Məhkəmə qərarları › İş №2(102)-5132/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5132/2022

29.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5132/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X9 və "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb olunmaqla Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Mənəvi zərərin ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), X3 və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X9 və "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb olunmaqla Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin M ülki kollegiyasının 2(103)-3999/2022 nömrəli, 8 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)267/2013 saylı, xx.xx.2013-cü il tarixli hökmün təsdiq edilmiş surətinə əsasən X2 Kamil Eldar oğlunun ölümü ilə nəticələnən hadisədə AR CM-in 263.2ci maddəsi ilə təqsirli bilinərək iki il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə dörd il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

2. X9 nəqliyyat vasitəsini idarə edərkən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ehtiyatsızlıqdan X1 həyat üçün təhlükəli olan və ölümü ilə birbaşa əlaqə li olan zərər vurmaqla onun ölümünə səbəb olmuşdur. Məhkəmənin hömü ilə X9 təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hadisə baş verən zaman X9 Cavabdeh ASC-də sürücü vəzifəsində işləmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 05. məhkəməyə müraciət edərək cavabdehdən “ 25000 manat mənəvi zərər və ödənilmiş dövlət rüsumunun əvəzi olan 165 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini işin onunla əsaslandırmışdır ki,. cavabdehin məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqa zidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçının oğlu öldüyünə g örə ona mənəvi zərər dəymişdir. Mənəvi təzminatın həcmi müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi nəzərə alınmalıdır. Baş vermiş cinayət hadisəsi nəticəsində yaxın qohum sayılan övladının faciəvi şəkildə ölməsindən sonra hər gün iztirablara məruz qalır. Tək oğlu olduğundan, onu bir daha görə bilməyəciyini dərk etdiyindən iddiaçı acizlik çəkir, sarsıntılar keçirir. Bu hal hər gün baş verdiyindən iztirabları davamlı xarakter daşıyır. Başqalarının oğlunu, toyunu, oğul övladlarını görmək çox ağır gəldiyindən hadisədən 8 il keçməsinə baxmayaraq çəkdiyi iztirablar yüngülləşməmişdir.Əlavə olaraq bildirir ki, tələb olunan məbləğ analoji işlərdə vardır. Təl əb olunan məbləğ cavabdehin əmlakı qarşısında cuzi məbləğdir. Varislik məsələsinə gəldikdə isə həmin məsələnin hazırki vəziyyətə aidiyyəti yoxdur. Belə ki, ata sağdır. Əgər ata sağ olmasaydı və onun yerinə başqası müraciət etsəydi cavabdehin nümayəndəsinin mülahizəsi mübahisələndirilə bilərdi. Suala cavab olaraq bildirmişdir ki, onun çəkdiyi iztirabların sübut edilməsinə ehtiyac yoxdur. Bir ata üçün övladının itirilməsi kifayət qədər ağırdır.

5. Cavabdeh iddia tələbinə qarşı etirazını bildirərək onunla əsaslandırmiş ki, mənəvi zərər üzrə varisliyə yol verilmədiyini və yas mərasimində çəkilən xərclərin və sığorta haqqının ödənildiyini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-932/2022 nö mrəli iş üzrə 15 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia qismən təmin edilmişdir. Cavabdeh ASC-dən 20000 (iyirmi min) manat mənəvi zərər və ödənilmiş dövlət rüsumunun əvəzi olan 150 (yüz əlli) manat məbləğində pul iddiaçının xeyrinə tutulmuşdur.

7. Məhkəmə qeyd etmişdir ki, sığorta ödənişi və yas mərasimi üçün ödənilən pul maddi zərərin qarşılanması məqsədilə edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, övladının vəfat etməsi nəticəsində iddiaçının çəkidiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və övladının həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, müəyyən qədər təsəlli ala bilər. İddiaçı baş vermiş hadisədən ağlabatan müddət ərzində deyil, 9 il sonra mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu da təzminatın həcminin azaldılmasına təsir edən amil kimi qiymətləndirilməlidir. İddiaçının övladının çox gənc yaşda vəfat etməsini, onun yeganə oğul övladı olmasını, bu cür gözlənilməz itkinin onun valideyninə verdiyi sarsıntını və mənəvi iztirabı, iddiaçının yaşını və maddi vəziyyətini, eləcə də zərərə görə məsul olan cavabdehin maliyyə vəziyyətini nəzərə alaraq hesab etmişdir.

9. Məhkəmə hesab etmişdir ki, zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən in sanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmişdi.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096.2, 1097.1, 1099.1,1121-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.4, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmış dır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır, məhkəmə əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış, qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır, ona görə də qətnamə apellyasiya qaydasında ləğv edilməli, iddia tələbi bütünlüklə rədd edilməlidir. İş üzrə mülki pozuntu törətmiş şəxs Cavabdeh ASC-də sürücü işləmiş X6r. Həmin şəxs hal-hazırda Cavabdeh ASC-də işləmir. Həmin şəxs cəmiyyətdə işləmədiyi üçün məhkəmə tərəfindən zərər cəmiyyətdən tutulmalı deyil. İş üzrə Şirin Əliyev cavabdeh qismində cəlb edilərək iddia tələbi məhz ona qarşı yönəldilməli idi. Bu barədə vəsatət verilsə də, məhkəmə yalnız həmin şəxsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi prosesə cəlb etmişdir. Göstərilənlərə əsasən hesab etmişdir ki, məhkəmə qətnamə çıxararkən m addi hüquq normasını düzgün tətbiq etməmişdir. İşə baxan məhkəmə tərəfindən mənəvi ziyanın məbləği ilə bağlı dəyərləndirmə aparılmamışdır. Belə ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Ümumi yyətlə, qanunvericilikdə mənəvi zərərin məbləğinin müəyyən edilməsi üçün konkret kriteriyalar müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə almadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edə bilməz. İztrirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixolojiağrı şəkilində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji tə siri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Məsələn, bir şəxsin avtomobil qəzasında ehtiyatsızlıqdan vəfat etməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir. İddiaçının zərərçəkmişin hüquqi varisi kimi, cinayət işi üzrə məhkəmə prosesində, “baş vermiş hadisəni təsadüfi yol-nəqliyyat hadisəsi hesab etmiş və bu səbəbdən təqsirləndirilən şəxs Şirin Əliyevə qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. "Digər tərəfdən məhkəmənin gedişində iddiaçının “çəkdiyi iztirablara”dair konkret fakt və ya sübut təqdim edilməsi sualına, nümayəndə “iddiaçının çəkdiyi iztirabları sübut etməyə ehtiyac olmadığı” cavabını bildirmişdir. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. Mənəvi təzminatın məbləğinə təsir edən ünsürlərdən biridə zərərçəkənin iqtisadi vəziyyətidir.Bu hal həm məhkəmə təcrübəsi, həm də hüquq ədəbiyyatları tərəfindən birmənalı olaraq qəbul edilir. Çünki hər kəsin qane olma səviyyəsi eyni deyildir. Maddi vəziyyəti aşağı olan şəxsə çox gələn bir məbləğ, maddi vəziyyəti yüksək olan başqasına az gələ bilər və bu da qaneedici olmaz. Eyni amanda təqsirli tərəfin maddi vəziyyəti mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan hesab olunur. Təqsirkarın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edi lməsində əhəmiyyət kəsb edir. Çünki ehtiyatsızlıqla törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərərin məbləğindən fərqləndirilməlidir. Ona görə ki, ehtiyatsızlıqla cinayət törətmiş şəxs həmin əməlin ictimaitəhlükəli nəticələrini ya görmür, və yaxud arzu etmir, amma qəsdən cinayət törətmiş şəxslər əksinə, ictimai-təhlükəli nəticələrini görür, arzu edir (daha təhlükəli əməl). Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması labüddür. Hazırkı işin materiallarından da görünür ki, iddiaçı baş vermiş hadisədən ağlabatan müddət ərzində deyil, 9 il sonra mənəvi zərər tələbi ilə məhkəməyə mürac iət etmişdir. Beləliklə, iddiaçı mənəvi zərərə görə 25000 (iyirmi beş min) manat pul tələb edir, lakin həmin məbləği şərtləndirən halları əsaslandırmır. Məhkəmə isə öz növbəsində, iddia tələbi məbləğinin 4/5-ni 20000 (iyirmi min) məbləği təmin edir, lakin öz qərarını ümumi sözlərlə və Cavabdeh ASC-nin çox milyonluq əmlak dəyərini yanlış qiymətləndirərək maliyyə vəziyyəti ilə əsaslandırmış olur.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3999/22 nömrəli iş üzrə 8 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə müəyyən etmişdir k i, iddiaçının mənəvi sarsıntı keçirməsi övladının faciəvi şəkildə ölməsinin onda səbəb olduğu mənfi psixi reaksiyada ifadə olunmuşdur.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının övladının "Azərsu” AsC-nin əməkdaşı X5 təqsiri nəticəsində ölməsi iş materialları ilə təsdiq olunur. Həmin hadisə nəticəsində iddiaçıda yüksək dərəcəli mənəvi sarsıntı və iztiraba səbəb olması isə hər hansı sübutla təsdiqə ehtiyacı olmayan haldır.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir

17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096.2, 1097.1, 1099.1,1121-ci, MPMnin 14.2, 77.1, 82.4, 119.1 və 217.4,384.0.1,385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (vəkil X7)kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsinə, iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsinə və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 82.50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qərar qəbul göndərilməsini xahiş etmişdir.

19. Kassator şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləriylə eyni məzmunda əsaslandıraraq qeyd etmişdir ki, vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müə yyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər. İşə baxan məhkəmə mənəvi zərərə görə təzminat müəyyən edərkən baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında düzgün aparmamış, həmçinin Konstitusiya Məhkəməsinin qərarında göstərilən halları araşdırmamışdır. Bundan başqa iddiaçı mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut edə bilməmişdir. Bu kimi halların sübut edilməməsinə baxmayaraq məhkəmə əsassız olaraq iddianı qismən təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2022-ci il tari xli,2(103)3999/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

21. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

23. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

24. Maddə 1121. Tənzimlənən ailə başçısının ölümü nəticəsind ə zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məhz maddi zərərin qarşılanması məqsədli olub müvəqqəti əvəzləşdirici xarakter daşıyır. Mülki Prosessual Məcəllə

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları mü əyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

40. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

41. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM- in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

44. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Qərara aldı: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3999/2022 nömrəli, 8 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar