Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5158/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı1 və digərlərinin cavabdeh Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5158/21 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh1 vəkili X1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(105)-736/2021 saylı qətnaməsindən iddiaçılar İddiaç ı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 kassasiya şikayəti üzrə işə 16 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı1 və digərləri məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı ilk iddia qaldıraraq, Cavabdeh1la Ağaverdi Cəfərov arasında Siyəzən rayonu, Dərəzarat kəndində yerləşən 87,59 ha torpaq sahəsinin 50 ha hissəsinə dair notarial qaydada bağlanmış 07 sentyabr 2003-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş ediblər. Cavabdeh1 isə məhkəmədə İddiaçı1 və digərlərinə qarşı qarşılıqlı iddia verərək, notarial qaydada təsdiq edilmiş 07 sentyabr 2003-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ona satılmış 50 ha torpaq sahəsinin ona tanıdılmas ı, həmin torpaq sahəsinin ona təhvil verilməsinin İddiaçı1 və digərlərinə həvalə edilməsi və İddiaçı1 və digərlərinin torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş ediblər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Siyəzən Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim B.R.Ələkbərov) ilk və qarşılıqlı iddia ərizələri rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Siyəzən rayon AİK-nın 20 oktyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə Siyəzən rayonu, Dərəzarat kəndində yerləşən 87,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ağaverdi Cəfərov və ailə üzvlərinin mülkiyyətlərinə verilib və JN-0001 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktına əsasən həm in torpaq sahəsi mülkiyyət hüququ üzrə Ağaverdi Cəfərovun və ailə üzvlərinin adına qeydə alınıb. 07 sentyabr 2003-cü il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Ağaverdi Cəfərov, Zərifə Əliyeva, Günel Cəfərova, Nahidə Cəfərova, İddiaçı1, Kifayət Cəfərova və Ramilə Cəfərova mülkiyyətlərində olan sözügedən torpaq sahəsinin 50 ha hissəsini 10.000.000 manata (AZM) Cavabdeh1 satıblar. Zaur Cəfərov, Şahidə Cəfərova və Arifə Cəfərova 07 sentyabr 2003-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrinə əsasən, onlar Ağaverdi Cəfərov və ailə üzvlərinə məxsus olan qeyd olunan 87,59 ha torpaq sahəsinin 50 ha hissəsinin Ağaverdi Cəfərov tərəfindən satılmasına yazılı razılıq veriblər və Cavabdeh1 tərəfindən onlara 10.000.000 manat (AZM) məbləğində pul ödənilib. 03 iy un 2019-cu il tarixli mütəxəssis rəyinə görə, mübahisə predmeti olan 50 ha torpaq sahəsinin sözügedən 87,59 ha torpaq sahəsinin hansı hissəsindən satılmasını təsdiq edən bölgü sxemi olmadığından, həmin torpaq sahəsinin mülkiyyət hüququ üzrə kimə məxsus olmasını, satılmış torpaq sahəsinin İddiaçı1 və digərlərinin mülkiyyətlərində qalan torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini, həmin torpaq sahəsinin İddiaçı1 və digərləri tərəfindən zəbt edilibedilmədiyini müəyyən etmək mümkün deyil. Göründüyü kimi İddiaçı1 və digərləri ilə Cavabdeh1 arasında 07 sentyabr 2003-cü il tarixli notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsi bağlanarkən hər hansı qanun pozuntusuna yol verilməyib, İddiaçı1 və digərləri mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsini imzalamaqla öz iradələrini ifadə ediblər. Həmin müqavilə hər iki tərəfin sərbəst iradəsini ifadə edib, biri digərinin, həmçinin üçüncü şəxslərin hüquqlarını əhəmiyyətli dərəcədə pozmayıb. Belə ki, ailənin digər üzvləri Zaur Cəfərov, Şahidə Cəfərova və Arifə Cəfərova notarial qaydada ərizə verməklə mübahisəli torpaq sahəsinin satılmasına yazılı razılıq veriblər. Mübahisəli torpaq sahəsinin tərəflərin iradəsi ilə razılaşdırılmış dəyəri tam məbləğdə Cavabdeh1 tərəfindən İddiaçı1 və digərlərinə ödənilib. Yetkinlik yaşına çatmayanların hüquq və mənafeləri onların valideynləri tərəfindən müdafiə edilib. Habelə valideynlik hüquqlarından məhrum edilməmiş valideynlərinə, o cümlədən Ağaverdi Cəfərova sözügedən torpaq sahəsinin dəyəri tam məbləğdə ödənildikdən və həmin torpaq sahəsinə dair notarial qaydada alqı- satqı müqaviləsi bağlandıqdan sonra Cavabdeh1 həmin torpaq sahəsi üzərində sahiblik, istifadə hüquqları əmələ gəlib. Ona görə də ilk iddia rədd edilməlidir. Eyni zamanda qarışılıqlı iddianın təmin edilməsi üçün əsaslar olmadığından, qarşılıqlı iddia tələbləri də rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 27, 28.3, 33-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın rədd olunması hissəsində ləğv edilib, ilk iddianın tam təmin edilməsi və qətnamənin məhkəmə xərclərinin tutulması hissəsində dəyişdirilərək 252,40 manat ekspertiza xərcinin Cavabdeh1 tutulması barədə yeni qətnamə qəbul edil məsini xahiş ediblər. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, G.F.Tağızadə və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Siyəzən Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi ilk, qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324.1, 324.2, 406.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş ediblər. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi ilk iddiaya aid hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh1 vəkili Rəşad İldırımzadə kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 və onların vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Zərifə Əliyeva, Günel Cəfərova, Arifə Cəfərova, Ramilə Cəfərova və Siyəzən Rayon Dövlət Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki qanunverciliyə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməs inə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdi qləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın rədd olunması hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməs inin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, ilk iddianın təmin edilməsi üçün əsasların olmasını göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiy ası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Siyəzən rayon AİK-nın 20 oktyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə Siyəzən rayonu, Dərəzarat kəndində yerləşən 87,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ağaverdi Cəfərov və ailə üzvlərinin mülkiyyətlərinə verilib və JN-0001 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktına əsasən həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə Ağaverdi Cəfərovun və ailə üzvlərinin adına qeydə alınıb. 07 sentyabr 2003-cü il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Ağaverdi Cəfərov, Zərifə Əliyeva, Günel Cəfərova, Nahidə Cəfərova, İddiaçı1, Kifayət Cəfərova və Ramilə Cəfərova mülkiyyətlərində olan sözügedən torpaq sahəsinin 50 ha hissəsini 10.000.000 manata (AZM) Cavabdeh1 satıblar. Zaur Cəfərov, Şahidə Cəfərova və Arifə Cəfərova 07 sentyabr 2003-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrinə əsasən, onlar Ağaverdi Cəfərov və ailə üzvlərinə məxsus olan qeyd olunan 87,59 ha torpaq sahəsinin 50 ha hissəsinin Ağaverdi Cəfərov tərəfindən satılmasına yazılı razılıq veriblər və Cavabdeh1 tərəfindən onlara 10.000.000 manat (AZM) məbləğində pul ödənilib. 03 iyun 2019-cu il tarixli mütəxəssis rəyinə görə, mübahisə predmeti olan 50 ha torpaq sahəsinin sözügedən 87,59 ha torpaq sahəsinin hansı hissəsindən satılmasını təsdiq edən bölgü sxemi olmadığından, həmin torpaq sahəsinin mülkiyyət hüququ üzrə kimə məxsus olmasını, satılmış torpaq sahəsinin İddiaçı1 və digərlərinin mülkiyyətlərində qalan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini, həmin torpaq sahəsinin İddiaçı1 və digərlər i tərəfindən zəbt edilib-edilmədiyini müəyyən etmək mümkün deyil. Göründüyü kimi İddiaçı1 və digərləri ilə Cavabdeh1 arasında 07 sentyabr 2003-cü il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanarkən hər hansı qanun pozuntusuna yol verilməyib, İddiaçı1 və digərləri mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsini imzalamaqla öz iradələrini ifadə ediblər. Mülki qanunvericiliyə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Apellyasiya instansiyası məhkəməsi, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən alqı-satqı müqaviləsi hər iki tərəfin sərbəst iradəsini ifadə edib, biri digərinin, həmçinin üçüncü şəxslərin hüquqlarını əhəmiyyətli dərəcədə pozmayıb. Belə ki, ailənin digər üzvləri Zaur Cəfərov, Şahidə Cəfərova və Arifə Cəfərova notarial qaydada ərizə verməklə mübahisəli torpaq sahəsinin satılmasına yazılı razılıq veriblər. Eyni zamanda, mübahisəli torpaq sahəsinin tərəfl ərin iradəsi ilə razılaşdırılmış dəyəri tam məbləğdə Cavabdeh1 tərəfindən Ağaverdi Cəfərova və digərlərinə ödənilib. Yetkinlik yaşına çatmayanların hüquq və mənafeləri onların valideynləri tərəfindən müdafiə edilib və onların valideynlərinə, o cümlədən Ağaverdi Cəfərova sözügedən torpaq sahəsinin dəyəri tam məbləğdə ödənildikdən və torpaq sahəsinə dair notarial qaydada alqı-satqı müqaviləsi bağlandıqdan sonra Cavabdeh1 həmin torpaq sahəsi üzərində sahiblik, istifadə hüququ əmələ gəlib. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, ilk iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. İddiaçı1 və digərləri kassasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddiaya aid hissədə əsassız olduğunu, mübahisəli torpaq sahəsindəki paylarının qəyyumluq orqanından qabaqcadan razılıq alınmadan satıldığını, 07 sentyabr 2003-cü il tarixli alqı-satqı müqaviləsi bağlanarkən İddiaçı1 12 yaşında, İddiaçı4 17 yaşında, İddiaçı3 14 yaşında, İddiaçı2 10 yaşında olduğunu və beləliklə də Mülki Məcəllənin 30.1, 30.2, 36.2-ci maddələrinin tələblərinin pozulduğunu və sair göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə də razılaşmır. Belə ki, əvvəla sözügedən müqavilənin bağlanmasından 17 il ötüb, digər tərəfdən iddiaçılardan ən kiçiyi olan İddiaçı2 2011-ci ildə artıq yetkinlik yaşına çatmışdı. Belə olan halda iddiaçıların 2011-ci ildən ötən müddət ərzində mübahisəli torpaq sahəsinə dair hüquqlarının pozulduğunu bilməmələri inandırıcı, ağlabatan görünmür. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini əsassız sayıb hesab edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Nəzərə alınmalıdır ki, kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddiaçı1 və digərləri kassasiya şikayətində, ekspertiza xərcinin tərəflər arasında bölüşdürülməsinin mül ki prosessual qanunvericiliyə zidd olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə də razılaşmır. Belə ki, Mülki Prosessual Məcəllənin 115.0.1, 119.1, 124.2-ci maddələrinin mənasına görə, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçılar məhkəmə xərclərini ödəməkdən azad edilmədiyindən, ilk və qarşılıqlı iddia tələbləri rədd edildiyindən, işə baxan məhkəmələr məhkəmə xərclərini tərəflər arasında bölüşdürmək lə düzgün nəticəyə gəlib və sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, İddiaçı1 və digərlərinin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddi açılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(105)-736/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5158/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5158/2021
16.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver