Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5192/2021 11.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “X15 Azərbaycan” QSC-yə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliklərinin yerinə yetirilməsi və sığorta məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı və vəkili Vəkil1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-850/2021 n ömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh Sığorta Şirkəti ASC ilə sığortalı İddiaçı arasında bağlanan 18.12.2012-ci il tarixli, MTRP 350021/3 saylı “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası şəhadətnaməsi”nin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus Lexus markalı, LX 570 modelli, **-NR-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi JTJHY00W6A4045418, mühərrik nömrəsi 3UR3059474, rəngi qara metal, buraxılış ili 2010-cu il olan avtomobil Cavabdeh Sığorta Şirkəti tərəfindən 105.000 ABŞ dolları məbləğində sığortalanmışdır. Sığorta mü ddətinin bitmə tarixi 18.05.2015-ci il müəyyən edilmişdir. Sığorta riskləri avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, üçüncü şəxslərin qanunazidd hərəkətləri və təbii fəlakətlər müəyyən edilmişdir. Nərimanov RPİ-nin İŞ-nin cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 iyun 2015-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış materiala əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********** saylı cinayət işi başlanmasına və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilməsinə qərar verilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, İddiaçı 18.05.2012-ci il tarixdə Nərimanov rayonu, M.Araz küçəsində yerləşə n avtomobil alqı-satqı salonundan özünə “Lexsus LX 570” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomaşını 105.000 ABŞ dollarına almaq qərarına gəlmiş, həmin məbləğ onda olmadığından avtomobili “Yapı Kredit Bankın”a girov qoymaqla kredit götürərək pulu ödəmiş, 2014-cü ilin avqust ayında maddi durumu çətinləşdiyinə görə avtomaşını satmaq qərarına gəlmiş və bu barədə “Turbo.az” internet saytına müvafiq məlumatları yerləşdirdikdən sonra avtomobili Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 54 ünvanında yerləşən “Qarant” avtomobil salonuna qoymuş, telefon bağlantıları vasitəsi ilə tanış olduğu X9 17.08.2015-ci il tarixdə qeyd edilən avtomobili almaq istəyini ona bildirməklə avtomobilə görə 12500 nəğd pul ödəməklə banka ödənilməli olan müəyyən edilmiş 2.774 manat məbləğində aylıq ö dənişi 30 ay müddətində ödəyəcəyinə vəd vermiş, elə həmin günü Ramil Mehdiyev qeyd edilən avtomobili özünə deyil, yaxın qohumu kimi təqdim etdiyi X3 alınacağını bildirmiş və sonuncunun İddiaçıla “Qarant” avtomobil salonunda görüşlərini təşkil etmiş, nəticə etibarı ilə Ruslan X1 Ramil Mehdiyevlə razılaşdırılmış şərtlərə uyğun olaraq mülki etibarnamə vermiş və qeyd edilən 12500 manat pulu H.M.Mirnağıyevdən qəbul etmiş, daha sonra X9 qarşısına qoyduğu dələduzluq niyyətinə nail olmaq məqsədi ilə təsvir edilən avtomaşının tanışı X2 adına, daha sonra isə öz adına rəsmiləşdirilməsinə nail olaraq həmin avtomobili ələ keçirməklə naməlum ünvanda gizlədərək vədinə əməl etməmiş və Banka müəyyən edilmiş aylıq ödənişin keçirilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İst intaq İdarəsinin 11 avqust 2016-cı il tarixli fiziki şəxsin zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarından görünür ki, X9 və X11 barələrində Azərbaycan Respublikası CM-nin 178.3.2, 206.3.1, 206.3.2, 206.3.3, 308.2, 313-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə İddiaçı cinayət prosesi iştirakçısı kimi zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı ünvanlanmış 28.10.2016-cı il tarixli 100-20/20-25/013588 nömrəli məktubdan görünür ki, **-NR-*** dövlət nömrə nişanlı “Lexus LX 570” markalı avtomobil X7 tərəfindən 21 avqust 2014-cü il tarixdə Respublika ərazisindən Gürcüstan Respublikasına qaçaqmalçılıq yolu ilə çıxarılmışdır. Həmin faktla bağlı Dövlət Gömrük Komitəsi İstintaq İdarəsində Azərbaycan Respubl ikası CM-nin 178.3.2, 206.3.1, 206.3.2, 206.3.3, 308.2 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq aparılır. Həmin cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin 05 oktyabr 2017-ci il tarixli zərərçəkmiş şəxs kimi tanınma haqqında qərarından görünür ki, aparılmış ilkin istintaq zamanı müəyyən olunmuşdur ki, iş üzrə təqsirləndirilən şəxs X9 və digərləri qabaqcadan əlbir olub bir qrup şəxs halında İddiaçı məxsus “Lexus LX 570” minik markalı, **-NR-*** qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini istintaqa məlum olmayan yolla saxtalaşdıraraq dələduzluq yolu ilə ələ keçirdikdən sonra 22 avqust 2014-cü il tarixdə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublik asından Gürcüstan istiqamətində keçirdərək istintaqa məlum olmayan şəxslərə satmışlar. Həmin cinayət işi üzrə İddiaçı maddi ziyan dəydiyindən zərərçəkmiş şəxs kimi tanınması qərara alınmışdır. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış 03/1200 saylı 24.10.2017-ci il tarixli məktubdan görünür ki, oğurluq faktının müəyyən edilməməsi, dələduzluq nəticəsində dəymiş zərərin riskə aid olmaması sığorta hadisəsinin baş verməməsini sübut etdiyi göstərilmişdir. Göstərilənlərə əsasən sığorta tələbi üzrə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASCdən 105.000 ABŞ dolları məbləğində sığorta ödənişinin və 149.100 ABŞ dollar ı məbləğində dəbbə pulunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sığortalı olan onunla sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC arasında bağlanmış 18 may 2012-ci il tarixli MTRB 350021/3 saylı sığorta müqaviləsinə və 30 may 2012-ci il tarixli 283334 nömrəli kasko sığorta şəhadətnaməsinə əsasən 2010-cu il buraxılış, rəngi qara metal, **-NR-*** dövlət qeydiyyat nişanlı, “Lexus LX 570” markalı minik avtomobili 3 il müddətinə 18.05.2012-ci il tarixdən 18.05.2015-ci il tarixədək 105.000 ABŞ dolları məbləğində sığortalanmışdır. Sığortalanmış avtomobil 12.12.2013-cü ildə 666 nömrəli kredit müqaviləsinə əsasən “X15 Azərbaycan” QSC tərəfindən ipoteka ilə yüklü edilmişdir. Sığortalanmış avtomobil etibarnamə əsasında idarə etmək hüququ ilə 17 avqust 2014-cü ildə X5 verilmişdir. Təqribən 1 ay sonra ona məlum olmuşdur ki, sığorta olunan X4 olan sığortalanmış avtomobil yoxa çıxmışdır. O, dərhal notariat kontoruna müraciət edərək ona verilmiş etibarnaməni ləğv etdirmiş və bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişdir. Onun bu müraciəti ilə əlaqədar Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində ********* №-li cinayət işi başlanmışdır. Qeyd olunan hadisə ilə bağlı onun tərəfindən vaxtında Cavabdeh Sığorta Şirkəti ASC-yə məlumat verilmişdir. Qanunvericilik sığorta hadisəsi barədə sığortaçıya və Azərbaycan Respublikası Daxili İşlər və digər müvafiq orqanlara hadisədən xəbər tutduqdan dərhal sonra məlumat verilməli olduğunu müəyyənləşdirir. Onun tərəfindən göstərilən şərtlərə tam əməl olunmuşdur. Onun sığortalanmış avtomobilin oğurlanması zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə də ərizə ilə müraciət etdiyi nəzərə alınaraq, 2016-cı ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsi tərəfindən o, Dövlət Gömrük Komitəsinə dəvət olunmuş, ona onun və digər şəxslərin avtomobillərini oğurlayan və qaçaqmalçılıq yolu ilə ölkə ərazisindən xaricə çıxardan cinayətkar dəstənin yaxalandığı və ona məxsus **-NR-*** dövlət qeydiyyat nişanlı, “Lexus LX 570” markalı avtomobilin də həmin dəstə tərəfindən oğurlanaraq qaçaqmalçılıq yolu ilə Gürcüstan Respublikasına qaçırıldığı və orada satıldığı bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İstintaq İdarəsinin icraatında olan həmin məsələ ilə bağlı ********* №-li cinayət işi üzrə qə bul edilmiş 11 avqust 2016-cı il tarixli qərarına əsasən o, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Onun cinayət işi üzrə zərərçəkmiş qismində tanınması Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin ona ünvanladığı 28 oktyabr 2016-cı il tarixli məktubda da öz əksini tapmışdır. Bundan sonra Gömrük Komitəsi tərəfindən cinayət işi istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Tədqiqat İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Tədqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin 05 oktyabr 2017-ci il tarixli qərarı ilə o, təkrarən iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. O, sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə dəfələrlə yazılı və şifahi formada müraciət edərək öhdəliyinin yerinə yetirilməsini xahiş etsə də, cavabdeh buna mənfi münasibət bildirmişdir. Ona ünvanladığı 03/1200 saylı 24 oktyabr 2017-ci il tarixli cavabında sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC göstərmişdir ki, oğurluq hadisəsi baş vermədiyindən sığorta ödənişini etməkdən imtina edir. Halbuki istintaq materialları ilə sübut olunmuşdur ki, iş üzrə təqsirləndirilən şəxs X9 və digərləri qabaqcadan əlbir olub bir qrup şəxs halında ona məxsus “Lexus LX 570” minik markalı, **-NR-*** qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini istintaqa məlum olmayan yolla saxtalaşdıraraq dələduzluq yolu ilə ələ keçirdikdən sonra 22 avqust 2014-cü il tarixdə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətinə keçirdərək istintaqa məlum olmayan şəxslərə satmış lar. Beləliklə məlum olur ki, törədilmiş cinayət nəticəsində iddiaçıya məxsus sığortalanmış avtomobil yoxa çıxmış, ona xüsusilə külli məbləğdə maddi zərər dəymiş, yəni sığorta hadisəsi baş vermişdir. Cavabdeh Sığorta Şirkəti ASC ilə iddiaçı arasında bağlanmış sığorta müqaviləsinə və 283334 №-li kasko sığorta şəhadətnaməsində göstərilənlərə əsasən sığortalı - o, İddiaçıdur, Sığorta olunan minik avtomobilinin idarə edilməsinə hüquq verən qüvvədə olan sürücülük vəsiqəsinə malik olan və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq sığortalı tərəfindən yazılı şəkildə verilmiş və notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında səlahiyyətləndirilmiş istənilən fiziki şəxsdir, Faydalanan şəxs “X15 Azərbaycan” ASC-nin Azadlıq filialıdır, minik avtomobillərinin sığortası - sığorta riskləri - avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, oğurluq, quldurluq və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, üçüncü şəxslərin qanunazidd hərəkətləri və təbii fəlakətlərdir. Beləliklə bu müqaviləyə əsasən avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, oğurluq, quldurluq və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, üçüncü şəxslərin qanunazidd hərəkətlərinə görə sığorta hadisəsi baş vermişdir və cavabdeh öhdəliklərini icra etməlidir. O, sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC-nin baş ofisinə gələrək sığorta hadisəsinə dair ərizə ilə müraciət etmiş və sığorta ödənişinin verilməsini xahiş etmişdir. Onun dəfələrlə sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə müraciətlərinə baxmayaraq, sığortaçı məlum olmayan səbəblərdən sığorta ödənişinin verilməsin dən əsassız yayınmışdır. Bu isə qeyri-qanuni olduğundan yolverilməzdir. “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta Qaydalarının” 24-cü maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qaydalarla müəyyən olunmuş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir və bu da 1400 gün üçün 149.100 ABŞ dolları təşkil edir. Sığorta şəhadətnaməsindən göründüyü kimi oğurluq, quldurluq, qaçırma, soyğunçuluq, üçüncü şəxslərin qanunazidd hərəkətləri, təbii fəlakətlər riski ilə sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC avtomobilin sığortasına sığorta təminatı vermişdir. Lakin qanunvericiliyin müddəalarına baxmayaraq, sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC qanunların tələblərini pozur və əsassız olaraq sığo rta ödənişinin icrasından imtina edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim P.Hüseynov, iş № 2(006)-2852/2018) İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “X15 Azərbaycan” QSC göstərilməklə) müqavilə öhdəliklərinin yerinə yetirilməsi və sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırda iddiaçı ona məxsus avtomobilin oğlurlandığını, buna görə də sığorta hadisəsinin baş verməsini iddia edərək, Ca vabdeh Sığorta Şirkəti ASC-dən 105.000 ABŞ dolları məbləğində sığorta ödənişinin və 149.100 ABŞ dolları məbləğində dəbbə pulunun ona ödənilməsini xahiş edir. Lakin iddiaçı onun avtomobilinin oğurlanmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. İş materialları və tərəflərin məhkəmə baxışı zamanı verdikləri izahatlarla müəyyən edilir ki, cinayət işi dələduzluq faktına görə başlanılmışdır. Dələduzluq əməli isə tərəflər arasında imzalanmış sığorta şəhadətnaməsinə əsasən sığorta risklərinə daxil edilməmişdir. Cavabdeh sığorta şirkəti tərəfindən də oğurluq faktının müəyyən edilməməsi, dələduzluq nəticəsində dəymiş zərərin sığorta riskinə aid olmaması, nəticə etibarı ilə sığorta hadisəsinin baş verməməsi əsas gətirilərək sığorta tələbi üzrə sığorta ödənişinin verilməsindən imtina edi lmişdir. Ümumiyyətlə, iddiaçı tərəflər arasında imzalanmış sığorta şəhadətnaməsində müəyyən edilmiş sığorta risklərindən hər hansı birinin baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Göründüyü kimi, sığorta hadisəsi baş verməmişdir və cavabdehin sığorta ödənişinin həyata keçirilməsindən imtinası əsaslıdır. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2019-cu qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov, iş № 2(103)1283/2019) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2852/18 saylı, 22 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin qism ən təmin edilməsi, Cavabdeh sığorta şirkəti ASC-dən (105.000 ABŞ dollarından 1000 ABŞ dolları şərtsiz azadolma məbləğ çıxılmaqla) cəmi 104.000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) sığorta məbləğinin, məhkəmə xərcləri üçün 45 manat (30 manat və 15 manat) alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin dəbbə puluna aid hissədə təmin olunmaması qət edilmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, sığorta müqaviləsinə əsasən sığorta obyekti olan İddiaçı məxsus “Lexus LX 570” minik markalı, **-NR-*** qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini bir qrup şəxs istintaqa məlum olmayan yolla saxtalaşdıraraq dələduzluq yolu ilə ələ keçirdikdən sonra, 22 avqust 2014-cü il tarixdə qaçaqmalçılıq yolu i lə Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçirdərək istintaqa məlum olmayan şəxslərə satmışlar. Həmin cinayət işi üzrə iddiaçı zərərçəkmiş şəxs kimi tanınmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 may 2017-ci il (iş №1(088)-10/2017) tarixli hökmü və Gəncə Apelyasiya Məhkəməsinin 23 aprel 2018-ci il (iş № 1(104)-07/2018) tarixli qərarından müəyyən olunmuşdur ki, A.Əliyev və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında 2014-cü ilin müxtəlif aylarında ayrı-ayrı şəxslərin mülkiyyətində olmuş müxtəlif markalı avtomobilləri yalan bəyan etmə və aldatma yolu ilə, habelə «müvəqqəti ixrac» gömrük proseduru adı altında rəsmiləşdirərək Azərbaycan Respublikası ərazisindən Gürcüstan Respublikası istiqamətində çıxararaq istintaqa məlum olmayan şəxslərə satmaqla külli miqdarda qa çaqmalçılıq cinayətlərini törətmişlər və bu cinayət əməllərinə görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2 və 308.2-ci mddələri ilə təqsirli bilinərək məhkum olunmuşlar. Cavabdeh məhz oğurluq faktının müəyyən edilməməsi, dələduzluq nəticəsində dəymiş zərərin isə tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta riski kimi nəzərdə tutulmaması səbəbindən sığorta ödənişini verməkdən imtina etmişdir. İddiaçı isə ona məxsus sığortalanmış avtomobilinin oğlurlandığını-talandığını, başqa sözlə yoxa çıxdığını və buna görə də sığorta hadisəsinin baş verməsini iddia edərək, cavabdehdən 105.000 ABŞ dolları məbləğində sığorta ödənişinin və 149.100 ABŞ dolları məbləğində dəbbə pulunun ona ödənilməsini xahiş edir. Tərəflər arasında etibarlı sığorta müqaviləsinin olması, eləcə də iddiaçının sığortalanmış avtomobilinin yoxa çıxmasının da məhz həmin müqavilənin qüvvədə olduğu vaxt ərzində baş verməsi mübahisəsiz olsa da, baş vermiş hadisənin sığorta hadisəsi hesab olunub-olunmaması məsələsində tərəflər tam fərqli mövqedədirlər. Hazırkı mübahisənin həlli də məhz bu məsələnin müəyyən edilməsindən asılıdır, bu isə öz növbəsində tərəflər arasında bağlanmış 18.05.2012-ci il tarixli sığorta müqaviləsinin sığorta risklərinin dairiəsini müəyyən edən 5.1-ci bəndinin düzgün təfsirinə bağlıdır. Dələduzluq cinayəti qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bir sıra, o cümlədən də oğurluq, quldurluq, soyğunçuluq, qaçırma cinayətləri kimi mülkiyyət əleyhinə olan cinayət olduğundan həmin Məcəllənin «mülkiyyət əleyhinə olan cinayətlər» adlı XXİİİ Fəslində yer almışdır. Həmin Fəsildə yer almış cinayətlərin hamısı özgə əmlakının qanunsuz olaraq, cinayət yolu ilə, həm də müxtəlif üsullarla (gizli, açıq, aldatma, etibardan sui-istifadə etmə, basqın, hədə-qorxu gəlmə və s.) talanması və ələ keçirilməsini nəzərdə tutur. Qeyd edildiyi kimi, cavabdeh imtinanın əsası kimi tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta riskləri sırasında yalnız avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, üçüncü şəxslərin qanuna zidd hərəkətləri və təbii fəlakətlərin nəzərdə tutulduğunu, dələduzluğun qeyd olunmadığını göstərmişdir. Bununla belə, nümayəndə başqa sığorta risklərinin, o cümlədən də dələduzluğun da ayrıca sığorta riski kimi müəyyən olunduğu sığorta mü qavilələrinin olduğunu bildirsə də, vaxt verilməsinə baxmayaraq, fərqli sığorta risklərinin, xüsusən də dələduzluğun sığorta riski kimi müəyyən olunduğu hər hansı müqaviləni məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab etmişdir ki, cavbdehin imtinasının əsası kimi tərəflər arasında bağlanmış müqavilədə sığorta riskləri sırasında özgə əmlakının ələ keçirilməsi və talanmasının üsullarından biri kimi dələduzluğun xüsusi olaraq göstərilmədiyi ilə bağlı dəlili əsaslı sayıla bilməz. Çünki tərəflər arasında bağlanmış sığorta müqaviləsinin sığorta risklərinin dairəsini müəyyən edən 5.1-ci bəndini təhlil etdikdə müəyyən olunur ki, həmin sığorta riskləri sığortalının iradəsindən kənar onun avtomobilinə vurula (yetirilə) biləcək hər cür zərəri və ya onun ən müxtəlif ü sullarla talanmasını nəzərdə tutur. Belə olan halda aydın olur ki, sığorta risklər sırasında üçüncü istiqamət kimi mülkiyyət əleyhinə cinayətlərin bir neçəsi - oğurluq, quldurluq, qaçırma və soyğunçuluq sadalansa da, əslində bu istiqamət Azərbaycan Respublikasının Cinayət Məcəlləsində «mülkiyyət əlehinə olan cinayətlər» adlı XXİİİ Fəslində yer almış istənilən, o cümlədən də dələduzluq cinayət əməlləri nəticəsində sığortalanmış avtomobilin müxtəlif üsullarla talanması, ələ keçirilməsi və sahiblikdən çıxarılmasını (yox edilməsini) nəzərdə tutur. Demək ki, dələduzluq cinayəti yolu ilə iddiaçının avtomobilinin talanması, ələ keçirilməsi, başqa sözlə yoxa çıxması tərəflər arasında bağlanmış avtomobilin tam (KASKO) sığortası müqaviləsində nəzərdə tutulmuş sığorta riskləri ilə əhatə olunur və bu hal sığorta hadisəsi hesab olunur. Tərəflər arasında bağlanmış müqavilədə sığorta riskləri içərisində «...üçüncü şəxslərin qanuna zidd hərəkətləri» də qeyd edilmişdir. Həmin sığorta riski dairəsi də kifayət qədər geniş məzmunludur. Bunun özü də yuxarıda qeyd olunan qənaətin əsaslı olduğunu təsdiq edir. Hər hansı əks yanaşma, yəni müqavilənin həmin bəndinin dar (məhdud) təfsiri tərəflərin hazırkı müqaviləni bağlayarkən nəzərdə tutuduqları həqiqi iradə ifadəsi, eləcə də minik avtomobilinin tam sığortası (KASKO) müqaviləsinin mahiyyətinə zidd olardı. Hamılıqla qəbul olunmuş ümumi prinsip ondan ibarətdir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə müqavilədəki söz və ifadələrin hərfi mənası ilə bağlı deyil. Bu zaman, məhkəmə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, həm də ağlabatan müha kimə əsasında müəyyən etməlidir. Müvafiq olaraq, Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının sığorta ödənişinin verilməsiylə bağlı tələbi əsaslıdır və təmin olunmalıdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 26 iyul 2019-cu qətnaməsi ilə (hakimlər V.İbayev (sədrlik edən və məruzəçi), M.Əhmədova və Ə.Əliyev, iş № 2(102)-5213/2019) Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd olunanlar müzakirə edilmiş və cavabdehin həmin dəlillərinə münasibət bildirmişdir. M əhkəmə kollegiyası həmin məsələlərlə bağlı apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması barədə dəlillərini də əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Konstitusiya Məhkəməsində icraat Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 17 dekabr 2019-cu il tarixli qərarı ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və sığorta məbləğinin ödənilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Konstitusiya Məhkəməsi hesab etmişdir ki, Ali Məhkəmənin Mülki Kollegiyası mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə tam əməl etməmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi hüquq normalarının pozulmasına düzgün qiymət verməyərək qətnaməni dəyişdirmədən saxlamış, nəticədə ərizəçinin Konstitusiyanın 29 və 60-cı maddələrində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə Ali Məhkəmənin Plenumunda icraat Ali Məhkəmənin Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarı ilə (iş № 13(102)4(k)/2020) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)5213/2019 nömrəli, 26 iyul 2019-cu il tarixli qərarı və onunla bağlı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1283/2019 nömrəli, 18 yanvar 20 19-cu il tarixli qətnaməsi ləğv edilərək iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, İddiaçı və Cavabdeh Sığorta Şirkəti ASC arasında bağlanılmış sığorta müqaviləsindən və “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası Şəhadətnaməsi”ndən göründüyü kimi, tərəflər avtomobilin sığorta riskləri bölməsinə yalnız oğurluq, quldurluq, qaçırma və soyğunçuluq kimi cinayətləri daxil etmişlər. Lakin dələduzluq cinayəti tərəflər arasında bağlanmış sığorta müqaviləsinin sığorta riskləri dairəsinə salınmamışdır. Dələduzluq cinayətinin tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta riski kimi göstərilmədiyinə və sığorta təminatına daxil olunmadığına görə sığorta hadisəsi baş verməmişdir. Sığort a hadisəsinin baş verməməsi sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsas hesab edilir. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsinin dələduzluq əməlinin mübahisəli sığorta müqaviləsində sığorta riski olaraq nəzərdə tutulmuş oğurluq, soyğunçuluq, quldurluq, qaçırma əməlləri kimi mülkiyyət əleyhinə olan cinayətlər sırasında olduğuna görə baş vermiş bu hadisənin də sığorta hadisəsi kimi qəbul edilməsi mövqeyi yalnış olmuşdur. Kassasiya instansiyası məhkəməsinin isə apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşması mülki qanunvericiliyin yuxarıda qeyd edilən normaları ilə uzlaşmır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, hazırkı qərarda göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsi Plenumunun qərarında şərh olunan göstərişləri də nəzərə almalı və yerinə yetirməlidir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 aprel 2021-ci qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Z.Şirinov, iş № 2(103)850/2021) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2852/18 saylı, 22 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Sığorta Şirkəti ASC-dən (105000 ABŞ dollar ından 1000 ABŞ dolları şərtsiz azadolma məbləğ çıxılmaqla) cəmi 104000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) sığorta məbləği alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə sığorta riskləri daxilində «…üçüncü şəxslərin qanuna zidd hərəkətləri» qeyd edilməlidir. Həmin sığorta riskinin dairəsi də kifayət qədər geniş məzmunludur və qanunvericiliklə də müəyyən edilmişdir. Məhz buna yönəlik normanın bu müzakirə edilməyən struktur elementi iddianın (cinayətin mövcud olmasından asılı olmayaraq) əsaslı olduğunu təsdiq edir. Belə ki, mülki hüquq pozuntusunun mövcudluğu iş materiallarında olan (cinayət işi üzrə qəbul edilmiş qərarlar, izah atlar, aktlar və sair) sübutlarla öz təsdiqini tapmış və iddaçının təqsirli hərəkətini və sığorta ödənişindən imtinaya əsas ola bilən qanunvericiliklə müəyyən edilmiş digər hallar müəyyən edilməmişdir. Qeyd edilən mövqe (yəni mülki hüquq pozuntusu əsası ilə sığorta hadisəsinin baş verə bilməsi) Maliyyə Nazirliyinin üçüncü şəxslərin qanunazidd hərəkətləri üzrə risklə bağlı verdiyi məktub və cavabdehin nümayəndəsinin izahatında da nəzəri mənada öz təsdiqini tapmışdır. Bu hal iş üzrə qanuni qüvvəsini almış yüksək məhkəmə aktlarında müzakirə edilmədiyindən və iddianın qanuni əsaslandırmasından asılı olmayaraq məhkəmənin vəzifəsinə aid olduğu, habelə tətbiq edilməməsi üçün əsaslar mövcud olmadığından mütləq nəzərə alınmalıdır. Sığortaçının öz vəzifələrinə rəğmən sığorta hadisəsi ilə bağlı ətraf lı araşdırma aparmadan birmənalı imtinası isə hüquq və vəzifələrdən sui-istifadə kimi qiymətləndirilir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının sığorta ödənişinin verilməsi ilə bağlı tələbi əsaslıdır və şərtsiz azadolma məbləğ kimi 1000 ABŞ dolları nəzərə alınmaqla «…üçüncü şəxslərin qanuna zidd hərəkətləri» əsası ilə bu tələb cavabdeh tərəfindən təmin olunmalı idi. Məhkəmə kollegiyası iddiaçının avtonəqliyyat vasitəsinin etibarnamə verməsi əsasında bəhrələndiyi məbləğin sığorta ödənişindən çıxılması ilə bağlı qeyd edir ki, hazırki mərhələdə cinayət işi üzrə araşdırma aparıldığından o sövdələşmə üzrə tələb hüququ cinayət işinin nəticəsi ilə bağlıdır və işin nəticəsindən asılı olaraq maraqlı şəxslərin, o cümlədən cavabdehin qeyd olunan məbləği hazırkı iddiaçıdan və ya digər təqsir li şəxslərdən tələb etmək hüququ istisna edilmir. İddia tələbinin dəbbə puluna aid hissədə qeyd edilməlidir ki, sığortaçı sığorta olunana sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etdiyindən və iddiaçı bildirişdə qeyd edilən əsaslardan fərqli (əlavə) tələb irəli sürmədiyindən səbəbsiz olaraq sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə sığorta məbləğinin ödəməməsi halı müəyyən edilməmişdir. Ona görə, bu hissədə də iddia tələbinin əsasları sübut edilmir, lakin qanuni qüvvəsini almış məhkəmə aktının icrasından üzrsüz yayındığı təqdirdə iddiaçının cavabdehdən dəbbənin də tələb etmək hüququ istisna edilmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabde h Sığorta Şirkəti ASC (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-850/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsini qismən, iddianın təmin olunmuş hissəsində ləğv edib, təmin olunmuş hissədə iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, işə baxan apelyasiya instansiyası məhkəməsi qətnamədə gəldiyi nəticə üçün əsas olan heç bir maddi hüquq normasına istinad etməmişdir. Eyni zamanda iddianın təmin olunmasına əsas olan heç bir sübuta istinad edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə sığorta müqaviləsində « üçüncü şəxsin qanunazidd hərəkəti» riskinin mövcud olması iddianın əsaslı olduğunu təsdiq edir və Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenumu bu məsələni müzakirə etməmişdir. İlk dəfə apelyasiya qaydasında işə baxmış məhkəmə iddianı qismən təmin edərkən həm dələduzluğun sığorta təminatına aid olduğu, həm üçüncü şəxsin qanunazidd hərəkətinin baş verdiyi qənaətinə gəlmşdir. Belə olan halda məhkəmələr hesab etsə idilər ki, bu əsaslardan hər hansı biri iddianın təmin olunmasına əsas verir, bu halda qətnamənin və qərarın ləğv edilməsi mümkün hesab edilməzdi. Digər tərəfdən məhkəmə bu riskə yendən qiymət verilməli olsa belə məsələnin kökündə İddiaçı avtomobilinin uğursuz satışını delikt anlayışına daxil edərək səhv izah etməsi durur. İddiaçıya qarşı heç bir delikt törədilmədiyi aşkardır. İş materiallarında olan İddiaçı izahatlarına və istintaq materiallarına görə o, sığortalanmış avtomobili satmışdır. Satış şərti isə belə olmuşdur ki, İddiaçı 12.500 manatı nağd alıb avtomobili alıcıya özü təhvil verib, qalan məbləğ də alıcılar kredit borcu kimi «X15»a ödəməyi öhdəsinə götürüblər. Alqı-satqı qanunla nəzərdə tutulmuş yazılı formada rəsmləşdirilməmişdir. Burada faktiki alqı-satqı münasibətləri yaranmışdır. Müqavilə münasibəti varsa, deliktin yeri yoxdur. Avtomobili alana qarşı verilə biləcək tələb deliktdən doğan zərər tələbi deyil, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı tələb ola bilər. Məsələyə digər aspektdən yanaşılsa fərz edilsə ki, avtomobil sığortalanmamışdır. Bu halda İddiaçı avtomobili alan şəxsə qarşı tələbi nə ola bilərdi. Ya banka ödəməyi vəd etdiyi məbləğin ödənilməsi və ya 12.500 manatı geri tələb etməsi, avtomoblin qaytarılması. Zərər delikt nəticəsində yaranmışdırsa, sığorta müqaviləsində olan «üçüncü şəxsin qanunazidd hərəkəti» riskə daxil deyil. İddiaçı avtomobili alan şəxslər aralarında olan sövdələşməni pozub, vaxında aylıq ödənişləri ödəməmişlər. Yəni müqavilə öhdəliklərini yetinə yetirməmişlər. Sığorta anlamında bu hal tamamilə başqa risk növünə aidir. Bu müqavilə öhdəliklərinin yerinə yetirilməməsidir. İddiaçı belə riski sığortalamamışdır. Mülki Məcəllənin 922.1 və 922.2-ci maddəsinə görə sığorta ödənişi yalnız tərəflərin bağladığı sığorta müqaviləsində müəyyən edilmiş hadisənin baş verməsi halında verilir. Qaydaların 27.1-ci və sığrota şəhadətnaməsinin 5.1-ci bəndində sığorta riskləri sadalanır. Onlar arasında «müqavilə öh dəlikərinin yerinə yetirilməməsi» riski yoxdur. Apelyasiya instansiyası məhkəməsi tətbiq etməli olduğu Mülki Məcəlləsinn 935.1.8-ci maddəsini və sığorta qaydalarının 27 və 28-ci bəndlərini tətbiq etməməklə maddi hüquq normasını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız cavabdeh kassasiya şikayəti vermiş, təmin olunmuş hissədə iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş edir. Bu səbəbdən kassasiya baxışının hədlərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdehin şikayətində göstərilənlərə münasibətdə yoxlanmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.2.1-ci maddəsinə əsasən, müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlmə əsasları kimi müəyyən olunmuşdur. Bu baxımdan tərəflər arasında bağlanılan və şəhadətnamə ilə rəsmiləşdirilən sığorta müqaviləsinin şərtləri onlar arasında əmələ gəlmiş münasibətin hüquqi əsasları kimi qiymətləndirilməlidir. 390.1-ci maddəsinin məzmununa müvafiq olaraq, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan is tənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 911.2-ci maddəsinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. «Sığorta haqqında» Qanunun 1-ci madddəsinə əsasən, Həyat sığortası - sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığortadır. Həyat sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə sığorta məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortalıya qaytarılır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-21 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası» Qaydalarının 1.3-cü bəndinə əsasən bu Qaydalar və sığorta müqaviləsi bağlanarkən sığortaçının müəyyən etdiyi sorğular əsasında sığortalı tərəfindən doldurulan sığortalanma haqqında ərizə sığorta müqaviləsinin ayrılmaz hissəsi hesab olunur. 6.6-cı bəndinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. 18.1.3-cü bəndinə əsasən bu Qaydaların 18.2-ci bəndi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması halında sığortaçı sığorta ödənişinin verilməsindən imti na edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nət icələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və həmin hissədə yeni qərar qəbul olunaraq iddia təmin olunmamalıdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə «… tərəflər arasında bağlanmış müqavilədə sığorta riskləri daxilində «…üçüncü şəxslərin qanuna zidd hərəkətləri» qeyd edilməlidir. Həmin sığorta riskinin dairəsi də kifayət qədər geniş məzmunludur və qanunvericiliklə də müəyyən edilmişdir. Məhz buna yönəlik normanın bu müzakirə edilməyən struktur elementi iddianın (cinayətin mövcud olmasından asılı olmayaraq) əsaslı olduğunu təsdiq edir. Belə ki, mülki hüquq pozuntusunun mövcudluğu iş materiallarında olan (cinayət işi üzrə qəbul edilmiş qərarlar, izahatlar, aktlar və sair) sübutlarla öz təsdiqini tapmış və iddaçının təqsirli hərəkətini və sığorta ödənişindən imtinaya əsas ola bilən qanunvericiliklə müəyyən edilmiş digər hallar müəyyən edilməmişdir. Qeyd edilən mövqe (yəni mülki hüquq pozuntusu əsası ilə sığorta hadisəsinin baş verə bilməsi) Maliyyə Nazirliyinin üçüncü şəxslərin qanunazidd hərəkətləri üzrə risklə bağlı verdiyi məktub və cavabdehin nümayəndəsinin izahatında da nəzəri mənada öz təsdiqini tapmışdır. Bu hal iş üzrə qanuni qüvvəsini almış yüksək məhkəmə aktlarında müzakirə edilmədiyindən və iddianın qanuni əsaslandırmasından asılı olmayaraq məhkəmənin vəzifəsinə aid olduğu, habelə tətbiq edilməməsi üçün əsaslar mövcud olmadığından mütləq nəzərə alınmalıdır » Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi sığorta şəhad ətnaməsində razılaşdırılmış «…üçüncü şəxslərin qanuna zidd hərəkətləri» ilə bağlı sığorta hadisəsinin əvvəlki icraatlarda müzakirə olunmamasına əsaslanaraq iddianın təmin olunması əsası kimi nəzərə almışdır. Bu halda mübahisənin mülki hüquq pozuntusundan əmələ gələn işə istinad edən maddi hüquq norması kimi Mülki Məcəllənin 1096-cı maddəsinə əsaslanmışdır. Lakin nəzərə alınmamışdır ki, iddia tələbi tərəflər arasında bağlanmış sığorta müqaviləsinə əsaslanır. Bu halda mülki mübahisə həll edilərkən iddiaçının əsas olaraq istinad etdiyi hallar və müqavilədə razılaşdırılmış münasibətlər baxımından qiymətləndirilmənin aparılması təmin edilməli idi.. Bununla yanaşı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, birinci apelyasiya icraatı zamanı istinad edilmiş sığort a hadisəsi həmin icraat zamanı müzakirə edilmiş və bu zaman məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, «… dələduzluq cinayəti yolu ilə iddiaçının avtomobilinin talanması, ələ keçirilməsi, başqa sözlə yoxa çıxması tərəflər arasında bağlanmış avtomobilin tam (KASKO) sığortası müqaviləsində nəzərdə tutulmuş sığorta riskləri ilə əhatə olunur və bu hal sığorta hadisəsi hesab olunur. Tərəflər arasında bağlanmış müqavilədə sığorta riskləri içərisində «...üçüncü şəxslərin qanuna zidd hərəkətləri» də qeyd edilmişdir. Həmin sığorta riski dairəsi də kifayət qədər geniş məzmunludur. Bunun özü də yuxarıda qeyd olunan qənaətin əsaslı olduğunu təsdiq edir. Hər hansı əks yanaşma, yəni müqavilənin həmin bəndinin dar (məhdud) təfsiri tərəflərin hazırkı müqaviləni bağlayarkən nəzərdə tutuduqları həqiqi ira də ifadəsi, eləcə də minik avtomobilinin tam sığortası (KASKO) müqaviləsinin mahiyyətinə zidd olardı. Hamılıqla qəbul olunmuş ümumi prinsip ondan ibarətdir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə müqavilədəki söz və ifadələrin hərfi mənası ilə bağlı deyil. Bu zaman, məhkəmə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, həm də ağlabatan mühakimə əsasında müəyyən etməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının sığorta ödənişinin verilməsiylə bağlı tələbi əsaslıdır və təmin olunmalıdır.» Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı avtomobilinin satışını (etibarnamə əsasında verilməsini) delikt anlayışına daxil edilməsi maddi hüquq normalarının tələbi baxımından düzgün hesab edilə bilməz. İddiaçı qəbul edir ki, nəqliyyat vasitəsini etibarnamə əsasında satmış, dəyərinin bir h issəsini (ödəniş etdiyi məbləğdə) almış və qalan məbləğin ödənilməsi alıcı şəxsin üzərinə qoyulsa da həmin şəxs ödənişin həyata keçirilməsi ilə bağlı öhdəliyini icra etməmişdir. Baxılan işin istinad olunan hallarının hər hansı biri mülki hüquq pozuntusunun mövcudluğunu təsdiq etmir, əksinə müqavilə münasibətlərinin mövcud olmasını təsdiq edir. Bu baxımdan isə iddiaçı məhz sığorta müqaviləsinə əsaslanaraq baxılan iş üzrə tələbini irəli sürmüşdür. Qeyd edilməlidir ki, sığorta - insanların maddi və şəxsi maraqlarının, onların həyatının, sağlamlığının, əmlakının və digər mənafelərinin mühafizəsinin təmin edilməsində mühüm iqtisadi-hüquqi kateqoriyadır. Sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Sığortalı müvafiq sığorta haqqı öd əmək vəzifəsini və sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər. Sığorta hadisəsiicbari sığorta qanunlarınavə ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığortaqanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir Baxılan iş üzrə tərəflər arasında imzalanmış sığorta müqavil əsi və sığorta şəhadətnaməsindən görünür ki, sığorta riskləri bölməsində avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, üçüncü şəxslərin qanunazidd hərəkətləri və təbii fəlakətlər müəyyən edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 2014-ci il 23 sentyabr tarixində təsdiq edilmiş “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə” Sığorta Qaydalarında (bundan sonra – Qaydalar) da eyni müddəalar əks olunmuşdur. Qaydaların 28.1-ci maddəsində göstərilmişdir ki, sığortalıya bu Qaydalar əsasında aşağıdakı bəndlərin birində və ya bir neçəsində qeyd olunan risklər nəticəsində avtomobilə dəyə bilən zərərlərdən sığorta təminatı verilir: avtonəqliyyat hadisəsi; at ılmış və ya düşmüş əşya; üçüncü şəxsin qanunazidd hərəkəti; oğurluq, quldurluq, qaçırma və soyğunçuluq; yanğın və partlayış; təbii fəlakət; heyvanların hərəkəti. İşin halları ilə müəyyən olunduğu kimi sığorta müqaviləsinə əsasən sığorta obyekti olan İddiaçı məxsus avtomobil bir qrup şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirildikdən sonra qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılaraq satılmışdır. Qaydalarda və tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta hadisəsi kimi nəzərdə tutulmuş cinayətlərin (oğurluq, quldurluq, qaçırma və soyğunçuluq) əsas elementi ondan ibarətdir ki, həmin cinayətlər nəticəsində zərərçəkmiş şəxs öz iradəsindən asılı olmayan səbəblərdən mülkiyyətindən məhrum olunur. Dələduzluq cinayəti şəxsin etibarından sui-ist ifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında vermiş olur. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki,hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla qanunazidd olmayan istənilən şərtlərlə müqavilə bağlamaq imkanı verir. Bu baxımdan,öhdəliklərininəmələ gəlməsi əsasları arasındamüqaviləaparıcı yer tutur. Müqavilə ilətərəflər qarşılıqlı razılıq əsasında hüquq və vəzifələrini müəyyən etməklə öz əmlak mənafelərini təmin etmiş olurlar. Mülki Məcəllənin 935.1.8-ci maddəsinə uyğun olaraq, baş vermiş hadisəninicbari sığorta qanunlarınavə ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığortaçınınsığorta ödənişinin verilməsindən imtinası üçün əsasdır. Qeyd edilməlidir ki, tərəflər arasında bağlanılmış sığorta müqaviləsindən və “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası Şəhadətnaməsi”ndən göründüyü kimi, tərəflər avtomobilin sığorta riskləri bölməsinə yalnız oğurluq, quldurluq, qaçırma və soyğunçuluq kimi cinayətləri daxil etmişlər. Lakin dələduzluq cinayəti tərəflər arasında bağlanmış sığorta müqaviləsinin sığorta riskləri dairəsinə salınmamışdır. Dələduzluq cinayətinin tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta riski kimi göstərilmədiyinə və sığorta təminatına daxil olunmadığına görə sığorta hadisəsi baş verməmişdir. Sığorta hadisəsinin baş verməməsi sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsas hesab edilir. Ona görə də kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-850/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, yeni qərar qəbul edilsin. İddia təmin olunmasın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5192/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5192/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver