Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5173/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, cavabdeh Cavabdeh vəkili KAnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 iyul 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırova, iş № 2(009)-3308/2018 saylı mülki iş) iddia qismən t əmin edilmiş, cavabdeh Cavabdeh 17 may 2011-ci il təvəllüdlü X1 və 29 mart 2013-cü il təvəllüdlü X2 müayinə və müalicələri ilə əlaqədar uşaqlar sağalana qədər hər ay 200 manat pul tutularaq İddiaçı verilməsi və Cavabdeh 10(on) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən, məruzəçi), E.Şamayev və Ş.Məhərrəmova, 2(103)-2941/2019 saylı mülki iş) cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qətnaməsi uşaqların müayinə və müalicələri üçün tutulmalı məbləğ hissəsində dəyişdirilmiş, həmin məbləğ 150 (yüz əlli) manat müəyyən edilmişdir. İşin halları İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 may 2011ci il təvəllüdlü İsmayıl və 29 mart 2013-cü il təvəllüdlü Eadlı uşaqların müalicə edilmələri məqsədilə Cavabdeh sabit məbləğdə hər ay 300 manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, 17 may 2011-ci il təvəllüdlü İsmayıl və 29 mart 2013-cü il təvəllüdlü Eadlı uşaqlarının müalicə edilmələri məqsədilə Cavabdeh sabit məbləğdə hər ay 200 manat alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh vəkili KA kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəm əsi tərəfindən müəyyən edilmişdir ki, iş materiallarında olan Səbail rayon məhkəməsinin 26 aprel 2017-ci il tarixli, 2(009)-1999/2017 saylı qətnaməsinə əasən 17.05.2011-ci il təvəllüdlü X1 və 29 mart 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27 mart 2017-ci il tarixdən başlayaraqŞ ÜNVANndə qeydiyyatda olan, Bakı şəhəri, ÜNVAN1 ö/t ev 235 faktiki yaşayan Cavabdeh hər ay qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. 2796 nömrəli, 13.09.2018-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin arayışından görünür ki, 29.03.2013-cü il təvəllüdlü X6 13.09.2018-ci il tarixdə tibb üzrə fəlsəfə doktoru GM tərəfindən müayinə olunub və ona yüngül koqnitiv pozuntusu, F06.7 Nitq inkişafının spesifik po zuntusu F80.0 diaqnozu qoyulmuşdur. 2583 nömrəli, 11.09.2018-ci il tarixli Azərbaycan Respbulikası Səhiyyə Nazirliyinin arayışından görünür ki, 17.05.2011 -ci il təvəllüdlü X7 “Sol tərəfli bel tipli birinci dərəcəli skalioz. Sı fərəqəsinin Spina bifıda. İki tərəfli yastıpəncəlik” diaqnozu ilə 15 nömrəli uşaq poliklinikasında və X3 və Ortopediya İnstitutunda dispanser qeydiyyatındadır. Eadlı uşaqları da “Yüngülkoqnitiv pozuntusu F06.7 Nitq inkişafının spesifik pozuntusu” diaqnozu ilə 15 nömrəli uşaq poliklinikasında və Psixi Sağlamlıq Mərkəzində dispanser qeydiyyatındadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq X5 Şöbəsinin göndərişindən görünür ki, 29.03.2013-cü il təvəvllüdlü X4 yüngül koqnitiv pozuntusu F06.7 Nitq inkişafının spesifik pozuntusu F80.0 diaqnozu qoyulmuşd ur. Resept blanklarından görünür ki, uşaqların müalicə olunmaları üçün həkim tərəfindən dərmanlar yazılmışdır. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı xx xxxx 1986-cı il tarixdə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. AZ-İİ seriyalı, 880223 nömrəli notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 17 may 2011-ci il tarixdə İsmayıl adlı uşaqları dünyaya gəlmişdir. AZ-İİİ № 085515 nömrəli notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 29 mart 2013-cü il tarixdə Eadlı uşaqları dünyaya gəlmişdir. AZ-İ seriyalı, 851842 nömrəli notariat qaydasında təsdiq olunmuş nikah haqqında şəhadətnamənin surətində n görünür ki, Cavabdeh ilə Eİ arasında 12 iyun 2013-cü il tarixdə nikah bağlanmışdır. RSL-NFİ-17-102 nömrəli, 12 aprel 2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 09.04.2012-ci il tarixdən X10 şirkətinin Azərbaycandakı filialında işləyir. Hal-hazırda Quraşdırıcı peşəsində çalışır və vergilər daxil olmaqla 770.00 manat məbləğində aylıq əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin ikinci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV-cü bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci m addəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh işləməklə, hər ay 770 manat aylıq əmək haqqı alır, iki uşağın saxlanılması üçün hər ay onun qazancının 1/3 hissəsi miqdarında aliment tutulur. Ona görə də, tutulmalı olan xərcin məbləği dəyişdirilərək, cavabdehdən hər ay 150 manat məbləğində müayinə və müalicə xərci tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 27 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5173/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5173/2019
24.07.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver