Məhkəmə qərarları › İş №2(102)-5148/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5148/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5148/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Vəliyeva Xalidə Həsən qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5148/21 (Açar sözlər: torpaq sahəsinin boşaldılması barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili Vəkil, Cavabdeh: Cavabdeh1 və vəkili X1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(105)-866/2021 saylı qətnaməsin dən İddiaçı kassasiya şikayəti üzrə işə 16 noyabr 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, Abşeron rayon İHB-nın Saray qəsəbəsi üzrə Nümayəndəsinin 05 noyabr 1999cu il tarixli, 39 saylı qərarı ilə Saray qəsəbəsi ərazisindən ona ayrılmış 0.20 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması; 0,23 ha torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş 28 noyabr 2016-cı il tarixli Çıxarışın; 0,02 ha torpaq sahəsinə dair sonuncu ilə Cavabdeh3 arasında notarial qaydada bağlanmış 21 yanvar 2015-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin müqaviləyə əsasən sonuncunun adına verilmiş 03 fevral 2015-cı il tarixli Çıxarışın; 0,025 ha torpaq sahəs inə dair Cavabdeh2la Cavabdeh4 arasında notarial qaydada bağlanmış 01 aprel 2015-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin müqaviləyə əsasən sonuncunun adına verilmiş 09 aprel 2015-ci il tarixli Çıxarışın; 0,02 ha torpaq sahəsinə dair Cavabdeh2la Cavabdeh5 arasında notarial qaydada bağlanmış 06 fevral 2015-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin müqaviləyə əsasən sonuncunun adına verilmiş 04 mart 2015-ci il tarixli Çıxarışın; 0,02 ha torpaq sahəsinə dair Cavabdeh6 adına verilmiş 20 sentyabr 2014-cü il tarixli Çıxarışın; 0,03 ha torpaq sahəsinə dair Cavabdeh7 adına verilmiş 12 sentyabr 2014-cü il tarixli Çıxarışın onun torpaq sahəsinə aid hissədə qismən etibarsız hesab edilməsi; torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və torpaq sahəsinə dair onun adına mülkiyyət hüququ barədə Çıxarışın verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Abşeron Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim C.İ.Səfiyeva) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Abşeron Rayon İHB-nın Saray qəsəbəsi üzrə Nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli, 35 saylı sərəncamına əsasən Saray qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh1 istifadəsinə ayrılıb və ona həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilib. Eyni zamanda həmin Nümayəndəliyin 05 noyabr 1999-cu il tarixli, 39 saylı digər sərəncamı ilə Saray qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsi fərdi y aşayış evinin tikintisi üçün İddiaçı istifadəsinə ayrılıb və ona həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilib. Həmçinin Abşeron Rayon Torpaq Şöbəsinin 07 may 2014-cü il tarixli məktubu ilə müəyyən olunur ki, İddiaçı istifadə etdiyi 0,20 ha torpaq sahəsi sənəd üzrə JN-2643 A və JN-2300 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında göstərilən torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilir və həmin torpaq sahəsinin naturada JN-2643 A, JN-2300 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında göstərilən torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilir. Məhkəmə Ekspertiza Mərkəzinin 03 iyul 2020-ci il tarixli ekspert rəyi ilə isə müəyyən olunur ki, İddiaçı və Cavabdeh1 ayrılmış sözügedən torpaq sahələri haqqında elektron kadastr məlumat baz asında heç bir məlumat yoxdur. Təqdim edilən sənədlər arasında torpaq sahələrinə aid texniki kadastr sənədləri (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü və sair) olmadığından İddiaçı ayrılmış torpaq sahəsinin koordinatlarının cavabdehlərə ayrılmış torpaq sahələrinin koordinatları ilə üst-üstə düşüb düşmədiyini, habelə İddiaçı mülahizəsinə görə Cavabdeh1 tərəfindən zəbt olunan torpaq sahəsi ilə digər cavabdehlərin torpaq sahələrinin mövcud vəziyyətdə faktiki olaraq üst-üstə düşübdüşmədiyini müəyyən etmək mümkün olmayıb. Bundan başqa, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 avqust 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 Reyestr Xidmətinə qarşı “Abşeron Rayon İHB-nın Saray qəsəbəsi üzrə Nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli, 35 saylı sərəncamı ilə ona ayrılmış 0,25 ha torpa q sahəsinə dair plan və ölçü sənədinin tərtib edilərək adına dövlət reyestrindən Çıxarışın verilməsinin Reyestr Xidmətinə həvalə edilməsi barədə iddiası rədd edilib və həmin iş üzrə verilmiş 21 fevral 2019-cu il tarixli ekspert rəyi ilə isə müəyyən olunur ki, Cavabdeh1 ayrılmış 0,25 ha torpaq sahəsi ilə İddiaçı ayrılmış 0,20 ha torpaq sahəsi; Cavabdeh7 mülkiyyətində olan 0,03 ha torpaq sahəsi ilə tam olaraq, Cavabdeh6 mülkiyyətində 0,02 ha torpaq sahəsinin 140 kv.metr; Cavabdeh3 mülkiyyətində olan 0,02 ha torpaq sahəsinin 80 kv.metr, Cavabdeh5 mülkiyyətində olan 0,02 ha torpaq sahəsinin 18 kv.metr, Cavabdeh2 mülkiyyətində olan 0,023 ha torpaq sahəsinin 500 kv.metr və Ceyhun Nuriyevin mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin 350 kv.metr hissələri ilə qismən üst-üstə düşür. Cavabdeh4 mü lkiyyətində olan 0,025 ha torpaq sahəsi isə Cavabdeh1 mübahisələndirdiyi torpaq sahəsi ilə üst-üstə düşmür. Beləliklə, İddiaçı istifadəsinə ayrılmış 0,20 ha torpaq sahəsi ilə Cavabdeh1 istifadəsinə verilmiş 0,25 ha torpaq sahəsi tam olaraq üst-üstə düşdüyündən və zaman etibarı ilə Cavabdeh1 sözügedən torpaq sahəsi daha əvvəl verildiyindən iddia tələbləri Cavabdeh1 münasibətdə rədd edilməlidir. Bundan başqa, 0,23 ha torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş 28 noyabr 2014-cü il tarixli Çıxarışın verilməsinə əsas olan sənədlər qüvvədə olmaqla məhkəmə qaydasında mübahisələndirilmədiyindən, iddia tələblərinin digər hissəsi Cavabdeh2 mübahisələndirilən torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar qeyd edilən Çıxarışdan törənən məsələlər olduğundan, bu hissələrdə də iddia tələbləri təmin edilə bilməz. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.2-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyəşdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməs i iddia tələblərini rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.2-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələbləri ni pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh1 etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh1 və vəkili Sevda Əliyeva məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və üçüncü şəxs Reyestr Xidmətinin 04 saylı Ərazi İdarəsi məhk əmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Həmin Məcəllənin 50-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. Həmin Məcəllənin 55-ci maddəsində göstərilir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyənin qərarları və onlarla ba ğlanan müqavilələr və sair və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 65-ci maddəsinə görə, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafi q icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Mülki Məcəllənin 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsində göstərilir ki, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslə rə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilib ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yax ud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansi yası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işdən görünür ki, Abşeron Rayon İHB-nın Saray qəsəbəsi üzrə Nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli, 35 saylı sərəncamına əsasən, Saray qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh1 istifadəsinə ayrılıb və ona həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilib. Eyni zamanda həmin Nümayəndəliyin 05 noyabr 1999-cu il tarixli, 39 saylı digər sərəncamı ilə Saray qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı istifadəsinə ayrılıb və ona həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilib. Daha sonra, işə əlavə edilmiş digər sübutlarla müəyyən olunur ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0,23 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüq uqu üzrə Cavabdeh2 adına qeydə alınıb və sonuncu 21 yanvar 2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsinə əsasən, həmin torpaq sahəsinin 0,02 ha hissəsini 4.000 manata Cavabdeh3, 06 fevral 2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, həmin torpaq sahəsinin 0,02 ha hissəsini 4.000 manata Cavabdeh5, 01 aprel 2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, həmin torpaq sahəsinin 0,25 ha hissəsini 4.000 manata Cavabdeh4, 0,025 ha hissəsini 3.200 manata Nazir Aslanova satıb. 12 sentyabr 2014-cü il tarixli Çıxarışa əsasən 0,03 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh7 adına, 20 sentyabr 2014-cü il tarixli Çıxarışa əsasən 0,02 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh6 adına, 03 fevral 2015-ci il tarixli Çıxarışa əsasən 0,02 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına, 04 mart 2015-ci il tarixli Çıxarışa əsasən 0,02 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh5 adına, 09 aprel 2015-ci il tarixli Çıxarışa əsasən 0,025 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh4 adına, 27 iyul 2016-cı il tarixli Çıxarışa əsasən qalan 0,05 ha torpaq sahəsi isə mülkiyyət hüququ üzrə Tahir Əkbərovun adına qeydə alınıb. Eyni zamanda, qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 06 avqust 2013-cü il tarixli qərarı ilə İddiaçı Abşeron Rayon Torpaq Şöbəsinə qarşı “0,20 ha torpaq sahəsinin planı və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilərək, Abşeron Rayon İHB-nın Saray qəsəbəsi üzrə Nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli, 39 saylı sərəncamı ilə İddiaçı ayrılmış 0,20 ha torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi vəzifəsinin Abşeron Rayon Torpaq Şöbəsinin öhdəsinə qoyulması qərara alınıb. Sonradan, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 yanvar 2014-cü il tarixli qərardadı ilə Abşeron Rayon Torpaq Şöbəsinin ərizəsinə əsasən, həmin Məhkəmənin 06 avqust 2013-cü il tarixli qərarına- Abşeron Rayon İHB-nın Saray qəsəbəsi üzrə Nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli, 39 saylı sərəncamı ilə İddiaçı ayrılmış 0,20 ha torpaq sahəsinin plan və ölçü sənədinin, həmin torpaq sahəsinin yerləşdiyi ərazidə, onun sərhədlərinin naturadakı istifadə vəziyyətinə uyğun olaraq müəyyən edilməklə verilməsi kimi başa düşülməsi barədə izah verilib. Bundan sonra, Abşeron Rayon Torpaq Şöbəsinin mütəxəss isləri tərəfindən sözügedən qərarın icrası ilə bağlı Saray qəsəbəsində müvafiq araşdırma aparılıb və müəyyən edilib ki, İddiaçı istifadə etdiyi 0,20 ha torpaq sahəsi naturada JN-2643 A və JN2300 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında göstərilən torpaq sahələri ilə üst-üstə düşmür. Ona görə də Abşeron Rayon Torpaq Şöbəsi 07 may 2014-cü il tarixli məktubla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edərək, İddiaçı istifadə etdiyi 0,20 ha torpaq sahəsinə dair “plan və ölçü” sənədinin verilməsi barədə X2 və Monitorinq Elm-İstehsalat Mərkəzinə müvafiq göstəriş verilməsi xahiş olunub. Habelə, qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 avqust 2019-cu il tarixli digər qərarı ilə Cavabdeh1 Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “0,25 ha torpaq sahəsinə dair onun adına plan və ölçü sənədinin tərtib edilərək reyestrdən Çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiası rədd edilib. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırıb ki, Cavabdeh1 hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi hüquqmüəyyənedici sənədlərə əsasən Cavabdeh5 və digərlərinin mülkiyyətlərində, o cümlədən İddiaçı istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşür. Həmin iş üzrə verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 21 fevral 2019-cu il tarixli ekspert rəyi ilə isə müəyyən olunur ki, Cavabdeh1 ayrılmış 0,25 ha torpaq sahəsi ilə İddiaçı ayrılmış 0,20 ha torpaq sahəsi; Cavabdeh7 mülkiyyətində olan 0,03 ha torpaq sahəsi ilə tam olaraq, Cavabdeh6 mülkiyyətində 0,02 ha torpaq sahəsinin 140 kv.metr; Cavabdeh3 mülkiyyətində olan 0,02 h a torpaq sahəsinin 80 kv.metr, Cavabdeh5 mülkiyyətində olan 0,02 ha torpaq sahəsinin 18 kv.metr, Cavabdeh2 mülkiyyətində olan 0,023 ha torpaq sahəsinin 500 kv.metr və Ceyhun Nuriyevin mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin 350 kv.metr hissələri ilə qismən üst-üstə düşür. Cavabdeh4 mülkiyyətində olan 0,025 ha torpaq sahəsi isə Cavabdeh1 mübahisələndirdiyi torpaq sahəsi ilə üst-üstə düşmür. Bundan başqa, Məhkəmə Ekspertiza Mərkəzinin 03 iyul 2020-ci il tarixli digər ekspert rəyi ilə isə müəyyən olunur ki, İddiaçı və Cavabdeh1 ayrılmış sözügedən torpaq sahələri haqqında elektron kadastr məlumat bazasında heç bir məlumat yoxdur. Təqdim edilən sənədlər arasında torpaq sahələrinə aid texniki kadastr sənədləri (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü və sair) olmadığından İddiaçı a yrılmış torpaq sahəsinin koordinatlarının cavabdehlərə ayrılmış torpaq sahələrinin koordinatları ilə üst-üstə düşüb düşmədiyini, habelə İddiaçı mülahizəsinə görə Cavabdeh1 tərəfindən zəbt olunan torpaq sahəsi ilə digər cavabdehlərin torpaq sahələrinin mövcud vəziyyətdə faktiki olaraq üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmayıb. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, İddiaçı məxsus 0,20 ha torpaq sahəsi ilə cavabdehlərə məxsus torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlı gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmayıb. Belə ki, işdə, sözügedən torpaq sahələrinin üst-üstə düşüb, düşməməsi barədə kifayət qədər aydın və tam olmayan ekspert rəyi və mütəxəssisin yazılı məsləhəti vardır. Ekspert rəyində İddiaçı, hab elə Cavabdeh1 ayrılmış torpaq sahələrinin kadastr sənədləri (texniki pasportu, torpaq sahəsinin planı və ölçü sənədi) olmadığı üçün onların üst-üstə düşüb, düşmədiyini müəyyən etmək mümkün olmadığı qeyd edildiyi halda, mütəxəssisin yazılı məsləhətində İddiaçı məxsus torpaq sahəsinin naturada JN-2643 A və JN-2300 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında göstərilən torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilib. Hətta həmin məktubla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət olunaraq, İddiaçı məxsus torpaq sahəsinə dair “plan və ölçü” sənədinin verilməsi barədə X2 və Monitorinq Elm-İstehsalat Mərkəzinə müvafiq göstəriş verilməsi xahiş olunub. İşin qeyd olunan halları 0,20 ha torpaq sahəsinin İddiaçı ayrılmasına dair Abşeron Rayon İHB-nın 05 noyabr 1999-cu il t arixli, 39 saylı sərəncamının surəti və həmin sərəncama əlavə edilmiş torpaq sahəsinin- yerquruluşu planından çıxarışla, xəritə koordinatları ilə də təsdiq olunur. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi, İddiaçı məxsus torpaq sahəsinin cavabdehlərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsini inzibati icraatda baxılmış başqa iş üzrə verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 21 fevral 2019-cu il tarixli ekspert rəyi ilə əsaslandırmağa çalışsa da, həmin rəyin hazırki iş üzrə icraatda tədqiq edilmiş ekspert rəyi və mütəxəssisin yazılı məsləhəti ilə açıq-aşkar ziddiyyət təşkil etməsini nəzərə almayıb və həmin sübutlara obyektiv hüquqi qiymət verməyib. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə- məhkəmə tərəfindən subyektiv mülahizələrə yol ver mədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda isə məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübutların təqdim edilməsini təklif etməli və zəruri olduqda mövcud sübutları yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin, ziddiyyətlərin aradan qaldırılmasının ən etibarlı üsull ardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə və ya təkrar ekspertizaların keçirilməsidir (Mülki Prosessual Məcəlləsinin 77.3, 102.1, 102.2-ci maddələri). Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən, ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilə bilər. Göründüyü kimi prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməsə də, məhkəmə təcrübəsinə əsaslanaraq belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdır ılması üçün iş üzrə ekspertiza təyin oluna bilər. Nəzərə almaq lazımdır ki, ekspertin rəyi də mülki iş üzrə sübut növlərindən biridir və hüquqi baxımından hər hansı digər sübut növünə nisbətdə heç bir üstünlüyə malik deyil. Ekspertin rəyinin məhkəmə üçün məcburi olmaması dedikdə- rəydə gəlinmiş nəticələrin, rəyin məzmununun məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununu qiymətləndirmək hüququnun olması başa düşülür. Lakin, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 101.3 və 205.1-ci maddələri). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti incumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Daha sonra, mülki qanunvericiliyə görə, torpaq sahəsi üzərində istifadə hüquq u müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. Fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları isə istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (Torpaq Məcəlləsinin 50,55-ci maddələri; Mülki Məcəllənin 158.4-cü maddəsi). Abşeron Rayon Polis İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 iyun 2017-ci il tarixli qərarından görünür ki, Saray qəsəbəsi üzrə Nümayəndəlikdə müxtəlif vəzifələrdə işləmiş Rəfail Quliyev izahatında göstərib ki, BakıNovorasiyski neft kəmərinin mühafizə zolağının yanında olan ərazidən Cavabdeh1 və Dilarə Quliyevaya ümumilikdə 0,50 ha torpaq sahəsi ayrılıb. Onların torpaq sahəsindən sonrakı cərgədə İddiaçı məxsus olan 0,20 ha torpaq sahəsi yerləşir. Cavabdeh1 və Dilarə Quliyevaya məxsus olan torpaq sahələrinin bir hissəsi YGEX-nin mühafizə zolağına düşdüyünə görə onlar torpaq sahəsinin hasarını həmin vaxt boş olan İddiaçı məxsus 0,20 ha torpaq sahəsinin 0,17 ha olan hissəsindən çəkiblər. İddiaçı məxsus 0,20 ha torpaq sahəsinin 0,03 ha hissəsi isə Möhübbət Paşayevin adına rəsmiləşdirilmiş 0,15 ha torpaq sahəsinə əlavə edildiyini göstərib. Bundan başqa, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 06 avqust 2013-cü il tarixli qərarı ilə İddiaçı 0,20 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi vəzifəsinin Abşeron Ra yon Torpaq Şöbəsinin öhdəsinə qoyulması barədə iddiası təmin edildiyi halda, həmin Məhkəmənin 20 avqust 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 0,25 ha torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib edilməklə dövlət reyestrindən Çıxarışın verilməsi vəzifəsinin Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinin öhdəsinə qoyulması barədə iddiası rədd edilib. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi, qeyd olunan və qanıni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş halları nəzərə almayıb. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə mübahisəli torpaq sahəsinin statusuna aydınlıq gətirilməli, bundan sonra torpaq sahəsinin mülkiyyətçisi işə cəlb edilməklə mübahisəli məsələyə onun münasibəti öyrənilməli, 0,20 ha torpaq sahəsinin İddiaçı, 0,25 ha torpaq sahəsini n Cavabdeh1 istifadəyə verilməsinə dair müvafiq qərarlar qəbul edilənədək onların sərhədlərinin yerində (naturada) və xəritədə müəyyən edilib-edilməməsi aydınlaşdırılmalı, torpaq sahələrini ayıran quruma kadastr işində saxlanılan torpaq sahələrinin planının əsasını məhkəməyə təqdim etməsi təklif olunmalı və başqa ekspertə tapşırılmaqla iş üzrə təkrar ekspertiza təyin edilməli, həm iddiaçının iddia etdiyi, həm də cavabdehlərin, o cümlədən Cavabdeh1 sənəd üzrə və faktiki istifadələrində və ya mülkiyyətlərində olan torpaq sahələrinin ölçüləri, yerində (naturada) sərhədləri müəyyən edilməli və həmin torpaq sahələrinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyi bir daha yoxlanılmalıdır. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçıya məxsus torpaq sahəs inin cavabdehlərə, o cümlədən Cavabdeh1 ayrılmış torpaq sahələri ilə üstüstə düşməsi əsaslı hər hansı möhtəbər yazılı sübutlarla təsdiq təsdiq edilmədiyi üçün iddia, torpaq sahəsinin zaman baxımdan Cavabdeh1 daha əvvəl verilməsi əsasına görə rədd edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi, 0,23 ha torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş 28 noyabr 2014-cü il tarixli Çıxarışın verilməsinə əsas olan sənədlər qüvvədə olduğundan onun nəticələrinin etibarsızlığı üçün əsasların olmadığını göstərsə də, gəldiyi nəticəni kifayət qədər əsaslandırmayıb və bu barədə zəruri sübutları məhkəməyə təqdim etməyi Cavabdeh2 təklif etməyib. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyas ı məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün h üquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(105)-866/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar