Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5105/2019 01.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X15 oğlundan, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinov Eldar Şirinağa oğlunun iştirakı ilə, Cavabdeh Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Tərtər Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli, 2(061)-2205/2018 saylı qətnaməsi ilə (hakim M.S.Məmmədov) İddiaçı Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən onun hər ay hər uşağa görə 100 manat, cəmi 300 manat miqdarında ödəməli olduğu alimentin məbləğinin azaldıl araq hər ay hər uşağa görə 60 manat olmaqla cəmi 180 manat miqdarında müəyyən edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi MK-nın 2(104)-1106/2019 saylı, 06 fevral 2019cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Əliyeva, R.Muradov və Ə.Məmmədov) Tərtər Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli, 2(061)-2205/2018 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, 30 aprel 2010-cu ildə anadan olmuş X9, 15 aprel 2013-cü ildə anadan olmuş X10 və 26 sentyabr 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər bir uşağa görə 80 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin dəyişdir ilmiş miqdarının məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi MK-nın 2(104)-1106/2019 saylı, 06 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Tərtər rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli 2(061)-1809/2017 nömrəli qətnaməsi ilə ondan 30 aprel 2010-cu ildə anadan olmuş X9, 15 aprel 2013-cü ildə anadan olmuş X10 və 26 sentyabr 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 10.02.2017-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay hər uşağa 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində alimentin Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçı h əmin qətnamədən apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsi 2(104)-3694/2017 saylı, 02 noyabr tarixli 2017-ci il tarixli qətnaməsilə Tərtər rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli qətnaməsii dəyişdirilərək ondan yuxarıda adları qeyd edilən uşaqlara görə hər ay hər birinə 100 manat olmaqla, cəmi 300 manat aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Eyni zamanda Bərdə Rayon Məhkəməsinin 2(021)-2209/2018 saylı 04 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən onun 15 fevral 2018-ci ildə anadan olmuş Sadiqin atası olma faktı müəyyən edilmiş və 12 mart 2018-ci il tarixdən başlayaraq hər ay 100 manat məbləğində pulun tutularaq X5 anası X7 verilməsi qət edilmişdir və bu qətnamə də icraya yönəldilmişdir. Gənc ə Apellyasiya Məhkəməsi qətnamə qəbul edərkən sonuncu qeyd etdiyi məhkəmə qətnaməsi qəbul edilməmişdir. Eyni zamanda onun aylıq qazancı qətnamə çıxarılan vaxtı 500 manat idi. Hazırda məhkəməyə təqdim etdiyi 05.06.2018-ci il tarixdə sistemə daxil edilən 16XU7UH0000100 nömrəli əmək müqaviləsindən aydın olur ki, onun aylıq məvacibi 200 manatdır və bu onun əsas iş yeridir. Göründüyü kimi Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həm onun əmək haqqı xeyli dərəcədə aşağı düşmüş, həm də digər bir uşağın atası olması məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Eyni zamanda o, artıq 3 yox, 4 uşağa görə hər ay hər birinə 100 manat olmaqla aliment ödəməlidir. Bu isə aldığı aylıq maaşdan 2 dəfə çoxdur. Nəinki gerçəkdə, hətta xəyalda bunu yerinə yetirmək mümkünsüzdür. Hesab e dir ki, hazırda qüvvədə olan ailə qanunvericiliyinə əsasən məhkəmə tərəfindən uşaqların saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği azaldılaraq hər uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat müəyyən edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, iddiaçının qazancının kifayyət qədər olmasını nəzərə almamış, əsassız olaraq alimentin miqdarını azaltmışdır. Nəticədə məhkəmə qəbul etdiyi qətnamədə maddi və prosessual hüquq normalarının pozmuşdur. Ona görə də, Gəncə Apellyasiya Məhkəməsi MK-nın 2(104)-1106/2019 saylı, 06 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etm işdir. Prosesiştirakçılarının izahatları: İddiaçının nümayəndəsi X13 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 02.11.2017-ci il tarixli 2(104)369/2017 saylı qətnaməsinin surətindən görünür ki, Tərtər Rayon Məhkəməs inin 01.08.2017-ci il tarixli 2(061)-1809/2017 saylı qətnaməsi dəyişdirilərək, 03.07.2017-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından 30 aprel 2010-cu ildə anadan olmuş X9, 15 aprel 2013-cü ildə anadan olmuş X10 və 26 sentyabr 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa 100 manat olmaqla 300 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Xocalı rayon Cəmilli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14.08.2018-ci il tarixli 284 saylı arayışdan görünür ki, İddiaçı Xocalı rayonunun Cəmilli kəndindən məcburi köçkündür. İşdə olan 04.06.2018-ci il tarixli 2(021)-2209/2018 saylı icra vərəqəsindən görünür ki, İddiaçı 15 fevral 2018-ci ildə anadan olmuş X5 atası olması faktının müəyyən edilməsi, Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən uşağın doğum akt qeydində soyadının X, ata qrafasında İddiaçı kimi qeyd edilməsi, 15 fevral 2018-ci ildə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı 12 mart 2018-ci il tarixdən başlayaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan 01.03.2018-ci il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi Bildirişinə dair portaldan çıxarışdan görünür ki, hazırda İddiaçı mağazada satıcı ışləməklə aylıq əmək haqqısı 200 manatdır. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideynlərin həm hüququ, həm də vəzi fəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüq uqu vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat sə viyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsində göstərilir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamı sını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsin əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçü 154 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik y aşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə kollegiyası iddiaçının qazancının kifayyət qədər olması və alimentin miqdarının əsassız olaraq azaldılması barədə kassasiya şikayyətinin dəlillərini əsaasız hesab edir. Belə ki, iş mater iallarından görünür ki, iddiaçı məcburi köçkündür. Onun əsas iş yeri geyim mağazasıdır və aylıq əmək haqqısı 200 manatdır. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı X16 Apellyasiya Məhkəməsi 2(104)-3694/2017 saylı, 02 noyabr tarixli 2017-ci il tarixli qətnaməsinə əsasən onun Cavabdeh xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat tutulmalı alimentin məbləği azaldılaraq hər uşağa görə 80 manat olmaqla, cəmi 240 manat müəyyən edilməsi barədə, apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən sa xlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi MK-nın 2(104)-1106/2019 saylı, 06 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5105/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5105/2019
01.08.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver