Məhkəmə qərarları › İş №2(102)-5190/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-5190/2021

30.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5190/2021 30.07.2021 ALİ MƏHKƏMƏ İşin icraata qəbul edilməsindən imtina edilməsi barədə Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Nurməmmədov Əhməd Güləhməd oğlu, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-264/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 402-408-ci maddələrinin tələblərinə cavab vermədiyindən, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməmişdir. MPM-in 408.1.3-cü maddəsinə görə kassas iya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməməsi kassasiya şikayətinin qaytarılması üçün əsasdır. Göstərilənlərə əsasən kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.3 və 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-264/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilmədən Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar