Məhkəmə qərarları › İş №2(102)-519/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-519/2024

14.03.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-519/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü X1 Xidməti ) qarşı iş üzrə QƏRARİ iş № 2(102)-519/2024 (Açar sözlər: iddia müddəti, əmək haqqının ödənilməsi ) Kateqoriya:Əmək mübahisələri  əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 Xidməti) qarşı “pu l” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4858/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 mart 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 2009-cu ilin iyun ayından 2021-ci ilin mart ayının 31-dək işəgötürən Cavabdeh məxsus iş yerində avtobus sürücüsü vəsifəsində işləmiş, işlədiyi illər ərzində ona cavabdeh tərəfindən əmək haqqı tam ödənilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh sürücü işlədiyi 12 il müddət ində ödənilməmiş əmək haqqının orta hesabla 1 ay üçün 300 manat olmaqla, cəmi 43200 manat pulun (əmək haqqının) tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, o, o, 2009-cu ilin iyun ayının 1-dən 31 mart 2021-ci il tarixə kimi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi DANX "xxxx" MMC-nin Sumqayıt Regional Bölməsində “Xırdalan - Goradil qəsəbəs - Quşçuluq” marşurutu üzrə hərəkət edən marşrut avtobusunda (2009- cu idən 2011-ci ilə qədər 249 saylı avtobus olub, 2011-ci ildən 2021-ci ilədək isə 149 saylı avtobus olub) sürücü işləmişdir. Sürücü işlədiyi 12 il ərzində cavabdeh tərəfindən ona heç bir əmək haqqı və məzuniyyət pulu ödənilməmişdir. Həmin dövr üçün ödənilməmiş əmək haqqının ona ödənilməsi barədə cavabdehə pretenziya qaydasında müraciət etmiş, lakin cavabdeh tərəfindən heç bir addım atılmamışdır.

4. Məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iddianı müdafiə edərək bildirdi ki, iddiaçı 2008-ci ildən sürücü işləmiş, əmək haqqı gündəlik ödənilmişdir. Lakin onun əmək müqaviləsi 2014-cü ildə bağlanmışdır. Bank tərəfindən təqdim olunmuş çıxarışdan görünür ki, iddiaçının hesabına yalnız 2020-ci ildə üç aylıq əmək haqqı köçmüşdür. İddiaçı ilə əmək müqaviləsinə 2021-ci ilin mart ayında xitam verilmişdir. Buna baxmayaq ona əmr təqdim olunmamış, son haqq-hesab ödənilməmişdir. İddia müddətinin tətbiqi barədə cavabdehin təqdim etdiyi ərizəni əsassız sayır. Hesab edir ki, məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş müddət ötürülməmişdir. Ona görə ki, i ddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, lakin aidiyyət qaydalarının pozulmasına görə iddia ərizəsi məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra 2022-ci ilin iyul ayında mediasiya təşkilatına müraciət edilmişdir. Yəni iddiaçı vaxtında Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, lakin cavabdehin rəsmi qeydiyyat ünvanı Suraxanı rayonu ərazisində olduğundan iddia ərizəsi geri qaytarılmışdır. Hesab edir ki, bu vəziyyətdə iddia müddəti ötürülməmiş hesab edilərək iddia təmin edilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə təqdim edilən iddiaya etirazın məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı göstərdiyi illərdə cavabdehin yanında sürücü işləmişdir. İlk vaxtlar tərəflər arasındakı müqavilə şifahi olsa da, əmək haqqı işəmuzd formada ödənilmişdir. 2014-cü ildən əmək müqaviləsi qanunun tələbinə əsasən sistemə yüklənmiş, əmək haqqı isə minimum həddə - 250 manat məbləğində müəyyən edilərək iddiaçını bank hesabına köçürülmüşdür. Əgər iddiaçının bildirdiyi kimi 13 il işləyib əmək haqqı almamışdırsa, bununla bağlı cavabdehə iradını bildirə və ya qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilərdi. Onun qeyd etdiyi kimi bütün bu müddət ərzində heç bir əmək haqqı almadan işləməsi absurd olmaqla ağlabatan deyil. Onu da qeyd etdi ki, artıq həmin vaxtdan 5 il keçdiyindən mühasibat sənədləri məhv edilmişdir. Hər bir halda iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini də ötürmüşdür və bununla bağlı məhkəməyə əriz ə təqdim edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-561/2023 nömrəli iş üzrə 07 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi ilk növbədə iddiaçının 2009-cu ildən 2021-ci ilədək işlədiyi müddətdə heç bir əmək haqqı almamasına və yaxud özünün dediyi kimi 3-5 manat müqabilində 12 il ərzində avtobus sürücüsü işləməsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının bu dəlilləri heç də inandırıcı və ağlabatan deyil. Belə ki, 12 il ərzində iddiaçının heç bir əvəz ödənilmədən, demək olar ki, tam təmənnasız şəkildə avtobus sürücüsü işlədiyini iddia etməsi və məh kəmə iclasında bu illər ərzində əmək haqqı almamasına baxmayaraq hansı səbəbdən işləməyə davam etməsi ilə bağlı heç bir ağlabatan izah verə bilməməsi onun bu dəlillərinin həqiqətə uyğun olmadığını göstərir.

8. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2020 – xx.xx.2020-ci illər üzrə bank hesabına köçürmələri özündə əks etdirən hesab çıxarışdan görünür ki, iddiaçının hesabına “əmək haqqı” təyinatı ilə xx.xx.2020-ci il tarixdə 90 manat; xx.xx.2020-ci il tarixdə 72 manat; xx.xx.2020-ci il tarixdə 244.77 manat; xx.xx.2020-ci il tarixdə 63.3 manat olmaqla, cəmi 470.07 manat məbləğində pul köçürülmüşdür.

9. Məhkəmənin mövqeyinə əsasən iddia tələbinin əsasını təşkil edən hallardan biri tərəflər arasında bağlanmış əmək müqaviləsində işçinin aylıq əmək haqqının minimum əmək haqqı məbləğində müəyyən edilməsidir ki, işin bu halını cavabdeh tərəf də mübahisələndirməmişdir. Cavabdeh bunu mübahisələndirə də bilməz, çünki aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz (Azərbaycan Respublikasının Əmək Məcəlləsi, maddə 155, 3-cü bənd). Lakin cavabdeh bu əmək haqqının bir hissəsinin əlbəəl, bir hissəsinin isə bank hesabına köçürmə yolu ilə ödənildiyini iddia etmişdir.

10. Məhkəməyə iddiaçının işlədiyi dövrün yalnız qısa bir hissəsi (2020-ci ilin dörd ayı) üzrə hesaba köçürülən əmək haqqını göstərən hesabdan çıxarış təqdim edilmişdir. Həmin çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya həmin dövr üçün dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məblə ğindən az məbləğdə əmək haqqı ödənilmişdir. Belə ki, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli sərəncamına əsasən 2019-cu ilin sentyabr ayının 1-dən minimum aylıq əməkhaqqının məbləği 250 manat məbləğində müəyyən edilmiş, bu sərəncamın minimum əmək haqqının məbləği ilə bağlı hissəsinə edilmiş növbəti dəyişiklik (minimum əmək haqqının 300 manat məbləğində müəyyən edilməsi) 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minmişdir.

11. Göründüyü kimi xx.xx.2019 – xx.xx.2022-ci il tarixləri arasında Azərbaycan Respublikasında minimum əmək haqqı 250 manat məbləğində olmuşdur. Bu vəziyyətdə 2020-ci ilin dörd ayı üçün hesabına cəmi 470.07 manat məbləğində əmək haqqı köçürülmüş iddiaçı minimum əmək haqqından daha az məbləğdə əmək haqqı al mışdır.

12. Cavabdehin iddiaçıya ödənilən əmək haqqının bir hissəsini onun kart hesabına köçürməsi, bir hissəsini isə iddiaçıya əlbəəl verməsi ilə bağlı dəlilərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia etdiyi bu hallarla bağlı sübutetmə yükü cavabdehin üzərinə düşür. Hazırkı işdə isə cavabdeh nəinki iddiaçıya etdiyi əlbəəl ödənişləri sübuta yetirə bilmiş, hətta iddiaçıya bank hesabı vasitəsilə ödənilmiş əmək haqqı ödənişləri, əmək haqqından tutulmalar və s. kimi adi mühasibat hesablamalarını göstərən sənədləri belə məhkəməyə təqdim edə bilməmişdir. Halbuki işə götürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib etməli və saxlanmas ını təmin etməlidir. İşçinin də öz növbəsində bu məlumatları əldə etmək hüququ var.

13. Cavabdeh bu sənədləri məhkəməyə təqdim etməmiş, bunun səbəbini isə həmin sənədlərin saxlanması üçün qanunda nəzərdə tutulmuş 5 il müddət keçdiyindən onların məhv edilməsi ilə izah etmişdir.

14. Bununla bağlı məhkəmə cavabdehin nəzərinə çatdırır ki, işçinin iş fəaliyyəti dövründə onun əmək müqaviləsində mütləq şəkildə göstərilməli bütün vəzifələri və hüquqlarının (əmək haqqı, məzuniyyət hüququnun həyata keçirilməsi və s. daxil olmaqla) həyata keçirilməsi barədə məlumatları təqdim etmək onun vəzifəsidir. Əmək Məcəlləsinin 86-cı maddəsində nəzərdə tutulan 5 illik müddət işçi ilə işəgötürən arasında əmək münasibətlərinə xitam verildikdən sonrakı müddəti nəzərdə tutur ki, bu müddət əmək qanunvericiliyinə u yğun olaraq və əmək mübahisələrinə baxılması üçün müəyyən edilmiş müddətlərə mütənasib olaraq əmək mübahisələrinin zaman etibarı ilə həll edilməsinin mümkünlüyünə şərait yaratmaqla, sübutların əldə edilməsini əlçatan edir. Bunun davamı olaraq əmək qanunvericiliyi əmək müqavilələrinin, onlara aparılan dəyişikliklərin, verilmiş əmrlərin (sərəncamların, qərarların) məhv edilməsini qadağan edir.

15. Odur ki, məhkəmə cavabdehin həmin dövrdən 5 il müddət keçdiyini əsas gətirərək işçi ilə aralarında bağlanmış əmək müqaviləsinin və maliyyə sənədlərinin məhv edilməsi barədə dəlillərini qanunauyğun hesab etmir. Həmçinin, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyy ən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

16. Beləliklə, iddiaçının irəli sürdüyü dəlilləri təkzib edən sübutların cavabdeh tərəfindən məhkəməyə təqdim edilə bilməməsini nəzərə alan məhkəmə iddiaçının işlədiyi dövr üçün cavabdeh tərəfindən ona ödənilməli olandan daha az məbləğdə əmək haqqı ödənildiyi və bununla da iddiaçının hüquqlarının pozulduğu nəticəsinə gəlir.

17. İşin mübahisəsiz hallarında biri də iddiaçının əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş olmasıdır. Belə ki, cavabdeh bununla bağlı ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə olan əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verildiyini, həmin vaxtdan iki ilə yaxın vaxt keçdiyini və iddiaçının məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş bir illik iddia müddətini ötürdüy ünü əsas gətirərək, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

18. Tərəflərin hər ikisi mübahisələndirmədən qəbul edir ki, onlar arasındakı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli qərardadından belə görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə birinci dəfə xx.xx.2022-ci tarixində (“Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən) Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsi iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə müəyyən edilmiş əsasla “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilməməsi səbəbindən – geri qaytarmışdır. Bundan dörd ay sonra isə - 2022-ci ilin iyul ayında iddiaçı mediasiya prosesində iştirak etmək üçün mediasiya təşkilatına müraciət etmiş və ona xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Daha sonra iddiaçı yenə dörd ay ərzində heç bir prosessual hərəkət etməmiş, yalnız xx.xx.2022-ci il tarixdə müvafiq iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının daha əvvəl eyni iddia ərizəsi ilə başqa məhkəməyə müraciət etməsi və yaxud mediasiya sessiyasında iştirak etməsi kimi hallar hazırkı işdə iddi a müddətinin ötürülməsinin üzrlü səbəbləri kimi qiymətləndirilə bilməz.

19. Bundan əlavə, məhkəmə hesab edir ki, iddiaçı özünün iddia etdiyi kimi 2009-cu ildən əmək haqqı almadan, yaxud günlük 3-5 manat muzd qarşılığında işləyibsə, onun hüququnun pozulduğunu bildiyi (bilməli olduğu) gün elə 2009-cu il tarixdə ilk əmək haqqını almadığı gündür. Lakin belə görünür ki, iddiaçı həmin gündən sonra bir il ərzində nəinki pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmiş, xx.xx.2021-ci il tarixədək əmək fəaliyyətini davam etdirmişdir.

20. Məhkəmə onu da qeyd edir ki, iddiaçının işçi kimi hüququnun pozulduğunu bildiyi gün əmək müqaviləsinə xitam verildiyi gün (xx.xx.2021) qəbul edilsə belə (hərçənd bu inandırıcı deyil), bu halda da onun tərəfindən qanunla müəyyən edilmiş bir illik iddi a müddəti ötürülməklə məhkəməyə müraciət edilmişdir.

21. Odur ki, məhkəmə iddia müddətinin ötürülməməsi ilə bağlı iddiaçı tərəfin dəlillərini əsaslı hesab etmir. Bundan başqa, iddiaçı özü məhkəmə iclasında verdiyi izahatda iddia müddətini ötürməsini həm də qanunu bilməməsi ilə əsaslandırmışdır ki, bu hal da müddətin ötürülməsinin üzrlü səbəbi kimi qiymətləndirilə bilməz.

22. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə iddiaçının 2009-cu ildən 2021-ci ilin mart ayınadək heç bir əmək haqqı almadan əmək fəaliyyəti ilə məşğul olmasına dair iddiasını tam əsaslı saymasa da, işəgötürən kimi bu sənədləri saxlamağa borclu olan cavabdehin iddiaçının əmək fəaliyyəti, eləcə də bu fəaliyyət dövründə ona ödənən əmək haqqı ilə bağlı heç bir sənədi məhkəməyə təqdim edə bilməməsini, iddiaçının təqdi m etdiyi hesabdan çıxarış məlumatlarından isə həmin dövr üçün əmək haqqının tam ödənilmədiyinin görünməsini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya gördüyü işə görə əmək haqqı tam ödənilməmiş, bununla da işəgötürən (cavabdeh) tərəfindən işçinin (iddiaçının) hüquqları pozulmuşdur. Bununla belə iddiaçı hüquqlarının pozulduğunu bildiyi (bilməli olduğu) gündən bir il müddətində pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmədiyindən iddia müddətini ötürmüşdür. Odur ki, iddia təmin edilə bilməz.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3, 81, 85, 86, 154, 155, 157, 173, 177, 296-cı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372, 375, 377-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraa t

24. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-4561/2023 saylı qətnaməsini ləğv edərək, apellyasiya şikayətim təmin olunmaqla cavabdehdən 43200 manat pulun tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayətinin bir sıra dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir.

26. Əlavə olaraq apellyator qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ona göndərilməmişdir. O asan imza aldıqdan sonra portaldan qətnaməni yükləyib. Ona görə də müddəti ötürməyib. İşəgötürən iddia etmişdir ki, 5 il müddət ötdüyü üçün onunla bağlı sənədlər məhv edilmişdir. Lakin qanunvericiliyin tələbindən də aydın olur ki, həmin sənədlər 5 ilin tamamında məhv edilm əli deyildi, dövlət arxivinə təhvil verilməli idi. Göründüyü kimi, bu iş üzrə işəgötürən tərəfindən kobud qanun pozuntularına yol verilmişdir. Məhkəmə isə bu sadalanan hüquqpozmalar barəsində məsuliyyət məsələsini həll etməmiş, onu açıq saxlamışdır. Bu epizodda işçini qeyri-rəsmi işlətməklə bağlı işəgötürənin barəsində vergi orqanı operativ vergi nəzarətini və növbəti səyyar vergi yoxlamasını həyata keçirtməli və işəgötürənin barəsində maliyyə sanksiyası tətbiq etməli idi. Lakin məhkəmə hüquq-mühafizə orqanı qismində Dövlət vergi Xidmətinə bu hüquqpozma barəsində heç bir məlumat verməmişdir. Belə olduğu halda, onun həm əmək haqqı ödənilməmiş, həm də işəgötürən məsuliyyətdən kənarda saxlanılmışdır. Göründüyü kimi, işəgötürən onu qeyri-rəsmi işlətdiyini özü də etiraf etmişdir. O işə başladıq dan sonra 5 iş günü ərzində ona əmək kitabçası açılmalı idi. Odur ki, işəgötürən öz öhdəliklərini yerinə yetirmədiyi üçün onun qarşısında maddi məsuliyyət daşımalıdır. Bu halda məhkəmə xüsusi qərardad çıxardıb ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora xəbər verməli idi. Məhkəmə isə yuxarıda sadaladıqları daxil olmaqla, bunların heç birini təmin etməmişdir. Sual olunur ki, elementar səlahiyyətlərini həyata keçirə bilməyən məhkəmə onun pozulmuş əmək hüquqlarımı bərpa edə bilərmi? Odur ki, bu qətnamə apellyasiya qaydasında ləğv edilməsi və əmək haqqının ona geri ödənilməsi təmin edilməlidir. Bu iş üzrə isə məhkəmə onun işin hallarını nəzərə almamış, görməzdən gəlmişdir. Hesab edir ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. İş materiallarından da aydın olur ki, işəg ötürən müəyyən zaman kəsiyində onun kartına minimum əmək haqqından az olan məbləği köçürtmüşdür. Bu inzibati məsuliyyətə səbəb olur ki, məhkəmə bu barədə heç bir tədbir görməmişdir.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4858/2023 nömrəli mülki iş üzrə 11 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Suraxanı rayon Məhkəməsinin 2(010)-561/2023 saylı, 07 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı 2009-cu ilin iyun ayından 2021-ci ilin mart ayınadək işəgötürən Ca vabdeh məxsus iş yerində avtobus sürücüsü vəsifəsində işlədiyi dövr üçün ödənilməmiş əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

29. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi iddia müddəti keçdiyinə görə təmin edilməmişdir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki tələb üzrə iddia müddəti ötürülmüşdür.

31. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə 31 mart 2021-ci il tarixdə xitam verilmişdir.

32. Göründüyü kimi iddiaçının hüququnun pozulduğunu bildiyi vaxt 31 mart 2021-ci il olmuşdur. İddiaçı iddia ərizəsilə məhkəməyə xx.xx.2022-ci ildə müraciət etmişdir. Göründüyü kimi iddiaçı vaxtında müraciət etmişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən - “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilməməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır.

33. Bundan sonra iddiaçı tərəfindən qərardadda göstərilmiş nöqsanın aradan qaldırılması üçün 2022-ci ilin iyul ayında mediasiya prosesində iştirak etmək üçün mediasiya təşkilatına müraciət edilmiş və xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. İddiaçı bundan sonra arayışı əldə etdiyi vaxtdan 3 aydan çox vaxtdan keçdikdən sonra 29 noyabr 2022-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

34. Beləliklə, iddiaçı hüququnun pozulduğunu 31 mart 2021-ci il tarixdə bilməklə iddia müddətinin axımı başlamış, xx.xx.2022-ci ildə tarixdə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etsə də mülki prosessual qanunvericiliyin tələbinə uyğun şəkildə iddia ərizəsi vermədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılmış, 2022-ci ilin iyul ayında mediasiya prosesində iştirak etmək üçün mediasiya təşkilatına müraciət edilməsi ilə müddətin axımı dayanmış, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın verilməsi ilə müddətin axımı bərpa olunmuşdur. İddiaçı hazırki iddia ərizəsi ilə 29 noyabr 2022-ci il tarixdə müraciət etmişdir.

35. Göründüyü kimi, iddiaçı tərəfindən ilkin olaraq vaxtında məhkəməyə müraciət edilsə də, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələbinə uyğun olmadığına görə geri qaytarılmışdır. Lakin bundan sonra iddiaçı tərəfindən yol verilmiş nöqsanlar ağlabatan müddətdə aradan qaldırılmamış və bu hal iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətin üzrlü səbəbdən ötürülməsi kimi qiymətləndirilməməlidir.

36. Hazırkı halda iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

37. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsaslanaraq iddia tələbi nin rədd edilməsi qənaətinə gəlmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı ona ödənilməyən əmək haqqı məbləğinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən işə iddia tələbi həddində baxılaraq yekun məhkəmə aktı qəbul edilmişdir.

39. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.2, 375.1, 375.2, 377.1-ci, "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 21.5, 21.6, 32.4.2, 35.1, 35.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv e dilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

41. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquqi qiymət verilərkən Bakı Apellyasiya Məhkəməsi tərəfindən istinad olunan maddi hüquq normalarının tələbləri nəzərə alınmamış, həmin normalar mübahisəyə düzgün tətbiq edilməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, hazırki tələb üzrə iddia müddətinin ötürüldüyü qənaətinə gəlsə də, işin faktiki hallarından məlum olur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixində Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçının hüququnun pozulduğunu bildiyi vaxt 31 mart 2021-ci il olmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə ilkin iddia verilərkən 1 illik iddia müddəti ötürül məmişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Əsas olaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsi - “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilməməsi göstərilmişdir.

42. Kassator qeyd etmişdir ki, iddiaçı tərəfindən qeyd edilən nöqsan aradan qaldırılaraq mediasiya təşkilatına müraciət edilmiş və mediasiya təşkilatından müvafiq arayış məhkəmənin qeyd etdiyi kimi xx.xx.2022-ci il tarixində deyil xx.xx.2022-ci il tarixində alındıqdan sonra yenidən məhkəməyə müraciət edilmişdir. Məhkəmə yol verilmiş nöqs anların ağlabatan müddətdə aradan qaldırılmadığını əsas gətirərək 1 illik iddia müddətin ötürülmə səbəblərini üzrlü səbəb kimi qiymətləndirməmişdir. Halbuki məhkəməyə müraciət zamanı iddia müddətinin axımı kəsilir, mediasiya prosesi zamanı isə iddia müddətinin axımı dayandırılır. Məsələ burasındadır ki, iddiaçı iş yerinin tam olaraq harada yerləşdiyini bilmirdi. Sumqayıtda işlədiyi yerin filial olduğunu bilmirdi və məhz bu səbəbdən mediasiya təşkilatından arayış aldıqdan sonra yenidən Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aidiyyəti düzgün seçilmədiyindən iddiaçı yenidən Suraxanı Rayon Məhkəməsinə müraciət etməyə məcbur qalmışdır. Halbuki iddiaçı xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət edərkən və iddia ərizəsi geri qaytarılarkən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-c i il tarixli qərardadında məhkəmə aidiyyəti məsələsinə toxunulmamışdır. Mülki Prosessual Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Lakin məhkəmə tərəfindən iddianın geri qaytarılması ilə bağlı qərardadda məhkəmə aidiyyəti məsələsinə toxunulmadığından iddiaçı yenidən iddia ərizəsini Sumqayıt Şəhər Məhkəməsinə təqdim etmişdir. Bir neçə məhkəmə prosesi keçirildikdən sonra iddiaçıya məhkəmə aidiyyətının düzgün seçilmədiyi bildirilmiş və iddia ərizəsini geri götürərək Suraxanı Rayon Məhkəməsinə müraciət etməli olduğu bildirilmişdir. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı tərəfindən 220 manat dövlət rüsumu ödənilmişdir. Həmin qərardadda rüsumun iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin məbləğin ona geri qaytarılmasını gözləmişdir. xx.xx.2022-ci ildə həmin qərardad iddiaçıya təqdim edilmişdir. Məbləğ isə gec qayıtdığından və qeyd olunan obyektiv səbəblərdən iddiaçı Suraxanı Rayon Məhkəməsinə 29 noyabr 2022-ci il tarixində müraciət etməyə məcbur qalmışdır. Hesab edirəm iddiaçı iradə ifadəsini vaxtında bildirmiş, 1 illik iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, 12, 296-cı, “Mediasiya haqqında” Qanunun 24.7, 35.1, 379, 380-cı maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

44. Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

45. Maddə 3.3 İşəgötürənə verdiyi anlayışa görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.

46. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğun u aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

48. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

49. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

50. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

51. M addə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialla rında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

61. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tə ləblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4858/2023 nömrəli iş üzrə 11 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar