Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5166/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh Şakir oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5166/21 (Açar sözlər: aliment tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil, Cavabdeh: Cavabdeh iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli, 2(106)567/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 16 noyabr 2021-ci il tarix də Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, sonuncudan hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 520 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İmişli Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ü.O.Qənbərov) iddia qismən təmin edilərək, cavabdehdən birgə nikah dövründə 06 fevral 2008-ci ildə doğulmuş X3, 14 oktyabr 2009-cu ildə doğulmuş X4 və 01 iyul 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pu l məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər 2006-cı ildə faktiki nikah münasibətinə giriblər və 09 iyun 2008-ci il tarixdə nikahlarını rəsmi qaydada qeydə aldırıblar. Tərəflərin birgə nikahından 06 fevral 2008-ci ildə X3, 14 oktyabr 2009-cu ildə X4 və 01 iyul 2012-ci ildə X2 adlı üç uşaqları doğulub. Tərəflərin ər-arvad münasibətləri pozulduqdan sonra uşaqlar iddiaçının yanında qalıblar. Uşaqlar iddiaçının yanında qalmasına baxmayaraq cavabdeh onların saxlanılmasında iştirak etmir. Cavabdehdən iddiaçının xeyrinə hər ay, hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat alimentin tutulması tərəflərin maddi və ailə vəziyyətlərinə, habelə işin diqqətə layiq olan digər hallarına tam uyğundur. Ona gö rə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 78.1, 78.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Tərəflər ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri veriblər. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.F.Mirzəyev sədrlik edən, məruzəçi, Q.B.Kərimov və Z.B.Babayev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə İmişli Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli qətnaməsinə dəyişiklik edilərək, tərəflərin birgə nikahından 06 fevral 2008-ci il tarixdə doğulmuş X3, 14 oktyabr 2009-cu il tarixdə doğulmuş X4 və 01 iyul 2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaş ına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay, hər uşağa görə 110 manat olmaqla, cəmi 330 manat alimentin tutulub iddiaçıya ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən, iddiaçının apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər 2006-cı ildə faktiki nikah münasibətinə giriblər və 09 iyun 2008-ci il tarixdə nikahlarını rəsmi qaydada qeydə aldırıblar. Tərəflərin birgə nikahından 06 fevral 2008-ci ildə X3, 14 oktyabr 2009-cu ildə X4 və 01 iyul 2012-ci ildə X2 adlı üç uşaqları doğulub. Tərəflərin ərarvad münasibətləri pozulduqdan sonra uşaqlar iddiaçının yanında qalıblar. Uşaqlar iddiaçının yanında qalmasına baxmayaraq cavabdeh onların saxlanılmasında iştirak etmir. Cavabdeh dən iddiaçının xeyrinə hər ay, hər uşağa görə 110 manat olmaqla, cəmi 330 manat alimentin tutulması tərəflərin maddi və ailə vəziyyətlərinə, habelə işin diqqətə layiq olan digər hallarına tam uyğundur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 56.1, 75.1, 78.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiy i üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qaz ancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutul araq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araş dırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəl diyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın tam təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər 2006-cı ildə faktiki nikah münasibətinə giriblər və 09 iyun 2008-ci il tarixdə nikahlarını rəsmi qaydada qeydə aldırıblar. Tərəflərin birgə nikahından 06 fevral 2008-ci ildə X3, 14 oktyabr 2009-cu ildə X4 və 01 iyul 2012-ci ildə X2 adlı üç uşaqları doğulub. Tərəflərin ər-arvad münasibətləri pozulduqdan sonra uşaqlar iddiaçının yanında qalıblar. Uşaqlar iddiaçının yanında qalmasına baxmayaraq cavabdeh onların saxlanılmasında iştirak etmir. Hazırda iddiaçı, cavabdehdən üç uşağın saxlanılması üçün hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 520 manat aliment tələb edir. Cavabdeh isə hər ay, hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat aliment ödəməyə maddi imkanının olmadığını göstərib, iddiaya etiraz edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şə xsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin alimentin miqdarına aid hissədə gəldiyi nəticə ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları tədqiq edib düzgün olaraq qeyd etmişdir ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləği nin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Lakin, birinci instansiya məhkəməsi, ca vabdehdən üç uşağın saxlanılması üçün alimentin miqdarını müəyyən edərkən, hər iki tərəfin maddi, ailə vəziyyətlərini, habelə işin diqqətəlayiq olan digər hallarını nəzərə almayıb və cavabdehdən üç uşağın saxlanılması üçün hər ay, hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat alimentin tutulmasının onun maddi vəziyyətinə uyğun olmamasına əhəmiyyət verməyib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi alimentin miqdarını dəyişərək cavabdehdən hər ay, hər uşağa görə 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsini qət etməklə düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki ailə müna sibətlərinə düzgün tətbiq edib. Belə ki, işə əlavə edilmiş sübutlardan, o cümlədən İmişli Rayon Məşğulluq Mərkəzinin 22 iyul 2020-ci il tarixli arayışından görünür ki, cavabdeh həqiqətən İmişli Rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdadır və işsizliyə görə sığorta ödənişi almayıb. Eyni zamanda iddiaçı, iddia ərizəsində, kassasiya şikayətində cavabdehin qazancının, başqa gəlirlərinin olması və onun üç uşağa görə hər ay 170 manat olmaqla, cəmi 520 manat aliment ödəməyə maddi imkanın olduğunu göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir yazılı sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli, 2(106)-567/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanıls
Məhkəmə qərarları › İş №2(102)-5166/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5166/2021
16.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver