Məhkəmə qərarları › İş №2(102)-5179/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5179/2020

02.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5179/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğvi, öhdəliyin icrası, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdehin vəkili X3 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)3013/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Borc verən Cavabdeh və borc alan İddiaçı arasında notariat qaydasında təsdiqlənmiş xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən həmin tarixdə 15000 ABŞ dolları məbləğində pulu borc alana borc vermiş, borc alan isə krediti xx xxxxxx 2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraci ət edərək, iddiaçı və cavabdeh arasında Bakı şəhəri 44 saylı Notariat Ofisində bağlanmış xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə Maraqlı şəxs vasitəsilə tanış olmuşdur. İddiaçının oğlunun təhsil haqqının ödənilməsinə 4000 ABŞ dolları lazım olmuş, həmin vaxt pulu olmamışdır. Maraqlı şəxs iddiaçıya Cavabdeh faizə pul verdiyini bildirmiş və onlar xx xxxxxx 2017-ci il tarixdə birlikdə sonuncunun yanına getmiş, iddiaçı 4000 ABŞ dolları, üçüncü şəxs isə 6400 ABŞ dolları borc pul almışlar. İddiaçı götürdüyü pulu illik 5 faiz olmaqla cavabdehə qaytarmağı öhdəsinə götürmüşdür. Onlar götürdükləri borcu rəsmiləşdirmək məqsədi ilə 44 saylı Notariat Ofisinə getmiş və iddiaçı yazılı kredit müqaviləsini imzalamışdır. Həmin kredit müqaviləsində iddiaçının cavabdehdən guya 15000 ABŞ dolları borc alması qeyd olunmuşdur. Cavabdeh üçüncü şəxsin şəxsiyyət vəsiqəsinin olmadığı üçün adını müqavilədə göstərmək mümkün olmadığını və bu səbəbdən Maraqlı şəxs borcunu da iddiaçının imzaladığı müqaviləyə daxil edilməsini və narahatçılığa heç bir əsas olmadığını bildirmişdir. Müqaviləni bağladıqdan sonra iddiaçı borc götürdüyü 4000 ABŞ dolları pulu hər ay 200 ABŞ dolları olmaqla, ardıcıl iki il ərzində ödəmişdir. Ümumilikdə iddiaçı cavabdehə 4800 ABŞ dolları pul ödəmişdir. Lakin borcunu tam qaytarmasına baxmayaraq, cavabdeh borc müqaviləsini ləğv etdirməkdən boyun qaçırır. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15000 ABŞ dolları m əbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq həmin iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, həmin tələb üzrə cavabdeh borcdan cəmi bir dəfə 2000 ABŞ dolları məbləğində pul qaytarmış, qalan məbləğin qaytarılmasından müxtəlif bəhanələrlə yayınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı borcun məcburi qaydada tutulması üçün notariat orqanına müraciət etmiş və notarius tərəfindən verilmiş icra qeyd əsasında Yasamal rayon İcra və Probasiya şöbəsində xx xxxx 2019-cu il tarixdə icra sənədi əsasında məcburi icra hərəkətləri başlanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)3327/2019 nömrəli qətnaməsi ilə (hakim R.M.Həsənov) ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı Cavabdeh xeyrinə 13000 ABŞ dolları məbləğində (ödəniş gününə olan Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) və ödənilmiş dövlət rüsumuna görə 26 manat məbləğində pul vəsaitinin tutulması, ilkin iddia üzrə ödənilmiş 20 manat dövlət rüsumunun və qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 4 manat hissəsinin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh xx xxxxxx 2017-ci ilin tarixdə borc müqaviləsi əsasında 15000 ABŞ dolları məbləğində borc pul götürməsinə baxmayaraq, öhdəliklərini yerinə yetirməmiş və borcunu tam olaraq ödəməmişdir. İlkin İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmi n borc müqaviləsi üzrə öhdəliklərini artıqlaması ilə icra etdiyini və borc almış olduğu faktiki məbləği geri qaytarmasını bildirsə də, bununla bağlı hər hansı bir əsaslı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, ilkin iddiaçı cavabdehdən faktiki olaraq 4000 ABŞ dolları pul almasına baxmayaraq, 15000 ABŞ dolları məbləğində borc müqaviləsi imzalanmasını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. İlkin iddia üzrə iddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi şahid öz ifadəsində tərəflər arasında bağlanmış borc müqaviləsində göstərilən məbləğin 15000 ABŞ dolları olmasından xəbərsiz olduğunu bildirmişdir. Əksinə, ilkin iddiaçının özünün də həqiqiliyini şübhə altına almadığı əlyazmadan görünür ki, o, cavabdehə 15000 ABŞ dolları borcu olduğunu eti raf etmiş, həmin borcun qaytarılmayacağı təqdirdə özünə məxsus olan daşınmaz əmlakı sataraq borcu ödəyəcəyini bildirmişdir. Bununla yanaşı, məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdeh iddiaçının borcdan 2000 ABŞ dolları məbləğində pulu geri qaytardığını etiraf etmişdir. Məhkəmə hesab etmişdir ki, ilkin iddiaçının iddia tələbində istinad etdiyi hallar məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla öz təsdiqini tapmamış, bu səbəbdən tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. b) Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-3327/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işi hərtərəfli və obyektiv a raşdırmaqla, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)3013/2020 nömrəli qərardadı ilə (hakim R.Ə.Qurbanovun sədrliyi və məruzəsi ilə, hakimlər C.A.Yusifovdan və V.Ə.Baxışovadan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(007)-3327/2019 nömrəli qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilmiş və həmin hissədə mülki iş üzrə icraata tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə icra sənədinin olması əsası ilə, Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə istinad edilməklə xitam verilmişdir. Həmçinin Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3013/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-3327/2019 nömrəli qətnaməsi ilk iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İlkin iddiaya aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi izah etmişdir ki, Mülki Məcəllənin 421-423-cü maddələrinə əsasən müqavilənin ləğv edilməsinin isə iki əsası mövcuddur. Birincisi tərəflərdən birinin müqaviləni əhəmiyyətli dərəcədə pozması, ikincisi tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsasıdır. Lakin iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi dəlillər qeyd olunan halların heç birinə aid deyil. Ey ni zamanda apelyasiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsinin məzmununa əsasən iddiaçı kredit müqaviləsinin ləğvi tələbini irəli sürsə də, onun faktiki olaraq nail olmaq istədiyi nəticə kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsidir. Çünki onun kredit müqaviləsinin ləğvi üzrə istinad etdiyi yeganə dəlil müqavilə üzrə borcunu tamamən qaytarması ilə bağlıdır. Həmin əsaslara görə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 528-ci maddəsi təşkil edir. Lakin hazırki işdə həmin maddənin dispozisiya şərtləri də mövcud deyil. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etmədiyinə görə kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi üçün heç bir əsas yoxdur. Nəhayət həmin məhkəmə göstərmişdir ki, iddiaçının cavabdeh tərəfindən aldadılaraq müqaviləni bağlaması ilə bağl ı istinad etdiyi hallar müqavilənin ləğvi üçün deyil, etibarsızlığı (Mülki Məcəllənin 339-cu maddəsi) üçün əsas ola bilər. Lakin iddiaçı bununla bağlı hər hansı bir tələb irəli sürməmişdir. Eyni zamanda kredit müqaviləsində borcun məbləği və müqavilənin tərəfləri dəqiq müəyyən edildiyinə və bunu təkzib edən sübutlar təqdim edilmədiyinə görə iddiaçının dəlilləri əsaslı hesab edilmir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı və vəkili Vəkil kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3013/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, borc müqaviləsi tərəflərin aralarında bağlanmasına baxmayaraq həmin məbləğin yarısı başqa şəxs tərəfindən götürülmüşdür. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin faktiki halları düzgün araşdırılmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin vəkili X1 şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilm ədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddia üzrə icraata xitam verilsə də, bununla bağlı məhkəmənin qərardadı mübahisələndirilməmişdir. Kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən verilmiş və qətnamə tam mübahisələndirilmişdir. Bu səbəbdən h azırki kasasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli də rəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəs inə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olara q qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəb ul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq izah etmişdir ki, iddiaçı ərizəsində iddianın əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə istinad etsə də, onun göstərdiyi dəlillər həmin maddədə qeyd olunan hallara aid deyildir. İddiaçı faktiki olaraq müqavilə üzrə öhdəliyi tam icra etməsi (kredit müqaviləsi üzrə borcunu tam qaytarması) əsası ilə öhdəliyə xitam verilməli olduğunu iddia etsə də, bununla bağlı işə mahiyyəti üzrə baxan məhkəmələrə sübutlar təqdim olunmamışdır. Borc müqaviləsində göstər ilən məbləğin bir hissəsinin başqa şəxs tərəfindən götürülməsinə dair kasasiya şikayətinin dəlili ilə bağlı qeyd olunmalıdır ki, həmin dəlil işin faktiki hallarının düzgün müəyyən edilməməsi ilə bağlı olmaqla, apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymətləndirilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kasasiya məhkəməsi apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılma masına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kasasiya instansiyası yeni sübut qəbul etmir. Bu hal kasasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli Qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)3013/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar