Məhkəmə qərarları › İş №2(102)-5124/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5124/2022

11.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5124/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ Açar sözlər: pulun tutulması 11.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Həsənov Vüqar Təvəkgül (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3088/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçı ilə Ca vabdeh xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü Gülzar və xx.xx.2009-cu il təvəllüdlü Mədinə adlı uşaqları vardır.

2. İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-136/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Hazırda Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

3. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(008)-339/2012 saylı qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuş və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay cəmi 174 manat məbləğində aliment tutulması qət edilmişdir.

4. İddiaçı g östərir k, mülkiyyətində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi olmuş və həmin ev 2018-ci ildə dövlət ehtiyacları üçün satın alınma layihəsinin təsirinə düşmüşdür. Bu zaman cavabdehlə aralarında razılıq əldə olunmuşdur ki, qeyd olunan evin dövlət ehtiyacları üçün satın alınması ilə bağlı alqı-satqı müqaviləsinin bağlanması, müqaviləyə əsasən ödəniləcək pulun götürülməsi və həmin vəsaitin onun adına bank hesabı açılaraq həmin hesaba köçürülməsi ilə bağlı cavabdehə etibarnamə verir, sonuncu isə evin alqı-satqısından əldə ediləcək pul vəsaitindən aliment borcunu çıxdıqdan sonra qalan məbləği onun adına bank hesabı açaraq həmin hesaba köçürəcəkdir, eyni zamanda keçmişdə, gələcəkdə və həmin vaxt mövcud olan ailment borclarını ondan tələb etməyəcəkdir. Lakin üzərinə götürdüyü öhdəlikləri i cra etmədiyini və ona zərər vurduğunu göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 109431 manat əsas məbləğ, 32829 manat əldən çıxmış fayda və vurulmuş mənəvi ziyana görə 10.000 manat kompensasiyası olmaqla, cəmi 152.260 manat məbləğində pulun tulularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

6. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mülkiyyətində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi olmuş və həmin ev 2018-ci ildə dövlət ehtiyacları üçün satın alınma layihəsinin təsirinə düşmüşdür. Bu zaman cavabdehlə aralarında razılıq əldə olunmuşdur ki, qeyd olunan evin dövlət ehtiyacları üçün satın alınması ilə bağlı alqı-satqı müqaviləsinin bağlanması, müqaviləyə əsasən ödəniləcək pulun götürülməsi və həmin vəsaitin onun adına bank hesabı açılaraq həmin hesaba köçürülməsi ilə bağlı cavabdehə etibarnamə verir, sonuncu isə evin alqı-satqısından əldə ediləcək pul vəsaitindən aliment borcunu çıxdıqdan sonra qalan məbləği onun adına bank hesabı açaraq həmin hesaba köçürəcəkdir, eyni zamanda keçmişdə, gələcəkdə və həmin vaxt mövcud olan aliment borclarını ondan tələb etməyəcəkdir. Hətta bu barədə Cavabdeh etibarnamə almaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin rəisinin adına ünvanladığı və notarial qaydada təsdiq olunmuş xx.xx.2018-ci il tarixli ərizəsində öhdəlik götürmüşdür. Bundan sonra, xx.xx.2018-ci il tarixdə tərəfindən cavabdehə etibarnam ə verilmişdir. Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Başçısının birinci müavininin xx.xx.2021-ci il tarixli, 814/01 №-li məktubuna və xx.xx.2018-ci il tarixli AN-İ №0731334 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı verdiyi etibarnamə əsasında X2 ilə Yasamal Rayon İcra Hakimiyyəti arasında xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və 109.431 manat məbləğində pul ödənilmişdir. Lakin cavabdeh ona çatası 109.431 manat pul vəsaitini alsa da, bugünədək öhdəliyini icra etməmiş, pul vəsaitini ona verməmiş, eyni zamanda alimentdən imtina etməmişdir. Qeyd etmək istəyir ki, 2018-ci ildə (hansı ki həmin ildə cavabdeh pul vəsaitini almışdır) Azərbaycan Respublikas ının Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsi müvafiq olaraq 9,75%, 10%, 11% və 13 % təşkil etmişdir. Hesab edir ki, cavabdeh qaytarmalı olduğu 109431 manat məbləğində pulu 3 il ərzində əsassız özündə saxlamaqla daha çox zərər vurmuşdur. Belə ki, cavabdeh 109431 manat məbləğində pulu onun adına depozit hesabı açdıraraq əmanət qoymağına dair öhdəlik götürmüşdür və Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsi ilə depozit hesabı açdıraraq əmanət qoyduğu halda, artıq 3 il müddət ərzində minimum 10 % olmaqla həmin məbləğdən (109431 10% = 10943 x 3 il = 32829 manat) 32.829 manat gəlir əldə edəcəkdi. Cavabdeh bu qanunsuz hərəkətləri ilə onu əldə edə biləcəyi gəlirdən məhrum etmişdir. Cavabdehin öhdəliklərini pozması onun mənəvi iztirablar keçirməsinə səb əb olmuş və nəticədə güclü mənəvi sarsıntı keçirmişdir. Belə ki, cavabdeh dəfələrlə pulu qaytaracağına söz versə də, hər dəfəsində onu aldatmış və müxtəlif bəhanələrlə pul vəsaitini ödəməkdən boyun qaçırmışdır. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyanı 10.000 manat məbləğində qiymətləndirir və hesab edir ki, həmin pul da cavabdehdən alınaraq ona ödənilməlidir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 idda ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, cavabdeh tərəfində mənzil alınıb, lakin iddiaçı tərəfində cavabdehə etibarnamə verilmədiyi üçün mənzili öz adına almışdır. İstəy irsə cavabdeh öz adına aldığı mənzil iddiaçının adına keçirə bilər. Ona görə də məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir.

9. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (hakim X1) 2(004)-3927/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 54716 (əlli dörd min yeddi yüz on altı) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

10. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış razılaşmanın şərtlərinə cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçı öhdəliklərini yerinə yetirməyən cavabdehdən razılaşmada nəzərdə tutulduğu kimi, əldə olunmuş məbləği n, yəni 109431 manatın yarısını təşkil edən 54716 manatı tələb etməkdə haqlıdır. Odur ki, cavabdehdən 54716 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, iddia tələbi bank uçot dərəcəsini əsas götürməklə əldən çıxmış fayda qismində tələb olunan pulun ödənilməsi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi hissələrində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən iddia tələbi həmin hissələrdə kifayət qədər əsaslandırılmamış və sübutlar məhkəməyə təqdim edilməmişdir

11. Məhkəmə öz mövqeyini əsaslandırarkən “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2.1, 385.1, 425.1, 442, 449.1, 443, 1091.2, 109 2.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən - iddianın təmin edilmədiyi hissədə ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh özü iddiaçıya çatası pul məbləğini onun adına bank hesabı açaraq həmin hesaba köçürməyi öhdəlik götürmüşdürsə, deməli həm qanunvericiliyin tələbi baxımından, həm də öhdəliyə əsasən iddia tələbinin «əldən çıxmış faydanın ödənilməsi» hissəsi tam əsaslıdır, sübut olunur. Bu səbəbdən, həmin tələb də məhkəmə tərəfindən təmin edilməli idi. Cavabdeh 109431 manat məbləğində pulu iddiaçının adına depozit hesabı açdıraraq əmanət qoymağına dair öhdəlik götürmüşdür və Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsi ilə depozit hesabı açdıraraq əmanət qoyduğu halda, artıq 3 il müddət ərzində minimum 10 % olmaqla iddiaçı həmin məbləğdən (109431 10% = 10943 x 3 il = 32829 manat) 32.829 (otuz iki min səkkiz yüz iyirmi doqquz) manat gəlir əldə edəcəkdi. İşə baxan məhkəmə tərəflər arasındakı razılaşmanın şərtlərinin (öhdəliyin) cavabdeh tərəfindən icra edilmədiyini təsdiq etsə də, iddiaçıya ödənilməli olan pul vəsaitinin hamısının deyil, yarısının cavabdehdən tutulmasını qət etmiş, bu mövqeyini isə ümumiyyətlə əsaslandırmamışdır. Bundan başqa, məhkəmə öz qətna məsində iş materiallarında olan və onların məhkəməyə sübut kimi təqdim etdiyi xx.xx.2018-ci il tarixli etibarnaməyə ümumiyyətlə münasibət bildirməmiş, əksinə qərəzli olaraq cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli etibarnaməyə istinad etmişdir. Halbuki, xx.xx.2018-ci il tarixli etibarnamə ilə hər hansı bir rəsmiləşdirmə aparılmamış, cavabdeh tərəfindən iddiaçının adından müqavilə bağlanarkən məhz xx.xx.2018-ci il tarixli etibarnaməyə əsasən bağlanmış və pul vəsaiti də məhz həmin etibarnaməyə əsasən cavabdeh tərəfindən alınmışdır.

13. Cavabdeh isə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətində göstərmişdir ki, məhkəmə tərəfindən araşdırma tam aparılmamışdır. Belə ki, ca vabdeh tərəfindən məhkəməyə əsaslı vəsatət təqdim edilsə də, həmin vəsatətləri təmin etməmişdir. Məhkəməyə vəsatət verilmişdir ki, iddiaçıya məxsus olan evin (ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi) alqı-satqı müqaviləsi ilə bağlı sənədləşmələrin məhkəməyə təqdim edilməsi üçün Yasamal rayon İcra Hakimiyyətinə sorğu verilsin. Lakin təəssüflər olsun ki, məhkəmə həmin vəsatəti heç bir əsas gətirmədən rədd etdi. Vəsatətin verilməsində məqsəd o idi ki, cavabdeh tərəfindən verilmiş məbləğ müəyyən edilsin, həmçinin həmin məbləğin iddiaçıya məxsus olan evin ölçüsünə görə uyğun olub-olmadığı müəyyənləşdirilsin. İddiaçıya məxsus olan evin reyesterdə qeydə alınmış ölçülərinə görə həmin məbləğ verilməməli idi. Məbləğin o qədər yüksək olaraq müəyyən edilməsinə səbəb iddiaçı məhkum olduqdan sonra (2009-cu ildən sonra) cavabdehin həmin fərdi yaşayış evində öz şəxsi vəsaiti hesabına müəyyən artırma işləri aparılmışdır. Məhz söküntü zamanı komissiya tərəfındən həmin artırılmalar nəzərə alınmışdır. Bu məqamın araşdırılması üçün məhkəməyə vəsatət verilsə də, məhkəmə tərəfındən iddia təmin edilməmişdir. İkinci məqam ondan ibarətdir ki, əslində iddiaçıya düşən məbləğ 35.000 manatdır. Həmin məbləğdə də iddiaçıya Binəqədi rayonu ərazisində yerlşən fərdi yaşayış evi alınmış, həmin evə dair sənədlər də məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə qətnaməsində bu məqamı da nəzərə almamış, müqavilədə göstərilən məbləğin yarısını iddiaçının xeyrinə tutmaqla kifayətlənmişdir.

14. Məhkəmə iclasında İddiaçı öz apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etmişdir.

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etmişdir.

16. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etmişlər.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X4) 2(103)-3088/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddi açı apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3927/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni 54715(əlli dörd min yeddi yüz on beş) manatın alınmasının rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə də iddia təmin edilmiş, Cavabdeh 54715(əlli dörd min yeddi yüz on beş) manatın da alınması, cəmi 109.431(yüz doqquz min dörd yüz otuz bir) manat olmaqla İddiaçı verilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, iddianın təmin edilməyən 54715 manat hissəsi istisna olmaqla birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 782.1-ci maddəsi nəzərdən keçirilə bilər. İddia ilə bağlı faktiki hallar həmin normanın dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün də iddia 109431(yüz doqquz min dörd yüz otuz bir) manat hissəsində tam haqlı sayılır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi Tahir Yusifova ünvanlanmış xx.xx.2018-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsində göstərmişdir ki, iddiaçının mülkiyyətində olan ev söküldüyü üçün onun razılığı ilə məhkumun etibarnaməsinə əsasən əldə etdiyi məbləğin 50 % onun adına ev alacaq və yaxud bank hesabına keçirəcək, 50% qalan məbləği məhkum İddiaçı istəyi ilə öz adına ev alacaq, öz adına ev aldıqdan sonra keçmişdə, gələcəkdə və halhazırda olan aliment borclarını tələb etməyəcək, göstərdiklərini öz imzası ilə təsdiq etmişdir. Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınmasına başlanılmışdır.

20. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, Nazirlər Kabinetinin qərarına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınmasına başlanılmışdır. Məhz bu etibarnamə əsasında cavabdeh sözügedən evin alqısatqısı zamanı iddi açını təmsil etmiş və Yasamal rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixdə fərdi yaşayış evinin alqı-satqı müqaviləsi bağlanmış və iddiaçıya 109431 manat kompensasiya ödənilmişdir. Ancaq cavabdeh bu tapışırığın icrası nəticəsində nəinki əldə olunanların hamısını, ümumiyyətlə hansısa məbləği iddiaçıya verməmişdir. Düzdü, yuxarıda qeyd olunan Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi Tahir Yusifova ünvanladğı xx.xx.2018-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsində cavabdehin üzərinə götürdüyü öhdəlik Mülki Məcəllənin 405 və 406-cı maddələrinin dispozisiya şərtləri ilə uzlaşmır. Çünki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır (MM.m.405.1.). Müqavilə əqdlərin bağla nması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin (MM.m.406.1). Yəni, qeyd olunan ərizədə cavabdehin göstərdiyi şərtlərə dair iddiaçının cavabdehlə razılığı olmamış, eləcə də həmin ərizə hansısa müqavilənin forma tələblərinə də cavab vermir. Buna baxmayaraq cavabdeh heç həmin ərizədə göstərdiklərinə də əməl etməmişdir.

21. Məhkəmə kollegiyası bildirmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən işdə olan xx.xx.2018-ci il tarixli etibarnaməni(bax.i.v.41) əsas götürmüşdür. Belə ki, həmin etibarnamədə iddiaçı cavabdehə... fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar olaraq verilən məbləğin 50% hissəsinin bağışlanmasını, notariat kontorunda nümayəndəsi olmağı, əvəzindən razılıq əri zəsi yazmağı və digər hüquqi hərəkətləri etməyi etibar etmişdir. Əvvəla, qeyd olunduğu kimi cavabdeh iddiaçını bu etibarnamə əsasında təmsil etməmiş, yəni fərdi yaşayış evinin alqı-satqısı və kompensasiyanın alınması bu etibarnamə əsasında yerinə yetirilməmişdir. İkncisi, bu etibarnamədə “fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar olaraq verilən məbləğin 50% hissəsinin bağışlanmasını,.. etibar edirəm” qeyd olunması alınan kompensasiya məbləğinin yarısının iddiaçıya qaytarılmaması üçün əsas ola bilməzdi. Çünki, qeyd olunan məbləğdə kompensasiyanın cavabdehə “bağışlanması”(əslində tərəflərin aliment borcunun əvəzinə görə həmin məbləğdə kompensasiya ilə əvəzləşdirilməsi barədə danışıqlar aparmaları işdən bəlli olur) üçün sonuncu tərəfindən iddiaçının yaranmış aliment borcu ilə əlaqədar aktiv və real hərəkətlər edilməsini tələb edirdi. Başqa sözlə tərəflər arasında yaranmış aliment borcu ilə əlaqədar bütün mühüm şərtlər barəsində tələb olunan formada razılığa gəlinən saziş (müqavilə) bağlanmalı idi. Ancaq cavabdeh kompensasiyanı tam aldıqdan sonra nəinki belə bir saziş bağlamaq arzusunda olmuş, heç icra sənədi üzrə iddiaçının yaranmış aliment borcunu ödəmiş olması ilə bağlı hansısa addım da atmamışdır. Ona görə də 109.431 (yüz doqquz min dörd yüz otuz bir) manatın tam təmin olunmaması, yəni 54715(əlli dörd min yeddi yüz on beş) manatın rədd edilməsi hissəsində məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır.

22. Göstərilənlərə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulamışdır ki, hazırki iddia üzrə mübahisə predmeti olan kompensasiya məbləğinin tam həcmdə iddia çıya qaytarılmasının təmin edilməsi o demək deyil ki, cavabdehin satılması (sökülməsi) ilə əlaqədar komensasiya alınmış fərdi yaşayış evi ilə bağlı hansısa hüquqları olduğu halda buna görə iddiaçıdan kompensasiya (apellyasiya baxışı zamanı təqdim edilmiş qətnamənin surətindən görünür ki, cavabdehin həmin evə istifadə hüququ tanınmışdır) və ya bu hüquqlarının pozulması nəticəsində ona dəyən zərərin əvəzini, eləcə də yığılmış aliment borcunu tələb edə bilməz. Çünki, bu cür tələblər hazırki icraat çərçivəsində olmadığından onlara baxılıb həll edilməsi də mülki prosessual qanunvericiliyin tələblərinə zidd olardı. Ona görə də cavabdehin ayrı icraatda məhkəmə müdafiəsindən istifadə etmək hüququ mövcuddur və tükənməmişdir.

23. Apellyasiya instansiya məhkəməsi iddia tələblərinin digər hissələrinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, həmin hissələrdə gəlinən qənaət həm işin hallarına, həm də tərəflərin bərabər mənafeyinə uyğun olmuşdur.

24. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən MM-in 385.1, 386, 387.1, 390cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3088/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı və cavabdeh arasında razılaşma on dan ibarət olub ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alğı-satqısı zamanı Cavabdeh həmin evdə istifadə hüququ nəzərə alınıb və İddiaçı vəsaitin yarısını Cavabdeh bağışlayıb. İddiaçı öz ərizəsində qeyd etmişdir ki, evin 50 faizlik hissəsini Cavabdeh bağışlayır.

27. Kassator qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikay əti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).....əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. Bu qərarda həmçinin o da qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ciil 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır

28. Kas sator bildirmişdir ki, əqd bağlanarkən tərəflərin iradə ifadəsi çox mühüm əhəmiyyət daşıyır. Məhkəmə tərəflərin bu iradə ifadələrinin olmasını nəzərə almamışdır. Belə ki, İddiaçı 50 faizlik hissəni Cavabdeh ona görə bağışlayıb ki, Cavabdeh fərdi yaşayış evində istifadə hüququ olub. Ə.Səbinənin bu evdə istifadə hüququnun olması Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə öz təsdiqini tapır. Lakin nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyasında bu hal nəzərə alınmamış və nəticədə maddi hüquq normaları pozulmuşdur.

29. Kassator daha sonra bildirmişdir ki, məhkəmə tərəfindən araşdırma tam aparılmamışdır. Belə ki, cavabdeh tərəf olaraq məhkəmədə əsaslı vəsatət təqdim edilsə də məhkəmə həmin vəsatətləri təmin etməmişdir. Məhkəməyə vəsatət verildi ki, iddiaçıya məxsus olan evin (ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi) alqı satqı müqaviləsi ilə bağlı sənədləşmələrin məhkəməyə təqdim edilməsi üçün Yasamal rayon İcra Hakimiyyətinə sorğu verilsin. Lakin təəssüflər olsun ki, məhkəmə həmin vəsatəti heç bir əsas gətirmədən rədd etdi. Vəsatətin verilməsində məqsəd o idi ki, cavabdeh tərəfinə verilmiş məbləğ müəyyən edilsin. Həmçinin həmin məbləğin iddiaçıya məxsus olan evin ölçüsünə görə uyğun olub-olmadığı müəyyənləşdirilsin. İddiaçıya məxsus olan evin reyestrdə qeydə alınmış ölçülərinə görə həmin məbləğ verilməməli idi. Məbləğin o qədər yüksək olaraq müəyyən edilməsinə səbəb iddiaçı məhkum olduqdan sonra (2009-cu ildən sonra) cavabdehin həmin fərdi yaşayış evində öz şəxsi vəsaiti hesabına müəyyən artırma işləri aparılmışdır. Məhz söküntü zamanı komissiya tərəfin dən həmin artırılmalar nəzərə alınmışdır. Bu məqamın araşdırılması üçün məhkəməyə vəsatət verilsə də məhkəmə tərəfindən iddia təmin edilməmişdir.

30. Kassator hesab etmişdir ki, əslində iddiaçıya düşən məbləğ 35.000 manatdır. Həmin məbləğdə də iddiaçıya Binəqədi rayonu ərazisində yerlşən fərdi yaşayış evi alınmış. Həmin evə dair sənədlər də məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə qətnaməsində bu məqamı da nəzərə almamış, müqavilədə göstərilən məbləğin yarısını iddiaçının xeyrinə tutmaqla kifayətlənmişdir.

31. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

33. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödən ilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın

34. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

35. Maddə 21.3 Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

38. Maddə.442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

39. Maddə.443.1.Öhdəliyini icra etməyən borclu kreditor a dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

40. Maddə.443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

41. Maddə.448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

42. Maddə.448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

43. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

44. Maddə.778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

45. Maddə. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

46. Maddə.778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, v əkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.

47. Maddə.779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

48. Maddə.782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

49. Maddə.782.2. Vəkalət al an verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirmiş olsa da, dəlilləri iddianın təmin olunan hissələr ilə bağlıdır. Bu baxımndan hazırda apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müb ahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin apellyasiya şikayətlərinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin nəticəsi işin araşdırılmış hallarına uyğun olmamışdır. Bu baxımdan haqlı olaraq əsas məbləğin (109431(yüz doqquz min dörd yüz otuz bi r manatın) təmin olunmayan 54.715 (əlli dörd min yeddi yüz on beş) manat hissinin təmin olunması nəticəsinə gəlmşdir.

61. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən işdə olan xx.xx.2018-ci il tarixli etibarnaməni (bax.i.v.41) əsas götürmüşdür. Belə ki, həmin etibarnamədə iddiaçı cavabdehə... fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar olaraq verilən məbləğin 50% hissəsinin bağışlanmasını, notariat kontorunda nümayəndəsi olmağı, əvəzindən razılıq ərizəsi yazmağı və digər hüquqi hərəkətləri etməyi etibar etmişdir. Əvvəla, qeyd olunduğu kimi cavabdeh iddiaçını bu etibarnamə əsasında təmsil etməmiş, yəni fərdi yaşayış evinin alqı-satqısı və kompensasiyanın alınması bu etibarnamə əsasında yerinə yetirilməmişdir. İ kncisi, bu etibarnamədə “fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar olaraq verilən məbləğin 50% hissəsinin bağışlanmasını,.. etibar edirəm” qeyd olunması alınan kompensasiya məbləğinin yarısının iddiaçıya qaytarılmaması üçün əsas ola bilməzdi. Çünki, qeyd olunan məbləğdə kompensasiyanın cavabdehə “bağışlanması” (əslində tərəflərin aliment borcunun əvəzinə görə həmin məbləğdə kompensasiya ilə əvəzləşdirilməsi barədə danışıqlar aparmaları işdən bəlli olur) üçün sonuncu tərəfindən iddiaçının yaranmış aliment borcu ilə əlaqədar aktiv və real hərəkətlər edilməsini tələb edirdi. Başqa sözlə tərəflər arasında yaranmış aliment borcu ilə əlaqədar bütün mühüm şərtlər barəsində tələb olunan formada razılığa gəlinən saziş (müqavilə) bağlanmalı idi. Ancaq cavabdeh kompensasiyanı tam aldıqdan sonra n əinki belə bir saziş bağlamaq arzusunda olmuş, heç icra sənədi üzrə iddiaçının yaranmış aliment borcunu ödəmiş olması ilə bağlı hansısa addım da atmamışdır.

62. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci ma ddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

64. Gös tərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2022-ci il tarixli, 2(103)3088/2022 nömrəli qətnaməsi mübahsələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar