Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5133/2020 26.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı “qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qızıl-zinət əşyaları tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakları ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)1463/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə Azərb aycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh1 və XXX xx xxxxxx 2017-ci il tarixdə nikaha daxil olmuş nikahları Salyan Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. XXX Cavabdeh1 anasıdır. “xxxx” ASC-nin zərgəri X3 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli qiymətləndirmə aktına görə fotoşəkillərə əsasən vizual olaraq 42 qram çəkisi olan 750 əyyarlı brilyant kolye dəstinin qiyməti 5000 manat, 10 qram çəkisi olan 583 əyyarlı ərəb sepin 750 manat, 4 qram çəkisi olan 583 əyyarlı üzüyün 300 manat, 4-6 qram çəkisi olan 880 əyyarlı beşlik klonunun 430 manat, 6-6 qram çəkisi olan 880 əyyarlı imperial klonunun 600 manat, 6 qram çəkisi olan 585 əyyarlı qolbağın 450 manat müəyyə n edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X5 Cavabdeh1 qarşı iddia ərizəsi ilə, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 5500 manat dəyərində qızıl komplekt, 720 manat dəyərində İmperial, 450 manat dəyərində beşlik, 260 manat dəyərində qolbaq, 500 manat dəyərində sep, 300 manat dəyərində üzükdən ibarət qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin birinci instansiya məhkəməsində iddiaçı X5 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 əsl cavabdeh XXX ilə əvəz edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 və Cavabdeh1 xx xxxxxx 2 017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Ailə münasibətləri qaydasında olmadığı üçün xx xxxxxx 2018-ci il tarixdə iddiaçı valideynlərinin yanında qayıtmışdır. Nikahları Salyan Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçıya məxsus qızıl-zinət əşyaları cavabdehdə qalmışdır. Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(057)-1241/2019 nömrəli qətnaməsi ilə (hakim M.Ə.Qasımov) iddia qismən təmin edilmiş, cavabdeh XXX dəyəri 1500 manat olan qızıl komplektin, dəyəri 300 manat olan “İmperial”ın, dəyəri 150 manat olan “5-liyin”, dəyəri 135 manat olan sepin və dəyəri 260 manat olan qolbağın, cəmi 2345 manat dəyərində beş adda əmlakın özünün, özü olmadıqda eynisinin və ya dəyərinin alınaraq iddiaçı X2 verilməsi, iddianın qalan hissədə təmin edilm əməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçının tələb etdiyi qızıl komplekt, imperial, beşlik, sep müxtəlif şəxslər tərəfindən hədiyyə edilmiş və iddiaçı onları qəbul etdiyi andan onun mülkiyyəti olmuşdur. İddiaçı onları müvafiq olaraq qiymətləndirsə də, bu barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə məhkəmə onların dəyərinin cavabdehin göstərdiyi qiymətlərlə qəbul etmişdir. Cavabdeh məhkəməyə yazılı izahat verərək iddiaçının tələb etdiyi qızıl komplekti 1500 manata aldığını, imperialı, beşliyi və sepi isə baldızın iddiaçıya hədiyyə etdiyini və onların qiymətlərinin müvafiq olaraq 300, 500 və təxminən 120-150 manat olduğunu bildirmişdir. Buna görə də, məhkəmə hesab et mişdir ki, iddiaçının tələb etdiyi qızıl komplekti 1500 manat, İmperial 300 manat, beşlik 150 manat və sep 120 manatla 150 manatın orta qiyməti olan 135 manat qiymətləndirilməlidir. Cavabdeh qolbağı görmədiyini, onu iddiaçıya hədiyyə etmədiklərini göstərsə də, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdə həmin qolbağın da iddiaçının əlinə taxıldığı görünür. Məhkəmə həmin qolbağın 260 manat dəyərində olmasına dair iddiaçının göstərdiyini inandırıcı hesab edir. Məhkəmə həmçinin həmin qızılların iddiaçının anasında olduğuna dair cavabdehin izahatını inandırıcı hesab etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş və sabiq əri ilə birlikdə ünvan 1 çəkdirdiyi şəkillərdən görünür ki, iddiaçının tələb etdiyi qızıllar onun üstündə olmamışdır. Sonuncu dəfə əri onu ünvan 1n Salyana gətirib atası evinin qarşısında düşürtmüşdür. Əgər ünvan 1 qızıllar iddiaçıda olsaydı, onda onun əri ilə birlikdə çəkdiyi fotoşəkillərdə həmin qızıllar əks olunardı. Bundan əlavə iddiaçının şahidi də məhkəmə iclasında bildirmişdir ki, cavabdehin oğlu iddiaçını atası evinin qarşısında düşürüb getdikdən sonra iddiaçını evlərinin qapısının qarşısında görmüş və bu zaman iddiaçının üzərində tələb etdiyi qızıllar olmamışdır. Nəhayət məhkəmə iddiaçının tələb etdiyi və qiymətini 300 manat dəyərləndirdiyi üzüyün mövcudluğu, həmin üzüyün ona hədiyyə edildiyini sübuta yetirə bilmədiyinə istinad edərək, iddianı həmin hissədə təmin etməmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı X5 apelyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarix li, 2(057)-1241/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə, cavabdeh isə apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-965/2020 nömrəli qətnaməsi ilə (hakimlər Q.B.Kərimovun sədrliyi və məruzəsi ilə, hakimlər Z.B.Babayevdən və N.F.Mirzəyevdən ibarət tərkibdə) cavabdeh XXX tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(057)1241/2019 nömrəli qətnaməsi iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən cavabdeh XXX dəyəri 300 manat olan “İmperial”, dəyəri 150 manat olan “5-lik”, dəyəri 135 manat olan sep və dəyəri 260 manat olan qolbaq, cəmi 2345 manat dəyərində beş adda əmlakın, həmçinin iddianın dəyəri 300 manat olan üzüyün təmin olunmamasına dair hissələrində ləğv edilməsi, iddia tələbinin həmin hissələrdə təmin edilməsi, dəyəri 1500 manat olan komplektin, dəyəri 720 manat olan “İmperial”ın, dəyəri 450 manat olan qızıl “beşliyin”, dəyəri 500 manat olan sepin və dəyəri 260 manat olan qolbağın, dəyəri 300 manat olan üzüyün özünün, olmadıqda isə onların dəyərini təşkil edən 3730 manatın cavabdeh XXX alınaraq iddiaçı XXX verilməsi, Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(057)1241/2019 nömrəli qətnaməsinin iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdeh XXX apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbində göstərilən qızıl-zinət əşyalarından dəyəri 1500 manat olan qızıl komplekt istisna olmaqla, digər qızılların qiymətlərini düzgün göstərməmişdir. Məhkəmə kollegiyası həmin qızıllara qoymuş olduğu qiymətlərin real olmasını inandırıcı hesab etməmiş və hesab etmişdir ki, həmin qızılların qiymətləri 1500 manat dəyərində olan qızıl komplekt istisna olmaqla, qalan qızılların qiyməti iddiaçının tələbin həcminin azaldılmasına dair ərizədə göstərilən qiymətlərə uyğun cavabdehdən alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, yuxarıda sadalanan qızıllar zərgər XXX tərəfindən qiymətləndirilmiş və onun tərəfindən bu barədə xx xxxx 2020-ci il tarixdə yazılı rəy verilmişdir. Məhkəmə ko llegiyası zərgər XXX tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli rəyinin brilyant kolye dəstinin (iddia ərizəsində adı qızıl komplekt kimi göstərilmiş) qiymətinin 5000 manat olmasına dair rəyini inandırıcı hesab etməmiş və qeyd etmişdir ki, zərgər həmin komplektin brilyant qaşlı olmasını göstərmişdir. Zərgər komplektin özünü görməmiş və həmin komplektə ona təqdim edilmiş fotoşəkillər vasitəsi ilə qiymət qoymuşdur. Zərgərə real təqdim olunmayan komplektin qaşlarının brilyant olması fotoşəkillərlə müəyyən edilməsinin mümkün olmamasını nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin qızılın qiymətinin Cavabdeh2 etiraf etdiyi həcmdə olması, yəni 1500 manat olmasına dair gəldiyi nəticə əsaslı olmaqla bərabər, iş materiallarına uyğundur. Bundan başqa, m əhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin toy ərəfəsində iddiaçıya bağışlanmış və qiyməti 300 manat olan qızıl üzüyün cavabdehdən alınmasına dair hissəsinin təmin olunmamasına dair gəldiyi nəticəni əsaslı hesab etməmişdir. Belə ki, qiyməti iddia ərizəsində 300 manat göstərilmiş qızıl üzüyün iddiaçıya bağışlanması iddiaçının kollegiya iclasında verdiyi izahatı və birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadəsi ilə təsdiq olunmuşdur. Məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd olunan qızıl-zinət əşyaları iddiaçıya məxsus olduğundan və cavabdehin həmin əmlaklara sahiblik və ondan istifadə etməsinin hər hansı bir hüquqi əsasları olmadığından, yəni əmlaklara dair cavabdehin qanunsuz sahibliyində, həmçinin cavabdeh tərəfindən həmin əşyaların iddiaçıya hədiyyə edil məsi faktı etiraf edildiyindən birinci instansiya məhkəməsi həmin əmlakların cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair əsaslı nəticəyə gəlmişdir. Məhkəmə, iddiaçı X1 apelyasiya şikayətinin qismən təmin edilməsi qənaətinə gəlinməsi halını nəzərə alaraq belə hesab etmişdir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti iş materiallarına uyğun olmadığından təmin olunmadan saxlanılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh XXX kasasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-965/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdi r. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi çəkişmə prinsipini pozmuş, iddiaçı qızılların qiyməti ilə bağlı sübut təqdim etmədiyi halda, özü qiymətləndirmə keçirmişdir. Apelyasiya məhkəməsi cavabdehin istinad etdiyi hallara münasibət bildirməmiş, işin hallarına düzgün hüquqi qiymət verməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdeh XXX və vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçı XXX məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktları na təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Kasasiya şikayətini cavabdeh vermiş və apelyasiya məhkəməsinin qətnaməsini təmin olunmuş hissəsində mübahisələndirmişdir. Bu səbəbdən kasasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bil ər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 127-ci maddəsinin ikinci hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci madd əsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesa b edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kasasiya və apelyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tə tbiq olunmamış və işin hallarının müəyyən edilməsi ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, apelyasiya instansiyası məhkəməsi tələb olunan qızıl-zinət əşyalarının cavabdeh XXXnda olmamasına dair sonuncunun apelyasiya şikayətinin dəlillərini araşdırmamış və həmin apelyasiya şikayətini yalnız bir cümlə ilə “iddiaçı X1 apelyasiya şikayətinin qismən təmin edilməsi qənaətinə gəlinməsi halı” əsassız hesab etmişdir. Halbuki, cavabdeh apelyasiya şikayətində tələb olunan əşyaların ümumiyyətlə onda olmasını mübahisələndirmişdir. Bundan əlavə, yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin olunmuş və cavabdehdən cəmi 2345 manat məbləğində qiymətləndirilmiş 5 adda qızıl-zinət əşyalarının alına raq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verib iddiasının tam təmin edilməsini xahiş etsə də, apelyasiya şikayətinin dəlilləri ona verilməli olan əşyaların qiymətinin düzgün müəyyən edilməməsi ilə əlaqədar olmuşdur. İddiaçı həmin şikayətində ona qaytarılmasından imtina olunmuş (iddiası rədd edilmiş) 1 ədəd 300 manat dəyərində üzüyün də tutulmasını xahiş etməmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi iddiaçının şikayətinin dəlillərini dəqiqləşdirmədən və apelyasiya baxışının hədlərini müəyyən etmədən şikayətə baxmış və iddianı həmin 1 ədəd 300 manat dəyərində üzüyə münasibətdə də təmin etmişdir. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin nəticə hissəsi ziddiyyətli olmuşdur. Belə ki, həmin məhkəmə aktı ilə birinci instansi yası məhkəməsinin qətnaməsi təmin olunmuş yalnız 4 əşyaya - dəyəri 300 manat olan “İmperial”a, dəyəri 150 manat olan “5-liyə”, dəyəri 135 manat olan sepə və dəyəri 260 manat olan qolbağa münasibətdə ləğv edilsə və həmin hissələrdə yeni qətnamə qəbul edilərək iddia təmin edilsə də, yəni birinci instansiyası məhkəməsinin qətnaməsi dəyəri 1500 manat olan komplektə münasibətdə dəyişdirilmədən saxlanılsa da, sonrakı cümlədə dəyəri 1500 manat olan komplektin cavabdehdən iddiaçının xeyrinə tutulması bir daha qət olunmuşdur. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə a ydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apelyasiya məhkəməsi tərəfində n rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” xx xxxx 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apelyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onu bu hüquqdan məhrum etmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd olunan prosessual normalarının tələblərinə cavab vermir. Belə ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olm aq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, eləcə də apelyasiya şikayətinin bütün dəlillərinə müfəssəl, araşdırılan sübutlara isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XXX və vəkili Vəkil tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-1463/2020 nömrəli qətnaməsi ləğv edilsin və yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidi
Məhkəmə qərarları › İş №2(102)-5133/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5133/2020
26.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver