Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5143/2020 26.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “xxxx” ASC-nə, Cavabdeh3 və Göyçay rayon Notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ər-arvadın birgə mülkiyyəti olan daşınmaz əmlaka dair ipoteka müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, Cavabdeh1 ASC-nin vəkili X2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının X5 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Göyçay rayonu qeydiyyat şöbəsinin 20.09.2019-cu il tarixli arayışına əsasən İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh3 arasında nikah 25.07.1984-cü ildə bağlanmışdır. Cavabdeh1 ASC ilə borcalan X3 və ipoteka qoyan Cavabdeh3 arasında 01.10.2014-cü ildə imzalanmış AS 009-05 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 Göyçay şəhəri Nizami küçəsində mülkiyyətində olan 1,10 ha torpaq sahəsində yerləşən 509 kv.m ümumi sahədən ibarət əmlak kompleksini (bazarını) bankla borcalan arasında 18.09.2014-cü il və 01.10.2014-cü il tarixlərdə bağlanmış kredit müqavilələr üzrə öhdəliklərinin icrasının təmin etmək üçün Bank qarşısında ipotek a ilə yüklü edilmişdir; Cavabdeh1 ASC ilə borcalan X5 və ipoteka qoyan Cavabdeh3 arasında 15.05.2015-ci ildə imzalanmış AS 012/A-05 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 Göyçay şəhəri Nizami küçəsində mülkiyyətində olan 1,10 ha torpaq sahəsində yerləşən 509 kv.m ümumi sahədən ibarət əmlak kompleksini (bazarını) bankla borcalan arasında 15.05.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3 ilə bağladığı 01 oktyabr 2014-cü il tarixli AS 009-05 saylı ipoteka müqaviləsinin və 15 may 2015-ci il tarixl i AS 012/A-05 saylı sonrakı ipoteka müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 25 iyul 1984-cü il tarixdə Cavabdeh3 ilə Göyçay rayon Qeydiyyat Şöbəsində nikah qeyd etdirməklə ailə qurmuşdur. İddiaçı Cavabdeh3 ilə evli olduqları 35 il müddət ərzində bir sıra daşınmaz və daşınar əşyalar almışlar. Təxminən iki ay əvvəl iddiaçıya məlum olmuşdur ki, Cavabdeh3, birgə nikah dövründə aldıqları, sonuncunun mülkiyyəti kimi DƏDRX-də 20 iyun 2007-ci il tarixdə MN seriyalı ******* saylı dövlət reyestrindən çıxarışla qeydə alınmış, Göyçay şəhərinin Nizami küçəsində yerləşən əmlak kompleksini, 01 oktyabr 2014cü il tarixli AS 009-05 saylı ipoteka müqaviləsinə əsasən X1 və 15 may 2015-ci il tarixli AS 012/A05 saylı sonrakı ipoteka müqaviləsinə əsasən X5nun kredit öhdəliklərinin təminatı kimi digər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə ipoteka qoymuşdur. Halbuki, ipoteka qoyulmuş əmlak kompleksi Cavabdeh3 ilə iddiaçının birgə nikah dövründə aldıqları əmlakdır və yarısı iddiaçının mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələblərinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Lakin Cavabdeh3 digər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə ümumi birgə mülkiyyətlərində olan əmlakın ipoteka qoyulması barədə müqavilə bağlayarkən iddiaçının razılığı alınmamışdır. İddiaçının Göyçay Rayon Notariat Kontoruna ünvanlanmış 15.05.2015-ci il tarixli ərizəsindən görünür ki, o, həyat yoldaşı Cavabdeh3 məxsus olan və Göyçay şəhəri Nizami küç əsində mülkiyyətində olan 1,10 ha torpaq sahəsində yerləşən 509 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin (bazarının) Cavabdeh1 ASC qarşısında kreditin təminatı üçün ipoteka qoyulmasına razıdır. İddiaçı tərəfindən verilmiş 01.06.2013-cü il tarixli etibarnaməyə əsasən o, həyat yoldaşı Cavabdeh3 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklarını idarə etməyi, sərəncam verməyi, bütün əqdləri bağlamağı və sairə səlahiyyətləri vermişdir. İddiaçı tərəfindən verilmiş 01.06.2013-cü il tarixli etibarnamə əsasında onun adından çıxış edən Cavabdeh3 01.10.2014-cü il tarixli ərizəsinə əsasən o, Göyçay şəhəri Nizami küçəsində mülkiyyətində olan 1,10 ha torpaq sahəsində yerləşən 509 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin (bazarının) Cavabdeh1 ASC qarşısında kredit in təminatı üçün ipoteka qoyulmasına razılığı bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.12.2019-cu il tarixli rəyinə əsasən İddiaçı adından Göyçay rayon notariat kontoruna ünvanlanmış 15.05.2015-ci il tarixli ərizədə “İsmayılova” soyadının önündəki imza - İddiaçı tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 127 manatdır. Göyçay Rayon Məhkəməsinin (hakim Zəfər Quliyev) 28 dekabr 2019-cu il tarixli, X5 nömrəli qətnaməsi (bundan sonra – birinci instansiya məhkəməsinin qətnaməsi) ilə İddiaçı cavabdehlər Cavabdeh1 ASC-nə, Cavabdeh3 və Göyçay rayon notariat ofisinə qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin olunmaması, iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun i ddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 127 (bir yüz iyirmi yeddi) manat iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 ASC ilə borcalan X3 və ipoteka qoyan Cavabdeh3 arasında 01.10.2014-cü ildə imzalanmış AS 009-05 saylı ipoteka müqaviləsi və Cavabdeh1 ASC ilə borcalan X5 və ipoteka qoyan Cavabdeh3 arasında 15.05.2015-ci ildə imzalanmış AS 012/A-05 saylı sonrakı ipoteka müqaviləsi Mülki Məcəllənin tələblərinə uyğun olaraq bağlanmış və bu əqdlərin etibarsız hesab olunması üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya in stansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Mahir Əsədli) 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə apellyasiya şikayətində qeyd edilmiş dəlillər ilə razılaşmayaraq həmin dəlilləri inandırıcı hesab etməmişdir. Kassasiya şikayətinin və o na etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 ASC-nin vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. instansiyası Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsi: Maddə
33. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən o lunmuş müddətdə mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.4-cü maddəsi). İpoteka Haqqında Azərbaycan Respublikası Qanunu Maddə 8.1. Ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Maddə 8.2 Ümumi paylı mülkiyyətin iştirakçılarının hər biri öz paylarını digər mülkiyyətçilərin razılığı olmadan ipoteka qoya bilər. İpoteka saxlayanın tələbi ilə həmin paya tutma yönəldildikdə və o, satıldıqda Azərbaycan Respublikası Mülki Məcəlləsinin satın almaqda üstünlük hüququ haqqında qaydaları tətbiq edilir. Maddə 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpote ka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 10.2 İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəməl əri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. B u baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, ipoteka qoyulmuş əmlakın Cavabdeh3la birgə nikah dövründə əldə edilmiş, bu səbəbdən həmin əmlakın yarısı iddiaçının mülkiyyəti olduğu üçün iddiaçı da müqavilə tərəfi olmalı idi. Lakin 01.10.2014-cü il tarixli ipoteka müqaviləsi iddiaçının 01.06.2013-cü il tarixdə yəni müqavilə bağlanmazdan uzun müddət əvvəl verdiyi etibarnamə əsasında bağlanmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, Göyçay şəhəri Nizami küçəsində 1,10 ha torpaq sahəsində yerləşən 509 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin ipoteka ilə yüklü edilməsi İddiaçı Cavabdeh 3 ilə nikahda olduğu vaxt həyata keçirilmişdir. Həmin əmlak ilkin olaraq ipoteka ilə yüklü edilərkən İddiaçı notariat qaydasında təsdiq edilmiş 01.06.2013-cü il tarixli etibarnamə əsasında verdiyi etibarnamə əsasında, sonrakı ipoteka müqaviləsi bağlanarkən isə şəxsən 15.05.2015-ci il tarixli ərizəsinə əsasən razılığı alınmışdır. Tərəflərin hər biri öz razılıqları və şəxsi iradə ifadələri əsasında qeyd olunan müqaviləni bağlamışlar. Müqavilələr rəsmiləşdirilən zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddiaçının kassasiya şikayəti formal xarakter daşıyır və maddi və prossesual hüquq normalarının pozulmasının nədən ibarət olduğu göstərilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının X5 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.