Məhkəmə qərarları › İş №2(102)-5149/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5149/2019

20.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzilə istifadə hüququna xitam verilməsi - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5149/2019 20.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, İddiaçı Bokt ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Babayev) İddiaçı Bokt ASC-in cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 2017/00413-01 saylı 28 fevral 2017-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 28 fevral 2017-ci il tarixli kredit müqaviləsi üzrə 89084 (səksən doqquz min səksən dörd) ABŞ dolları 45 (qırx beş) sent əsas borcun, 15717 (on beş min yeddi yüz on yeddi) ABŞ dolları 48 (qırx səkkiz) sent faiz borcunun, 9000 (doqquz min) ABŞ dolları cərimə borcunun, cəmi 113801 (bir yüz on üç min səkkiz yüz bir) ABŞ dolları 93 (doxsan üç) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin m əzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla miqdarının tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə verilməsi, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 05 (beş) manatının iddiaçıya aid edilməsi, 25 (iyirmi beş) manatının isə Cavabdeh1 tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, ev 15, 96 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 820000 (səkkiz yüz iyirmi min) manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən 113801 (bir yüz on üç min səkkiz yüz bir) ABŞ dolları 93 (doxsan üç) sent məbləğində pulun ödəniş anında ödəniş yerini n məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla miqdarının tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi, vəsaitin qalan hissəsinin Cavabdeh2 qaytarılması, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, ev 15, 96 saylı mənzil açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlərin bu mənzili boşaltmaları qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.İmanov, hakimlər A.Hüseynov və V.Sadıqov) Yasamal rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 28 fevral 2017-ci il tarixli kredit müqaviləsi üzrə 9000 (doqquz min) ABŞ dolları cərimə borcunun tutulması hissəsində dəyişdirilərək dəbbə pulu 1000 (bir min) ABŞ dolları müəyy ən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 fevral 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı "İddiaçı" BOKT Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cava bdeh1 və Cavabdeh2 qarşı iddia verərək, tərəflər arasında bağlanmış 28.02.2017-ci il tarixli Kredit Müqaviləsinə xitam verilməsi, Cavabdeh1 iddiaçı “İddiaçı" BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 09.01.2018-ci il tarixə yaranmış əsas borc üzrə 89084,45 ABŞ dolları, faiz borcuna görə 9680,57 ABŞ dolları, cərimə borcuna görə 10300 ABŞ dolları olmaqla, cəmi 109065,02 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, 1212ci məhəllə, Nobel prospektində yerləşən 15 saylı evin, 96 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına Cavabdeh1 əsas borc üzrə 89084,45 ABŞ dolları, faiz borcuna görə 9680,57 ABŞ dolları, cərimə borcuna görə 10300 A BŞ dolları olmaqla, cəmi 109065,02 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçı “İddiaçı" BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra Cavabdeh2 1 ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüququları itirilməklə, əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia icraata qəbul edildikdən sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək 28.02.2017-ci il tarixli Kredit Müqaviləsinə xitam verilməsi, Cavabdeh1 iddiaçı “İddiaçı" BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 28.07.2018-ci il tarixə yaranmış əsas borc üzrə 89084,45 ABŞ dolları, faiz borcuna görə 15717,48 ABŞ dolları, cərimə borcuna görə 27200 ABŞ dol ları olmaqla, cəmi 132001,93 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospektində yerləşən 15 saylı evin, 96 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına Cavabdeh1 əsas borc üzrə 89084,45 ABŞ dolları, faiz borcuna görə 15717,48 ABŞ dolları, cərimə borcuna görə 27200 ABŞ dolları olmaqla, cəmi 132001,93 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçı “İddiaçı" BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra Cavabdeh2 1 ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə, əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 fevral 2017-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında 28 fevral 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, ev 15, 96 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 ktedit müqaviləsi üzrə üzərinə fötürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayış ını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. İşin mübahisələndirilməyən hallarına görə, bankla Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilədən irəli gələn öhdəliklərin təminatı kimi Cavabdeh2 məxsus olan əmlakı bankın xeyrinə ipoteka ilə yüklü etmiş, bank tərəfindən öhdəliklər yerinə yetirilmiş, borcalan isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü e dilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə koll egiyası QƏRARA ALDİ: Cavabdeh Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar