Məhkəmə qərarları › İş №2(102)-5132/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5132/2020

20.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5132/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Aslanov Emil Mustafa oğlunun, Cavabdeh vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1050/2020 saylı, 21 may 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etd i: Füzuli Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(064)-1790/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim Y.X.Həşimov) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 05.11.2019-cu il tarixdən etibarən azyaşlılar X2, X1 və X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 80 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1050/2020 saylı, 21 may 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər N.F.Mirzəyev (sədrlik edən və məruzəçi), Q.B.Kərimov və Z.B.Babayev) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Füzuli Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(064)-1790/2019 sa ylı qətnaməsinin dəyişdirilməsi, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 07.12.2007-ci il təvəllüdlü X2, 25.01.2010-cu il təvəllüdlü X1 və 20.12.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər uşağa görə ayda 60 manat olmaqla, üç nəfər uşağın saxlanması üçün ayda cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 28.02.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 07.12.2007-ci il təvəllüdlü X5, 25.01.2010-cu il təvəllüdlü X4 və 20.12.2011 -ci il təvəllüdlü X6 anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri normal olmadığından Füzuli Rayon Məhkəməsinin 04.07.2016-cı il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Azyaşlı uşaqları 07.12.2007-ci il təvəllüdlü M, 25.01.2010-cu il təvəllüdlü M və 20.12.2011-ci il təvəllüdlü Z onun yanında yaşayırlar. Cavabdeh boşandıqları tarixdən indiyədək uşaqlarına baxmamış, onların saxlanılmasına ana kimi heç bir köməklik göstərməmişdir. Uşaqları məktəblidir və uşaqlarının tələbatlarını təkbaşına ödəyə bilmir. Ona görə də Cavabdeh azyaşlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası cavabdehin ədalətli məhkəmə araşdırılması hüququnu pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və vəkili Aslanov Emil Mustafa oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh vəkili Vəkil, İddiaçı,vəkili Aslanov Emil Mustafa oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan: -AZE seriyalı 12197521 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 20.12.2011-ci il tarixdə Sabirabad şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. -AZE seriyalı 12197450 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 25.01.2010-cu il tarixdə Saatlı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. -AZ-İİ №018816 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 07.12.2007-ci il tarixdə Saatlı şəhərində anadan olmuşdur. Atası İddiaçı oğlu, anası Cavabdehdır. -Füzuli Rayon Məhkəməsinin 04 iyul 2016-cı il tarixli, 2(064)-1707/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş 07.12.2007-ci il təvəllüdlü X5, 25.01.2010-cu il təvəllüdlü X4 və 20.12.2011-ci il təvəllüdlü X6 ataları İddiaçı yanında saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75. 4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxs in xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı qeyd etmişdir ki, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 75.1-ci maddəsinin tələbinə görə qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıbyaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Azərbaycan Respublikasının qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları- onlara əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Apelyasiya ins tansiyası məhkəməsi işin müəyyən edilmiş halları üzrə tərəflərin qarşılıqlı münasibətlərinə qiymət verərkən qeyd etmişdir ki, uşaqların maddi-məişət tələbatının ödənilməsi, onların tərbiyə olunmasında və saxlanılmasında hər iki valideynin eyni hüquq və vəzifələrə malik olması barədə ailə və digər qanunvericilik aktlarının mövcud münasibətlərə tətbiqi valideynlərdən mülki iş üzrə Cavabdeh maddi imkannın aşağı olması onu iddiaçı ilə birgə nikahlarından doğulmuş M, M və Z adlı uşaqlarını saxlamaq, yəni onların artan maddi-məişət tələbatının ödənilməsi üçün uşaqların digər valideyni İddiaçı aliment ödəmək vəzifəsindən azad edə, yaxud həmin vəzifənin yerinə yetirilməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Lakin işin diqqətəlayiq halları, yəni Cavabdeh izahatında göstərdiyi kimi “Al Mark et”də müddətli əmək müqaviləsi üzrə işlədiyini və aylıq qazancının 250-300 manat miqdarında olmasını və eyni zamanda İddiaçı “xxxx” ASC-də işləməklə onun əmək haqqısının 360 manat təşkil etməsi nəzərə alınmadan azyaşlı uşaqların ehtiyaclarının ödənilməsi üçün hər ay məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin cavabdehdən hər ay bir uşaq üçün 80 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində tutulması işin faktiki hallarına uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, tərəflərin maddi və ailə vəziyyəti, işin faktiki halları və uşağın artan maddi-məişət tələbatının ödənilməsi üçün yaşayış minimunun təmin edilməli olmasını və uşağın saxlanılmasında valideynlərin bərabər vəzifələrinin olmasını, uşaqların mənafeyini və eləcə də iddiaçının işləməsini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsi hər ay bir uşaq üçün 80 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilərək bir uşağın saxlanması üçün hər ay 60 (altmış) manat müəyyən edilməklə, üç uşağın saxlanması üçün ayda cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. Kass asiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin ədalətli məhkəmə araşdırılması hüququnun pozulduğunu, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət veril məklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1050/2020 saylı, 21 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar