə yalnız gecikdirmə müddətini müəyyənləşdirmişdir.
32. Bu baxımdan kollegiya hesab etmişdir ki, İddiaçı iddia tələbi üzrə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə istinadla hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödənc verilməsinin hüquqi əsası mövcuddur və MMCnin apellyasiya şikayətinin bununla bağlı dəlili əsaslı deyildir.
33. Apellyasiya instansiyası məhkəməsi MMC-nin qarşılıqlı iddia tələbi ilə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmə mişdir. Belə ki, Əmək Məcəlləsinin 175-ci maddəsinin 3-cü və 5-ci hissələrinə əsasən, İddiaçı artıq ödənildiyi irəli sürülən pul vəsaiti ondan geri alına bilməz.
34. Məhkəmə həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi audit araşdırmasının xərcinin bir hissəsini İddiaçı aid etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə bu qənaətini iddianın qismən təmin edilmiş olması ilə əsaslandırmışdır. Halbuki, nəzərə alınmalıdır ki, tərəflər arasında mübahisə İddiaçı əmək haqqının ödənilməsinin gecikdirilməsi nəticəsində yaranmış, audit hesabatı ilə də bu fakt öz təsdiqini taparaq iddiaçının tələb etdiyi məbləğdən daha artıq məbləğdə gecikdirmə faizinin mövcudluğu müəyyənləşdirilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. İlkin iddia üzrə cav abdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasının pozuntusu ilə nəticələnən qətnamə qəbul etmiş və məhkəmə qətnaməsinin kassasiya qaydasında ləğvi üçün əsaslar yaranmışdır. İddiaçı müəssisədə işlədiyi müddətdə ona əsassız olaraq 16629,96 manat pul ödənilmiş, lakin o, həmin vəsaiti geri qaytarmamışdır. Halbuki, Mülki Məcəllənin 1092.1-ci maddəsinin tələbinə görə, iddiaçı həmin vəsaiti qeyd-şərtsiz geri qaytarmalı idi. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi işin hallarına uyğun olaraq, tətbiq etməli o lduğu maddi hüquq normasını tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı mübahisəni mötəbər sübutlar əsasında deyil, yalnız özünün subyektiv mülahizəsinə əsasən həll etmişdir. Bununla məhkəmə sübutlara obyektiv və qərəzsiz baxmaqla, qanunvericilik normalarına uyğun qiymət verməli olduğu halda, yalnız özünün düzgün olmayan mülahizəsinə əsasən qiymət vermişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarından əlavə, həmçinin prosessual hüquq normasının da pozuntusuna yol vermiş, nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri b) İlkin iddia üzrə iddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
37. Maddə
1. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi: bu Məcəllədən; Azərbaycan Respublikasının müvafiq qanunlarından; müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan; əmək, sosialiqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
38. Maddə 3, 5-ci bənd. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
39. Maddə 7.1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəs i bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
40. Maddə 7.3. Kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir.
41. Maddə 9, “d” bəndi. Qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq işçinin hüququdur.
42. Maddə 24.1. Bu Məcəllədə nəzərdə tutulan qa ydada bağlanmış kollektiv müqavilənin və sazişin şərtləri tərəflər və bu şərtlərin aid edildiyi iş yerləri üçün məcburidir.
43. Maddə
154. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
44. Maddə
172. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək mü qaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
45. Maddə 175, 3-cü hissə. İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qur tardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz.
46. Maddə 175, 5-ci hissə. Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz.
47. Maddə
287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tə rəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
48. Maddə
296. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işç i, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. MPM
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə i clasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə ilkin iddia üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdi r ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
63. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3935/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.