Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5169/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)2110/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.R.Səlimova, iş 2(001)-5916/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası qismən təmin ed ilərək xx xxxxxx 2010-cu il təvəllüdlü X3, xx xxxxx 2012-ci il təvəllüdlü X2 və xx xxxxx 2012-ci il təvəllüdlü X1 N saylı evin 133 saylı mənzilinə istifadə hüquqlarının tanınması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Ə.Hüseyn, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) Cavabdeh2 apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: İddiaçı 2009-cu ildən Cavabdeh1 ilə faktiki nikah münasibətinə daxil olmuş və həmin münasibətdən üç uşaqları olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin uşaqların atası olması müəyyən edilmiş və uşaqların saxlanılması üçün ondan aliment tutulması qət edilmişdir. 2019-cu ilin iyul ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1la birlikdə onun mülkiyyətində olmuş, lakin sonradan anasının mülkiyyətinə keçirilmiş N saylı evin 133 saylı mənzilində cavabdehlərlə birgə təsərrüfat aparmaqla yaşamasını və hazırda da həmin mənzildə yaşamaqda davam etməsini əsas göstərməklə üç uşağı ilə birlikdə mənzilə istifadə hüquqlarının tanınıb ora köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək məhkəmə kollegiyasının iddianı rədd edərkən uşaqların mənafeyini nəzərə almamasını, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh2 vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq rədd edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iddianın uşaqlara münasibətdə təmin olunmasına dair birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianın həmin hissədə rədd olunmasına dair qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə, Ailə Məcəlləsinin 49.1 və 60.4-cü maddələrinə əsaslanmış və hesab etmişdir ki, qanunun tələbinə görə yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri valideynlərindən birinin yaşayış yeri sayıldığından uşaqların Cavabdeh2 mülkiyyətində olan mənzilə köçürülməsi üçün əsaslar yoxdur. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumu n yaşayış yeri sayılır. Kollegiya apelyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə qanunun tələblərinə uyğun çıxarıldığından dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5169/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5169/2020
11.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver