Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5162/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2275/2020 saylı, 19 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhk əməsinin 2(009)-3324/2019 saylı, 17 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ş.Z.Abdullayev) İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən * mənzilinin X5 tərəfindən Cavabdeh bağışlanmasına dair müqavilənin ləğv edilməsi barədə iddia tələbinin təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2275/2020 saylı, 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və V.N.Sadıqov), İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-3324/2019 saylı 17 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğv edi lməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı 10.03.1994-cü ildə ailələri tərəfindən mərhum anası X3 adına alınmışdır. Mənzil alınarkən məbləğin yarısından çoxunu şəxsən o, ödəmişdir. O, və övladı həmin mənzilə anasının razılığı ilə 2007-ci il tarixdə qeydiyyata alınmışlar. Həmin mənzil alınarkən niyyət şəhərin mərkəzində olan evi gələcəkdə satdıqdan sonra bütün övladların minimal mənzil tələbatını ödəmək olmuşdur. Sonradan iddiaçı olan qardaşı evin böyük övladı olması səbəbi ilə anası həmin mənzili iddiaçının adına rəsmiləşdirmişdir. 26.02.2009-cu ildə həmin mənzil anası tərəfindən iddiaçıya bağışlanmışdır. Buna səbəb isə ondan ibarət olmuşdur ki, qardaşları evin böyüyü kimi əmlakı ədalətli şəkildə aralarında b ölüşdürsün. Həmin bağışlama müqaviləsi bağlanarkən o, mənzilin qardaşının adına sənədləşdirilməsinə razılıq vermişdir. Həmin razılıq onun istifadə hüquqlarının xitamına əsas ola bilməz. Belə ki, bağışlama müqaviləsində onun həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə bənd şərtləndirilməmişdir. Bağışlama müqaviləsində razılıq verərkən o, əmlakın bir hissəsinin ona hədiyyə olunmasnı düşünmüşdür. Belə ki, anasının niyyəti mənzili aralarında bölmək olmuşdur. Cavabdeh onun böyük qardaşı olduğundan o, ona daim inanmışdır. Cavabdeh həmişə evin bir hissəsinin onun olduğunu bildirmişdir. Onun məlumatı olmadan həmin mənzildən istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarıldıqdan sonra həmin əmlakda mülkiyyət hüququnun olmadığını bilmişdir. O və anası cavabdehə inanmışlar və dedi kləri yerlərdə imza etmişlər. Cavabdeh hüquqdan sui-istifadə edərək onun əmlak hüquqlarını pozmuşdur. Cavabdehin əvvəlcə onu mənzilə buraxmaması, sonra isə onun mənzildən istifadə hüququna xitam verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi cavabdeh tərəfindən əvvəlcədən məkrli niyyətinin olmasının göstəricisidir. Cavabdehin ona və ailəsinə qarşı düşmən mövqedə olması həmin əmlakın satılaraq aralarında bölünməsini zəruri edir. Qanunvericiliyin normalarından görünür ki, əmlakdan istifadə hüququ mülkiyyət hüququnun formalarından biri olmaqla yanaşı əmlak hüququ hesab edilir. Mülkiyyətçinin hüquqdan sui-istifadə etməsi qanunla qadağan edilmişdir. Qardaşının əvvəlcə onu mənzilə buraxmaması, sonra isə onun mənzildən istifadə hüququna xitam verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi hüq uqdan sui-istifadə etməsi kimi qiymətləndirilmişdir. Beləliklə yuxarıda göstərilənlər onun iddiasının dəlillərinin əsaslı olduğunu təsdiq edir. Eyni zamanda mərhum anasının bir dəfə cavabdehə həmin mənzili bağışlaması və sonradan ləğv etməsi, daha sonra yenidən analoji müqaviləni bağlanması mümkün deyil. Anasının həqiqi niyyəti mənzili övladları arasında bölmək olmuş, onun mənzili bağışlamasına razılıq verməsi isə cavabdehin eyni hərəkətlər etməməsini düşünməsi olmuşdur. Aşağıda göstərilənlərə əsasən iddiası təmin edilməlidir: onun mübahisə obyekti olan mənzilə 2007-ci ildə qeydiyyata alınması ilə əlaqədar münasibətləri 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən tənzimlənməlidir, qanunvericiliyin yuxarıda göstərilən normaları və Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qəra rları onun iddiasının hüquqi əsasını təsdiq edir, o, mənzilə anasının razılığı ilə qeydiyyata alınmış, mübahisəli mənzilin qardaşına bağışlanmasına dair razılıq verərkən həmin mənzildən öz istifadə hüquqlarının xitamını nəzərdə tutmamışdır və göstərməmişdir. Anası ilə cavabdeh arasında mənzil bağışlama müqaviləsi bağlanarkən həmin müqavilədə mənzildən istifadə hüquqlarının itirilməsinə dair şərt olmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 1 ünvanına dair bağışlanma müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasi ya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası iddiaçının və digər cavabdehin məhkəmədə iştirakını təmin etməmiş, çəkişmə və bərabərlik prinsiplərini pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qa nunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. İddiaçı teleqramla müraciət edərək yeni vəkillə müqavilə bağlamaq niyyətində olduğunu göstərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azər baycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və b u yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 27.11.2019-cu il tarixli məktubundan görünür ki, ünvan 1 ilkin olaraq 03.09.1991-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. X1 vəfatından sonra 1 saylı DNK-nın 2 ki “N”- 89 reyestr nömrəli, 15.06.1993-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən mənzil 23.07.1993-cü il tarixdə X8 mülkiyyətinə verilmişdir. X11 ilə X5 arasında imzalanmış 1 saylı DNK-nın 3M-250 reyestr nömrəli, 10.03.1994-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncunun adına 07.09.1994-cü il tarixdə rəsmiləşdirilmişdir. Cavabdeh sözügedən mənzili 1 sa ylı DNK-nın 3M-10 reyestr nömrəli, 07.01.1999-cu il tarixli bağlışlama müqaviləsinə əsasən X2 bəxşiş almışdır (qeydiyyat tarixi - 13.02.1999). X5 bəhs edilən mənzili Cavabdeh 43 saylı DNK-nın 4ə/2-292 reyestr nömrəli, 26.06.2004cü il tarixli bağışlama müqaviləsinə əsasən hədiyyə almışdır (qeydiyyat tarixi-01.09.2004). 26 saylı DNK-nın 4ə/1-42 reyestr nömrəli, 23.02.2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən həmin mənzil yenidən Cavabdeh bağışlanmışdır (qeydiyyat tarixi - 26.03.2011) və hazırda mülkiyyətindədir. -birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sənədlərdən görünür ki, Bakı şəhər 1 saylı Dövlət Notariat Kon torunda təsdiq edilmiş və X6 ilə Cavabdeh arasında bağlanılmış 07.01.1999-cu il tarixli mənzilin bağışlanması müqaviləsinə əsasən B.Mikayılzadə mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində (indiki Zərifə Əliyeva küçəsində) yerləşən 20 saylı evin ümumi sahəsi 38,0 kv.m., yaşayış sahəsi 20,0 kv.m. olan bir otaqlı 49 saylı mənzilini Cavabdeh bağışlamışdır. -Bakı şəhər 43 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş və Cavabdeh ilə X5 arasında bağlanılmış 26.07.2004-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində (indiki Zərifə Əliyeva küçəsində) yerləşən 20 saylı evin ümumi sahəsi 38,0 kv.m., yaşayış sahəsi 20,0 kv.m. olan bir otaqlı 49 saylı mənzilini X4 bağışlamışdır. -Bakı şəhər 26 saylı Dö vlət Notariat Kontorunda təsdiq edilmiş və X6 ilə Cavabdeh arasında bağlanılmış 23.02.2001-ci il tarixli mənzilin bağışlama müqaviləsindən görünür ki, B.Mikayılzadə mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində (indiki Zərifə Əliyeva küçəsində) yerləşən 20 saylı evin ümumi sahəsi 38,0 kv.m., yaşayış sahəsi 20,0 kv.m. olan bir otaqlı 49 saylı mənzilini Cavabdeh bağışlamışdır. İddiaçı tərəfin mövqеyinə görə Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən * mənzili anası tərəfindən cavabdehə bağışlanmışdır. Bağışlama müqaviləsində razılıq verərkən o, əmlakın bir hissəsinin ona hədiyyə olunmasnı düşünmüşdür. Belə ki, anasının niyyəti mənzili aralarında bölmək olub. Lakin cavabdeh onun böyük qardaşı olduğundan o, ona daim inanmışdır. Cavabdeh hüquqdan sui- istifadə edərək onun əmlak hüquqlarını pozmuş və onun mənzildən istifadə hüququna xitam verilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddiaçı bağışlama müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. -152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşy aya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərd ən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. -670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. -670.3-cü maddəsinə əsasən bağışalma müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyinin icra etməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. -390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə b ilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı müqavilənin tərəfi olmadığından, o müqavilə üzrə hər hansı hüquq və vəzifəyə malik deyil. Bu səbəbdən onun həmin müqavilənin ləğv edilməsi ilə bağlı tələb irəli sürməyə subyektiv hüququ yoxdu r. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, bağışlama müqaviləsi əvəzsiz əqd olmaqla daşınmaz əmlaklar barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Bağışlama müqaviləsinə əsasən hədiyyə verən sağ ikən öz əmlakının bir hissəsinin heç bir cavab xidmətçi ilə şərtləndirilmədən hədiyyə alana bağışlayaraq onu zənginləşdirir. Bağışlama müqaviləsi şəxsin təmənnasız xeyirxah iradəsinin ifadəsinə əsaslanır. Lakin bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Digər tərəfdən, bağışlamanın heç bir cavab xidməti ilə şərtləndirilməsinə yol veri lmədiyi nəzərdə tutulmuşsa da, Mülki Məcəllənin 670ci maddəsinə əsasən bağışlama müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Belə bir müqavilə şərti tərəflərin razılaşmaları nəticəsində qəbul edilir. Buna görə də əgər bağışlama hansısa bir öhdəliklə şərtləndirilməyibsə bağışlama üzrə hədiyyənin hədiyyə alan tərəfindən qəbul edildiyi ehtimal olunur. Kassasiya kollegiyası kassatorun iddiaçının və cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, İddiaçı bildirişi 01 fevral 2020-ci il tarixdə imza edərək qəbu l etmiş, məhkəmə iclasında iştirak edən cavabdeh isə işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Azərbaycan Respublikası MPM-nin: -185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. -185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. -185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin f aktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respub likası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2275/2020 saylı, 19 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5162/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5162/2020
03.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver