Məhkəmə qərarları › İş №2(102)-5142/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5142/2021

25.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5142/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Etibarov X5 cavabdeh “” Avtosalonuna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı Etibarov X2 Zaur Gülaməddin oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-990/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsindən i ddiaçı Etibarov X9 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Etibarov X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “" Avtosalonu tərəfindən avtomobilin qusurlu olması səbəbindən geri qaytarılması zamanı ona vurulmuş 7380 AZN məbləğində pulun cavabdehdən tam tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01.10.2019-cu il tarixdə Sumqayıt şəhərində yerləşən "" avtosalonun ******* nömrəli elanda qeyd olunan “Volksvagen Passat CC” 2.0 2013-cü il buraxılış avtomobili almaq üçün həmin avtosalona getmiş və həmin avtomobilin alınması üçün avtosalonun sahibi Vüqar adlı şəxslə danışıqlara başlamışdır. Elanda göstərilən və qiyməti 25900 manat olan avtomobillə, ona məxsus “Opel Vectra B 1.8” markalı, 2001-ci il buraxılışlı, VİN:W0L0JBF********** avtomobilin barter olaraq dəyişdirilməsini təklif etmiş, 8000 manat barter ilə razılaşmışdır. Əvvəlcədən beh olaraq 500 manat, sonra isə avtomobilin saat 14:00 da DYP-yə gətirilməsini, oradakı servisdə birlikdə avtomobilə tam baxış keçirilib yoxlandıqdan və qeydiyyata alındıqdan sonra, pulun qalan hissəsinin 17400 manat ödəniləcəyini razılaşdırmışdır. (25900 manat-500 manat beh-8000 manat “Opel Vectra B 1.8” =17400 manat). Daha sonra "" avtosalonun nümayəndəsi X3 müəllim ona zəng edərək avtomobilin gətirildiyini və artıq DYP-də texniki yoxlamada olduğunu bildir mişdir. Avtomobilin qeydiyyata alınması xərcləri elanda qeyd olunan (iki saat ərzində maşın “aformut olunub” müştəriyə təhvil verilir) yazısına baxmayaraq, bütün xərclər onun tərəfindən ödənilmişdir. Beləliklə avtomobilin texniki pasportu (Əlavə 3) və qeydiyyat nömrəsi alındıqdan sonra maşının pulu X3ə tam ödənilmişdir. Maşına oturarkən, X3dən nə üçün əlavə qırmızı işıqlar yandığını soruşduqda, o akkumulyatorun yatdığı üçün yandığını izah etmiş və yolda maşını sürərkən mühərrikin səsli olduğunu hiss etmişdir. Səhər tezdən maşın işə düşməmiş, avtomobilə akkumulyator yerinə köhnə bir akkumulyator quraşdırıldığı aydın olmuşdur. Səhərisi gün başqa maşının akkumulyatordan istifadə edərək maşını işə salınmış və Babək prospekti Volksvagen "X14" servisinə müraciət etmişdir. "X14" servisində 02.10. 2019-cu il tarixində avtomobilə diaqnostika olunaraq və zədəli hissələr akkumulyator, SAPUN və s. dəyişdirilərək 530 manat hesab ödənilmişdir. Anbarda olmayan alt sağ tərəf qoruyucu isə əlavə olaraq xaricdən gətirilməsi üçün sifariş olunmuşdur. Bundan sonra həmin gün "" avtosalonuna gələrək onlara ilkin olaraq aşkarlanmış zədələr haqda məlumat vermişdir. Digər vizual zədələrin aradan qaldırılması yerində (servisdə) baha olduğundan 07-08.10.2019-cu il tarixlərində "X3XX"ə müraciət edərək əzilmiş sağ ayaqaltı çıxarılıb, rənglənərək yenidən bərpa olunması, duman faralarının təmizlənməsi və s. işlər görülərək 200 manat pul xərclənmişdir. 01.11.2019-cu tarixdə "X14" servis işçiləri ona zəng vurub 02.10.2019-cu il tarixdə anbarda olmadığından sifariş olunmuş “Passat CC”-nin sağ tərəf alt qoruyuc unun anbara daxil olduğunu bildirmişlər. Servisə gəldikdən sonra qoruyucu əvəz olunmuş və onun bərpası üçün isə 182 manat ödənilmişdir. Qeyd olunanlardan savayı maşına su əlavə edərkən suyun çəndən yerə töküldüyü və çənin deşik olduğu aşkarlanmışdır. Yenisinin qiyməti baha - 250 manat olduğundan zədələnmiş hissə 08.10.2019 tarixində "X3XXdə" açılıb təmir olunmuşdur. 08.10.2019-cu tarixində 2000 kub sm motor dediyinə baxmayaraq, servisdə su çəni dəyişilərkən maşının mühərrikinin nömrəsini və həcminin 1800 kub sm olduğunu ona göstərmişlər. “" avtosalonunun ******* nömrəli elanda 92000 km getmiş 2000 kub sm həcmli və 200 at gücü qeyd olunduğu halda, texniki pasportda 1800 kub sm qeyd olunmuşdur. Servis kitabçasında isə avtomaşının yürüşünün 96200 km olduğu diqqətini çəkmişdir. Məsələnin araşd ırılması və aydınlıq gətirilməsi məqsədilə "" avrosalonun meneceri Vüqara dəfələrlə zəng etmiş və təəssüf ki, cavab verməmişdir. SMS ilə ona mesaj göndərərək, maşının problemli olduğunu, zədələrin və maşının mühərrikinin elanda qeyd olunduğu kimi 2000 kub sm, 200 at gücü deyil, 1800 kub sm 160 at gücü olduğu haqda ona məlumat vermişdir. Daha sonra Passat CC 1.8 2013-cü il, 96200 km yürüşü olan minik avtomobilini Turbo.az saytında "AAA" avtosalonuna aid elan N ******* məxsus olduğu aydın olmuşdur. 12.10.2019-cu il tarixində "" avtosalonuna gedərək, maşının ümumiyyətlə zədəli və səhv təqdim olunması səbəbindən geri qaytarılmasını tələb etmişdir. Lakin bütün cəhdlərinə baxmayaraq hər hansı bir əlavə xərclərin ödənilməsinin mümkün olmadığını bildirmişlər. Daha sonra 18.10.2019-cu il tarixind ə maşının mühərrik yağının işığı yanmışdır. Maşını "X13" Servisinə gətirdikdə, mühərrəkin yağının 1000 km-ə 1 litr cox azaldığı məlum olmuşdur. Servis tərəfindən 1L Mobili 3000 5W30 yağ əlavə olunmuş, mühərrikin yağ yediyini izah edərək 1L əlavə maşında saxlamamasını tövsiyyə etmişlər. Daha sonra H.Əliyev pr., Koroğlu metrosunun yanındakı Azpetrol Avtomobil satış mərkəzində maşına baxış keçirilərkən, maşının alın şüşəsinin dəyişdirildiyi, sağ və sol tərəf rəngləndiyi aydın olmuşdur. Nəticə aydın olmuşdur: mühərriki yağ yeyən, alın şüşəsi dəyişdirilmiş, sağ tərəf ayaqaltı və sağ tərəf alt qoruyucu (tərəfindən ödənilərək düzəldilmiş) qəzaya uğramış maşın aldadılaraq ona satılmışdır və ya haradansa ona oxşar zədəli maşını təqdim etmişlər. Bundan sonra bir neçə dəfə Sumqayıta gedərək maşının g eri qaytarılmasını xahiş etsə də nəticəsi olmamışdır. Bütün bunlar haqda "" avtosalonunun nümayəndələri və satıcı heyəti tərəfindən ona məlumat verilməli olduğu halda, bilərəkdən məlumat verilməmişdir. Avtosalon nümayəndələri təqdim olunan maşının bütün zədələri və qüsurları haqda tam məlumat verməli olduğu halda, buna əməl etməmiş və onu aldatmışlar. Mühərrikə 4 dəfə Mobil 5W30 - 1L yağ əlavə etdikdən sonra 14.12.2019-cu il tarixdə "X14" servisində mühərrikin yağının vaxtından əvvəl, yəni 6 ay müddət qeyd olunmasına baxmayaraq, 5000 km yürüşdən sonra tam dəyişdirilmiş və əlavə olaraq 3 ədəd zədəli olan təkər boltu yenisi ilə əvəz olunmuşdur. Avtomibilə düzgün qulluq olunması məqsədilə yalnız “A95 Premium” markalı benzin ilə təmin olunduğu haqda qəbzlər əlavə olaraq təqdim olunur. Son olar aq, 23.12.2019-cu il tarixdə Sumqayıta gələrək **-RM-*** dövlət nömrə nişanlı “Passat CC 1.8” markalı 2013-ci il buraxılışlı avtomobilinin geri götürülməsini tələb etdikdə ona 19500 manat ödəyəcəklərini söyləmişlər. 24.12.2019-cu il tarixdə isə maşın vəsaiti hesabına qeydiyyatdan çıxarıldıqdan və təhvil verildikdən sonra ona 19500 manat məbləğində pul qaytarılmışdır. Nəticə olaraq satıcı bilərəkdən avtomobilin çatışmamazlıqları, zədələri haqda məlumat verməmiş, avtomobilə baxış keçirilməsinə şərait yaratmamış, elanda təsvir olunan maşını təqdim etməmiş və onu aldatmışdır. Satıcı satdığı malı şəkildə qeyd və təsvir olunan kimi alıcıya satmalıdır. Satıcı satdığı malın qüsurlarını alıcıya deməyə borcludur. Ümumilikdə avtomobilin texniki normalara uyğunlaşdırılmasına və təmirinə (yağ dəyişmə, benzin çıxmaq şərti ilə) 982 manat pul xərclənmişdir. Avtomobilin 25900 manat qiymətə alındığı, geri qaytardığı halda isə 19500 manat pul verdiklərini nəzərə alaraq, "" avtosalonu bu halda ona 6400 manat ziyan vurmuşdur. Ümumilikdə, "" avtosalonu tərəfindən ona 7382 manat ziyan vurulmuşdur. Əgər mal təklif olan ceşidə, növə, formaya və keyfiyyətə uyğun olmadığını ağlabatan müddətdə satıcıya bildirmirsə, satıcı həmin malı sizə təklif etdiyi çeşidə, növə, formaya və keyfiyyətə uyğun malla əvəzləzdirməyə və o mümkün olmadıqda ödədiyi pulu geri verməyə borcludur. Birinci instansiya məhkəməsinə təqdim edilmiş "" tərəfindən verilmiş 00013242-1 saylı 02.10.2019-cu il tarixli təmir kartına əsasən “Volksvagen Passat CC” markalı ** RM *** nömrəli avtomaşına Etibarov X1 əsasında istifadə olunmuş ehti yyat hissələri və materialların dəyəri 530 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş "" tərəfindən verilmiş 00013242-1 saylı 01.11.2019-cu il tarixli təmir kartına əsasən “Volksvagen Passat CC” markalı ** RM *** nömrəli avtomaşına Etibarov X1 əsasında istifadə olunmuş ehtiyyat hissələri və materialların dəyəri 182 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş "X3XX" tərəfindən verilmiş 08.10.2019-cu il tarixli ********* saylı arayışa əsasən **-RM-*** nömrəli avtomaşının təmirinə Etibarov X9 tərəfindən 200 manat məbləğində ödəniş edilmişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 10.10.2020-ci il tarixli 92708-1220 saylı məktubla məhkəməyə ünvanlanmış “Volksvagen Passat CC” markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri barədə komputer çıxarışa əsasən **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil 01.10.2019-cu il tarixdə Etibarov X5 adına dövlət qeydiyyatına alınmış, avtomobilə **-RM-*** dövlət qeydiyyat nişanı verilmişdir. Həmin avtomobil 24.12.2019-cu il tarixdə Etibarov X5 adından dövlət qeydiyyatından çıxarılmış, **-VE-*** dövlət qeydiyyat nişanı ilə X3 adına qeydə alınmışdır. Hal-hazırda da onun adına qeydiyyatdadır. 01.10.2019-cu il tarixli ərizədən görünür ki, Etibarov X9 ** HN *** dövlət qeydiyyat nişanlı “Volksvagen Passat CC” markalı avtomaşının onun adına qeydiyyata alınması barədə ərizə ilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etmişdir. AC 244712 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Volksvagen Pass at CC MİNİK” markalı 2013-cü il buraxılışlı mühərrikinin həcmi 1800 sm3 olan **-HN-*** dövlət qeydiyyat nişanlı avtomaşın 04.07.2014-cü il tarixdə X6 adına qeydə alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Günel Tanrıverdiyeva) 2(060)-320/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona mübahisəli avtomaşının satılması barədə 01.10.2019-cu il tarixli alqı-satqı müqaviləsini mübahisələndirməmiş, sonradan 2019-cu ilin dekabr ayında 3 aya yaxın müddət keçdikdən sonra həmin avtomaşını öz iradəsinə uyğun olaraq, qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən müəyyənləşdirilməklə X7 adlı başqa bir şəxsə satmışdır. Eyni zamanda iddiaçı mübahisəli avtomaşını 25900 manata alıb 19500 manata satdı ğını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı Etibarov X9 tərəfindən məhkəməyə mübahisəli avtomaşının 25900 manata alınıb 19500 manata satıldığı barədə sübutlar təqdim olunsa belə, bu hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, avtomaşının baha alınıb ucuz satılmasına cavabdeh “” avtosalonunun təqsirli hərəkətlərinin səbəb olmasına dair iş materiallarında hər hansı sübut yoxdur. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Lətifə Məmmədova - sədrlik edən və məruzəçi, Telman Quliyev, Gülnarə Tağızadə) 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etsə də şikayətini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Qanuni qətnamə isə formal mülahizələrə görə ləğv edilə bilməz. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə “" avtosalonun nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə “" Avtosalonun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yox lamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyas ı məhkəməsinə göndərilməlidir. Baxılan işdən görünür ki, İddiaçı mübahisəli avtomobilin alğı-satqısı ilə bağlı dəymiş zərəri və çəkdiyi xərclərin ödənilməsini tələb etmiş və tələbini “” avtosalonuna yönəltmişdir. MPM-nin 50.1-ci maddəsinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə görə, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İş materiallarından tələbin yönəldiyi “” avtosalonun mülki hüquq münasibətlərinin subyekti, hüquqi şəxs olması barədə hər hansı bir məlumat yoxdur. İşin 86-87-ci vərəqələrindəki şəhadətnamə və arayışa görə avtosalon sahibkarlıq fəaliyyəti ilə məşğul ol an fiziki şəxs X4 vergi ödəyicisi kimi uçota alındığı yerdir. Göstərilnlərə baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbini mümkün hesab edərək iddia ərizəsini icraata qəbul etməklə “” avtosalonunu iş üzrə cavabdeh kimi tanımış, işə mahiyyəti üzrə baxaraq avtosalona qarşı iddia tələbini rədd etmiş, apellyasiya instansiyası məhkəməsi də bu prosessual pozuntuya diqqət yetirməyərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. MPM-nin 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiy i nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. MPM-nin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Etibarov X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-990/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar