Məhkəmə qərarları › İş №2(102)-5187/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5187/2021

25.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5187/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5187/21 (Açar sözlər: pul tələbi, vurulmuş ziyanın əvəzinin ödənilməsi, sübutların qiymətləndirilməsi) Bakı şəhəri, 25 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, iddiaçı İddiaçı vəkili və nümayəndəsi Məmmədov Qaçay Məcid oğlu, cavabdeh vəkili Cavabdeh2 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cav abdeh1 və Cavabdeh2 qarşı “pul və dəymiş zərərin ödənilməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)243/2021 nömrəli, 02 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 oğlunun kassasiya şikayətinə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilməli olan borc qalığı 3250 manat, maddi ziyanın əvəzi olaraq 8 baş buzovlara görə 7200 (yeddi min iki yüz) manat olmaqla, ümumilikdə 10250 manat pulun tutulub, İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ümumi məbləğin 10450 manat kimi qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı özünə məxsus iri buynuzlu heyvanlardan bir neçəsini satmaq fikrinə düşmüşdür. Malları almaq üçün müştəri gələndə, qonşuluqda yaşayan Cavabdeh1 iddiaçının malları satmasını eşidib, malları almaq üçün Arif adlı şəxslə iddiaçının evinə gələrək, malları özləri almaq istədiklərini bildirmişdir. Qonşudur deyə, Bəkirlə razılaşmışdır. 4 inək, 4 bala və bir erkək dananı seçmiş və 9 baş heyvanı 6700 manata qiymətləndirdikdən sonra qonşusu Bəkir malları Ariflə birlikdə bağlayaraq, gəldikləri maşına yükləyib aparmışlar. Malları apararkən onlar iddiaçıya heç bir ödəniş etməmişlər. Bəkir qonşudur deyə, iddiaçı ona etibar edərək, pul barədə heç nə deməmişdir. Ancaq onlardan demişdir ki, bu malları oğlunun təhsili üçün satır.

4. Bir aydan sonra iddiaçı Arifdən 2000 min manat pulu istəyəndə, Arif iddiaçıya 650 manat pul vermiş, iki gündən sonra geridə qalan pulları da verəcəyini demişdir. İddiaçı iki gündən sonra Arifə zəng edib, pulu istəyəndə, Arifin həyat yoldaşı iddiaçını telefonda söyərək, təhqir etməyə başlamışdır.

5. İddiaçı dərhal Cavabdeh1 zəng edərək, onların hərəkətlərindən şikayət etmişdir. Bəkir də iddiaçıya bildirmişdir ki, onun Arifdə 4000 manat pulu var, pulunu ala bilmədiyindən, Arifin dələduz olmasını iddiaçıya deyə bilməmişdir.

6. İddiaçı şikayət ərizəsi ilə Balakən Rayon Polis Şöbəsinə müraciət etmişdir. İddiaçının şikayəti əsasında polis şöbəsində Arif və arvadı polisə çağrılaraq, izahatları alnmışdır. Arif iz ahat vermişdir ki, həqiqətən də iddiaçıdan 9 baş mal-qara aparmış və 6700 manata danışdıqdan sonra iddiaçıya 650 manat vermişdir. Qalan 6050 manatını isə sentyabrın 20-də verəcəyinə söz verir və bu barədə yazılı izahat yazmışdır.

7. Bundan sonra cavabdehlər geridə qalan pulu ödəməkdən yayındığına görə, cavabdehlərin tanışı olduğunu bildirən Mahir adlı şəxs iddiaçıya zəng edərək, ona kömək etmək istədiyini demişdir. Həmin şəxs polis şöbəsinin əməkdaşı olan Tural Əhmədovla danışıdıqdan sonra Tural cavabdehlərdən 1500 manat pulu götürərək, iddiaçıya qaytarmışdır. Təkrar şikayəti əsasında 2019-cu ilin sonlarında yenə də polis şöbəsinin işçiləri cavabdehlərdən 1300 manat da alaraq, iddiaçıya qaytarmışlar. Lakin geridə qalan 3250 manat pulu iddiaçı indiyəcən cavabdehlərdən ala bilmir.

8. İddiaçı 2018-ci ildən həmin mallara baxsaydı, bir xeyli gəlir əldə edə bilərdi. Hər iki dələduzun qanunsuz hərəkətlərindən həm mallarından, həm də geridə qalan alacaq puldan və gəlirdən məhrum olmuşdur.

9. İddiaçının heyvandarlıqla məşğul olması yaşadığı Balakən rayonu Gərəkli kənd inzibati ərazi dairəsinin 603 saylı, 20.04.2020-ci il tarixli arayışı ilə təsdiq olunur. Buna görə də həmin mallar 2019-cu və 2020-ci illər ərzində iddiaçıda olmuş olsaydı, həmin ana inəklərdən 8 baş bala ala bilərdi. Bu fakt Kənd Kəsərrüfatı Nazirliyinin X4 İnkişaf Mərkəzinin 140 saylı, 18 iyun 2020-ci il məktubu ilə də təsdiq edilir. Sultan MMC-nin 23.06.2020-ci il tarixli, 791 saylı arayışına əsasən həmin balaların da indiki bazar qiymətlərinə görə 2019-cu ildə bir baş 1.6 yaşar düyənin bazar satış qiyməti 1200 mana t, dörd baş düyənin ümumi dəyəri 4800 manat, 2020-ci ildə 1 baş altı aylıq dişi düyənin orta bazar satış qiyməti 600 manat, dörd baş altı aylıq düyələrin orta bazar satış qiyməti 2400 manat təşkil edir.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 157.4, 164, 560, 1096, 1097.1, 1097.3 və 1099.1-ci maddələrinə istinad etmişdir.

11. Cavabdeh1 iddianı qəbul etməyərək, göstərmişdir ki, İddiaçı heç bir mal-qara almamış və Aynurə ilə malların alqı-satqısı və ödənişi barədə şərtləşməmişlər. Yalnız Cavabdeh2 xahişi ilə Arifin Aynurədən aldığı mal-qaranın müyyən hissəsini öz avtomaşını ilə Cavabdeh2 evinə aparmış və Arif də buna görə ona zəhmət haqqı kimi 15 manat pul ödəmişdir. Onun İddiaçı heç bir borcu yoxdur və İddiaçı hər hansı formada ziyan vurmamışdır. Ona qarşı iddia əsass ızdı.

12. Cavabdeh2 iddiaya etiraz edib. Etirazın dəlilləri: - təqribən 2018-ci ilin avqust ayında İddiaçı 4 baş inək, onların yanında 4 baş bala və 1 baş erkək dananı cəmi 6700 manata nisyə almış və həmin malların pulunu 2018-ci ilin sentyabr ayına kimi ödəməyi öhdəsinə götürmüşdür. Həmin vaxt yanında Cavabdeh1 da olmuşdur. Lakin Bəkir onunla sürücü kimi getmiş, məhz Bəkr Hüseynovun idarə etdiyi avtomaşın və öz avtomaşını ilə həmin malları evinə aparmışdır. Aynurədən aldığı malların müəyyən hissəsini daşımasına görə Bəkirə 15 manat pul vermişdir. Bəkir İddiaçı mal-qara almamış və bu barədə Aynurə ilə hər hansı danışıq aparmamış, müqavilə bağlamamışdır; - 2018-ci ilin avqust ayında İddiaçı 650 manat pul vermiş, qalan pulları da polis əməkdaşları vasitəsilə İddiaçı ödəmişdir. Belə ki, 2018- ci ilin oktyabr ayının axırlarında polis işçisi Tural Əhmədov vasitəsilə Aynurəyə 1000 manat, bundan bir həftə sonra polis əməkdaşı İsa Yolçuyev vasitəsilə 500 manat və 2019-cu ilin dekabrında polis əməkdaşı Tale Bayramov vasitəsilə 1300 manat pul vermiş, qalan 3250 manat pulu da polis əməkdaşı X2 Qardaşovaya ödəmək üçün vermişdir. X3 1000 manatdan başqa, qalan pulları Aynurə Qardaşovova verib-verməməsini görməmişdir və bunu tam mənada təsdiq edə bilmir. Tural Əhmədov 2020-ci ilin yanvar ayının 06-da öldüyündən, bunu təsdiq etmək üçün Turalı məhkəməyə şahid qismində çağırmaq qeyri-mümkündür. Onun İddiaçı heç bir borcu yoxdur. İddiaçı olan 6700 manatlıq borcunu tam ödəmişdir - həmçinin 50 ədəd 250 manatlıq ot preslərini İddiaçı borcun əvəzi olaraq vermişdir. Lakin ot presləri ilə borcun əvə zlənməsi barədə Aynurə ilə razılığa gəlməmişlər. Aynurənin həyəti nəm olduğu üçün həmin preslər çürümüşdür; - bundan əlavə, o, İddiaçı 7200 manat məbləğində əldən çıxmış fayda formasında ziyan vurmamışdır.

12. Balakən Rayon Məhkəməsinin 2(019)-526/2020 saylı, 24 sentyabr 2020-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 3250 manat pul və iddianın təmin olunmuş hissəsinə münasib olaraq 9,33 manat dövlət rüsumunun tutulub, İddiaçı verilməsi, iddianın qalan hissədə və Cavabdeh1 qarşı tələb hissəsində təmin edilməməsi qət edilmişdir. (hakim Zamin Tahirov)

13. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara, o cümlədən.ahid ifadələrinə istinadən müəyyən etmişdir ki, Cavabdeh2 İddiaçı 2018-ci ilin avqust ayında pulunu həmin ilin sentyabr ayına kimi tam ödəmək şərtilə 4 baş inək, onların yanında 4 baş bala və 1 baş erkək dana olmaqla 9 baş heyvanı 6700 manata nisyə almış, yəni İddiaçı ilə Cavabdeh2 arasında həmin malların nisyə alqı-satqısı müqaviləsi bağlanmış, İddiaçı satıcı kimi həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirərək, həmin malları Cavabdeh2 vermişdir. Cavabdeh2 isə nisyə satılmış malların pulunu təşkil edən 6700 manatdan İddiaçı müxtəlif vaxtlarda 650 manat, 1000 manat, 500 manat və 1300 manat olmaqla cəmi 3450 manat ödəmiş, qalan 3250 manatı isə İddiaçı ödəməmiş, bununla da müqavilə üzrə öhdəliyini tam icra etməmişdir. Cavabdeh2 İddiaçı 3250 manat maddi ziyan vurmaqla, İddiaçı hesabına həmin məbləğdə əsassız varlanmışdır. Ona görə də həmin 3250 manat pul Cavabdeh2 alınıb, İddiaçı ödənilməlidir.

14. Birinci instansiya məh kəməsi cavabeh Cavabdeh2 alnmış malların pulunu təşkil edən 6700 manatı tam olaraq iddiaçıya qaytarması, 50 ədəd ot presləri ilə borcun əvəzləşdirməsi barədə etirazının dəlillərini iş materiallarına əsasən qəbul etməmişdir.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi Cavabdeh2 oğluna qarşı 7200 manat əldən çıxmış fayda formasında ziyan tələbinə dair hissədə əsassız olduğundan təmin edilməməlidir.

16. Birinci instansiya məhkəməsi qeyd edib ki, iş materiallarına əsasən Cavabdeh2 İddiaçı 3250 manat maddi ziyandan başqa, 7200 manat məbləğində və ya hər hansı başqa məbləğdə ziyan vurması müəyyən olunmur və sübut edilmir. İddiaçı 7200 manat ziyan tələbinə dair iddia tələbinin əsaslandırıldığı hallar kimi cavabdehin apardığı ana inəklərdən 2019 və 2020-ci illərdə ümumilikdə 8 baş bala ala bilməsi və 2019-cu ildə bir baş 1,6 yaşar düyənin bazar satış qiyməti 1200 manat olmaqla dörd baş düyənin ümumi dəyərinin 4800 manat, 2020-ci ildə 1 baş 6 aylq dişi düyənin orta bazar satış qiyməti 600 manat olmaqla dörd baş altı aylıq düyələrin orta bazar satış qimyətinin 2400 manat təşkil etməsi və onun bu düyələrdən ümumilikdə 7200 manat qazanc əldə edə bilməsini göstərmişdir. Lakin İddiaçı qeyd edilən inəklərdən 2019 və 2020-ci illərdə 8 baş bala ala bilməsi və 2019-cu ildə bir baş 1,6 yaşar düyənin bazar satış qiyməti 1200 manat olmaqla dörd baş düyənin ümumi dəyərinin 4800 manat, 2020-ci ildə 1 baş 6 aylq dişi düyənin orta bazar satış qiyməti 600 manat olmaqla dörd baş altı aylıq düyələrin orta bazar satış qiymətinin 2400 manat təşkil etməsi, onun bu düyələrdən ümumil ikdə 7200 manat qazanc əldə edə bilməsini, bununla da Cavabdeh2 tərəfindən ona tələb olunan 7200 manat məbləğində ziyan vurulmasını, bu məbləğdə ziyanın cavabdehin hansısa qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində yaranmasını, tələb olunan 7200 manat məbləğində ziyanla cavabdehin hansısa qanunsuz hərəkət və hərəkətsizliyi arasında səbəbli əlaqənin olması və cavabdehin bu 7200 manat ziyanın vurulmasında təqsiri olmasını sübut edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, 7200 manat ziyan tələbi hissəsində iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə bu vəzifə iddiaçının üzərinə düşür. Göstərilən 4 baş inəyin 2019 və 2020-ci ilərdə məhz 8 baş düyə doğacağı, onların ümumi bazar satış qiymətinin 7200 manat təşkil edəcəyi və iddiaçı nın onlardan 7200 manat qazanc əldə edəcəyi heç bir mötəbər sübutla təsdiq edilməyən mülahizədir. Belə ki, olmayan həmin 8 baş düyələrin 2019 və 2020-ci illərdə doğulacağı ilə yanaşı, 8 başdan az doğulacağı və ya ümumiyyətlə doğulmayacağı da ehtimal edilə bilər. Belə olan halda iddia edilən 7200 manat qazancın götürülməsi istisna edilir. Digər tərəfdən, İddiaçı Cavabdeh2lə bağlanmış nisyə alqı-satqı müqaviləsi əsasında həmin inəkləri Cavabdeh2 satmış və alqı-satqı müqaviləsinin şərtlərinə əsasən həmin inəkləri alıcıya vermişdir. Sonradan iddiaçı həmin alqı-satqı müqaviləsinin ləğv edilməsi və inəklərin ona qaytarılması barədə tələb irəli sürməmiş, ancaq satdığı mal-qaranın pulunu tələb etmişdir.

17. Birinci instansiya məhkəməsi “Sultan MMC” tərəfindən 23.06.2020-ci il tarixdə verilmiş 791 nömrəli arayışı və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X4 İnkişaf Mərkəzinin 118 iyun 2020-ci il tarixli, 140 №-li məktubunu 7200 manat ziyan tələbi üzrə iddia tələbinin əsaslandırıldığı hallara dair mötəbər sübutlar kimi qəbul etməyib və bunu belə əsaslandırıb ki, həmin arayışda və məktubda iddiaçı tərəfindən Cavabdeh2 satılan 4 baş inəyin məhz 2019-cu il və 2020-ci illərdə ümumilikdə 8 baş bala verəcəyi, onların ümumi bazar satış dəyərinin mütləq qaydada 7200 manat olacağı və iddiaçının birmənalı onlardan məhz 7200 manat qazanc əldə edəcəyi təsdiq olunmur. Həmin sənədlərdə ümumi olaraq bu, normal halda ehtimal edilir. Qeyd edildiyi kimi, bu arayış və məktubda həmin inəklərin 8 bala verməsi ehtimal olunduğu halda, onların 2019 və 2020-ci illərdə 8 baş bala verməyəcəyi və ya ümumiyyətlə bala verməyəcəyi də ehtimal oluna bilər. Belə olan halda iddiaçının olmayan həmin düyələrdən 7200 manat qazanc əldə etməsi ehtimalı da aradan qalxır. Digər tərəfdən, iddiaçı artıq həmin inəkləri Cavabdeh2 satmış, yəni onun sahiblik, istifadə və sərəncamına vermiş və onları geri tələb etməmişdir, həmin malların pulunun çox hissəsi də artıq iddiaçıya ödənilmişdir. İddiaçı həmin inəklər də daxil olmaqla satdığı mal-qaranın qalan pulunu tələb edir. Həmin arayış və məktub heç bir mötəbər sübutla təsdiqini tapmayan mücərrəd bir mülahizəni özündə ehtiva edir. Ona görə də bu sənədlər iddia tələbinin əsaslandırıldığı hallara dair mötəbər sübut standartlarına cavab vermir və belə sübutlar kimi qəbul olunmur. Ümumiyyətlə, heç bir mötəbər sübutla təsdiq olunmadığı halda həyatda olmay an və yalnız doğulacağı ehtimal edilən 8 baş düyəyə dair 7200 manat ziyan tələbi mücərəd və absurd bir tələbdir və tamamilə əsassızdır.

18. Birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən hesab edib ki, İddiaçı Cavabdeh2 qarşı 7200 manat ziyan tələbi heç bir faktoloji və hüquqi əsasa malik deyildir və ona görə də təmin olunmamalıdır.

19. Birinci instansiya məhkəməsi iddianın digər Cavabdeh1 qarşı hissəsini də əsasız hesab etmiş və mövqeyini əsaslandırmaq üçün ona istnad etmişdir ki, iş materiallarına, o cümlədən iddiaçının məhkəmədə verdiyi izahatına, cavabdehlərin izahatlarına, həmçinin şahid ifadələrinə əsasən sözügedən 9 baş mal-qaranın nisyə alqısatqısı ilə bağlı İddiaçı ilə Cavabdeh1 arasında heç bir müqavilə bağlanmamış, malların verilməsi və onların dəyəri, ödənilməsi müddətləri və sair hallar barədə heç bir şərtləşmə olmamışdır. 9 baş mal-qaranın nisyə alqı-satqısı ilə bağlı İddiaçı ilə digər Cavabdeh2 arasında 2018- ci ilin avqust ayında müqavilə bağlanmış, onlar malların satış və alış şərtləri barədə razılığa gəlmiş, Cavabdeh2 həmin mal-qaranın şərtləşdirdikləri satış pulunu təşkil edən 6700 manatı 2018-ci ilin sentyabr ayına kimi İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Bu zaman Cavabdeh1 İddiaçı qarşısında müqavilə və ya digər əsaslarla hər hansı öhdəlik götürməmişdir. Cavabdeh1 İddiaçı qarşısında nə müqavilə üzrə, nə mülkiyyət hüquqlarının qorunmasından yaranan, nə əsassız varlanmadan, nə də mülkihüquq pozuntularından (deliktlərdən) yaranan hər hansı öhdəliyi mövcud deyildir.

20. Məhkəmə iddianın təmin edilməyən hissəsində gəldiyi nəticəni Mülki Məcəllənin 21. 1, 21.2, 385.1, 386.1, 427.1, 427.2, 427.3, 442, 443.1, 443.2, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 449.4, 465.2, 567, 568.1, 577.1, 596.1, 597.1, 598.1, 600.1, 600.2, 600.4, 600.5, 601.1, 601.2, 608, 1091.1, 1901.2, 1092.1, 1092.2–ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 21.İddiaçı Aynurə Qardaçova apellyasiya şikayəti verib, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətinin dəlilləri: - birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, 7200 manat miqdarında dəymiş zərərlə bağlı heç bir əsas olmadan, araşdırma aparmadan həmin hissədə iddianı təmin etməmişdir.

23. Şəki Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-243/2021 nömrəli, 02 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tаrixli, 2(019)-526/2020 saylı qətnaməsi qismən, iddia tələbinin maddi ziyanın təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə qismən təmin edilmiş, Cavabdeh2 vurulmuş maddi ziyana görə 2160 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddianın maddi ziyan tələbinə dair qalan hissədə təmin edilməməsi, qətnamənin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Gündüz Abbasov və Mirbahəddin Hüseynov )

24. Apellyasiya məhkəməsi maddi ziya n tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayaraq, apellyasiya baxışında məhkəmə kollegiyasının təşəbbüsü ilə mütəxəssis qismində dindirilmiş Şəki Dövlət Аqrar İnkişaf Mərkəzinin Heyvаndаrlıq sektоrunun müdiri Rəcəbоv Nаzim Kаzım оğlunin izahatına və verdiyi mütəxəssis rəyinə əsasən göstərib ki, iddiаçı mаl-qаrаsını bаzаr qiymətlərinə uyğun sаtmışdır. İddiаçının həmin heyvаnlаrdаn əlаvə gəlir götürmək imkаnının əldən çıxmаsı ilə bаlğı iddiаsı birmənаlı qəbul edilə bilməz. Belə ki, iri buynuzlu heyvаnlаrın sаlаmаt sаxlаnmаsı üçün vаcib xərclər vаr. Həmin xərclərə heyvаnlаrın yemlərə оlаn tələbаtı və оnlаrа bаxılmаsı üçün əlаvə xərclər tələb оlunur. Yemlərə оlаn tələbаt təsərrüfаtın öz istehsаlı hesаbınа təmin edilmədiyi hаldа heyvаnlаrın tələb аtı kənаrdаn аlınmа hesаbınа ödənilir. Nəticədə 1 bаş heyvаnın il ərzində bütün xərcləri оnun dəyərinin 70-80 fаizi qədər оlur.

25. Apellyasiya məhkəməsi maddi ziyanın 2160 manat hissədə təmin edilməli olması barədə gəldiyi nəticə ilə bağlı qeyd edib ki, iddiaçı cavabdehin apardığı ana inəklərdən 2019 və 2020-ci illərdə ümumilikdə 8 baş bala ala bilməsini iddia edərək yuxarıda da qeyd edildiyi kimi 2019-cu ildə bir baş 1,6 yaşar düyənin bazar satış qiyməti 1200 manat olmaqla dörd baş düyənin ümumi dəyərinin 4800 manat, 2020-ci ildə 1 baş 6 aylq dişi düyənin orta bazar satış qiyməti 600 manat olmaqla dörd baş altı aylıq düyələrin orta bazar satış qiymətinin 2400 manat təşkil etməsi və onun bu düyələrdən ümumilikdə 7200 manat qazanc əldə edə bilməsini göstərmişdir. Lakin iddiaçı həmin inək lərdən doğulmalı olan balaların (bəhərlərin) salamat saxlanılması və yetişdirilməsi üçün vacib xərcləri nəzərə almamışdır. Belə ki, iddiaçı həmin balalardan (bəhərdən) bəyan etdiyi kimi 7200 manat deyil, onların yetişdirilməsi və salamat saxlanılması üçün çəkməli olduğu 70 faiz xərcləri həmin məbləğdən çıxmaqla yerdə qalan 2160 manat tələb etməkdə haqlıdır.

26. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 21, 1096.1, 1096.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80 və 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh2 (Vəkil2) qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, işin yeni apellyasya baxışına qaytarılmasını xahiş etmişdir.

28. Kassasiya şikayə tinin dəlilləri: - məhkəmə qətnamə qəbul edərkən heç bir ciddi araşdırma aparmamışdır; - götürdüyü malların pulunu hissə-hissə də olsa ödədiyi halda hansı maddi zərərdən söhbət gedə bilərdi; - təqdim etdiyi sübutlar, ödədiyi pulların hansı vaxtlara təsadüf etməsi araşdırılmamışdır.

29. İddiaçı (Vəkil1) kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, işin yeni apellyasya baxışına qaytarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayətinin dəlilləri: - iş üzrə təqdim edilmiş mütəxəssis rəyi hazırki işin həqiqi hallarına uyğun deyil; - məhkəmə işi araşdırmamış, heyvanların yemlərə olan tələbatın təsərrüfatın öz istehsalı hesabına təmin edildiyi halda, mütəxəssis rəyinə düzgün hüquqi qiymət verməmişdir; - yaşadığı ərazi dağətəyidir, mal-qaraya baxmaq üçün kifayət qədər yaxşı şərait var, heyv anlara yem alamğa zərurət yoxdur. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

31. Kassasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Məmmədov Qaçay Məcid oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

33. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili Vəkil2 şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, iddiaçının kassasiya şikayətininin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməs ini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.http://eqanun.az/framework/46944 Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliy yəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi mə sələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələ nsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirilsə də, iddiaçının şikayətinin dəlillərindən görünür ki, iddiaçı maddi ziyan tələbinin təmin edilməyən hissəsini mübahisələndiri r. Cavabdehin dəlilləri isə iddia tələbinin tam ləğv edilməsinə yönəlsə də, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsindən cavabdeh apellyasiya şikayəti verməmişdir. Apellyaisya baxışının predmeti yalnız iddiaçının apellyasiya şikayəti üzrə maddi ziyan tələbini təmin olunmayan hissəsi olmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni apellyasiya baxışının predmeti olan hissədə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası ilk növbədə cavabdehin kassasiya şikayətinə qiymət verərək, hesab edir ki, apellyasiya instansiyası maddi ziyanla bağlı iddianın təmin edilən hissəsində düzgün nəticəyə gəlməmişdir.

37. İşdən görünür ki, birinci instansiya məhkəməsi ziyanın əvəzi olaraq cavabdehdən 7200 manat pulun tutulması hissəsində iddianı rədd edərkən, iddiaçının 7200 manat ziyan tələbi hissəsində iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməməsinə, eləcə də olmayan həmin 8 baş düyələrin 2019 və 2020-ci illərdə doğulacağı ilə yanaşı, 8 başdan az doğulacağı və ya ümumiyyətlə doğulmayacağının da ehtimal olunmasına istinad etmişdir. Birinci instansiya məhkəməsi qeyd edib ki, ümumiyyətlə, heç bir mötəbər sübutla təsdiq olunmadığı halda həyatda olmayan və yalnız doğulacağı ehtimal edilən 8 baş düyəyə dair 7200 manat ziyan tələbi mücərəd və absurd bir tələbdir və tamamilə əsassızdır. (hazırki qərarın 16-18-ci bəndləri)

38. Prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidr. Həmçinin qətnamə çıxarıldıqda hakim s übutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (MPM, 77.1, 218.1-ci maddələr)

39. Apellyasiya məhkəməsi isə iddiaçının apellyasiya şikayəti üzrə maddi ziyan hissəsində iddianı 2160 manat hissədə təmin edərkən, iddiaçının ana inəklərdən 2019 və 2020-ci illərdə ümumilikdə 8 baş bala ala bilməsi, 2019-cu ildə bir baş 1,6 yaşar düyənin bazar satış qiyməti 1200 manat olmaqla dörd baş düyənin ümumi dəyərinin 4800 manat, 2020-ci ildə 1 baş 6 aylq dişi düyənin orta bazar satış qiyməti 600 manat olmaqla dörd baş altı aylıq düyələrin orta bazar satış qiymətinin 2400 manat təşkil etməsi və onun bu düyələrdən ümumilikdə 7200 manat qazanc əldə edə bilməsi barədə izahatına, eləcə də mütəxəssis kimi dindirdiyi Şəki Dövlət Аqrar İnkişaf Mərkəzinin Heyvаndаrlıq sektоrunun müdirinin 1 bаş heyvаnın il ərzində bütün xərclərinin оnun dəyərinin 70-80 fаizi qədər оlmasına istinad etmişdir. (hazırki qərarın 24-25-ci bəndləri

40. Göründüyü kimi apellyasiya məhkəməsi yalnız iddiaçının izahatına əsaslanmış, onun izahatının hansı sənədlərlə təsdiqini tapmasını, bununla bağlı hansı sübuta istinad etməsini göstərməmişdir. Qətnamədən həmin iddia üzrə işin hallarının hansı sübutla müəyyən edilməsi görünmür.

41. Apellyasiya məhkəməsinin hazırki qərarın 24-25-ci bəndlərində əks edilən mövqeyinə gəlmək üçün ilk növbədə iddiaçının ana inəklərdən 2019 və 2020-ci illərdə ümumilikdə 8 baş bala ala bilməsi, həmin bala inəklərin də məhz düyə olacağı mötəbər, ziddiyyətsiz sübutlarla və həmin sübutlara MPM-in 80 və 88-ci maddələrinə uyğun qiymət verilməklə müəyyən edilməlidir.

42. Halbuki işə mahiyyəti üzrə baxan tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı idi. (MPM, 14.1, 372.1)

43. Bu baxımdan, həmin hissədə apellyasiya məhkəməsinin qətnaməsi əsaslı sayıla bilməz.

44. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 46. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

47. Yuxarıda qeyd edilənlər baxımdan, maddi ziyanla iddianın təm in edilən hissəsində məhkəmə qətnaməsi əsaslı sayıla bilməz və həmin hissədə qətnamə ləğv edilməlidir.

48. Bununla belə, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təmin edilmə əsaslarına istinadən hesab edir ki, iddiaçının kassasiya şikayəti üzrə apellyasiya məhkəməsi maddi ziyanla bağlı iddianın təmin edilməyən hissəsində düzgün nəticəyə gəlmişdir. Buna görə də maddi ziyanın tam təmin edilməsi barədə iddiaçının kassasiya şikayəti təmin edilməməlidir.

49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, İddiaçı kassasiya şikayəti təmin edilməməli, Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi ziyanla bağlı iddianın təmin edilən 2160 manat hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxış ına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

50. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-243/2021 nömrəli, 02 mart 2021-ci il tarixli qətnaməsi maddi ziyanla bağlı iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlansın. Cavabdeh2 oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-243/2021 nömrəli, 02 mart 2021-ci il tarixli qətnaməsi maddi ziyanla bağlı iddianın təmin edilən 2160 manat hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar