Məhkəmə qərarları › İş №2(102)-5137/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5137/2020

26.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5137/2020 26.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qızıl-zinət və digər əşyaların qanunsuz sahiblikdən qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının X5 nömrəli iş üzrə 01 iyun 2020ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binas ında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra – iddiaçı) (bundan sonra – cavabdeh) ilə 14 may 2013-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Bu nikahdan uşaqları olmamışdır. İddiaçı cavabdehin yaşadığı Sabirabad rayonu Mürsəlli kəndindəki evə gəlin köçmüş və öz şəxsi və cehiz əşyalarını həmin evdə yerləşdirmişdir. Ailə qurduqdan sonra bir müddət çox mehriban yaşasalar da, sonradan münasibətləri gərginləşmiş və hazırda faktiki olaraq ayrılmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı cehiz əmlakının və qızıl-zinət əşyalarının qaytarılması tələbi barədə iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, 1750 manat dəyərində 1 ədəd 585 əyarlı 35 qramlıq q ızıl zəncir bilərziklə birlikdə, 200 manat dəyərində 1 ədəd 4 qramlıq qızıl üzük kitab formalı, 750 manat dəyərində 1 ədəd 10 qramlıq qızıl nişan üzüyü brilyant qaşlı, 750 manat dəyərində 585 əyyarlı 15 qramlıq qızıl sırğa üzük dəsti, 300 manat dəyərində 585 əyyarlı 1 ədəd qızıl paxlava formalı üzük, 55 manat dəyərində 1 ədəd don tiqrovi, 70 manat dəyərində 1 ədəd atlas kostyum, 30 manat dəyərində 1 ədəd don güllü, 35 manat dəyərində 1 ədəd don şifon, 60 manat dəyərində 1 ədəd yun kostyum, 25 manat dəyərində 1 ədəd trikoten don, 25 manat dəyərində 1 ədəd sadə don, 35 manat dəyərində 1 ədəd trikoten don qolları tüklü, 18 manat dəyərində 1 ədəd parça yay malı, 70 manat dəyərində 1 ədəd kosmetika beş mərtəbə, 90 manat dəyərində 1 ədəd duxi eklat 250 ml, 50 manat dəyərində duxi 150 ml və 25 ma nat dəyərində 1 ədəd duxi 75 ml həmin əşyalar olmadıqda əmtəəşünas rəyi ilə müəyyən edilmiş dəyərini və nağd şəkildə verdiyi 3650 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə ailə həyatı qurduqdan sonra cavabdehin atasına məxsus olan Sabirabad rayonu, Kovlar kəndində yerləşən evə gəlin köçüb yaşamışdır. Hal-hazırda onun da bütün cehiz əmlakları həmin evə yığılmışdır. Ailə həyatı qurduqları ilk vaxtlardan çox mehriban yaşamışlar. Cavabdehlə birgə nikah dövrində uşaqları olmamışdır. 2017-ci ildə onu evdən qovaraq çıxartmışlar. Bu qaydada ayrılmışlar və onun bütün cehiz əmlakları, qızıl-zinət əşyaları və paltarları cavabdehlə birgə yaşadıqları evdə qalmışdır. Cavabdeh iddiaya etiraz edərək, qeyd edilən qızıl-zinət əşyaları və əşyaların iddiaçı tərəfindən özü ilə aparıldığını göstərmiş, ona iddiaçı tərəfindən hər hansı pul məbləği verilmədiyini bildirmişdir. «Sabirabad rayon İstehsal-İstehlak Kooperativi Cəmiyyəti»nin əmtəəşünası X1 tərəfindən verilmiş qiymətləndirmə rəyi ilə 1 ədəd 585 əyarlı 35 qramlıq qızıl zəncir bilərziklə birlikdə-1750 manat məbləğində, 1 ədəd 4 qramlıq qızıl üzük kitab formalı-200 manat məbləğində, 1 ədəd 10 qramlıq qızıl nişan üzüyü brilyant qaşlı-750 manat məbləğində, 585 əyyarlı 15 qramlıq qızıl sırğa üzük dəsti-750 manat məbləğində, 585 əyyarlı 1 ədəd qızıl paxlava formalı üzük-300 manat məbləğində, 1 ədəd don tiqrovi-55 manat məbləğində, 1 ədəd atlas kostyum-70 manat məbləğində, 1 ədəd don güllü-30 manat məbləğində, 1 ədəd don şifon-35 manat məbləğində, 1 ədə d yun kostyum-60 manat məbləğində, 1 ədəd trikoten don-25 manat məbləğində, 1 ədəd sadə don-25 manat məbləğində, 1 ədəd trikoten don qolları tüklü-35 manat məbləğində, 1 ədəd parça yay malı-18 manat məbləğində, 1 ədəd kosmetika beş mərtəbə-70 manat məbləğində, 1 ədəd duxi eklat 250 ml-90 manat məbləğində, duxi 150 ml-50 manat məbləğində və 1 ədəd duxi 75 ml-25 manat məbləğində qiymətləndirilmişdir. Sabirabad Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 may 2019-cu il tarixli 2(056)-153/2019 nömrəli qətnaməsi ilə (hakim Füzuli Pənahov) iddia qismən təmin edilmiş, cavabdehdən 1750 manat dəyərində 1 ədəd 585 əyyarlı 35 qramlıq qızıl zəncir bilərziklə birlikdə, 200 manat dəyərində 1 ədəd 4 qramlıq qızıl üzük kitab formalı, 750 manat dəyərində 1 ədəd 10 qramlıq qızıl ni şan üzüyü brilyant qaşlı, 750 manat dəyərində 585 əyyarlı 15 qramlıq qızıl sırğa üzük dəsti, 300 manat dəyərində 585 əyyarlı 1 ədəd qızıl paxlava formalı üzük, 55 manat dəyərində 1 ədəd don tiqrovi, 70 manat dəyərində 1 ədəd atlas kostyum, 30 manat dəyərində 1 ədəd don güllü, 35 manat dəyərində 1 ədəd don şifon, 60 manat dəyərində 1 ədəd yun kostyum, 25 manat dəyərində 1 ədəd trikoten don, 25 manat dəyərində 1 ədəd sadə don, 35 manat dəyərində 1 ədəd trikoten don-qolları tüklü, 18 manat dəyərində 1 ədəd parça yay malı, 70 manat dəyərində 1 ədəd kosmetika beş mərtəbə, 90 manat dəyərində 1 ədəd duxi «Eklat»-250 ml, 50 manat dəyərində duxi-150 ml və 25 manat dəyərində 1 ədəd duxi 75 ml, həmin əşyalar olmadıqda isə onların pul dəyərinin alınıb iddiaçıya verilməsi, cavabdehdən göstərilən hüquqi yardım üçün ödənilən 50 manat və dövlət rüsumu əvəzində ödəmiş olduğu 30 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi işdə olan tərəflərin izahatlarına, əmlakların qiyməti barədə mütəxəssis rəyinə və digər sübutlara istinad edərək, 1750 manat dəyərində 1 ədəd 585 əyyarlı 35 qramlıq qızıl zəncir bilərziklə birlikdə, 200 manat dəyərində 1 ədəd 4 qramlıq qızıl üzük kitab formalı, 750 manat dəyərində 1 ədəd 10 qramlıq qızıl nişan üzüyü brilyant qaşlı, 750 manat dəyərində 585 əyyarlı 15 qramlıq qızıl sırğa üzük dəsti, 300 manat dəyərində 585 əyyarlı 1 ədəd qızıl paxlava formalı üzük, 55 manat dəyərində 1 ədəd don tiqrovi, 70 manat dəyərində 1 ədəd atlas kostyum, 30 manat dəyərində 1 ədəd don güllü, 35 ma nat dəyərində 1 ədəd don şifon, 60 manat dəyərində 1 ədəd yun kostyum, 25 manat dəyərində 1 ədəd trikoten don, 25 manat dəyərində 1 ədəd sadə don, 35 manat dəyərində 1 ədəd trikoten don qolları tüklü, 18 manat dəyərində 1 ədəd parça yay malı, 70 manat dəyərində 1 ədəd kosmetika beş mərtəbə, 90 manat dəyərində 1 ədəd duxi «Eklat» 250 ml, 50 manat dəyərində duxi 150 ml və 25 manat dəyərində 1 ədəd duxi 75 ml olan əmlakların iddiaçının cavabdehin evinə aparmasını real saymış və iş materiallarında həmin əşyaların iddiaçıya təhvil verilməsini təsdiq edən sübutlar olmadığına görə iddia tələbini bu hissədə əsaslı hesab etmiş, iddiaçının cavabdehə nağd şəkildə pul verməsi barədə dəlillərini işin faktiki hallarına uyğun gəlmədiyinə görə mötəbər hesab etməmişdir. Qətnamədən cavabdeh apelyasiya şikay əti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətində dir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Qəzənfər Kərimov sədrlik edən və məruzəçi, Zəki Babayev, Nüsrət Mirzəyev) 01 iyun 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbində göstərilən qızıl-zinət əşyalarının faktiki olmasını və onlara qoyulmuş qiymətlərin real olmasını inandırıcı olduğudnan birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəni iş materiallarına uyğun hesab edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş nəticədə qeyri-obyektiv qətnamə qəbul etmişdir. Qətnamə qəbul edilərkən tərəflərin qarşılıqlı münasibətləri nəzərə alınmamış və iddiaçının qeyri-səmimi ifadəsi əsas götürülərək qətnamə qəbul edilmişdir. Belə ki, nə birinci instansiyası məhkəməsinin, nə də Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsində tərə flərin nə vaxt evlənmələri və aralarında olan nikahın nə vaxt pozulması öz əksini tapmamış və bununla da tərəflərin qarşılıqlı münasibətləri nəzərə alınmamışdır. Tərəflər arasında nikah cavabdehin iddiası ilə birinci instansiya məhkəməsi Sabirabad Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, X5 saylı qətnaməsi ilə pozulmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin hal-hazırda birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə əlaqədar bir-birinə qarşı hər hansı bir tələbləri yoxdur”. Əgər iddiaçının hər hansı bir əmlak tələbi olmuş olsaydı, aralarında olan nikah pozularkən bu barədə məhkəmədə bildirərdi. İddiaçı boşanmadan 1,5 il sonra bu iddianı qaldırmışdır, iddiada göstərilən əşyaları isə onun tərəfindən aparılmışdır. Şirvan Apellyasiya Məhkəməsi demək olar ki, he ç bir araşdırma aparmadan Sabirabad rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla kifayətlənmişdir. Bununla da həm birinci instansiya məhkəməsi və həm də Şirvan Apellyasiya Məhkəməsi tərəflərin qanun və məhkəmə qarşısında bərabərlik prinsipini və ədalət məhkəməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipini kobud şəkildə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmayıb c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Maddə

31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (maddə 31.1.). Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir ( maddə 31.2.). Maddə

32. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (maddə 32.1.). Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir (maddə 32.2.2.). Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ə r-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla ape lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya baxışının predmetini yalnız qızıl-zinət əşyalarının qaytarılması hissəsi təşkil etdiyindən, hal-hazırda kassasiya şikayə ti əsasında qətnamə cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, iş materiallarından görünür ki, cavabdeh iddiada tələb edilən qızıl-zinət əşyaları və digər əmlakların mövcudluğunu ümumiyyətlə mübahisələndirməmiş, sadəcə həmin əmlakların iddiaçının özü tərəfindən evdən gedərkən aparıldığını bildirmi şdir. Sübutlarla bağlı mülki prosessual qanunvericiliyin normalarının mənasından aydın görünür ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. Tələb olunan qızıl-zinət və digər əşyalarının mövcudluğu mübahisələndirilmədiyindən bu halın iddiaçı tərəfindən sübuta yetirilməsinə zərurət yoxdur. Digər tərəfdən, cavabdeh qızıl-zinət və digər əşyalarının iddiaçı tərəfin apardığını qeyd etsə də, lakin bunu təsdiq edən mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Bu vəziyyətdə isə əksinə olaraq sübutetmə yükü cavabdehin üzərinə düşür və o da, göstərdiyi halları sübuta yetirə bilməmişdir. Beləliklə, cavabdehin iddia tələbinə etirazının əsası kimi göstərdiyi halları sübuta yetirə bilməməsi, iddiaçının iddiasının qız ıl-zinət əşyaları və geyim əşyaları hissəsində əsaslı olduğunu təsdiq edən amil kimi qiymətləndirilir. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən tərəflər öz etirazlarının əsaslarını sübut etməlidirlər. Cavabdeh tərəfindən mübahisələndirilən qızılzinət əşyalarının iddiaçı tərəfindən aparılmasına dair etirazını sübutetmə yükü işin faktiki hallarına əsasən cavabdehin üzərinə düşməlidir. Ona görə də mübahisələndirilən əmlakın iddiaçı tərəfindən aparılması sübuta yetirilmədiyindən onun təmin edilməməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kassasiya şikayətində iddiaçı ilə aralarında olan nikahın pozulması barədə məhkəmə qətnaməsində birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə əlaqədar bir-birinə qarşı hər hansı bir tələblərinin olm adığının qeyd edildiyinə istinad etsə də, bu hal iddiaçının sonradan ona hədiyyə edilmiş və qanuna əsasən onun əmlakı hesab olunan qızıl-zinət əşyalarını və geyim əşyalarını tələb etmək hüququndan məhrum etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: - 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinə əsasən qüvvədə saxlayarkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının X5 nömrəli iş üzrə 01 iyun 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Elşanə V

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar