Məhkəmə qərarları › İş №2(102)-5189/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5189/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5189/2021 28.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Nurəddin oğluna, Cavabdeh2, Cavabdeh3 Nurəddin oğluna, Cavabdeh5 Nurəddin qızına və Cavabdeh4 Nurəddin qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi barədə alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-858/2021 nömrəli iş üzrə 29 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Torpağa Mülkiyyət Hüququna X30 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə Balakən rayonu Mahamalar kəndində 0.74 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X2, Cavabdeh2, Cavabdeh5 Nurəddin qızının, Cavabdeh3 Nurəddin oğlunun, Cavabdeh1 Nurəddin oğlunun və Cavabdeh4 Nurəddin qızının ümumi birgə mülkiyyətinə verilmişdir. 26 avqust 2002-ci il tarixli aktdan görünür ki, həmin akt X14, X6, X21, İddiaçı2, X18, İddiaçı1 və X11 tərəfindən tərtib edilməklə, aktda X7 və ailəsinə verilmiş 435 saylı Dövlət A ktında olan 0,74 hektar torpaq sahəsinin birdəfəlik olaraq ömürlük İddiaçı1 bağışlanması göstərilmişdir. 11.08.2004-cü il tarixli Cavabdeh2 adına olan izahatda ailələrinə düşən 435 saylı dövlət aktında 0.75 hektar torpaq payını birdəfəlik olaraq Qazbinə bələdiyyəsinin sədrinin iştirakı ilə İddiaçı1 bağışlaması qeyd edilmişdir. 26.08.2002-ci il tarixli Aslanov N.-nin adına olan izahatda X3 onun ailəsinə düşən əmlak torpaq payının 435 saylı dövlət aktında olan 0.75 ha torpağı İddiaçı1 birdəfəlik bağışlaması göstərilmişdir. Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən 12 avqust 2020-ci il tarixdə verilmiş 626 nömrəli ölüm haqqında akt qeydindən çıxarışdan görünür ki, X12 25 iyul 2020-ci ildə ölmüş, bu barədə ölüm haqqında 04 avqust 2020-ci il tarixli, 211 №-li akt qeydi tərtib olunmuşdur. İş üz rə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Aslanova (Əliyeva) Maral Rüstəm qızı, Cavabdeh3 Nurəddin oğlu, Cavabdeh5 Nurəddin qızı və Cavabdeh4 Nurəddin qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, JN 435 kod 40108018 nömrəli Dövlət Aktı üzrə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 0.74 ha torpağa alqı-satqı müqaviləsinin etibarlı hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998ci il 30 iyun tarixli, 08 nömrəli qərarı ilə JN:435 KOD 40108018 nömrəli Dövlət Aktı əsasında 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kənd təsərrüfatı məhsulları becərmək üçün cavabde hlərə verilmişdir. Onlar cavabdehlərlə eyni kənddə yaşayırdılar. Cavabdehlərin ailə başçısı olan X8 ona maddi vəziyyətinin ağır olduğunu, ona görə də pay torpaqlarını satmaq istədiyini, elə bir adam olsa, yanına göndərməsini demişdir. Bir neçə gündən sonra X2 yanına gedərək, torpağı almaq istədiyini bildirmiş, razılaşmışlar. X8 ilk növbədə 435 saylı planşetdə olan torpağı satmaq qərarına gəlmişdir. Torpağın alqı-satqısı üçün 2002-ci il 26 avqust tarixində Balakən rayonu Qazbinə bələdiyyəsinə getmişlər. Nurəddin Aslanov birinci növbədə 435 saylı planşetdə yerləşən 0.49 ha torpağı birdəfəlik X13 bağışlamağı ilə bağlı izahat yazmışdır. Həmin izahat Qazbinə bələdiyyəsinin möhürü ilə təsdiq edilmişdir. Qazbinə bələdiyyəsinin sədrinin məsləhəti ilə bir neçə nəfərin iştirakı ilə akt tərtib edilmə sinin də lazım olduğu bildirilmişdir. Həmin 2002-ci il 26 avqust tarixli aktda da X8 tərəfindən 0.49 ha torpağın birdəfəlik X13 bağışladığı təsdiq edilmişdir. Həmin akt yeddi nəfər; X14, X9, İddiaçı2, X18, X15 və X8 tərəfindən imzalanmışdır. Aktın yekununda X8 tərəfindən torpağın X13 təhvil verildiyi və alıcı tərəfindən də alındığı qeyd edilmişdir. Akt Qazbinə bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. Birdəfəlik bağışlama olsa da, X1 pulla 500 min (beş yüz min-50 şirvan) manat pul vermişdir. İki il sonra isə X2 arvadı Cavabdeh2 yanına gələrək, Dövlət Aktının 435 V və 435 W planşetlərində qalan 0.25 ha torpağı da almasını istəmişdir. X25 ilə 11 avqust 2004-cü il tarixdə Qazbinə bələdiyyəsinə getmişlər. X22 bələdiyyəsində izahat yazaraq, torpağı daimi olaraq X13 verdiyini qeyd etm işdir. Qazbinə bələdiyyəsinin sədri izahatı bələdiyyənin möhürü ilə təsdiq etmişdir. Bundan sonra Cavabdeh2 Qazbinə bələdiyyəsinə də ərizə ilə müraciət edərək (11.08.2004-cü il tarixdə) 0.25 ha torpağı daimi olaraq X10 verdiyini həm öz adından, həm də ailə üzvlərinin adından verdiyini təsdiq etmişdir. O, Qazbinə bələdiyyəsinin sədri Murtuzəli Əmətovun iştirakı ilə Cavabdeh2 köhnə pulla 350 min manat (35 şirvan) pul vermişdir. Eyni zamanda Cavabdeh1 Nurəddin oğlu hal- hazırda Bakı şəhərində işləyir. 2020-ci ilin yanvar ayında rayona gəlmişdi. Atasının xəstə olduğunu, onun yanına gəldiyini demişdir. Məhkəməyə verib torpağın alqı-satqısını başa çatdırmalarını bildirmişdir. Həm də atası Nurəddin də ona 0.74 ha pay torpağının alqısatqısını yekunlaşdırmasını dediyini qeyd etmişdir. O və arvadı İ ddiaçı2 da Cavabdeh1 Nurəddin oğluna az-çox narazılıq varsa, bildirməsini demişlər. Elşad bir az narazı olduğunu büruzə vermişdir. Arvadı İddiaçı2 torpaq alınıb satılmasında halallıq lazım olduğunu bildirmişdir. Ona görə də Cavabdeh1 Nurəddin oğluna 2020-ci ilin yanvar ayında əlavə olaraq 550 manat pul da vermişlər. Onlara məhkəmə olanda özü gələcəyini bildirmişdir. İddia ərizəsinə əlavə edilən Qazbinə bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş, X8 tərəfindən yazılmış 2002-ci il 26 avqust tarixli izahatdan və həmin gün tərtib edilmiş Qazbinə bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş aktdan da bəlli olur ki, ilk növbədə 0.49 ha torpaq ailə başçısı və mülkiyyətçi olan X8 tərəfindən iddiaçılara ömürlük verilmiş, qalan 0.25 ha torpaq sahəsi də digər mülkiyyətçi olan Cavabdeh2 tərəfindən 11 avqust 2004-cü il tarixdə yazılmış və Qazbinə bələdiyyəsi tərəfindən təsdiq edilmiş izahat və ərizə əsasında onlara daimi olaraq digər mülkiyyətçilərin razılığı ilə verilmişdir. Balakən Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakim Z.Tahirov, iş № 2(019)-136/2021) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Nurəddin oğluna, Aslanova (Əliyeva) Maral Rüstəm qızına, Cavabdeh3 Nurəddin oğluna, Cavabdeh5 Nurəddin qızına və Cavabdeh4 Nurəddin qızına qarşı JN-435 KOD 40108018 nömrəli Dövlət Aktı üzrə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 0.74 ha torpağa alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi; hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilməsi q ət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq üzərində sərəncam verməklə bağlı əqdlər (alqı-satqı, bağışlama və sair) yazılı formada bağlanmalı, notariat qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Qanunla müəyyən olunmuş forma tələblərinə riayət edilməməklə bağlanmış əqd etibarsızdır, yəni heç bir hüquqi nəticələrə səbəb olmur. İş materialları ilə İddiaçı1 və İddiaçı2 ilə X8 və onun ailə üzvləri arasında 0.74 ha torpaq sahəsinin alqı-satqısı və ya bağışlanması barədə hər hansı müqavilənin bağlanması müəyyən olunmur. X12 25 iyul 2020-ci il tarixdə vəfat etmişdir. Hazırki iddia üzrə bağlaniması ehtimal edilən əqdin bu və ya digər formada və ya ad altında etibarlı hesab edi lməsi isə mərhum X5 vərəsələrinin və JN-435 KOD 40108018 saylı Torpağa Mülkiyyət Hüququna X32 üzrə digər torpaq mülkiyyətçilərinin 0.74 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olardı ki, bu da yolverilməzdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, mülkiyyət hüquqları qanunla qorunur və qanunda göstərilmiş hallardan başqa heç kim mülkiyyətindən məhrum edilə bilməz. 0.74 ha torpaq sahəsi mülkiyyətçilərinin həmin 0.74 ha torpaq sahəsinə mülkiyyət hüququna müdaxilə üçün isə hazırki iş üzrə qanunda göstərilən hallar və əsaslar mövcud deyildir. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2021-ci qətnaməsi ilə (hakimlər İ.Şükürov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və R.Rəfiyev, iş № 2(107)858/2021) iddi açılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(019)-136/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin sərgilədiyi hüquqi mövqe ilə razılaşır. İddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçı həmin torpaq sahəsini hansı məbləğə almasına dair dəlil əlavə etməmiş, alqı-satqı müqaviləsi bağlandığı halda isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş hər hansı pul məbləğini (qiyməti) ödəməsinə dair də sübutunu əlavə etməmişdir. Bu da onu göstərir ki, əqdə onun mövcudluğu prizmasından yanaşsaq belə iddiaçı müqavilə üzrə ödəməli olduğu məbləğin cavabdehlərə ödəməsi öz təsdiqini tapmır. Belə olan halda, iddiaçının müqav ilə üzrə bütün öhdəlikləri yerinə yetirməsi, başqa sözlə əqdi tamamilə icra etməsi barədə iş materiallarında hər hansı sübut mövcud deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı1 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-858/2021 nömrəli iş üzrə 29 aprel 2021-ci il tarixli qətnaməsini ləğv edərək, mülki işi baxılması üçün yenidən apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olm amışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apelyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə r eyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tut ulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətn aməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əs asən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş mat erialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-858/2021 nömrəli iş üzrə 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar