Məhkəmə qərarları › İş №2(102)-5118/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5118/2021

19.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5118/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və 3-cü şəxs Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5118/21 (Açar sözlər: kasasiya şikayətinin geri qaytarılması) Bakı şəhəri, 19 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı (X1 qəyyumu), nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1929/2021 nömrəli iş üzrə 14 iyun 2021- ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 19 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (X3 qəyyumu) Cavabdeh2 qarşı “alimentin tutulma formasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 oktyabr 2020-ci il tarixli, 2(006)-1927/2020 saylı qətnaməsi ilə (hakim Solmaz Mustafayeva) iddia rədd edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva, Xəyal Sa rıyev) 2(103)-1929/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsininləğv edilməsi, iddianın qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03.03.2016 və 19.03.2018-ci il tarixli qətnamələrinə əsasən sabit pul məbləğində tutulan alimentin formasının dəyişdirilməsi, 25.09.2014-cü il təvəllüdlü uşaq X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay X3 qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən kasasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakim İsmayıl Xəlilov) 2(102)-3523/2021 saylı, 16.05.2021-ci il tarixli qərardadı ilə kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmiş və işin kasasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmış, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Xəyal Sarıyev, Emin Mehdiyev) 2(103)-1929/2021 saylı, 14 iyun 2021-ci il tarixli qərardadı ilə kasasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası kasasiya şikayətini geri qaytarması barədə gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, Ali Məhkəmə hesab etmişdir ki, iddia əmlak xarakterli iddiadır, iddianın qiyməti iki min manatdan azdır, ona görə də kassasiya şikayəti verilə bilməz. Şərh olu nanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2021-ci il tarixli 2(103)1929/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti geri qaytarılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh2 (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək kasasiya şikayətinin baxılması üçün müvafiq prosessual hərəkətlər edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiada alimentin tutulma formasının sabit formadan nisbi formaya dəyişdirilməsi tələb olunub, bu iddia qiymətləndirilməyən iddia hesab olunur. Belə ki, alimentin tu tulma formasının nisbi formaya dəyişdirilməsi zamanı aliment qazancın və ya başqa gəlirin hissəsi kimi nəzərdə tutulur. Qazanc və başqa gəlir isə konkret məbləğdə ifadə olunmadığına görə iddia qiymətləndirilməyən iddia sayılır. Göründüyü kimi, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 405-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı (X1 qəyyumu) nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, kasasiya şikayəti əsassızdır, heç bir hüquq normasına istinad olunmamışdır. Ona görə də kasasiya şikayətinin təmin edilməməsini, apelyasiya saxlanmasını xahiş edir. kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 və 3-cü şəxs Cavabdeh1 səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil2 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı (X1 qəyyumu) və vəkili Vəkil1 kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq ed ilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

402. Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Maddə 404-1. Apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Madd ə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qərardad iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, kasasiya şikayətinin iddia qiymətləndirilməyən iddia sayılmalı olması barədə dəlili üzrə qeyd edilməlidir ki, alimentin tutulmasının sabit formadan qazancın və ya başqa gəlirlərin müəyyən hissəsi məbləğində tutulmas ına dəyişdirilməsi iddianın qiymətləndirilməyən iddia olması anlamına gələ bilməz. Çünki hər bir halda Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsində konkret olaraq aliment alınması haqqındakı iddialar üzrə iddianın qiymətinin hansı qaydada müəyyən edilməli olması konkret olaraq göstərilmişdir. Bu da alimentlə bağlı istənilən formada tələbin qiymətləndirilən iddia olması anlamına gəlir. İddiada alimentin tutulma formasının sabit formadan nisbi formaya dəyişdirilməsi tələb olunması, bunun iddia qiymətləndirilməyən iddia hesab olunmalı olması barədə mövqe isə yanlışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstəri lənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1929/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar