Məhkəmə qərarları › İş №2(102)-5119/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5119/2019

16.07.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5119/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), İlqar Rəhim oğlu Xələfov və Vəfaddin Ələm oğlu İbayevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Həmidov Səbuhi Maarif oğlunun iştirakı ilə, İddiaçı nümayəndəsi və vəkili Həmidov Səbuhi Maarif oğlunun Şəki Apellyasiya Məhkəməsinin MKnın 2(107)-495/2019 nömrəli iş üzrə 28 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin (hakim E.H.Məmmədov) 2 (033)-1225/2018 nömrəli, 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə yaranmış borcun bölünməsi tələbinə dair iddiasının təmin edilməsi, tərəflərin birgə nikahda olduqları dövrdə yaranmış və hazırda mövcud olan 15 000 (on beş min) ABŞ dolları borc məbləği və iddiaçı tərəfindən aralarındakı nikah pozulduqdan sonra ödənilmiş 10 000 (on min) ABŞ dolları olmaqla, cəmi 25 000 (iyirmi beş min) ABŞ dolları tərəflərin arasında bərabər şəkildə bölünməsi və Cavabdeh 12 500 (on iki min beş yüz) ABŞ dolları ödənildiyi günə Azərbaycan manatına olan məzənnə ilə tutularaq İddiaçı qaytarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın (hakim V.İ.Məlikov (sədrlik edən və məruzəçi), E.Ş.Hüseynov və A.A.Mahmudov) 2(107)-495/2019 nömrəli, 28 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh və onun vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 2(033)-1225/2018 saylı qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə yaranmış 25000 ABŞ dolları borcun yarısı olan 12500 ABŞ dollarının ondan alınıb verilməsi tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı ödədiyi 30 manat dövlət rüsumu özünə aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə yaranmış borcun bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə nikahlarını 04 aprel 2008-ci il tarixdə Zaqatala RİHB-ın Yuxarı Çardaxlar kənd inzibati ərazi dairə sində bağlamışlar. Birgə nikahdan onların 23 may 2009-cu ildə X4 və 09 mart 2016-cı ildə X6 adlı iki uşaqları doğulmuşdur. Oğlu X6 doğulduğu vaxtdan xəstə olmuş və o, 30 sentyabr 2017-ci ildə xəstəlikdən vəfat etmişdir. Cavabdehlə münasibətləri əvvəllər normal olsa da, sonradan aralarında anlaşılmazlıqlar olmuşdur. Məhkəmənin 22 yanvar 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuşdur. Cavabdehlə birgə nikah dövründə, daşınar və daşınmaz əmlaklar alınmışdır. Övladı X6 dünyaya işemik beyin zədələnməsi xəstəliyi ilə gəlmiş və vəfat edənədək ciddi həkim nəzarətində olmuşdur. Xəstəliyin ağırlığı və daim həyata keçirilən müayinə və müalicə xərclərinin çox olması ailənin maddi vəziyyətinin çətinliyinə səbəb olmuşdur. Buna görə o, bir neçə yaxın bildiyi tanışların dan borc götürmək məcburiyyətində qalmışdır. O, X2 iki dəfə, 2016-cı ilin noyabr ayında 18 000 manat, 2017-ci ilin avqust ayında 12 000 manat ümumilikdə 30000 manat borc pul götürmüşdür. O, ikinci dəfə X7-dən borc götürərkən adına qeyd olunan Honda CRV markalı avtomobilini X7-in adına keçirmişdir. O, X7-dən borc almağa məcbur olsa da onun evində təmir işləri apardığını və X7-yə də pul lazım olduğunu bilirdi. Ona görə də o, qısa müddətdə X7-dən aldığı pulu qaytarmağa çalışmış, lakin buna imkanı çatmadığı üçün tanışı X1 23 sentyabr 2017-ci ildə 25 000 ABŞ dolları məbləğində pulu borc götürmüş və aralarında notariat kontorunda kredit müqaviləsi bağlanmışdır. Onun Rasimdən aldığı borc uşağının müalicəsi və digər zəruri xərclərə sərf olunmuşdur. 2018-ci ilin may ayında o, faktiki istifadəsind ə və sərəncamında olan Honda CRV markalı avtomobili 17 000 manata satmış, əldə olunan puldan X8-ə olan borcunun bir qismini qaytarmış və müvafiq olaraq borcunu 10 000 ABŞ dolları azaltmışdır. Hazırda onun X8-ə 15 000 ABŞ dolları borcu vardır. O, 10 000 ABŞ dollarını Rasimə 2018-ci ilin may ayında yəni, nikahları pozulduqdan sonra qaytarmışdır. Belə olduğu təqdirdə həmin 10 000 ABŞ dollarının yarısı cavabdehdən tələb olunmalıdır. Ümumilikdə 25 000 ABŞ dolları borc məbləği cavabdehlə bərabər şəkildə bölünməlidir. Göstərilənlərə əsasən, İddiaçı, Cavabdeh ilə birgə nikahda olduqları dövrdə yaranmış və hazırda mövcud olan 15 000 ABŞ dolları borcun aralarında bərabər şəkildə bölünməsi və sonuncudan 7500 ABŞ dolları pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkə mədə işə mahiyyəti üzrə baxılarkən iddiaçı tərəf iddianın həcminin artırılmasına dair məhkəməyə ərizə təqdim edərək cavabdehdən 15 000 deyil, 25 000 ABŞ dollarının yarısı olan 12500 ABŞ dollarının alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı nümayəndəsi və vəkili Həmidov Səbuhi Maarif oğlu kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-495/2019 nömrəli iş üzrə 28 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul ed ərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Həmidov Səbuhi Maarif oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsinin MKnın 2(107)-495/2019 nömrəli iş üzrə 28 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gə lərək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsində göstərilir ki, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər 04 aprel 2008-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, aralarında olan nikah qeydi isə məhkəmənin 22 yanvar 2018-cı il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflər birgə ni kah dövründə olarkən iddiaçı 23 sentyabr 2017-ci il tarixdə 25 000 ABŞ dolları məbləğində pulu X1 borc olaraq götürmüşdür. Həmin borc məbləğindən iddiaçı 10000 ABŞ dollarını X8-ə qaytarmışdır. Hazırda onun cəmi 15 000 ABŞ dolları məbləğində borcu qalmışdır. Eyni zamanda ümumi borcdan 10 000 ABŞ dollarını iddiaçı özü tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra qaytarmışdır. Sözügedən 25 000 ABŞ dolları borc məbləğinin cavabdehlə birgə nikah dövründə yarandığından həmin borcun sonuncu ilə aralarında bərabər şəkildə bölünməsini iddiaçı məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən göstərilən 25000 ABŞ dolları borcun birgə nikah dövründə alınması və həmin borcun onların uşaqlarının müalicəsinə xərclənməsi cavabdehin nümayəndisinin iz ahatı və iş materialları ilə öz təsdiqini tapmamış, nəticədə birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamış, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, tərəfilərin verdiyi izahatlarda və işə əlavə edilmiş tərəflərin uşağı X3 ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, tərəflər artıq 2017-ci ilin iyun ayından ayrı yaşamışlar. İddiaçı krediti 23 sentyabr 2017-ci il tarixdə almış, uşaqları X6 isə 30 sentyabr 2017-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həm in Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, hab elə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-495/2019 nömrəli iş üzrə 28 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı nümayəndəsi və vəkili Həmidov Səbuhi Maarif oğlunun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-495/2019 nömrəli iş üzrə 28 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar